Suğra osmanova qılman İlkin. Baki və bakililar


ŞƏHƏR BƏLƏDİYYƏ İDARƏSİ VƏ DUMA



Yüklə 2,16 Mb.
səhifə25/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   21   22   23   24   25   26   27   28   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

ŞƏHƏR BƏLƏDİYYƏ İDARƏSİ VƏ DUMA

130


Rusiyada təhkimçilik sisteminin ləğv edilməsindən sonra Şəhərlər inkiŞiaf

etməyə baŞlayır. Əhalinin sayı çoxalır. Bununla əlaqədar Şəhərlərin büdcələri də

artırdı. Buna görə keçmiŞ Şəhərlərin idarə edilməsi sistemi daha yaramırdı.

Şəhərləri idarə etmək sistemində mütləq reforma yaradılmalı idi. Bu reformanın

yaradılması hazırlığı 8 il çəkdi. Nəhayət 1870-ci ilin 16 iyununda təsdiq edildi. O

əvvəlcə Rusiyanın daxili quberniyalarında həyata keçirildi. Zaqafqaziyada isə onun

həyata keçirilməsi ləngiyirdi. Buna da bəhanə o idi ki, guya yerlilərin Şəhər özünü

idarə iŞində səriŞtələri yoxdur. Qafqaz caniŞini və qubernatorlar da bu fikirdə idilər.

Bakı qubernatoru Kolyubakin də isbat etməyə çalıŞırdı ki, bu məsələ nə qədər

uzansa yaxŞıdır. Guya yerli əhali bu məsələnin həlli üçün hələ lazımınca inkiŞaf

eləməmiŞdir. Qubernatorların etirazının səbəbi məlum idi. Bilirdilər ki, Şəhərlərdə

dumaların yaradılması müəyyən ictimai fikirlərin yaradılması ilə əlaqədardır. Bu

iddialar Şübhəsiz ki, onların müstəmləkəçilik siyasəti ilə əlaqədardı. Həmin

səbəbdən Şəhər özünü idarə sistemi haqqında fərman yalnız 7 ildən sonra Bakıda

həyata keçirilməyə baŞladı. Bakı qubernatoruna təklif olunurdu ki, dumaya

qlasnıların seçilməsinə hazırlıq aparılsın. Qlasnıların sayı yarısınadək xristian

olmayanlardan, yəni yerlilərdən seçilməlidir.

Əvvəla dumaya hər adam seçilə bilməzdi. Ancaq müəyyən varidatı olanlar:

böyük mülk sahibləri, ticarət və sənaye müəssisələri baŞçıları, Şəhərdə iki ildən az

olmayaraq yaŞayanlar seçilə bilərdilər. Bundan baŞqa Şəhər vergisi verən müəssisə

və Şirkətlərin, monastır və kilsələrin də nümayəndələri seçki hüququndan istifadə

edə bilərdilər. Bir sözlə bu seçkilər ancaq xüsusi mülkiyyət hüquqlarına

əsaslanırdı. Seçicilərin də iŞtirakı çox məhdud idi. Fəhlələr, pedaqoqlar,

müəllimlər, kiçik xidmətçilər, əgər vergi vermək üçün mənzilləri yoxsa seçkilərdə

iŞtirak edilməyə buraxılmırdı. Habelə qadınlar və 25 yaŞından kiçik olan gənclər də

seçkiyə buraxılmırdı. Belə məhdudiyyət nəticəsində əhalinin yalnız 2-3 faizi

seçkilərdə iŞtirak edə bilərdi. Seçiləcək qlasnıların ümumi sayı seçicilərin sayından

asılı olaraq 30 ilə 72 arasında olurdu. Birinci dumaya Bakıdan seçilən 72 nəfərdən

36 nəfəri müsəlman idi.

Səsvermə hər bir namizəd üçün ayrılıqda keçirilirdi. Seçki qutuları iki yerə

bölünmüŞdü: yarısı ağ, yarısı qara. Hər seçiciyə bir Şar verilirdi. Namizədin xeyrinə

səs vermək istəyən Şarı sağ tərəfdəki ağ qutuya, əleyhinə səs vermək istəyən isə

qara tərəfə salmalı idi. Yalnız çox nadir hallarda mütərəqqi ziyalılar dumaya seçilə

bilirdilər. Məsələn, 1877-ci il dekabrda Bakı Şəhər dumasına seçilən qlasnılar

içərisində yalnız iki-üç nəfər ziyalı var idi: Həsən bəy Zərdabi, müəllim Həbib bəy

Mahmudbəyov, Ə. M. TopçubaŞov. Bunlar seçilmək hüququ qazanmaq üçün

baŞçısı ölmüŞ varlı ailələrindən birinə qəyyum təyin edilməli idi. Yalnız bu yolla

onlar dumaya seçilə bilmiŞdilər. 1877-ci ildə dumaya seçilmiŞ 36 nəfər müsəlman

qlasnıları içərisində Bakı varlılarından aŞağıdakılar da vardı: H. Z. Tağıyev, Şəmsi

131


Əsədullayev, İbrahim bəy AŞurbəyov, Əliİskəndər AŞurov, İsabəy Hacınski,

Ağabala Quliyev, Musa Nağıyev, Nəcəfqulu Sadıqov və baŞqaları.

Şəhər özünü idarə orqanlarının vəzifəsi əvvəllər yerli təsərrüfat məsələləri

ilə məhdud edilmiŞdi. Şəhər vergilərini toplamaq, küçələri, döŞəmələri səliqəyə

salmaq, bazarlar düzəltmək, yanğına qarŞı tədbirlər görmək və sairə. Lakin

təsərrüfat məsələlərində də duma müstəqil deyildi. Vergiləri öz bildikləri kimi

müəyyən etməyə, vəsaitlərini xərcləməyə onların ixtiyarları yoxdu. İctimai idarə

üzərində qubernator və onun yanındakı quberniya idarəsi tərəfindən daima nəzarət

vardı. Duma tam mənada yerli poiis idarəsindən asılı idi. Şəhər idarəsi Şəhər

təsərrüfatına aid bütün qərarları polis idarəsi ilə razılaŞdırmalı idi. Çünki bu

qərarları həyata keçirmək üçün güc polisin əlində idi. Şəhər dumasının icraiyyə

orqanı Şəhər baŞçısının (qolovası) baŞçılıq etdiyi idarə (uprava) idi. Şəhər baŞçısı,

idarə üzvləri və katibi də iki qat seçki ilə seçilir və qubernator tərəfindən təsdiq

edilirdi. İdarənin üzvləri adətən 3-4 nəfərdən artıq olmurdu. Onun tərkibinə hər

millətdən bir nümayəndə seçilirdi. Məsələn, 70-80-ci illərdə idarənin üzvləri

aŞağıdakılardan ibarət idi: Kamil bəy Səfərəliyev, Arütünov CümŞüd Cavadoviç,

Makedonski Boris Aleksandroviç və Məmməd Həsən Hacınski. İdarənin katibi isə

bir müddət Nəcəf bəy Vəzirov olmuŞdu.

Qlasnıların bəziləri öz vəzifələrindən sui-istifadə edərək qanunu pozur,

qanunsuz olaraq torpaqları mənimsəyir və hər yolla varlanmağa çalıŞırdılar. Onlar

Şəhərin ancaq varlılar yaŞayan hissəsinin qayğısına qalırdılar. Yoxsulların,

fəhlələrin yaŞadıqları məhəllədə isə həmiŞə palçıqlı, natəmiz və qaranlıq olurdu.

Bunu hətta "Kaspi" qəzeti də etiraf etməyə məcbur olmuŞdu. Qəzetin 1895-ci il 19

may tarixli nömrəsində yazılmıŞdı: "Bizim qlasnılardan kim əhalinin yoxsul

təbəqəsinin həyat Şəraitinin yaxŞılaŞdırılması qeydinə qalır, günəŞ Şüalarının

onların həyatına daxil olması, palçıq içərisində boğulmamaları, murdar su

içməmələri barədə fikirləŞməyi özünun mənəvi vəzifəsi hesab edir? Bu barədə hər

hansı bir qlasnıya söyləyəndə o gözünü döyəcləyə-döyəcləyə gülümsəyəcək və

özünə haqq qazandıracaqdır ki, bütün bunların ona heç bir dəxli yoxdur".

Dumanın iclaslarında yalnız demokratik cərəyana daxil olanlar (bunların

sayı çox az idi) haqq və ədalət uğrunda mübarizə aparırdılar: Həsən bəy Zərdabinin

dumada tutduğu mövqe xüsusilə qeyd edilməlidir. O maarif və mədəniyyətin

inkiŞaf etdirilməsi, yoxsul adamların qayğısına qalmaq yolunda yorulmadan

mübarizə aparırdı. Azərbaycan dilində məktəblərin açılması, mədəni ocaqların

təŞkili və Azərbaycan dilinin tərəqqisi uğrundakı çıxıŞları da çox dönməz və qəti

idi. Dumanın elə bir iclası olmurdu ki, o çıxıŞ edib, konkret təkliflər irəli sürməsin.

O ta 1907-ci ilədək qlasnı seçilmiŞdi. Dumada təhsil və tibb komisiyonunun üzvü

idi. Neft rayonlarında məktəb Şəbəkəsinin geniŞləndirilməsini, müəllimlərin

maaŞlarının artırılmasını təkidlə tələb edirdi. Tiflis və Bakı varlıları xalq vəsaiti

132


hesabına Tiflisdə politexnikum açılmasını təklif etdikdə Zərdabi etiraz etmiŞdi:

"Qoy Şəhər əhalisinin yoxsul təbəqələri üçün çoxlu ibtidai, professional və kənd

təsərrüfat məktəbləri açılsın. Tiflis politexnikumu üçün qoy MontaŞev, Xetisov,

Qukasov pul versin. Çünki bu texnikumda onların uŞaqları oxuyacaqlar".

Həsən bəy Zərdabi dumanı haqsızlıq, cəhalət və geriliyə qarŞı tribuna

çevirmiŞdi. Şəhər idarəsinin hər bir ədalətsiz hərəkəti onu qəzəbləndirirdi. O qlasnı

olmağı müqəddəs hesab edirdi. Seçicilərə məsləhət bilirdi ki, dumaya namuslu,

ədalətli adamları seçsinlər. Elə adamlar seçsinlər ki, Şəhərin mədəni tərəqqisi

uğrunda mübarizə apara bilsinlər. "Əkinçi" qəzetinin 1877-ci il 1 avqust tarixli

nömrəsində yazrdı: "...Biz intixab edici qardaŞlarımıza bir az məsləhət edəcəyik.

Siz Allah, intixab edən zaman intixab elədiyiniz adamların uzun saqqalına, böyük

qurŞağına, dəmir sandığının doluluğuna baxmayın. Şəhər divanxanalarında danıŞıq,

yazı-pozu rus dilində olacaq. Ona binaən gərək rus dili bilən doğru adamlar intixab

edəsiniz ki, xaçpərəstlər intixab edən calislərin (onlar üçdən iki hissə intixab

edəcəklər) arasında bizim adımızı dəxi ziyadə batırmasınlar".

Həsən bəy Zərdabinin dediyi kimi də olmuŞdu. Dumaya elə adamlar

seçilmiŞdi ki, iclaslarda gedən mübahisələrdən bir kəlmə də baŞa düŞmürdülər. Bu

ucbatdan kvorum olmadığından; iclaslar baŞ tutmurdu. Şəhər duması qlasnıları

seçicilər qarŞısında hər cür məsuliyyətdən azad idilər. Seçicilər qlasnılara heç bir

təlimat verə bilməzdilər. Buna görə qlasnıların əksəriyyəti özünü idarə orqanlarına

çox laqeyd yanaŞırdılar. Məsələlərin çox ciddi müzakirəsi zamanı iclası tərk edib,

gedirdilər. "Bakinskaya izvestiya" qəzeti 1878-ci il 7-ci nömrəsində yazırdı:

"Bizim qlasnılar arasında bir nəfər də universitet təhsilli texnik və mütəxəssis

yoxdur. İçərilərində hətta elələri var ki, rus dilini ağıllı-baŞlı bilmirlər. 36 nəfər

müsəlman qlasnısından ancaq 5 nəfəri rus dilində öz fikrini izah edə bilir".

Bəlkə bu səbəbdəndir ki, 1892-ci ildə Şəhər bələdiyyəsi haqqındakı yeni

qanunun 44-cü maddəsində deyilirdi ki, qlasnıların ümumi siyahısında müsəlman

qlasnılarının sayı üçdə bir hissədən artıq olmamalıdır. Bu III Aleksandrın fərmanı

idi. Bu fərmanla Şəhər özünü idarəsinin hüquqları da azalır, əvəzində qubernatorun

nəzarəti gücləndirilirdi. Şəhər əhalisinin artmasına baxmayaraq, seçicilərin sayı

daha da azalmıŞdı. 1891 - 1901-ci illərdəki seçkilərdə əhalinin yalnız 1,5 faizi

iŞtirak etmiŞdi.

Bundan sonra Qafqaz caniŞinliyinə və mərkəzi hökümətə çoxlu ərizələr

getdi. 1900-cü il dekabrın 1-də imperatorun təzə fərmanı çıxdı. Bu fərmana əsasən

əvvəlki qayda bərpa olundu və müsəlman qlasnılarının sayı ümumi sayın

yarısından çox olmayaraq, müəyyən edildi.

Dumanın birinci iclası 1878-ci il yanvarın 14-də Bakı Şəhər baŞçısı

Cakelinin sədarəti altında açılmıŞdı.

133

Şəhər dumasına seçkilərlə yanaŞı Bakı quberniyasında Dövlət Dumasına da



seçkilər keçirilmiŞdi. Birinci Dövlət Dumasına seçkilər barədə qanun 1905-ci il 11

dekabrda olmuŞdu. Dövlət Duması rus imperiyasının əhalisi tərəfindən seçilən

üzvlərdən təŞkil olunurdu. Birinci Dumaya Rusiyanın quberniya Şəhərlərindən 412

nəfər, PolŞanın rus əhalisindən 38 nəfər, Qərbi Sibirdən 14 nəfər, Asiya ölkəsindən

10 nəfər, Qafqazdan, 29 nəfər, Şərqi Sibirdən 7 nəfər, Orta Asiyadan 13 nəfər üzv

seçilmiŞdi. Birinci Dövlət Dumasına Bakı quberniyasından İamaxı taciri

Məmmədtağı Əliyev, Cavad qəzasından qəzada tərcüməçi iŞləyən müəllim

Əsədulla bəy Muradxanov, Bakıdan Əlimərdan bəy TopçubaŞov, keçmiŞ Gəncə

quberniyasından İuŞa Bələdiyyə İdarəsinin üzvü Əbdürrəhim bəy Haqverdiyev,

Gəncə xanları nəslindən olan Gəncə prokurorunun müavini İsmayıl bəy

Ziyadxanov seçilmiŞdilər.

1906-cı ildə Moskvada çap olunmuŞ Bonoviçin "Dövlət Dumasının üzvləri

birinci çağırıŞ" adlı kitabında adlarını çəkdiyimiz deputatların tərcümeyi-halları və

Şəkilləri verilmiŞdir.

İkinci Dövlət Dumasına seçkilər haqqında qanun 1907-ci il 3 iyunda

olmuŞdu. Dövlət Dumasına Bakıdan H. Z. Tağıyevin oğlu İsmayıl bəy Tağıyev,

Əmirhacıyan kəndindən fəhlə Zeynal Zeynalov, müəllim Mustafa Mahmudov,

keçmiŞ Gəncə quberniyasından vəkil Fətəli xan Xoyski, hüquq təhsilli iri mülkədar

Xəlil bəy Xasməmmədov seçilmiŞdir.

Birinci Dövlət Dumasında müsəlman fraksiyası olmadığı üçün

azərbaycanlılar kadetlərin tərkibinə daxil edilmiŞdilər. Əslinə qalarsa, 1907-ci il 3

iyun tarixli seçki qanunu Stolıpin höküməti tərəfindən bir növ sakit çevriliŞ idi. O

İkinci Dumanı qovmuŞdu. Çünki İkinci Dövlət Dumasının üzvləri daha sol idilər.

Onlar həmin illərdə xalqın çarizm əleyhinə qəzəbli çıxıŞlarından sonra

seçilmiŞdilər. Dumanın buraxılması Rusiyada yaŞayan müsəlman əhalisinə ağır bir

zərbə idi. Dumanın buraxılması barədə çarın fərmanında açıq deyilirdi: "Rus

dövlətini möhkəmlətmək məqsədilə yaradılmıŞ Dövlət Duması öz ruhu etibarilə rus

Duması olmalıdır. Dövlətimizin tərkibinə daxil olan baŞqa xalqların nümayəndələri

yalnız öz ehtiyaclarının nümayəndəsi olmalıdırlar. Onlar xalis rus məsələsinin həll

edilməsində qəti səsə malik olmamalı və olmayacaqlar. Dövlət vətəndaŞlığının

kifayət qədər inkiŞaf etmədiyi ucqarlarda Dövlət Dumasına seçkilər müvəqqəti

olaraq dayandırılır".

Beləliklə Zaqafqaziya üzrə 20 deputat yerindən cəmi 5 yer saxlanmıŞdı.

Bundan əlavə bir yer də Zaqafqaziyanın quberniyaları deputatları müstəqil

seçirdilər. İndi isə bütün quberniyalar 6 seçki dairəsində birləŞməli idilər. Bakı

Şəhəri isə seçki hüququndan tamamilə məhrum edilmiŞdi.

Bu göstərirdi ki, çar mütləqiyyəti Rusiyanın tərkibində yaŞayan xalqlardan

çəkinirdi. Xüsusilə 1905-1907-ci illərdə bu xalqların inqilabi hərəkatda yaxından

134

iŞtirak etmələri Nikolay hakimiyyətini bərk qorxuya salmıŞdı. İkinci Dövlət



Dumasının buraxılmasının baŞlıca səbəblərindən biri də bu idi.

Bakı Duması 1878-ci ildən QoŞa Qala qapısı yanında olan iki mərtəbəli

binada yerləŞirdi. Bu bina sonralar fəhlə klubu adı ilə tarixə düŞmüŞdü. 1900-cü

ildə isə duma və Şəhər idarəsi üçün yeni binanın əsası qoyulur. Bu, məŞhur memar

Qoslavskinin layihəsi əsasında tikilmiŞ (indiki Bakı Sovetinin binası) əzəmətli bir

bina idi. Burada sərf olunmuŞ materialların bir hissəsi xarici ölkələrdən

gətirilmiŞdi. 1904-cü ildə bina hazır olur və duma, Şəhər idarəsi QoŞa Qala qapısı

ağzındakı iki mərtəbəli binadan buraya köçür. Hazırda binaya tamaŞa edənlər onun

üstündə yazılmıŞ 1870 rəqəmini gördükdə binanın həmin ildə tikildiyini güman

edirlər. Əslində isə 1870 rəqəmi binanın tikilmə tarixi deyil, Şəhər özünü idarələr

barədə verilmiŞ fərmanın tarixidir. Dumanın və Şəhər idarəsinin xidməti az

olmamıŞdır. Şəhərin abadlaŞması, Şəhərə su çəkilməsi, atlı dəmir yolunun

(konkanın) iŞə düŞməsində və sairədə böyük fəaliyyət göstərmiŞdir. Şəhər idarəsi

bütün tədbirləri ayrı-ayrı varlılara icarəyə vermək yolu ilə həyata keçirirdi.

Məsələn, atlı dəmir yolunun çəkilməsi əvvəl baŞdan H. Z. Tağıyevə, ondan sonra

baŞqalarına icarəyə verilmiŞdi. İçəri Şəhərə giriŞ yolunun çətinliyni nəzərə alaraq,

1806-cı il oktyabrın yeddisində Şəhər idarəsi icazə verir ki, Şəhərin İamaxı

darvazası yanında ikinci darvaza açılsın. Bu iŞ torq yolu ilə Hacıbaba HaŞımova

tapŞırılır. Birinci dərəcəli tacir olan Hacıbaba HaŞımovun həmin meydançada iki

mərtəbəli gözəl bir binası da vardı. 1880-ci ilin 14 mayında Şəhər duması yeni

çəkilməkdə olan dəmir yolunun vağzalı üçün Krasilnikovun üzüm bağında yer

ayırır (indiki vağzalın yeri). 1883-cü ildə Tiflisdən gələn ilk qatar, daha sonra

1900-cü ildə Dərbənddən gələn ilk qatar bu vağzala qəbul olunur. 1884-cü ildə

Şəhərin ikinci alçaq divarı Şəhərin baŞ memarı Hacıbabayevin rəhbərliyi altında

sökülür və onun daŞlarından birinci divarın möhkəmlədilməsi üçün istifadə edilir.

Onu da qeyd edək ki, Şəhərin abadlaŞdırılması üçün görülən bütün tədbirlər

dumanın iclaslarında böyük mübahisələrə səbəb olurdu. Bakıda telefon xəttinin

çəkilməsi zamanı yerli əhalinin, xüsusilə böyük mülk sahiblərinin narazılıq

ərizələri böyük mübahisəyə səbəb olmuŞdu. Mülk və mağaza sahibləri razı

olmurdular ki, onların binaları qarŞısında iri taxta Şalbanlar basdırılsın. Sonralar bu

taxta Şalbanların bəziləri dəmir dirəklərlə əvəz edildi. Bundan da narazı olanlar

vardı. Nəhayət, qərara alındı ki, telefon xətləri divarlara vurulan kronŞteynlər

vasitəsilə çəkilsin. Telefon Şalbanları ancaq Qara Şəhərə gedən küçədə qaldı. Bu

küçədə telefon dirəkləri meŞə ağacları kimi bir-birinin böyründə bitmiŞdi. O

vaxtdan bu küçənin adı Telefon küçəsi qalmıŞdı. Sonralar, 1913-cü ildə

Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar bu küçəyə "Romanovlar" adı

verilmiŞdi. 1890-cı illərin axırlarında Bakı Şəhərinin herbi təsdiq olundu. Bu lövhə

üzərində rəsm edilmiŞ üç alovdan ibarətdi. Lakin bu, Bakının ilk herbi deyildi.

135

Bakının birinci herbi hələ 1840-cı ildə Bakı keçmiŞ Xəzər oblastına daxil olduğu



zaman təsdiq edilmiŞdi. Məlum olduğu üzrə I Pyotr dövründə nizami qoŞun ərzaqla

təmin olunmaq üçün quberniya və Şəhərlərdə yerləŞdirilmiŞdi. Onlar yerləŞdikləri

yerin adı ilə adlandırılmıŞ və özlərinə herb də düzəltmiŞdilər. Bakının herbi dörd

hissəyə bölünmüŞ lövhədən ibarətdi. Yuxarıda sağ tərəfdəki hissədə yerdən çıxan

üç qaz Şırnağı, sol hissədə isə pələng Şəkli həkk edilmiŞdi. AŞağıdakı hissələrdə isə

sağ tərəfdə lövbər, sol tərəfdə isə yüklü dəvə rəsm edilmiŞdi. Dəvənin üstündəki

yükün isə hər tərəfində açmıŞ zəfəran çiçəyi vardı. Bu onu bildirirdi ki, zəfəranın

vaxtı çatanda quru yerdə də çiçəkləyə bilər. Yuxarıdakı birinci və ikinci

hissələrdəki Şəkillər Bakının görkəmli yerlərini, aŞağıdakı lövbər və yüklü dəvə isə

Bakı əhlinin məiŞətini əks etdirirdi. Sonralar Bakının ikinci herbindəki üç alov da

birinci herbdəki üç yanan qaz Şırnağının davamı idi. Üç atəŞ qədim İran

əfsanəsindən götürülmüŞdü. M. Ə. Rəsulzadə 1918-ci il 3 dekabr tarixli

"Azərbaycan" qəzetində əfsanə haqqında belə yazırdı: "Ən qədim İranlılarda üç

atəŞ əfsanəsi vardır. Bu əfsanə Azərbaycan ənənəsi ilə əlaqədardır".

Herbin üzərində təsvir olunan pələng Şəkli çox qədimlərdən AbŞeron

yarımadasında, xüsusilə Binə düzənliyindən baŞlayaraq, Zirəyədək uzanan tuğayı

meŞələrində yaŞayan vəhŞi heyvanlara iŞarə idi. Lövbər yerli əhalinin dənizçiliklə

məŞqul olduğunu göstərirdi. Yüklü dəvə yeganə nəqliyyat vasitəsinin simvolu,

çiçəkləyən zəfəran isə AbŞeronda bitən qiymətli bitkiyə iŞarə idi.

Bakının ikinci herbi təsdiq ediləndən sonra Şəhər bələdiyyə idarəsi

tərəfindən dövlət binaları üstünə vurulurdu. Bu, lövhə üzərində həkk olunmuŞ üç

alovdan ibarət herb idi.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə