"Səfa" mətbəəsi.
174
Bu mətbəə müəllim Qəfur RəŞad Əfəndiyev tərəfindən təŞkil olunmuŞdu.
Əsasən "Məktəb" adlı uŞaq məcmuəsini çap etməklə məŞğuldu. KeçmiŞ Vorontsov
və Vrangel küçələrinin tinində yerləŞmiŞ kiçik bir mətbəə idi. Məcmuə
məktəblilərin və habelə müəllimlərin dərin hörmətini qazanmıŞdı. Lakin həmin
mətbəədə "Məktəb" məcmuəsi ilə yanaŞı "Kəblə Yaftuməlinin" antimoral
qəzəllərinin dərc edilməsi Qəfur RəŞadı da, mətbəəni də nəzərdən salmıŞdı.
"Turan" mətbəəsi.
Ələkbərovların "GünəŞ" və əvvəllər HaŞım bəy Vəzirovun olub, sonralar
"Məktəb" məcmuəsinin sərəncamına keçmiŞ "Səfa" mətbəəsi ilə birləŞməsi
nəticəsində "Turan" mətbəəsi yaradılmıŞdı. Mətbəə keçmiŞ Vrangel və Spasski
küçələrinin tinində, indiki urologiya xəstəxanasının yerində yerləŞirdi. Burada
baŞlıca olaraq, afiŞalar, elanlar çap olunurdu.
"Novruz" mətbəəsi.
İndiki passajın yuxarı tərəfində yerləŞmiŞ kiçik bir mətbəə idi. Sahibi
Cahangir Həsənov idi. O vaxtı ilə Tbilisidə "Molla Nəsrəddin" jurnalının ilk
çapçılarından olub. Sovet hakimiyyəti illərində uzun müddət AzərnəŞr mətbəəsində
texnoloq və ofsetçi kimi iŞləyib.
Dostları ilə paylaş: |