Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə16/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   12   13   14   15   16   17   18   19   ...   70

aktı da ola bilər. Bu baxımdan öz monoloji nitqini quran şəxs özünün 
hansı  missiyanı  yerinə  yetirəcəyini,  hansı  vəzifə  daşıdığını  nəzərə 
almaqla  nitqini  kimə,  ya  kimlərə  ünvanlayacağını,  harada  çıxış 
edəcəyini və nitqinə nə qədər vaxt aynIdığmı dəqiq bilməlidir. İfadə 
edəcəyi  fikrin,  mövzunun  həcm  və  xarakterini  müəyyənləşdirməli, 
müraciət forması və dil materialı seçməli, dinləyicilərinin səviyyəsini, 
eləcə  də  danışacağının  onlara  necə  təsir  edəcəyini  təsəvvüründə 
canlandırmalı, dinləyicilərin reaksiyasına özünü hazırlamalıdır. 
Monoloji  nitq  danışandan  yüksək  nitq  mədəniyyəti,  rabitəli 
danışıq qabiliyyəti tələb edir. Təlim-tədris müəssisələrində monoloji 
nitqin  öyrənilməsində  hər  hansı  bir  mövzunun  və  ya  mətnin  nəql 
edilməsi xüsusi əhəmiyyət daşıyır. Biliklərin möhkəmləndirilməsində 
bu, başlıca, ilkin mərhələdir. Mövzunun (mətnin) oxunması, ardınca 
mövzu  üzrə  sual-cavabın  apaniması  mövzunun  məzmunca 
mənimsənilməsi və danışılması sonuncu mərhələdir. Mövzunun belə 
öyrədilməsi mətnin uzun müddət yadda qalmasına zəmin yaradır. 
Şifahi  monoloji  nitqin  bir  forması  da  spontan,  yəni  xüsusi 
hazırlıq  olmadan,  bədahətən  söylənilən  nitqdir.  Danışıqda 
improvizasiya  kimi  xatırlanan  belə  iti,  tez,  sürətli,  qabaqcadan 
düşünülməmiş  nitqə  ekspromt  da  deyilir.  Belə  nitq  əvvəlcədən 
planlaşdmlmadığmdan çoxları üçün çətinlik törədir. Ani vaxt ərzində, 
danışıq prosesində öz fikirlərini cəmləşdirməyi, nədən danışacağını, 
öz mülahizə və fikirlərini necə çatdıracağını hər adam hər məqamda 
bacarmır.  Spontan  nitqdə  danışanın  həyat  təcrübəsi,  dünyagörüşü, 
zəngin müşahidələri, həyat məsələlərinə bələdliyi əsasdır. O, istənilən 
şəraitdə  öz  fikrini  toplamağı,  onu  münasib  söz,  ifadə  və  cümlələrlə 
çatdırmağı bacanr. 
Monoloji  nitq  bədii  əsərlərdə  janr  müxtəlifliyi  nəzərə  alınarsa 
məişət  damşığmdan  fərqlənir.  Monoloji  nitqin  nəqletmə,  təsviri, 
məlumatverici, daxili, inandırma və təbliği növləri qeyd olunur. 
Monoloji nitqdə əksər hallarda danışan şəxs öz həyatını, öz daxili 
aləmini, həyat və hadisələrə öz baxışını ifadə edir. N.Və- 
5Ö 


zirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında Cəvahir 
xanımın,  "Müsibəti-Fəxrəddin"  faciəsində  Fəxrəddin  bəy  və  Səadət 
xanımın, Ə.Haqverdiyevin "Bəxtsiz cavan" faciəsində Rüstəm bəyin
C.Məmmədquluzadənin  "Ölülər"  pyesində  Şeyx  Nəsrullah  və  kefli 
İsgəndərin,  S.Vurğunun  "Vaqif  dramında  Vaqifin  monoloqlan 
məşhurdur. 
Dialoji nitqdə əsas yeri iki və daha çəx şəxsin qarşılıqlı söhbəti, 
fikir  mübadiləsi  tutur.  İnsanlar  bir  araya  gələrək  mədəni  ölçülər 
çərçivəsində bir-biri ilə danışır, müəyyən məsələləri müzakirə edirlər. 
Dialoji nitqdə, birincisi, hər replika birbaşa reaksiya-cavab tələb edir, 
ikincisi,  dialəq  rabitəli  nitq  şəraitində  gedir,  üçüncüsü,  dialoq 
müəyyən  konkret  şərait  və  ya  əbyektlə  bağlı  olur  və  bu  zaman 
ünsiyyət ikitərəfli canlı prəsesə çevrilir. 
Məlumdur  ki,  dialoq replikalardan təşkil  olunur.  Dialoqun ilkin 
ünsürü olan replikalar xüsusi tərzdə hazırlanır. Əsərdə cərəyan edən 
ümumi situasiya ilə əlaqədar olan replikalar özündən əvvəl və sonra 
deyilənlərə cavab reaksiyası kimi özünü göstərir. 
Dialoqda ifadəlilik intonasiyamn fərqli fərmalan, mimika və jest 
vasitələri,  plastik  əl  hərəkət  siqnallan  ilə  ifadə  olunur,  nitqin  təsir- 
lilik, ekspressiv - emosiənal çalar qazanmasında xüsusi yer tutur. 
Dialoq  ifadələrin  qısa  və  yığcamlığı,  cümlələrin  sintaktik 
quruluşunun  sadəliyi,  elliptik  cümlələrin  çoxluğu  ilə  səciyyələnir. 
Dialoji nitqin sual-cavab forması ən çox dram janrında özünü göstərir. 
Nitqin  bu  növündə  cümlələrin  əksəriyyəti  yarımçıq,  bitməmiş, 
sətiraltı  mənalı  əlur.  İnsanlar  ictimai  yerlərdə,  iclaslarda, 
konfranslarda,  tədris  ətaqlarmda,  radio  və  televiziya  verilişlərində 
nərmal fikir mübadiləsi üçün müəyyən qaydalara, etik normalara əməl 
edirlər. 
Dialoqun  mikrodialoq  və  makrodialoq  formaları  da  vardır. 
Mikrodialoq  bir  neçə  şəxsin  qısa  mükalimələrindən  ibarət  əlur. 
Mikrodialoqlara bədii əsərlərdə - epik növə daxil olan şifahi ədəbiyyat 
nümunələrində: təmsil, nağıl,  əfsanə,  lətifə  və  dastanlarda,  eləcə  də 
yazılı  ədəbiyyat  nümunələrində  -  xatirə,  oçerk,  hekayə,  novella, 
povest və rəmanlarda rast gəlirik. 
51 


Makrodialoq bədii əsərlərin quruluşunu əhatə edir. Dram əsərləri 
makrodialoq əsasında yaradılır. 
Dialoji nitqin beş dialoq forması qeyd edilir: 1) monoloji dialoq; 
2) söhbət və ya danışıq dialoqu; 3) sual-cavab dialoqu; 4) müsahibə 
dialoqu; 5) müzakirə dialoqu. 
Monoloji dialoqun iştirakçıları haqqında söhbət gedən hadisəni, 
şəxsi  və  ya  hər  hansı  əşyanı  bütün  təfərrüatı ilə  söyləyir,  onlara  öz 
mənfi  və  ya  müsbət  münasibətini  bildirir,  haqqında danışılan  şəxsi, 
əşya və ya hadisəni öz müsahibinə, qulaq asanlara müxtəlif sübut və 
dəlillərlə çatdırırlar. 
Dialoji dialoqda intonasiyanın tez-tez dəyişməsi bədii vasitə kimi 
əlavə  sözlərə  müraciət  olunmadan  danışığın  emosionallığını,  təsir 
gücünü artırır. Dialoji nitqin sual-cavab dialoqunda fikrin dinləyiciyə 
aydın  çatmasında  danışanın  zəngin  söz  ehtiyatına  malik  olması  və 
dilimizin qayda-qanunlarına mükəmməl yiyələnməsi başlıca şərtdir. 
Sual və tapşırıqlar 
1.
 
Yazdı nitqdə şifahi nitq ünsürlərini əvəz edən vasitələr nədir? 
2.
 
Monoloji nitq özünü hansı formalarda göstərir? 
3.
 
Monoloji  nitqin  yazılı  forması  ilə  şifahi  forması  arasında 
hansı fərqlər vardır? 
4.
 
Monoloji nitq nədir, onun əsas keyfiyyəti nədən ibarətdir? 
5.
 
Monoloji nitqin hansı növləri vardır? 
6.
 
Dialoq nədir və nələrdən təşkil olunur? 
7.
 
Dialoji nitqin formaları hansılardır? 
8.
 
Dialoji nitq hansı şəkillərdə olur? 
9.
 
Mikrodialoq  nələrdən  təşkil  olunur  və  bədii  əsərlərin  hansı 
janrlannda işlədilir? 
10.
 
Makrodialoq  nədir  və  hansı  əsərlər  makrodialoq  əsasında 
yaradılır? 
Çahşma  29.  Mətni  oxuyun,  onun  monoloji,  yoxsa  dialoji  nitqə 
aid  olduğunu  müəyyənləşdirin.  Dialoji  nitqdirsə  dialoq  formasını 
göstərin: 
SZ 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə