TAMAİA MÜƏSSİSƏLƏRİ
Bakının yaŞlı əhalisinin yaxŞı yadındadır ki, o zaman Bakıda kinoteatr
binalarından əlavə müxtəlif tamaŞa müəssisələri də fəaliyyət göstərirdi. Doğrudur
bu müəssisələrin əksəriyyəti xüsusi adamların əlində idi, bəziləri də hökümət
166
tərəfindən ayrı-ayrı adamlara icarəyə verilmiŞdi. Elə tamaŞa müəssisələri də vardı
ki, onlar icarə yolu ilə Şəhərə qastrola gəlmiŞ truppaların sərəncamına verilirdi.
Kinoteatrların əksəriyyəti isə daimi fəaliyyət göstərirdi. 1900-cu ildən sonra
Bakıda 15-ə qədər kinoteatr mövcud idi. O zaman kinoteatrlar sinemotoqraf
adlanırdı.
Ən məŞhur kinoteatr "FENOMEN" idi. O zaman bu kinoteatr indiki Kukla
teatrının binasında idi. "RENESANS" indiki "Vətən" kinoteatrının binasında
yerləŞirdi. "AMPİR" - keçmiŞ Malakan, indiki Xaqani küçəsində, "Aktyor evi"nin
yerində idi. Sovet dövründə burada Gənc TamaŞaçılar Teatrı bina sökülənədək
fəaliyyət göstərirdi. "FORUM" - ən məŞhur kinoteatr idi. Sovet hakimiyyəti
illərində "26" kinoteatrı adlanırdı. Sonralar bu bina sökülmüŞ, əvəzində böyük
yaŞayıŞ binası tikilmiŞdir.
"FORUM" BolŞoy morskoy (Bülbül) küçəsi ilə "Telefonnı" (indiki 28 may)
küçələrinin tinində yerləŞirdi. "EDİSSON" kinoteatrı Bülbül prospekti ilə Ü.
Hacıbəyov küçələrinin kəsiŞdiyi yerdə indiki "Sahil" metrosunun yerində idi.
"KOLLİZEY" - Nizami küçəsində Opera teatrı ilə üzbəüz köhnə bir binada
yerləŞirdi. Sovet hakimiyyəti illərində bu binanın yerində əvvəllər Musiqili Teatrın
binası yerləŞirdi, sonra da o söküldükdən sonra onun yerində hazırkı Gənc
TamaŞaçılar Teatrının əzəmətli binası ucaldılmıŞdır. "EKSPRES" kinoteatrı isə
indiki M. Ə. Rəsulzadə (keçmiŞ Olqa) küçəsində (indiki "Azərbaycan"
kinoteatrının binasında) yerləŞirdi. Sovet hakimiyyəti illərində bu kinoteatr uzun
müddət "Qızıl Şərq" adlanırdı. "REKORD" - kinoteatrı Birja, sonralar Hürriyyət
adlanan meydanda taxtadan tikilmiŞ bir binada yerləŞirdi. Bu bina həm kino
göstərilmək və həm də sirk tamaŞaları üçün nəzərdə tutulduğundan dairəvi Şəkildə
idi.
"MİNYON" kinoteatrı. İndiki "Araz" kinoteatrının binasında yerləŞirdi. 30-
cu illərdə burada Gənclər teatrı fəaliyyət göstərirdi. Sonralar təzədən kinoteatra
çevrildi. "YARDIM" kinoteatrı. Sovet hakimiyyətində də kinoteatr binası olaraq
qalırdı. Təkcə adı dəyiŞdirilib "Ulduz" olmuŞdu.
Bunlardan baŞqa iki kinoteatr da vardı ki, bunlar Şəhərin iki böyük ticarət
mərkəzləri olan passajlarda yerləŞirdi. Bunlardan biri H. Z. Tağıyevin passajında
(univermaq) yerləŞən "FRANSIZ ELEKTRO BİOQRAFI" kinoteatrı, o biri isə
Velikaya knyajskaya (Ə. Əliyev) küçəsində Kələntərovun passajında (indiki AHİİin
binasında) yerləŞən "MUZA" kinoteatrı idi.
"ODEON" kinoteatrı Merkuri (indiki Azərbaycan prospekti) ilə Milyutin
(indiki Əlyarbəyov) küçələrinin tinində hazırki Azərbaycan Səhiyyə Nazirliyi 4-cü
idarəsinin 1 nömrəli poliklinikasının yerləŞdiyi binada idi.
167
"MARS" kinoteatrı çox kiçik olub, Qubernski (indiki Nizami) küçəsi ilə
Vorontsov (indiki Əzizbəyov) küçələrinin kəsiŞdiyi yerdə birinci mərtəbədə
yerləŞirdi. İkinci mərtəbədə isə "Azərbaycan" qəzetinin redaksiyası idi.
"PALATS" kinoteatrı kiçik bir salondan ibarətdi. "İsmailiyyə" (indiki
Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin) binasının birinci
mərtəbəsində sağ tərəfdə yerləŞirdi. Onu bir nəfər bəzzaz icarəyə götürmüŞdü.
Teatr binalarına gəlincə qeyd edilməlidir ki, 1911-ci ilədək Bakıda əsasən
iki teatr binası vardı. Bunlardan biri 1883-cü ildə tikilmiŞ məŞhur Tağıyev teatrı
idi. Bu binada əvvəllər Rusiyanın hər tərəfindən qastrola gəlmiŞ aktyor dəstələri
çıxıŞ edirdilər. Yerli aktyor dəstələri yaradılandan sonra Hacı Zeynalabdin binanı
onlara teatr tamaŞaları göstərmək üçün bəzi hallarda pulsuz və kirayəyə verirdi.
Xüsusilə 1896-cı ildə təŞkil olunmuŞ "Birinci müsəlman truppası" burada tez-tez
tamaŞalar verirdi. O zaman bu truppaya N. Nərimanov, Cahangir Zeynalov,
Mehdibəy Hacinski, Həsən bəy Zərdabi və baŞqaları daxil idi. 1909-cu ildə baŞ
vermiŞ yanğından sonra teatr Hacı tərəfindən təmir edilib, daha da gözəlləŞmiŞdi.
"GünəŞ" qəzeti 1910-cu il 24 avqust tarixli nömrəsində yazırdı: "Təzədən tikilmiŞ
Şəhər teatrı oktyabrın 1-də qurtarıb, təzə mövsümü açacaqdır. Teatr əvvəlkindən
böyük tikilib 1700 nəfərədək adam tutur".
27 sentyabrda həmin qəzet yenə yazırdı ki, təmirdən sonra zalın boyu
artırılmıŞdır. Parterdəki yerlərə 5 sıra əlavə edilmiŞdir. Səhnə və lojalar
geniŞləndirilib. Təmir 8.300 manata baŞa gəlib.
Bu teatr binası Azərbaycanda opera sənətinin yaradılması ilə bilavasitə
əlaqədardır. 1908-ci ildə məhz bu binada Azərbaycan opera sənətinin ilk görkəmli
əsəri - Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası tamaŞaya qoyulmuŞdu.
Dirijor Ə. R. Haqverdiyev idi. BaŞ rolda - Məcnun rolunda H. Sarabski çıxıŞ edirdi.
TamaŞa müvəffəqiyyətlə keçmiŞdi. Müəllif tez-tez səhnəyə çağırılıb, gurultulu
alqıŞlarla qarŞılanırdı. Bundan həvəsə düŞən Ü. Hacıbəyov bir-birinin dalınca
operettalar yazıb tamaŞaya qoyurdu. Bunların içərisində "O olmasın, bu olsun" və
"ArŞın mal alan" operettaları bakılıların xüsusilə xoŞuna gəlirdi. 1910-cu ildə o
"Rüstəm və Söhrab" adlı yeni bir opera yazdı və həmin ilin 12 noyabrında
tamaŞaya qoyuldu. Dirijor müəllif özü idi.
1918-ci il mart hadisələri zamanı teatr binası ermənilər tərəfindən
yandırıldı. O yalnız 1922-ci ildə təmir edildi və DadaŞ Bünyadzadənin adına
qoyuldu. Teatrın açılıŞı günü özünün Mərdəkandakı bağında yaŞayan Hacı
Zeynalabdin Tağıyev teatrın açılıŞına dəvət olunmuŞdu. Hacı öz təəssüratını belə
ifadə etmiŞdi: "Bünyadzadə yoldaŞ adına müsəlman teatrının açılıŞı münasibətilə
xalqın mədəniyyəti yolunda görülən bu iŞdə mənim bir pioner kimi xidmətlərimi
qiymətləndirən hökümətimizin bu qoca yaŞımda mənə iltifatından mütəəssirəm".
168
İkinci teatr keçmiŞ Malakan bağının yanında Malakan (Xaqani) küçəsi ilə
Qoqol küçələrinin kəsiŞdiyi yerdə tikilmiŞ Mikado teatrı idi. Bunun ikinci adı Pel-
Mel idi. Bu binanın yapon memarlığı üsulunda tikiliŞi təsadüfi deyildi. Bakının
varlı Şəxslərindən birinin oğlu olan Əliheydər Hacı HaŞım oğlu Yaponiya və Çinə
olan səfərindən qayıdandan sonra bu yerdə torpaq alıb, belə bir bina tikdirmiŞdi.
Pel-Mel teatrı binasında hər cür tamaŞalar verilir, Rusiyanın məŞhur incəsənət
ustaları Bakıya qastrola gələrkən burada çıxıŞ edir və kino göstərilirdi. Bir sözlə
Pel-Mel Bakının rus dilli əhalisinin mədəni mərkəzinə çevrilmiŞdi. Özünün
arxitektura quruluŞu ilə fərqlənən bu bina yalnız bu yaxın illərdə yenidən təmir
edildikdən sonra bütün xarici görkəmini tamamilə dəyiŞmiŞdir. Hazırda bu binada
Səməd Vurğun adına Rus Dram Teatrı yerləŞir.
1911-ci ildə Bakıda üçüncü bir teatr binası inŞa edilib qurtarır. Bu Mayılov
qardaŞlarının keçmiŞ Torqovı (indiki Nizami) küçəsində ucaltdıqları Opera teatrı
binası idi. Bina çox qısa bir müddət, təxminən bir ildə tikilib baŞa çatdırılmıŞdır.
Deyilənə görə Mayılov qardaŞları onu çox hörmət etdikləri bir rus müğənni qadının
Şərəfinə ucaltmıŞlar. Opera teatrı 1911-ci ilin 28 fevralında açılmıŞdı. Birinci gün
Musorqskinin "Boris Qodunov" operası göstərilmiŞdi.
1983-cü ildə teatr binasında yanğın olmuŞdu. Yanğından sonra təmir
olunub, əvvəlki əzəmətli görkəminə qaytarılmıŞ və daha da gözəlləŞmiŞdir.
TamaŞa müəssisələri içərisində Bakı sirkləri də əhaliyə böyük xidmət
göstərirdi. Bakıda ilk sirk binasının əsası hələ keçən əsrin axırlarında Akim və
Pyotr Nikitin qardaŞları tərəfindən qoyulmuŞdur. Nikitin qardaŞları 1880-ci ildə
Moskvada ilk sirkin binasını qoymuŞ və bir müddətdən sonra ölkənin baŞqa
Şəhərlərində də məsələn: Kiyevdə, Xarkovda, Kurskda, Nijni-Novqorodda, Tiflisdə
və o cümlədən Bakıda onun filiallarını açmıŞdılar. Bakıda Nikitin qardaŞları
sirkinin binası Torqovı küçə ilə Böyük dəniz küçələrinin tinində, indiki Rəssamlıq
texnikumu binası ilə Nizami küçəsindəki Opera teatrı binasına bitiŞik binaların
arasında yerləŞirdi. Sirk dairəvi Şəkildə, daŞ və taxtadan tikilib, həm sirk tamaŞaları
və həm də səhnə əsərləri tamaŞaları üçün çox yararlı idi. Bu binada sirk tamaŞaları
əsasən yay və payız aylarında göstərilirdi. Bu zaman səyyar sirk truppaları Tiflisə,
oradan Bakıya gəlir, burada tamaŞalarını bitirdikdən sonra dənizlə HəŞtərxana,
oradan da Volqa boyu ilə yuxarılara: Saritsına, Saratova, Samaraya, Nijni-
Novqoroda keçərək qastrol tamaŞaları göstərirdilər. BaŞqa vaxtlar isə bina icarəyə
verilirdi. Bakıda sirk Şəhərin mərkəzində tikildiyindən qıŞ aylarında öz ətrafına
çoxlu tamaŞaçı toplaya bilirdi. Binada teatr tamaŞaları üçün əlveriŞli Şərait
olduğundan, yerli Azərbaycan aktyor truppaları burada vaxtaŞırı tamaŞalar
verirdilər. Ərəblinski və baŞqa azərbaycanlı rejissorların rəhbərliyi ilə burada
Azərbaycan yazıçılarının bir çox əsərləri tamaŞaya qoyulmuŞdu.
169
1910-cu ildə burada "Nicat" cəmiyyəti tərəfindən Ü. Hacıbəyovun, 1911-ci
ildə isə H. Sarabskinin benefisi keçirilmiŞdi.
1917-ci ildə sirkin binası yanır. Nikitin qardaŞları onu təmir etmək əvəzinə
keçmiŞ Birja (indiki 26-lar) meydanında təzə sirk binası inŞa edirlər. Bu bina
əsasən taxtadan dairəvi Şəkildə tikilmiŞdi. Burada kino göstərilməsi də nəzərdə
tutulmuŞdu. İçəridə tamaŞaçılar üçün maksimum Şərait yaratmaq məqsədilə yuxarı
cərgələrə qalxan pillələr binanın xaricində düzəldilmiŞdi. Əlbəttə bina əsas etibarilə
kino tamaŞaları üçün nəzərdə tutulmuŞdu. Binaya təxminən 2 minədək tamaŞaçı
yerləŞirdi. Lakin sirkin taxtaları möhkəm mıxlanmadığından bərk xəzrilərdə bina
əsir və az qala uçmaq dərəcəsinə çatırdı. 1915-ci ilin martında Şəhər Abadlıq
İcraiyyə Komitəsinin iclasında bu məsələ müzakirə olunaraq göstərilirdi ki,
Şalbanlar bir-birilə yaxŞı bənd edilməmiŞ və eŞik tərəfdən olan pillələrdə də hər
dəqiqə yanğın təhlükəsi gözlənilə bilər.
Yefimov qardaŞlarının sirki də yaŞlı bakılıların yəqin ki, yadındadır. Bu sirk
hazırki Ü. Hacıbəyov küçəsində Rabitə evi binasının yerində idi. O da taxtadan
tikilmiŞdi. Onun müxtəlif və zəngin proqramı olurdu. Özünə daha çox tamaŞaçı
cəlb edən pəhləvanların güləŞi idi. Bakılılar güləŞi sevirdilər. Buna görə bilet
tapmaq, bütün güləŞlərə tamaŞa etmək hər adama müyəssər olmurdu. ÇıxıŞ edən
pəhləvanlardan Sali Süleyman və Gəncəli tamaŞaçıların sevimlisi idi. Sali
Süleymanın güləŞdiyi gün sirkin qapısında böyük izdiham yaranırdı.
Yefimov qardaŞlarının sirki 20-ci illərin axırlarınadək fəaliyyət göstərirdi.
Yalnız Bakıda hazırki sirk binası inŞa edildikdən sonra bu taxta sirk sökülmüŞdür.
Bakının ən köhnə sirklərindən biri Fürerin sirki idi. Bu Petrov meydanında
Fürer adlı bir almanın idi: Sirkdə əsasən gəlmə sirk truppaları və vəhŞi heyvan
təlimçiləri çıxıŞ edirdilər. Fürer qazanc məqsədilə bəzən heç yerdə tanınmamıŞ zəif
truppaları dəvət edirdi ki, bu da tamaŞaçıların haqlı narazılığına səbəb olurdu. Belə
hallar tez-tez təkrar olunduğundan tamaŞaçılar sirk tamaŞalarını baykot edirdilər.
Yalnız bu vasitə ilə onlar Füreri sirk proqramının keyfiyyətini artırmağa, ona
zərərə baŞa gəlsə də, güclü kollektivlər dəvət etməyə məcbur edirdilər. Sirkin ətrafı
da həmiŞə natəmiz vəziyyətdə olurdu. Aylarla yığılıb qalmıŞ heyvan peyinləri
atılmadığından üfunətdən sirkə yaxınlaŞmaq mümkün olmurdu. Bu məsələ
dəfələrlə Şəhər idarəsində müzakirə edilmiŞ və qərara alınmıŞdı ki, sirk
heyvanlarının peyinləri sirkin yanında açıq havada saxlanmasın. O ya tez-tez
tullanmalı, ya da taxta hasar içərisinə alınmalıdır. Fürer öz xəsisliyi ucbatından
vaxtaŞırı cərimə verməyə məcbur edilirdi. Sirkin dəniz kənarında olmasına
baxmayaraq ətraf binalarda yaŞayanlar sübhədək kəsif üfunətdən yata bilmirdilər.
Petrov meydanı Sovet hakimiyyətinədək ümumiyyətlə natəmiz saxlanılırdı, Bakı
sirklərində gəlmə heyvan təlimçiləri ilə yanaŞı Bakının özündə yetiŞmiŞ Ələkbər
Fərrux adlı bir təlimçi də iŞtirak edirdi.
170
Dostları ilə paylaş: |