Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə15/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   11   12   13   14   15   16   17   18   ...   70

bir  cümlə  üzərinə  bir  an  keçməmiş  qayıtmaq  istisnadır.  Yazılı  nitq 
üzərində  düzəliş  aparıla  bilər,  nəşrə  təqdim  edilənə  qədər  yazıçının 
istənilən düzəlişi aparmağa ixtiyarı vardır. Əsərin sonrakı nəşrlərində 
də  o  bu  hüququnu  özündə  saxlayır.  Bəzən  əsərin  birinci  və  son 
variantı  da  mümkündür;  3)  Şifahi  nitqdə  fikrin  ekspressivliyinin 
təminatında  ritmik-melodik  vasitələr-pauza  (fasilə)  və  intonasiya 
xüsusi əhəmiyyət daşıyır. Yazılı nitqdə isə bu vasitəni durğu işarələri 
öz üzərinə götürür və nitqin düzgün, təsirli dərk edilməsinə əvəzsiz 
kömək göstərir. 
Sual və tapşırıqlar 
1.
 
Nitqin  ədəbi  dil  normalanna  uyğunluğunu  necə  başa 
düşürsünüz? 
2.
 
Yazılı nitq mədəniyyəti nə deməkdir? 
3.
 
Şifahi və yazılı ədəbiyyat hansı vasitələrlə yaşayır? 
4.
 
Dilin ictimai hadisə olub istehsalla bağlılığını izah edin. 
5.
 
İnsanlar öz fikirlərini hansı formalarda çatdırırlar? 
6.
 
Nitqi fərdi, yoxsa ümumi hadisə adlandırmaq düzgündür? 
7.
 
Nitqin növlərindən ən çox hansılardan istifadə edirsiniz? 
8.
 
Şifahi  və  yazılı  nitqdə  fəal  olan  bədən  üzvlərini  deyin  və 
fikrinizi əsaslandırın. 
9.
 
Şifahi nitq hansı vasitələrlə təmin olunur? 
10.
 
Şifahi  və  yazılı  nitqin  xüsusiyyətlərini  ayn-aynhqda  qeyd 
edin. 
Çalışma  27.  Mətni  oxuyun,  şifahi  və  yazılı  nitqi  fərqləndirən 
cümlə tiplərini göstərin. 
Onlar  Məmmədin  bərabərinə  çatanda  Baran  üzünü  Məmmədə 
tutub dedi: 
-
 
Ə Mamed, kefin necədi, yaxşıdı? 
-
 
Kefimə  nə  olubdur  ki,  şükür?!  Bu  gün  lap  yaxşıdır! 
Eşitməmişsən, bizimkilər başlayıblar yavaş-yavaş almanların bumunu 
əzməyə... deyə Məmməd cavab verdi. 
-
 
Kim deyirdi ə? 
-
 
Kim deyəcək, sənin dədən - Qulaq! 
47 


Baran, Məmmədə tərəf dartındı, Məmi Quloğlu onu saxladı: 
-
 
Gəl gedək ə, hər gədə-güdəyə baş qoşma! 
-
 
Görmürsən, dədəmə "qulaq" deyir köpək oğlu... Dədəmə Qulaq 
deyənin ağzını cıraram... 
Quloğlu,  Baram  özünə  tərəf  dartanda  ayağı  püştədə  dişlənmək 
üçün qoyulmuş dəyirman daşma ilişdi və o, ağzı üsdə yıxıldı... Baran 
onun  əlindən  çıxıb  Məmmədə  hücum  çəkdi  və  ona  bir  şapalaq 
ilişdirdi. Məmmədin yumruğu vurmağı ilə Baranın yerə sərilməyi bir 
oldu.  Məmi  Quloğlu  yerindən  qalxıb  Məmmədin  üstünə  cumdu. 
Məmməd tez qaçıb dəyirmana girdi və qapını arxadan bağladı, sonra 
dəyirmanın qapısının üstündəki balaca pəncərədən Baranla Məminin 
üst-başlarının  toz-torpağı-  nı  çırpa-çırpa  yola  düzəldiklərinə  tamaşa 
etməyə başladı. Baran bir az gedib dayandı, arxaya çevrilib sağ əlinin 
şəhadət barmağını havada Məmmədə tərəf silkələyərək dedi: 
-
 
Köpək oğlu, bir dayan, gör sənin başına nə oyun açacağam?! 
Məmməd daha cavab vermədi. Onlar uzaqlaşdılar. Məmi Baram 
darta-darta  apanrdı.  Onlar  gözdən  itənə  qədər  Məmməd  arxadan 
baxdı.  (Şamil  Zaman.  Qarabağları  tərənnüm  edirəm.  Bakı, 
2007,səh.128-129) 
Çalışma  28.  Qrupunuzda  aparılan  milli-vətənpərvərlik  işləri 
haqqında  hesabat  yazın.  Əvvəlcə  hesabata  verilən  tələbləri  və 
hesabatın formasını qeyd edin. 
MONOlOJİ NİTQ 
Şifahi nitqin özünün də iki forması vardır: monoloji nitq və dialoji 
nitq. 
Danışıq səsi formasında mövcud olan  monoloji nitq son dərəcə 
fəal və sərbəst şifahi nitq növüdür. Monoloji nitq özünü iki formada - 
şifahi  və  yazılı  formalarda  göstərir.  Monoloji  nitqin  yazılı  forması 
həcminə görə geniş, şifahi monoloji nitq isə, əsasən, qısa, yığcam və 
konkret olur. Nitq üçün, ümumiyyətlə, mo 
48 


noloji  və  dialoji  fonnalar  səciyyəvidir.  Bu  terminlər  mənəloq  və 
dialəq sözlərindəndir. 
Mənələq sözü mənşəcə latın dilinə məxsusdur; mono-bir, lo- qos 
-  nitq,  nəzəriyyə,  elm  sözləri  mənasındadır,  "bir  şəxsin  nitqi" 
deməkdir.  Nəzm  və  nəsr  əsərlərində  müəllifin  danışığı,  təhkiyə 
dilində  söylədiyi  nitq  mənələq  formasındadır.  Səhnə  əsərlərində 
surətlərdən  birinin,  adətən,  baş  qəhrəmanın  dilindən  verilir,  ənun 
öz-özünə, tək danışığı və ya aktyorun tamaşaçılara xitabən təkbaşına 
söylədiyi nitq monoloq adlanır. 
Dialoq  sözü  isə  yunan  mənşəli  olub,  dia-iki  və  loqos 
hissələrindən  yaranmışdır.  Dialəq,  ümumiyyətlə,  iki  və  daha  artıq 
şəxs arasında əlan söhbət deməkdir. Ədəbi əsərdə “iki şəxsin söhbəti 
şəklində  yazılmış  hissə”  mənasındadır.  Deməli,  dialoqda  hadisə  iki 
şəxsin danışığı yolu ilə canlandırılır. Dramatik əsərlər - pyes, faciə və 
kəmediyalar dialoq şəklində qurulur. 
Monoloji  nitqdə  bir  nəfər  danışır,  başqaları  onu  dinləyirlər. 
Monoloji  nitq  dinləyicilərlə  ünsiyyət  formasıdır.  Bu  nitq  dinlənilir, 
eşidilir  və  nəticə  çıxarılır.  Bu  nitq  ailədə,  məişətdə,  elm  və  təhsil 
ocaqlarında, məhkəmə iclaslannda daha çəx işlədilir. Mə- noloji nitq 
hər  hansı  müəyyən  fikir,  ideya,  məsələ,  xəbər  və  s.  haqqında  bir 
nəfərin rabitəli ardıcıl, geniş və ya qısa məlumatıdır. Bu nitqdə fasilə
(pauza),  ritm,  ahəng,  temp,  sürət,  tən  danışanın  istəyi  və  bacarığı 
daxilində  məzmunla  bağlı  əlaraq  bir-birini  əvəzləyir.  Bu  nitq  növü 
mühazirə, məruzə, çıxış, məqalə, məktub, məlumat və s. şəkillərdə 
təzahür  tapır.  Mənələji  nitq  müxtəlif  məqsəd  və  məzmunda  əlur. 
Burada  danışma,  dinləmə,  oxuma  proseslərində  məlumat  vermə, 
inandırma,  öyrətmə,  təbiət  və  cəmiyyət  hadisələri  haqqında  nəzəri 
bilikləri çatdırma, insanın daxili hiss və həyəcanını ifadə etmə və s. 
kimi  hallar  əhatə  əlunur.  Bu  zaman  danışan  şəxs  öz  elmi,  nəzəri, 
faktiki düşüncələrini də, oxuyub mənimsədiyi məsələləri də şərh və 
ya  izah  edir.  Deməli,  şəxsin  fikir  və  mülahizələri  öz  fərdi 
düşüncələrinin məhsulu da əla bilər, özünə qədər deyilmiş və ya yazıl- 
mışlann onun tərəfindən, özünəməxsus tərzdə səsləndirilməsi 
49 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə