Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə47/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

197
-  Corcinaya  moskvalı  qadınla  tanış  olmaq  maraqlı  gələ-
cək. Gedək, gedək! Heç şübhən olmasın! Yoxsa o, öz kəndin-
də çox darıxır. 
Orit  (rəfiqəmin  adı  belədir)  çox  zəngin  adamların  yaşa-
dığı Atlantik  okeanı  sahilindəki  Nyuport  şəhərciyini  kənd 
adlandırırdı.  Orada  yaşayanların  əksəriyyətinin  okeana  öz 
çıxışları var. Amma məni bu təəccübləndirmədi. Bizdə var-
lı  evlərini  bir  qayda  olaraq  nəhəng  hasarlar  əhatə  edir  və 
mühafizəçilər qoruyur. Orada isə gözəl bir evin qarşısında 
heç  bir  hasar  yoxdur.  Maksimum,  sahənin  perimetri  boyu 
adamın dizinə çatan budanmış sıx kollar əkilib və onlar sə-
nin ərazini, “privacy”ni məhdudlaşdırır. Elektrik dirəyində 
isə poçt qutusu asılıb, hərçənd çox vaxt poçtalyonlar poçtu 
kolluğun  üstündən  düz  çəmənliyə  atmağa  üstünlük  verir-
lər. Həm də bunu dayanmadan, birbaşa velosiped sürə-sürə 
edirlər.
Corcinanın səkkiz yataq otağı olan evi zəngin ev sayılırdı. 
Qeyd etdiyim kimi, evin zənginliyi yataq otaqlarının sayı ilə 
müəyyən edilir. Lakin onların hamısında duş olmaya bilər. 
Məsələn, mənim yeni tanışımın üst mərtəbədə üç otağı duş-
la idi, qalan beşinə isə bir ümumi vanna otağı düşürdü.  
Ümumiyyətlə, bu çox rahat idi. Əgər qonaqlar gecə get-
mək  istəmirlərsə,  mehmanxanadakı  kimi,  evdə  çox  qonaq 
yerləşdirmək  olar.  Onlar  həm  ayrıca  otaqlarda  yatar,  həm 
də hamıya yataq ləvazimatı çatar. Və hər birində doğrudan 
da yataq ağları ütülənməyib.
Evə giriş poçtun atıldığı çəmənliyin qarşısındadır və sa-
dədir. Zənginlik və rahatlıq isə okeana çıxışın olduğu digər 
tərəfdədir. Evin iki girişi var: biri – yoldan, digəri isə - okean 
tərəfdən. Bu, sənin ərazindir. Okean tərəfdən heç kəs evinə 
gəlməyəcək. 
Bostondan  Nyuporta  yol  üç  saat  çəkdi.  Məlum  oldu  ki, 
biz ev sahibəsinin okeanın sahilində dostları üçün təşkil et-
diyi kübar axşam qəbuluna gəlmişik. 
Qonaqlar çox idi. Göz işlədikcə uzanan su dünyasına açı-
lan mənzərə və yaşıl çəmənliyin üstündə şezlonqlar, divan-
lar və digər bağ mebelləri. İstənilən yerdən qüruba tamaşa 


198
etmək olardı. İnsanlar qruplarla dayanmış, divan və kreslo-
larda əyləşmiş, gənclər elə kostyumdaca otun üstündə otur-
muşdular.  Çoxlarının  əllərində  bokallar  vardı. Amma  ma-
saların üstü boş idi. Onların üstündə şüşələr, təmiz füjerlər, 
bəzilərində isə içində şərab olan bokallar dururdu.
Mən heç cürə başa düşə bilmirdim ki, masaların üstünə 
yeməklər  nə  vaxt  düzüləcək  və  nə  üçün  qonaqlar  gələnə 
kimi  onlar  düzülməyib.    Düzdür,  ətrafda  ofisiantlar  vur-
nuxurdular, məcməyidə su, şirə və şərab təqdim edirdilər. 
Amma yeməkdən əsər-əlamət yox idi.
Corcinanın  hazırladığı  yeganə  yemək  –  ananaslı  meyvə 
salatı idi. Mən mətbəxdə idim və görürdüm ki, sahibə əlinə 
keçən  bütün  meyvələri  –  apelsinləri,  bananları,  anansları 
necə  həvəslə  böyük  qaba  atır.  Ofisiantlardan  biri  sahibəyə 
yaxınlaşdı və təklif etdi:
- Verin, mən bu salatı düzəldim.
-  Yox,  yox,  siz  necə  etmək  lazım  olduğunu  bilmirsiniz. 
Mənim göstərişlərimi gözləyin.
Qonaqlar gəlməkdə davam edirdi. Corcina onlarla görü-
şür, öpüşür və bağlamaları qəbul edirdi. 
Qadınlardan biri dedi:
- Bura bax, mən fantastik vetçina gətirmişəm!
Başqa  bir  qonaq  deyirdi:  “Biz  servelat  gətirdik”.  Kimsə 
kanape, digəri pizza, üçüncüsü peçenye, başqa biri isə pen-
dir gətirmişdi. Delikates yox idi. Eləcə də kürü. ABŞ-da bu, 
çox bahalı hədiyyədir, mən kürü bankası ilə gələndə, sanki 
padşahlara layiq hədiyyə gətirirəm. 
Masa qonaqların gətirdikləri ilə doldu. Görünür, qəbula 
qədər onlarla zəngləşərkən, hər kəsə nə ilə gəlməli olduğu 
deyilmişdi. 
Mənə  şərab  təklif  edəndə,  ilk  dəfə  olaraq  şüşə  bokalın 
eynilə oxşarı olan plastikdən bokal gördüm, Rusiyada hələ 
beləsi  ilə  rastlaşmamışdım.  Onlar  hələ  bizdə  yox  idi.  Mən 
onların  üstünlüyünü  başa  düşdüm:  bokalları  çəkinmədən 
istənilən yerə qoymaq olardı. İstər kimsə ayağı ilə vursun, 
istərsə də bütün gecəni çəmənlikdə unutsun. 
Ofisiantların işi ondan ibarət idi ki, gətirilənləri masalara 


199
Corcinanın – okeanın bir hissəsinin sahibəsinin qonağı olarkən


200
düzsünlər, sonra isə qalan hər şeyi böyük süfrələrə yığaraq 
evdən çıxarsınlar.
Qəbuldan sonra onlar bütün bu gözəlliyi toplayıb, atdılar: 
müxtəlif  rəngli süfrələri, şux dəsmalları, rəngbərəng qabla-
rı,  bokalları,  butulkaları.  Ev  yenidən  evvəlki  kimi  tərtəmiz 
oldu.
Səhər  ev  sahibəsi  təravətli  və  şən  idi  –  yaxşı  yatıb,  din-
cəlmişdi.  Qonaqlar  getdikdən,  yaxud  gecələdikdən  sonra, 
gecədən keçənə qədər evi təmizləməyinə, bir yığın zibil və 
qalaqlanmış  çirkli  qab-qacaqla  əlləşməsinə  ehtiyac  qalma-
mışdı. Masanın üstündə, qablarda yeyilməmiş meyvə salatı 
və qəhvə üçün qəşəng çini fincanlar qoyulmuşdu. Yaxınlıq-
dan kiçik bardağa süzülən qəhvənin xoş ətri yayılırdı. 
Yadıma düşdü ki, dünən masalara ancaq plastik qab-qa-
caq qoyulmuşdu.   
- Siz qəbullar zamanı şüşə qab-qacaqdan istifadə etmirsi-
niz? – maraqla soruşdum.
- Yox, burada narahatdır. Birdən okeandan külək qalxır və 
bütün qab-qacağı sındırır. 
Mən bəzi suallarımın yersiz görünəcəyindən inciməməyi-
ni xahiş edərək, sorğu-sualı davam etdirirdim.  Onların adət 
və  qaydalarını  başa  düşmək  istəyirdim,  məndən  isə  bizim 
ənənələr haqqında soruşurdular. 
- Rus evlərində qonaqların qəbuluna bəzən bir neçə gün 
hazırlaşırlar.  Sizin  isə  Corcina,  çoxlu  köməkçiləriniz  var. 
Sizə bu qəbulda ancaq meyvə salatı hazırlamaq qalmışdı, elə 
deyil?
Bu  dəfə  ev  sahibəsi  yüngülcə  meydan  oxuyurmuş  kimi 
dilləndi:
- Necə yəni ancaq salat? Qab-qacağı, bokalların gətirilmə-
sini təmin etmişəm, ofisiantların pulunu vermişəm, nəhayət, 
pianoçunun qonorarını mən ödəmişəm, yemək və spirtli iç-
kiləri isə əlbəttə, qonaqlar özləri gətiriblər. 
Daha  doğrusu,  bu,  hazırlanmış  qonaqlıq  idi  və  hər  şey 
nəzərə alınmışdı: ofisiantlar nə qədər pul istəyəcəklər, stul-
ların  çıxarılması,  əlavə  masaların  qoyulması  hansı  qiymətə 
başa gəlir, kağız süfrələr, stəkan və bokallar üçün nə qədər 


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə