Suğra osmanova qılman İlkin. Baki və bakililar


NOBEL QARDAİLARININ İİRKƏTİ



Yüklə 2,16 Mb.
səhifə23/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   19   20   21   22   23   24   25   26   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

NOBEL QARDAİLARININ İİRKƏTİ

Nobel qardaŞları Bakıya gəlmiŞ ilk əcnəbi iri sənaye sahibləri idi. Nobellər

kimdir? Əslən İsveçli olan bu nəslin baŞında Emanuil Emanuiloviç Nobel dururdu.

O rus dövlətinin dəvəti ilə 1837-ci ildə Rusiyaya gəlmiŞdi. Hələ İsveçdə ikən onun

ixtira etdiyi sualtı minalar Rusiya hərbi dairələrinin diqqətini cəlb etmiŞdi.

Rusiyaya köçdükdən sonra Peterburqda inŞa etdirdiyi zavodda mina və baŞqa

mexaniki məmulatlar istehsal etməyə baŞlayır. Krım müharibəsi zamanı hökümətin

tapŞırığı ilə KronŞtadt və Sveaborq qalalarının ətrafını minalamaq kimi mühüm bir

iŞin öhdəsindən müvəffəqiyyətlə gəlir. Ümumiyyətlə 1853-cü ildən 1856-cı ilədək

sürən Krım müharibəsində Nobel rus ordusunu silah və mina ilə təchiz etmiŞdi.

Müharibə qurtarandan sonra hökümət və ayrı-ayrı Şəxslər tərəfindən sifariŞlər

azaldığından Emanuil müflis düŞür və zavodu bağlayaraq, vətəninə qayıdır. Onun

üç oğlu vardı: Lüdoviq, Robert və Alfred Nobel qardaŞları. Emanuil Peterburqa

gələndə böyük oğlu Lüdoviq 11 yaŞında idi. O atasının yanında maŞınqayırma

sahəsində böyük təcrübə keçmiŞdi. Atası vətənə qayıtdıqdan sonra o Peterburqda

qalıb, maŞınqayırma iŞləri ilə məŞğul olurdu. Sonralar Vıborq tərəfdə kiçik bir

zavod alaraq, onu qısa müddət ərzində birinci dərəcəli zavoda çevirir. Lüdoviq çox

energiyalı, ağıllı və tədbirli bir sahibkar idi. Onun üçün çətin və ağır heç bir iŞ

yoxdu. Hər çətinliyin öhdəsindən məharətlə gəlirdi. Top istehsalı sahəsində onun

zavodu tezliklə böyük müvəffəqiyyət qazanmıŞdı. Ölkənin müdafŞəsi sahəsində

göstərdiyi xidmətlərinə görə Lüdoviq hökümət tərəfindən ikinci dərəcəli "Anna"

ordeni ilə təltif olunmuŞdu. Onun hazırladığı top lülələrinin Şöhrəti bütün dünyaya

yayılmıŞdı. Mühəndis Pyotr Aleksandroviç Bilderlinqlə birlikdə təŞkil etdikləri

İjevsk zavodunda Berdanka tipli silahlar hazırlanırdı. 1868-1891-ci illərdə

Berdanka rus ordusunun əsas silahı idi. Lüdoviq berdankalara taxta qundaq

materialı hazırlamaq məqsədilə qardaŞı Roberti Astara və Lənkəran meŞələrində

möhkəm ağac axtarmağa göndərir. Robert Bakıda olarkən neft istehsalı ilə

maraqlanır və sahibkarların neftdən böyük gəlir əldə etdiklərinə Şahid olur.

Peterburqa qayıdandan sonra qardaŞı Lüdoviqi razı salır ki, neftin gəlirli xammal

olduğunu nəzərə alaraq, neft istehsalı ilə məŞğul olsunlar. QardaŞının razılığını

alandan sonra Robert az bir məbləğlə Bakıya qayıdaraq, burada kiçik bir zavod və

torpaq sahəsi alır. Lakin vəsaiti az olduğu üçün istehsalatı geniŞləndirə bilmir.

Lüdoviqi həmiŞəlik olaraq, Bakıya çağırmalı olur.

124


1879-cu ildə Bakıda "Nobel qardaŞları Şirkəti" təŞkil olunur. Bu Şirkətin

müəssisləri üç qardaŞ: Lüdoviq, Robert, Alfred və bir də onların yaxın dostu,

Lüdoviqlə İjevsk zavodunun əsasını qoyanlardan mühəndis Pyotr Aleksandroviç

Bilderlinq idi. O Şirkətin təŞkil olunduğu ildən ta 1885-ci ilədək Şirkətin idarə

heyətinin üzvü, 1885-ci ildən ta ölümünədək, yəni 1901-ci ilədək Şirkətdə təŞkil

olunmuŞ Sovetin sədri olmuŞdu. İirkətin əsas rəhbərliyi Lüdoviqin əlində

toplaŞmıŞdı. Hər Şeyi həll edən əsas etibarilə o idi. Alfred təsisçilər siyahısına daxil

edilsə də Şirkətin iŞində bilavasitə iŞtirak etmirdi. O İsveçdə yaŞayırdı. Görkəmli

alim idi. Elmi əsərlərinə görə kimya elmləri doktoru adını almıŞdı. Bütün dünyada

dinamitin və tüstüsüz barıtın ixtiraçısı idi. "Nobel qardaŞları Şirkəti"nin idarə

heyətində yaxından iŞtirak etməsə də öz kapitalı və tətbiqi kimyanın böyük

mütəxəssisi kimi öz məsləhətləri ilə Şirkətə kömək edirdi. İirkətdə onun da səhmi

(payı) vardı. Ölümündən sonra 58 patenti və 50 milyon kapitalı qalmıŞdı. Bu

məbləğin 12,4 faizi "Nobel qardaŞları Şirkəti"ndən Alfredə çatan pay idi. Öləndə

vəsiyyət etmiŞdi ki, hər beŞ ildən bir onun kapitalından gələn gəlir insanlara xidmət

etmiŞ Şəxslərə mükafat kimi verilsin. İlk mükafat 1901-ci ildə verilmiŞdi. O

vaxtdan "Nobel mükafatı" rəsmən müəyyən edilmiŞdi. Hər beŞ ildən bir onun

kapitalından gələn gəlir 5 bərabər hissəyə bölünür və mükafat formasında fizika,

kimya, fiziologiya, yaxud tibb və ədəbiyyat sahəsindəki nailiyyətlərə görə verilir.

"Nobel qardaŞları Şirkəti" fəaliyyətə baŞlamamıŞdan əvvəl neft çox ibtidai

bir Şəkildə, ibtidai vasitələrlə xanlıq dövründə olduğu kimi əsasən əllə çıxarılırdı.

Neft çıxarılması tamam bərbad halda idi. Qazma iŞi ilə mükəmməl tanıŞ olan

adamlar çox az idi. Neft çıxarılması texnikasını təkmilləŞdirmək Lüdoviq Nobeli

çox düŞündürür və bütün dünyada neft çıxarılması təcrübəsindən istifadə etmək və

qazma iŞini nizama salmaq məqsədilə Pensilvaniyadan təcrübəli qazmaçılar

çağırtdırır, habelə avstraliyalıların, amerikalıların iŞ təcrübəsini öyrənir. Bakının

neft sənayesinə yeni nəfəs gətirən Nobel qardaŞları burada çox baha baŞa gələn

mürəkkəb təcrübələri sınaqdan çıxarırdılar. İlk dəfə olaraq buxar maŞınından

istifadə edirdilər. BaŞqa neft sahibkarları Nobel qardaŞlarının bu axtarıŞlarına,

yeniliyə can atmalarına həsədlə baxırdılar. Nobel qardaŞları hər sahədə pioner

idilər. Bütün iŞlərini elmi əsaslar və yeni texnika əsasında qurmağa çalıŞırdılar.

Onlar qazma iŞlərində də ilk dəfə elektrik enerjisindən istifadə etməyə baŞladılar.

Nobellərin təcrübəsindən bəhrələnməyə çalıŞan yerli, xarici kapitalistlər birinci

növbədə onların ilk tətbiq etdikləri buxar maŞınlarından istifadə etməyə giriŞdilər.

Qazma iŞləri ilə yanaŞı olaraq, Nobel qardaŞları əvvəlcədən alıb,

saxladıqları torpaq sahələrində kəŞfiyyat iŞlərini də davam etdirirdilər. Bu sahədə

Nobellərdən irəlidə gedən ikinci bir Şirkət yox idi. Çələkən və Pirallahı adalarında,

Putada müntəzəm kəŞfiyyat iŞləri aparılır və getdikcə geniŞ vüsət alırdı. Lüdoviq

125

Nobel qabağı görən və həmiŞə axtarıŞla məŞğul olan bir adamdı, bütün manŞələri



yıxaraq, yorulmadan yeniliyə doğru can atırdı.

Onlar neftin emalı sahəsində də yeni axtarıŞlarla məŞğul idilər. Neft

emalının mövcud üsulu onları qətiyyən təmin etmirdi.

Bu illərdə Qara Şəhərdə neftayıran zavodlar tikərək kerosin hasilatı ilə

məŞğul olanlar vardı. 1869-cu ildə artıq 23 zavod açılmıŞ və onların sayı ildən-ilə

artırdı.


Lakin icarə sistemi Bakıda neft istehsalının qarŞısını alır və məhsuldarlıq

azalırdı. İcarə sistemi zamanı neftin istehsalı xeyli aŞağı düŞmüŞdü. Sahibkarlar

tələb etməyə baŞladılar ki, kerosin zavodları və anbarlar üçün icarəyə verilmiŞ

yerlər daimi olaraq, onların xüsusi mülkiyyətlərinə çevrilsin. Nəhayət 1873-cü ildə

icarə sistemi ləğv olundu və hökümət böyük neft sahələrinin aksion satıŞına

baŞladı. 180 desyatin neftli sahələr 3,5 milyon manata xüsusi Şəxslərə satıldı. Belə

sahələr əsas etibarilə Suraxanada və Bibiheybətdə idi. Suraxana torpaqları uğrunda

gərgin rəqabət gedirdi. Əsas rəqabət Mirzəyev ilə Kokorev arasında idi.

Bibiheybətdə isə aksion zamanı H. Z. Tağıyev tərəfindən 3 min manatlıq, Zubalov

tərəfindən isə 18 min manatlıq torpaq sahələri alındı. Hər desyatin torpaq alıcılara

orta hesabla 20-30 min manata baŞa gəldi.

Bu tədbir ona gətirib çıxardı ki, bu vaxtadək torpaq sahələrini çox qısa

müddətə almıŞ və buna görə də müəssisənin texniki quruluŞuna böyük xərc çəkmək

istəməyən sahibkarlar indi öz Şəxsi sahələrinin istismarı üçün əsaslı avadanlıq

düzəltməyə baŞladılar. Görülən tədbirlərin nəticəsində neft hasilatı artmağa baŞladı.

Yeni axtarıŞlar, səmərələŞdirici təkliflər irəli sürüldü. Artıq Amerikadan Rusiyaya

nəinki kerosin gətirilmir, əksinə Bakı nefti Amerika neftini sıxıŞdırmağa

baŞlamıŞdı. İndi rus kerosini xarici bazarları da təmin edirdi. Məsələn, 1881-ci ildə

Rusiyadan xaricə göndərilən neft məhsulları bir milyon puddan artıq deyildi. 90-cı

illərin əvvəllərində isə bu rəqəm 63 milyon yarıma çatmıŞdı.

Neftin istehsal edilməsinə də bunun böyük təsiri oldu. 1892-ci ildə

Balaxanada neft quyuları qazma yolu ilə istismar olunmağa baŞladı. Bir quyudan

bir sutka ərzində təxminən 1000 pud neft çıxarılırdı. Fantanların da sayı artmıŞdı.

Məsələn, 1892-ci ildə Nobel qardaŞlarının bir fantanı sutkada bir milyon pudadək

neft verirdi.

Neft istehsalının artması neftin daŞınması məsələsini də vacib məsələ kimi

irəli sürürdü. Hər Şeydən əvvəl neftin çıxarıldığı yerlərlə onun emal edildiyi yer

arasında sərbəst və müntəzəm hərəkət lazımdı. Halbuki, neft mədənlərdən

neftayırma zavodlarına arabalarla daŞınırdı. DaŞınma çox zaman hava Şəraiti ilə

əlaqədar ləngiyirdi. Neft emalı sürətlə inkiŞaf edir, daŞınma isə ibtidai Şəkildə

qalmaqda idi. Bu sahədə də ilk addım Nobel qardaŞları tərəfindən atıldı. Onlar

baŞqa sahibkarlara müracŞət edərək Balaxanadan Qara Şəhərə müŞtərək kəmər

126

çəkməyi təklif etdilər. Lakin onlardan heç kəs bu təkliflə razılaŞmadı. Lüdoviq



böyük əziyyət və çətinliklə Balaxanadan Qara Şəhərə öz hesabına kəmər çəkdirdi.

Ona xərc olunmuŞ 100.000 manatı bir ildə çıxartdı. Kəmərin çəkilməsi nəticəsində

neftin zavoda daŞınması çox ucuz baŞa gəldi.

Bu kəmər hər gün Balaxanadan Qara Şəhərə 24 min pud neft vururdu. Bu

iqtisadi cəhətdən Nobel qardaŞları üçün çox əlveriŞli idi. Balaxanada neftin pudu 8

qəpik idi. Nobel qardaŞları isə onu Qara Şəhərdə 14 qəpiyə satırdılar. Neftin

kəmərlə daŞınması üçün 6 qəpik alırdı. Arabaçılar isə Balaxanadan Qara Şəhərə

neftin pudunu 8 qəpiyə daŞıyırdılar. Demək pudu 18 qəpiyə baŞa gəlirdi. Nobellər

isə pudunu 14 qəpiyə satırdılar. Bununla belə Nobel qardaŞları bundan hər gün

1000 manat pul əldə edirdilər. Nobellərdən sonra "Bakı neft Şirkəti" də

Balaxanadan Suraxanaya - öz zavodlarına kəmər çəkdirdi. Və çox keçmədi ki,

baŞqaları da bu iŞə giriŞdilər. Mədənlərdən zavodlara çəkilən kəmərlərin sayı artdı.

Zavodları dəniz sahili ilə birləŞdirən daha 37 kəmər çəkildi. Dəniz kənarından

kerosin yelkənli gəmilərlə Volqaya taxta boçkalarda göndərilirdi. Bununla əlaqədar

olaraq, Bakı Şəhərində çəlləkçilik çox inkiŞaf etmiŞdi. Şəhərin bir sıra küçələrində

çəlləkçilik dükanları açılmıŞdı. Bu boçkalar əksərən 20 pudluq olurdu və boçkanın

pulu da 30 qəpikdən 60 qəpiyədək kerosinin qiymətinin üstünə gəlirdi.

Kerosinin boçkalarla daŞınması əlveriŞli deyildi. Əvvəla neft dolu boçkaları

yerləŞdirmək çətin olduğu üçün gəminin anbarlarından tam istifadə etmək qeyrimümkündü.

Bununla əlaqədar kerosinin xərci də 25 faiz artırdı. İkinci tərəfdən

neftin daŞınması Bakı çəlləkçilərinin düzəltdikləri boçkalardan asılı olurdu. Bəzən

çatdıra bilmirdilər. DaŞınma çox zaman gəmi sahiblərindən və havanın

vəziyyətindən də asılı idi.

Kerosinin su yolu ilə daŞınması Lüdoviq Nobeli çox düŞündürürdü. Nəhayət

nefti maye daŞıyan gəmilərlə göndərməyi qərara aldı. Belə bir iŞ o zaman böyük

təcrübəsi olan Amerikada da yox idi. Məlum oldu ki, kerosinin axıcılıq xasiyyətinə

görə maye daŞıyan gəmilər təsis etmək qeyri-mümkündür. DaŞınma zamanı

gəminin maŞın Şöbəsində əmələ gələn 30-40 dərəcə hərarət kerosin üçün qorxulu

idi. Lakin buna baxmayaraq, dünya bazarında Amerika kerosini ilə rəqabət

aparmaq məqsədilə Nobel bunu lazım bildi. O gəmi Şirkətlərinə təklif etdi ki, bir

neçə gəminin anbarını onun layihəsi əsasında ayrı-ayrı Şöbələrə ayırsınlar ki,

kerosini onlarda daŞımaq mümkün olsun. Bunun müqabilində külli miqdarda pul

təklif edirdi. Ancaq gəmi Şirkətlərindən heç biri bu iŞə razılıq vermədi. Lüdoviq

Nobel bu çətinliyi də öz çiyinlərində daŞımalı oldu. 1877-ci ildə Lüdoviqin öz

layihəsi əsasında İsveçdə hazırlanmıŞ "Zaraostra" neftdaŞıyan gəmisi-tankeri Xəzər

sularına gətirildi. Bu dünyada ilk neft daŞıyan tanker idi. Yalnız ondan sonra baŞqa

neft sahibkarları da İsveçdə tanker düzəldilməsi üçün sifariŞ verməyə baŞladılar.

Zaqafqaziyada dəmir yolunun açılıŞı və o zaman bütün dünyada ən uzun neft

127

kəməri olan 865 kilometr uzunluğunda Bakı-Batum neft kəməri çəkiləndən sonra



Bakı nefti arası kəsilmədən dünya bazarlarına göndərilirdi. Bu kəmərin çəkiliŞində

görkəmli alim və mühəndis V. Q. İuxovun böyük xidməti olmuŞdur. Tankerlər

Xəzər dənizinə buraxılandan sonra neftin boçkalarla daŞınması tamamilə ləğv

olundu. "Nobel qardaŞları Şirkəti" neftin dəmir yolu ilə daŞınmasını ucuzlaŞdırmaq

üçün amerikalıların təŞəbbüsündən istifadə etdi. Dəmir yolu idarəsinə Amerika

sayağı vaqon-çən düzəltməyi təklif etdi. Lakin təklifi rədd edildi. Lüdoviq bu iŞi də

özü təŞkil etməli oldu. Öz konstruksiyası ilə 100 vaqon-çən düzəldib Qryaze-

Saritsin dəmir yoluna verdi. Hətta özunün dəmir yolu komandasını və vaqonları

təmir emalatxanasını təŞkil etdi. Sonralar dəmir yolu özü belə vaqon-çənlər

hazırlayıb bütöv qatarlar düzəltdi.

Lüdoviq Nobeli düŞündürən bir məsələ də neft ticarəti sahəsində yeni

qaydaların yaradılması idi. Saysız-hesabsız neft ticarəti vasitəçilərindən yaxa

qurtarmaq, bilavasitə alıcılarla əlaqə saxlamaq məqsədilə böyük Şəhərlərdə, dəmir

yolu stansiyalarında nefti saxlamaq üçün iri dəmir rezervuarlar düzəltdi. Bu böyük

xərcə baŞa gəlsə də bundan çəkinmədi. Volqa boyu Şəhərlərində belə dəmir

çənlərin sayı ildən-ilə artdı.

Neft istehsalının ayrı-ayrı sahələrində böyük irəliləyiŞə baxmayaraq, neft

sənayesinin vəziyyəti bir o qədər də yaxŞılaŞa bilməmiŞdi. Çünki icarə sistemi ləğv

olunsa da, 1875-ci ildə aksiz sistemi tətbiq olunmuŞdu. Bu neft məhsullarına

qoyulan əlavə vergi idi. Doğrudur, neftli torpaqların xüsusi əllərə keçməsindən

sonra neft istehsalı sürətlə inkiŞaf etsə də bazarlarda kerosin pis satılırdı.

Sahibkarların fəaliyyətində böhran baŞlamıŞdı. Neft sahibkarları bunun səbəbini

aksiz sistemində görürdülər. Böhrandan bircə çıxıŞ yolu vardı. O da aksiz

sisteminin ləğvi idi. Qəzetlər də sahibkarların səsinə qoŞularaq, aksiz əleyhinə öz

etirazlarını bildirirdilər. 1877-ci ildə aksiz sistemi ləğv olundu. Neft hasilatı daha

da artdı.

Neft zavodlarında isə neftayırma hələ də ibtidai üsullarla aparılırdı. Bunun

nəticəsində də alınan kerosin aŞağı səviyyədə olub, bazarlarda Amerika kerosini ilə

rəqabət apara bilmirdi. 1873-cü ildə Təbrizov tərəfindən neft ayırmaq üçün yeni

aparat kəŞf edildi. Bu aparat Nobel qardaŞlarının zavodunda quruldu və o vaxtdan

neft fasiləsiz olaraq, distillə olunmağa baŞladı. Alınan məhsul Amerika

kerosinindən heç də əskik olmayıb, bəlkə də öz təmizliyi ilə ondan üstün idi. 1886-

cı ildə İibayevin zavodunda da yeni bir aparat quruldu. Bu distillə qurğusu V. Q.

İuxov və F. A. İnçik tərəfindən ixtira olunmuŞdu.

Nobel qardaŞları neft emalını texniki cəhətdən təkmilləŞdirmək üçün iŞə lap

ibtidaidən baŞladı. BaŞqa sözlə desək Bakı neftini elmi-laboratoriya yolu ilə tədqiq

etmək niyyətilə böyük hazırlıq iŞləri apardı. Əvvəlcə Bakıda, sonra isə Peterburqda

kimya laboratoriyaları təŞkil etdi. Əlbəttə, bu iŞdə ona İsveçdə yaŞayan kimyaçı

128

qardaŞı Alfred öz məsləhətləri ilə yaxından kömək edirdi. Əldə edilən hər bir kəŞf



dərhal mədən və zavodlara tətbiq olunurdu. Kerosinin keyfiyyəti barədə bu

dərəcədə qayğı və fasiləsiz nəzarət Şirkətin məhsullarına ümumdünya Şöhrəti

qazandırdı. 1895-ci ilin mart ayında neftin emalı səviyyəsini yoxlayan komissiya

Şirkətin zavodunda bir pud kerosini belə keyfiyyətsiz hesab etməmiŞdi. _____Yorulmaq

bilməyən Lüdoviq bir sıra laboratoriya təcrübələri nəticəsində Amerikada və

Avropada hələ məlum olmayan neftin fasiləsiz emalına nail oldu.

Əsrin axırında neft istehsalının 20 faizini, kerosin emalının 40 faizini

"Nobel qardaŞları Şirkəti" verirdi, 18-ci ildə "Nobel qardaŞları Şirkəti" RotŞildə

məxsus "Mazut cəmiyyəti" ilə birləŞib "Nobel-Mazut" inhisar birliyi yaratmıŞdılar.

Rusiyanın bütün daxili bazarlarında birlikdə hegemonluq edirdilər. Xəzər dənizi

vasitəsilə Rusiyanın bazarlarına daŞınan duru yanacağın 57 faizi, sürtgü yağlarının

57,5 faizi və ixrac olunan neftin 60 faizi bu Şirkətlərin əlində idi. A. M. MantaŞov,

K. S. İibayev Oleum, "Q. M. Leonozovun oğlanları" kimi Şirkətlər çıxardıqları

bütün yanacağın satın hüququnu "Nobel-Mazufa verməyə məcbur olmuŞdular.

1908-ci ildə "Nobel qardaŞları Şirkəti" müxtəlif sənaye sahələrini birləŞdirən

iri kapitalist konserninə çevrilmiŞdi. Nobellərin neft imperiyasında 25 mindən artıq

adam iŞləyirdi. Tərkibinə əsas kapitalı 150 milyondan çox olan 25 müxtəlif

müəssisə daxil idi. Dünyanın kerosin bazarında bölüŞdürülməsində RotŞild və

Rokfeller ilə bərabər fəal iŞtirak edirdilər.

Lüdoviq iŞgüzar və eyni zamanda maarifpərvər bir sahibkar idi. İmperator

rus texniki cəmiyyəti Bakı Şöbəsinin əsasını qoyanlardan biri idi. Cəmiyyətin

iŞlərində yaxından iŞtirak edirdi. Onun irəli sürdüyü təŞəbbüslər və

təkmilləŞdirmələr çox çəkmədən ictimaiyyətin malı olurdu. O öz yeni

ideyalarından heç zaman yalnız özü üçün istifadə etmirdi. O əməklə qazanılmayan

pulları sevməzdi. Bu onun təbŞətinə müğayir idi O adətən deyirdi: "O gün ki,

iŞləmək istəmirsən, o gün də yeməməlisən". Lüdoviq birja alveri ilə heç zaman

məŞğul olmazdı. Ona hər dəfə öz iŞini əlveriŞli Şəraitdə xaricə satmaq təklif

olunduqda deyərdi: "Siz istəyirsiniz ki, mən pullarımı faizli kağızlara çevirib,

kupon kəsmək üçün qayçı alım və onları satmaq üçün birjaya girim? Mən bunu

istəmirəm. Mənə pul yox, iŞ də lazımdır". O iŞlədiyi sahədə rəqabət aparmağı sevir

və yorulmadan yeni yollar axtarırdı. Lüdoviqin əsas prinsiplərindən biri də çalıŞan

adamların taleyini müəssisənin taleyi ilə bağlamaq idi. Çoxlu qazanc əldə etmək

üçün xidmətçi və fəhlələrin qayğısına qalmağı vacib hesab edirdi. Uğurlu iŞdən

ötrü kontorun xidmətçilərinə, müəssisənin fəhlələrinə mükafatlar verirdi. Onlara

yataqxanalar tikdirmiŞ və bu yataqxanaları isti su və xörəklərlə təchiz edirdi.

Bakıda yaŞayan fəhlələr hər səhər Pyotr meydanında olan körpüdən barjlarla Qara

Şəhərə iŞə daŞınır və axŞam evlərinə qaytarılırdı. Qara Şəhərin neft qurğuları

içərisində böyük torpaq sahəsi alıb, park saldırmıŞdı. Bu parkda istirahət

129

guŞələrindən baŞqa klub da vardı. İndi Nizami adına olan park o zaman Villa



Petrolea adlanırdı. Lüdoviq ilin çox ayını Peterburqda keçirirdi. Daimi axtarıŞlar,

məhsuldarlığı artırmaq üçün gecəli-gündüzlü çalıŞmalar nəhayət onu yorur. Buna

görə Peterburqu tərk edərək Avropanın cənubuna gedir və 1886-cı il martın 31-də

orada 57 yaŞında ikən ölür. Lüdoviqin ölümündən hələ çox əvvəl Şirkət onun

böyük oğlu Emanuilin əlinə keçmiŞdi.

1904-cü ildə Şirkətin 25 illiyi qeyd edilərkən onu təsis edənlərdən heç biri

sağ deyildi. İirkətin heyəti aŞağıdakılardan ibarət idi.

1. Emanuil Lüdoviqoviç Nobel (sədr), 2. İ. O. Olsen. 3. M. M. Belyamin.

4. Y. Q. Krussel. 5. Xaqelin.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə