Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə133/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   128   129   130   131   132   133   134   135   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

27aprel 1920-ci il

Sizin 27 aprel tarixli məktubunuzu müzakirə edərək və onun məzmununu

yaŞadığımız vəziyyətlə müqayisə edərək və sizin təklifinizi nəzərə alaraq,

seçdiyimiz komissiya bu qərara gəlir:

1. Sovet hakimiyyəti tərəfindən idarə olunan Azərbaycan istiqlaliyyəti

bütövlükdə saxlanmalıdır.

2. Azərbaycan Kommunist partiyası tərəfindən yaradılmıŞ hökümət

müvəqqəti orqan olacaq.

3. Azərbaycanın idarə edilməsinin son forması hər cür xarici təzyiqlərdən

asılı olmayaraq, Azərbaycan fəhlə, kəndli və əsgər deputatları Soveti simasında

Azərbaycanın ali qanunverici idarəsi tərəfindən müəyyən ediləcəkdir.

4. Hökümət idarələrinin əməkdaŞları öz yerlərində qalır, yalnız məsul

vəzifə tutanlar azad edilirlər.

5. Yeni təŞkil olunmuŞ müvəqqəti kommunist höküməti parlament və

hökümət üzvlərinin toxunulmazlığına təminat verir.

6. Qızıl Ordunun hücumla Bakı Şəhərinə daxil olmasına yol verməyəcək.

7. Azərbaycanın istiqlaliyyətini boğmaq istəyən hər hansı xarici qüvvələrə

qarŞı yeni hökümət onun sərancamında olan vasitələr və qəti tədbirlərlə mübarizə

edəcəkdir.

Azərbaycan parlamenti bu Şərtlərin özünün fövqəladə iclasında səs çoxluğu

ilə qəbul edildiyini nəzərinizə çatdırır.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə