Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə50/70
tarix02.01.2018
ölçüsü2,76 Kb.
#19276
1   ...   46   47   48   49   50   51   52   53   ...   70

210
da bizi elə də ciddi yoxlamadılar. Sancaqlı plastik “Visitor” 
buraxılışı  verdilər  və  biz Amerikanın  ürəyinə  ekskursiyaya 
çıxdıq. 
Amma gəlin, Alekseyin Klintonla görüşünə qayıdaq. O za-
man Klinton Haitiyə qoşun göndərilməsi, Yuqoslaviya böhra-
nı kimi məsələlərlə məşğul idi. Haitidəki vəziyyət təxirəsalın-
maz müdaxilə tələb edirdi. Orada yenə hakimiyyət boşluğu 
yaranmışdı.  Silahlı  dəstələr  əhalini  qorxu  içində  saxlayırdı. 
Ölkə  hamının  hamıya  qarşı  aparacağı  amansız  müharibəsi-
nin astanasında idi. Florida sahillərinə isə haitili qaçqınlarla 
dolu bərələr yan alırdı.  Amerikalılar bu əldəqayırma bərələr-
də gələn qaçqınları öz ərazilərində görmək istəmirdilər. Haiti 
barədə düşünən Klinton əslində iki problemi həll etməli idi: 
bu ölkədə minimal qayda-qanunun bərpasını və Amerikanı 
arzuedilməz immiqrantların yeni dalğasından xilas etməyi.
- Elə anlar olurdu ki, gərginlik ABŞ prezidentinin üzündən, 
gözlərindən aydın sezilirdi, - ərim mənə danışırdı. Alekseyi hey-
rətə salan isə çıxış bitdikdən dərhal sonra Klintonun tam dəyiş-
məsi olmuşdu. O, dərhal həmin əfsanəvi, səmimi və diqqətcil, 
çoxları tərəfindən Amerika tarixinin ən güclü prezidentlərindən 
biri hesab edilən Klintona çevrilmişdi. Aleksey bunu Klintonun 
onunla  görüşməsindən,  baxışlarından  hiss  etmişdi.  Prezident 
rusiyalı politoloqun, jurnalistin əlini sıxırdı və bu zaman o, Ha-
iti  haqqında  deyil,  qarşısındakı  insana  yaxşı  təsir  bağışlamaq 
barədə düşünürdü. Özü də Klinton buna nail ola bilmişdi. Alek-
seyin skeptisizminə rəğmən, Amerika prezidenti onun xoşuna 
gəlmişdi.
Qısa söhbətdən sonra Aleksey ona “Moskovskiye novosti”-
nin dəri papkasını bağışlayır. Klinton təəccüblənir və təşəkkür 
edir. İki aydan sonra ərimin adına Amerikadan gerbli, marka-
lı və çoxlu möhürləri olan  zərf gələndə biz çox heyrətləndik. 
Zərfin içində qızılı gerbli kağızda Klinton tərəfindən imzalan-
mış məktub vardı. O, “hədiyyəyə görə” təşəkkür edir və yazır-
dı ki, həmin görüşü səmimiyyətlə xatırlayır.  Biz indi deyildiyi 
kimi, “şokda idik”. İki il sonra Aleksey oxşar məktubu ABŞ-ın 
eks-prezidenti Cerald Forddan da aldı. O, “Moskovskiye novos-
ti”dəki bir səhifəlik müsahibəyə görə minnətdarlığını bildirirdi. 


211
Paolo Koelyonun ovsunlayıcı baxışları var – hisslərin əlkimyası 
ilə məşğuldur


212
Çox illər sonra mən özüm Klintonla görüşəndə, Alekseyin 
sözlərini daha yaxşı anladım. Bu, ikiüzlülük və ya aktyorluq 
deyildi, Klinton həmin anda doğrudan da tam səmimi görü-
nürdü. Sanki Klintonun mənim görüşdüyüm digər görkəmli 
şəxsiyyətlərdən daha çox malik olduğu hansısa insani ünsiy-
yət instinkti işə düşmüşdü.  
Deyilənə görə, o, öz cangüdənlərinin hamısını adı ilə tanı-
yır.
- Ey Stiv, sən ananı xəstəxanaya apardın? – bu da prezi-
dentin cangüdənlərindən birinə verdiyi sual. – Sənə kömək 
lazımdır?
- Con, balacan dünyaya gəlib, səni təbrik edirəm. Adını nə 
qoydunuz? – bu da başqa cangüdənə verilən sualdır.
Onu    mühafizəçilər  də,  aşbazlar  da,  ofisiantlar  da  sevir-
dilər. Bu həqiqətən sevgi seli idi. 
Əlbəttə, bu şəxsin nikahdankənar əlaqələri ola bilərdi. Pre-
zidentliyi dövründə isə...
Monika Levinski müsahibələrində onu kişi kimi dərk et-
mədiyini bildirirdi. Heç demə Klinton onun üçün “ən yüksək 
rəmz” imiş. Yalnız sonralar bu şəxsə vurulub və hədiyyələr 
verməyə başlayıb: siqarlar, onun sevdiyi qurbağa suvenirləri, 
gün eynəkləri, köynəklər. Klinton isə hədiyyə verməyi xoşla-
mırmış. 
Bəlkə də elə buna görə Levinski sonralar “Monika ağ və 
qarada” sənədli filmində iştirakı müqabilində yeddi milyon 
dollar almışdı. Hər müsahibəyə görə isə nə az, nə çox düz iki 
milyon. Özünün “məşhur” paltarını isə ilkin qiyməti iki mil-
yon dollar olmaqla hərraca çıxarmışdı. “Axı, bu gün dünyada 
ikinci belə paltar yoxdur”, - bu da “ulduz”un izahı.
Bütün  bu  hadisələrə  bir  il  qalmış  ABŞ  prezidenti  Davos 
forumunda  gözlənilməz  çıxış  etdi.  Mən  zalda  idim  və  səh-
nədə  olan  Klintonu  böyük  diqqətlə  izləyirdim.  Hündürboy 
Klinton onun üçün alçaq hesab edilə biləcək stulda oturmuş-
du. Ayağını uzatmamışdı, əksinə onları masanın arxasında 
yöndəmsizcəsinə bir-birinin  üzərinə aşırmışdı. Çıxışına bu 
sözlərlə  başladı:  “Seçicilərimlə  görüşlərdən  birində  mənə 
beş  yaşlı  balaca  qız  yaxınlaşdı.  Mənə  ciddi-ciddi  baxdıq-


213
dan sonra, soruşdu: 
- Sənin neçə yaşın var?
- Qırx yeddi, - mən cavab verdim.
- Bu ki, lap çoxdur.
“Doğrudan da çoxdur”, - ilk dəfə olaraq ağlıma gəldi. 
Forumun auditoriyası bir qayda olaraq, hətta ən adi zara-
fatlara  da  dərhal  reaksiya  göstərir  –  hamı  gülür,  alqışlayır. 
Amma bu dəfə insanlar donub qaldılar, sanki sadə həqiqəti 
dərk etdilər.
Prezident Klinton isə çıxışını davam etdirdi, həyatı ərzin-
də nələri edə bildiyinə yekun vurmağa çalışırdı.  Onun söz-
lərində prezidentə uyğun olmayan çox şey vardı. Özünü çox 
təbii aparan bu adam, bütün dinləyicilərini ələ almışdı.
Onun Davosa son səfərlərindən birində, Vladimir Putin də 
orada olan zaman (Klintondan fərqli olaraq Putin yalnız bir 
dəfə - 2009-cu ildə Davosda olub), biz ərimlə Rusiya preziden-
tinin təşkil etdiyi axşam qəbuluna dəvət olunmuşduq. Mən 
ərimdən aralıda, tək dayanmışdım, Aleksey bu zaman Ana-
toli Çubaysla danışırdı (onların münasibətləri çox mürəkkəb 
idi,  amma  Davosda  ünsiyyətdə  olurdular).  Birdən  Klinton 
zala daxil olur və birbaşa mənə tərəf yönəlir. 
O, tək gəlmişdi, mühafizəsiz. Cangüdənlər girişdə dayan-
mışdılar.  Gülümsəyərək  zala  nəzər  saldı,  məni  gördükdə, 
kreyser arzusunda olduğu sahilə yan alan kimi, inamla mənə 
doğru yönəldi. Mən hətta ətrafa boylandım ki, arxamda onun 
yaxşı tanıdığı kiminsə olub-olmadığını dəqiqləşdirim. Amma 
yox. Arxamda kimsə dayanmamışdı. Və o, cəlbedici təbəssü-
mü  ilə  mənə  tərəf  gəlirdi.  “Səhv  salıb,  -  ikinci  versiya  ağlı-
ma gəldi, - tanış olmayan qadına necə belə gülümsəmək olar, 
sanki bizi yalnız özümüzə aid olan məlum əhvalat bağlayır”. 
Bu anda o, əlini mənə uzatdı və dedi:
- Axşamınız xeyir! Sizi görməyimə şadam!
Bilmirdim ki, özümü necə aparım. O, mənimlə köhnə tanış 
kimi danışırdı, buna görə də ehtiyatla cavab verdim:
- Axşamınız xeyir, cənab prezident. Düşünürsünüz ki, biz 
əvvəllər görüşmüşük?
O, Hollivud aktyoru kimi müəmmalı tərzdə mənə göz vur-


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə