Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə46/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   42   43   44   45   46   47   48   49   ...   70

193
və ya digər dərəcədə bütün bəşəriyyətə xasdır, lakin Ame-
rika cəmiyyəti meritokratikdir. Belə bir anlayış var – meri-
tokratiya,  mənası  “xidmət”  olan  fransız  sözü  “merit”dən 
götürülüb. ABŞ-da sənin qiymətin xidmətlərinlə müəyyən-
ləşdirilir. Bu, o anlama gəlmir ki, orada əlaqələrdən və tanış-
lıqlardan istifadə etmirlər. Bu, hər yerdə var. Amma orada 
hər halda insan qazandıqlarına daha çox öz xidmətləri sayə-
sində  nail  olur.  Buna  görə  onu  irəli  çəkir,  cəlb  edir,  pulla 
mükafatlandırırlar. Elə də olur ki, böyük pullar insanı korla-
yır, şəxsiyyətini deformasiyaya uğradır, amma mən əminəm 
ki, pul ancaq zəif, formalaşmamış insanı korlaya bilər. 
Mənim  fikrimcə,  müasir  rus  cəmiyyətinə  iki  xüsusiyyət 
xasdır: amerikalılara xas perfeksionizmin və meritokratiya-
nın olmaması. 
Harada  işləmələrindən  asılı  olmayaraq,  perfeksionizm 
amerikalılarda özünü hər şeydə biruzə verir. Onları elə tər-
biyələndirirlər ki, özlərinin ən yaxşı olduqlarını hiss etsinlər 
və məşğul olduqlarını ən yaxşı qaydada yerinə yetirsinlər. 
İnsanın harada işləməsi vacib deyil, istər küçədə ayaqqabı, 
istərsə də müştərilərin hər saniyə toxunduqları giriş qapısı-
nın dəstəyini təmizləsin, elə silməlidir ki, güzgü kimi parıl-
dasın. Və əlbəttə, səy göstərən insanı irəli çəkəcəklər.
ABŞ-da bir çox milyarderlərin bioqrafiyası çox sadə və az 
pul ödənən işlərdən başlanıb. Bizdə isə mənzərə tamamilə 
fərqlidir. 
Mən ərimin sürücüsünü xatırlayıram, bir dəfə o, soruşdu:
- Aleksey Konstantinoviç, bütün bu varlılar necə zəngin-
ləşiblər? Doğrudanmı, hamısı nəsə oğurlayıb? Siz necə fikir-
ləşirsiniz?
- Yox, Seryoja, əlbəttə, hamısı oğurlamayıb. Yaxşı qazan-
maq yolu həmişə var, - Aleksey cavab verdi. – Bax sən, an-
caq maaşla dolanırsan, amma öz biznesini də qura bilərsən. 
Sən  deyirdin  ki,  tanışlarının  maşından  yaxşı  başları  çıxır. 
Üçünüz pul qoyun və belə deyək, özünüzə maşın təkərləri-
nin doldurulması üçün avadanlıq, yaxşı alətlər alın. Başınız 
var, əlləriniz var, başlayın. Yaxud borc pul götür və başqala-
rını özləri üçün işləməyə dəvət et. Öz qarajında balaca ema-


194
latxana  aç.  Sən  ehtiyat  hissələri  tapacaqsan,  kimsə  maşını 
düzəldəcək, kimsə də yağı dəyişəcək. Maşın təmiri ilə bağlı 
bu və ya digər işin firmada neçəyə edildiyini öyrənin, həmin 
işləri daha ucuz edin. Camaat hökmən sizin emalatxananıza 
axışacaq.
Sürücü fikirləşdi və cavab verdi:
- Yox, Aleksey Konstantinoviç. Orada işləmək lazımdır. 
Yenə təkər daşıyacağam? Bəs futbola baxmaq, pivə içmək? 
Yox, belə həyat kimə lazımdır?
- Bilirsən, Sergey, gərgin işləmədən heç nə mümkün de-
yil. Nəyəsə nail olmaq istəyirsənsə, gərgin çalışmağa hazır 
ol. Ancaq belə.
Amma  Sergey,  bir  çox  başqaları  kimi,  gərgin  işləmək 
istəmir. Nə üçün? Çünki işləmək lazımdır. Sonralar o, iş-
dən çıxdı və pizza daşımağa getdi. Yəqin indiyə kimi da-
şıyır. 
Bizim  ərimlə  həyatımızın  böyük  hissəsi  –  gərgin  işdən 
ibarətdir.  Bizim  qızımızın  yetkinlik  həyatı  da  gərgin  iş-
ləməklə başladı, instituta daxil olmazdan öncə, o, gecə və 
gündüz hazırlaşırdı. Əminəm ki, həddindən artıq çox uğur 
qazana  bilmiş  insanların    həyatı  gərgin  işdən  ibarətdir. 
Belə iş hökmən nəticə verir. 
Amma amerikalı evinə qayıdaq. Amerikalı evi və ame-
rikalı üslubu nə deməkdir? Mənim fikrimcə, bu, istənilən 
səbəblərdən, xüsusilə də məişət məsələlərində çətinliklərin 
olmaması, işdən sonra sərbəstləşmək və elə işi də rahatlaş-
dırmaq cəhdidir. Təsadüfü deyil ki, “relax” onların ən çox 
sevdiyi sözlərdəndir. 
Deyək ki, Kris de Mussun evi zəngindir. Milyonçu evi-
dir – adam çox böyük müəssisəyə rəhbərlik edir. Amma bu 
ev “yeni rus”ların evlərinə qətiyyən oxşamır. Amerikalıla-
rın evləri yataq otaqlarının sayı ilə qiymətləndirilir. Yataq 
otağının  balacalığı,  çarpayı,  əşyalar  üçün  dolabın  və  tua-
let masasının oraya zorla yerləşməsi isə vacib deyil.  Vacib 
olanı odur ki, bu yataq otağında sənin şəxsi sahən (ameri-
kalılar bunu “privacy” adlandırırlar) olsun. 
Axşam bizi gətirdikləri de Mussların evində hərəmizə bir yataq 


195
Nyut Qinqriç, Konqresin Nümayəndələr Palatasının spikeri və 
Amerikanın ifadələrinə diqqət etməyən siyasətçisi, üç dəfə evli 
olub. Bütün bunlar onun prezident olmasına maneə törətdi


196
otağı təqdim olundu. Heyrətlənmiş Daşa öz əşyalarını qarşıdakı 
otağa qoyduqdan sonra mənim otağıma daxil oldu və soruşdu:
- Ana, necə bilirsən, ütü xahiş etməyim nəzakətsizlik olmaz? 
Mənim yataq ağlarım ütüsüzdür.
Qeyd  etmək  lazımdır  ki,  mənim  yatağımda  da  ədyal  əzik 
yorğan  ağının  içinə  salınmışdı,  yastıqüzü  də  ütülənməmişdi. 
Daşanın sualından sonra isə ədyalı qaldırıb gördüm ki, döşəka-
ğını da yuyucu maşın “çeynəyib”. 
Yəni hər şey yuyulub, təmizdir, amma ütülənməyib. 
- Eybi yox, Daşa, gəl yataq. Sabah soruşarıq. 
Səhər Syuzan, ev sahibəsi, bizim yataq ağlarını ütüləməyə 
hazır  olduğumuzu  biləndə,  axşam  bizim  təəccübləndiyimiz 
kimi təəccübləndi:
- Ütüləmək nəyə lazımdır? Məgər siz öz evinizdə yataq ağlarını 
ütüləyirsiniz? Axı, bu ziyandır. Bu qayda ilə siz sanki parçanı qay-
naq edir, məsamələri tıxayırsınız. Yataq ağı nəfəs almır və siz də 
onunla bilikdə nəfəs ala bilmirsiniz. Biz onu heç vaxt ütüləmirik.
Bizdə isə hamımızın bildiyimiz kimi, yataq ağlarını nişastala-
yır, bəzən ağardır, bəzi hallarda xlorlayır və əlbəttə ki, ütüləyi-
rik. Bir sözlə, özümüzü yükləyirik.
Yaxud da tutaq ki, ailə naharının və ya ailə şam yeməyinin ha-
zırlanması. Amerikalılar onların hazırlanmasına sərf edilən vaxtı 
minimallaşdırmağa çalışırlar. Evin yaxınlığında folqaya bükül-
müş, yaxud qrildə qızardılmış bir parça balıqdan, suda qaynadıl-
mış spagettidən böyük ailənin şam yeməyi alınır. Həm də bütün-
bunlar  cəmi  iyirmi  dəqiqəyə  hazırlanır.  Əgər  iyirmi  dəqiqəniz 
də yoxdursa, benzin doldurma məntəqəsindən asanlıqla pizza, 
ya da düyü ilə toyuq alaraq, onu gözəl nimçələrə düzmək, bir 
şüşə şərabla aldığınız yeməyi şam işığında axşam yeməyinə çe-
virmək olar.  Amerikasayağı romantika – bütün hallarda masa 
üzərində yandırılan şamların olmasıdır. 
* * *
Bir dəfə Bostonda yaşayan tanışımın evində qonaq idim. Bir 
axşam onu qonaq dəvət etdilər. İki gün evdə tək qalmaq lazım 
gələcəyini düşündüm, amma mənim tanışım rəfiqəsinin ikimizin 
də birlikdə getməyimizə çox şad olacağını bildirdi. 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə