Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə19/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

ti  deyil,  haqqında  qərar  qəbul  olunmur.  O  oxunur,  dinlənilir. 
Mühazirəyə aid suallar verilə bilər
4)
 
Mühazirə növündən asılı olaraq bir fənnin hansısa mövzusuna, 
ictimai  (sosial)  və  siyasi  həyatla  bağlı  kütləvi  mövzuya  həsr  oluna 
bilir.  Məruzə  isə,  adətən,  elmi  və  siyasi  (prezidentə  məruzə  etmək, 
onu  məlumatlandırmaq  mənasında)  olmaqla  bir  neçə  problemi 
gündəmə gətirir; 
5)
 
Mühazirədə  natiq  (lektor)  öz  mövqeyini,  siyasi  baxışını 
bildirməkdə azaddır, məruzədə isə müəyyən ölçü gözlənilir. 
Sual və tapşırıqlar 
1.
 
Monoloji  nitqin  natiqlik  üslubunda  ən  çox  yayılmış  növləri 
hansılardır? 
2.
 
Məsul  şəxs  qarşısında  başqalarının  monoloji  nitqi  necə 
adlanır? Cavaba uyğun nümunələr gətirin. 
3.
 
Natiqin  çıxışı,  səsinin  tonu,  intonasiyası  hansı  hallarla 
bağlıdır? 
4.
 
Çıxışın tərkib hissələri hansılardır? 
5.
 
İfadəli  hərəkətlər  hansılardır  və  onlardan  nə  üçün  istifadə 
olunur? 
6.
 
İfadəli hərəkətlərdən harada istifadə olunmur? Belə vaxtlarda 
bəs hansı vasitələr onlan əvəz edir? 
7.
 
Məruzə nədir və onun çıxışdan fərqi nədir? 
8.
 
Məruzə hansı üslublarda yazılır? Səbəbi nədir? 
9.
 
Məruzələrin növlərini deyin və misallar gətirin. 
10.
 
Mühazirə ilə məruzə və çıxış arasındakı fərqləri göstərin. 
Çalışma  35.  Bir  hadisə  baş  vermişdir.  Siz  də  orada  olduğunuz 
üçün bu haqda məlumat yazın. 
Çalışma  36.  Mətni  oxuyun,  monoloji  nitqin  hansı  növlərini  əks 
etdirdiyini izah edin; mövzuya ad verin: 
Tədbiri giriş sözü ilə açan direktor Əhliman Axundov dedi: 
- Bu bayramın çox qədim tarixi var. O bizə ulu keçmişimizdən - 
zərdüştlük dövründən yadigar qalıb. Məlumdur ki, xalqımız keçmişdə 
zərdüştlük dininə sitayiş etmiş, odu müqəddəs sanmışdır. Bu bayram 
ərəfəsində ilaxır çərşənbələrində qalanan 
60 


tonqallar buna misaldır. "Ağırlığım, uğurluğum odda yansın", -deyib 
tonqalın  üstündən  atlanan insanlar  bununla bəd  nəzərləri,  pislikləri, 
şər  qüvvələri  ədda  yandırdıqlarına  və  yeni,  təmiz  həyata 
başladıqlarına inanclarını ifadə etmişlər. 
Sonra 
0, sözü əvvəlcə qənaqlara verdi. 
Akif Kəriməv, "Kür-Xəzər" xeyriyyə cəmiyyətinin sədri: 
-
 
Xalqımızı, bütün türk dünyasını bu bayram münasibəti ilə təbrik 
edir,  insanlara  sülh,  əmin-amanlıq,  gənclərimizə  vətən  sevgisi, 
prezidentimizə güclü dövlət və ordu yaratmağı, Qarabağ probleminin 
tez bir zamanda həll olunması yolunda uğurlar arzulayırıq. 
Dünya  Azərbaycanlıları  Konqresinin  nümayəndəsi  Nadirə 
Orucova sözünə belə başladı: 
-
 
Bu  bayram  xalqımızın  yaddaşında  bərəkət,  bolluq  rəmzi  kimi 
qalmışdır. Elə bu bayramın əsas rəmzlərindən sayılan yaşıl səməni də 
bunun  ifadəsidir.  Evdə  səməni  göyərdən  insanlar  bununla  yeni  ildə 
məhsullarının  bol  olacağına  inanmışlar.  Bayram  süfrəsi  də  bol 
olmalıdır.  Ən  kasıb  ailədə  belə  bayram  süfrəsi  açılmalıdır.  Ləziz 
yeməklər  bişirilməli,  yumurta  bəyanmah,  süfrəyə  yeddi  növ  çərəz, 
mer-meyvə  düzülməli,  ailədəki  adamlann  sayma  uyğun  şamlar 
yandınimahdır.  Mən  sizin  hamınıza  xalqımızın  ən  əziz  bayramında 
əmin-amanlıq,  bərəkətli  tərpaq,  can  sağlığı,  işıqlı  gələcək 
arzulayıram. 
Məktəbin  ağsaçlı  müəllimi  Əziz  Rəhimov  salona  belə  müraciət 
etdi: 
-
 
Bu  bayram  ərəfəsində  ev-eşikdə,  həyət-bacada  təmizlik  işləri 
görülüb, abadlıq yaradılmışdır, hər yanda səliqə-sahman göz əxşayır. 
Bağbanlar  bağ-bağata  əl  gəzdiriblər,  ağaclara  qulluq  göstərir,  yeni 
tinglər əkirlər. 
Mən sizin hamınızı bu gözəllik, xeyirxahlıq, ümidlər və arzular 
bayramı münasibəti ilə təbrik edirəm. 
Çalışma  37.  Bir  nəfəri  yuxarı  vəzifəyə  irəli  çəkmək  üçün 
səlahiyyətli ərqana təqdimat yazın. 
61 


ZAHİRİ 
va 
DAXİlİ (lAll NİTQ 
ünsiyyət  şəraitindən  asılı  olaraq  şifahi  monoloji  nitq  zahiri  və 
daxili formalarda təzahür edir. 
Zahiri  nitq  danışıq  səsləri  ilə  ifadə  olunan,  başqalarına 
ünvanlanan  və  eşidilmək  üçün  nəzərdə  tutulan  nitqdir.  Bu  nitqə 
aydınlıq,  səlislik,  ardıcıllıq,  təsirlilik,  ahəngdarlıq  kimi  keyfiyyətlər 
xasdır. Nitqin bu şərtləri normal, nitq qüsuru olmayan, necə deyərlər, 
ağlı başında olan hər adama aiddir. 
İnsan  öz  zahiri  nitqində  cəmiyyətlə  "nəfəs  alır",  onun  bütün 
qayğıları, sosial həyatı, siyasi baxışı, etnik və əxlaq normalan burada 
özünü  göstərir.  Hər  kəs  şəraitdən,  harada  olmasından,  kiminlə 
danışmasından asılı olaraq öz nitqinə düzəliş edə bilir. Onun ailədə, 
yaxın  ətrafı  arasında  olan  nitqi  ictimai  yerdə,  başqaları  ilə 
danışığından ideya və məzmun cəhətdən fərqləndiyi kimi, quruluşuna 
görə  də  fərqlənir.  Doğrudur,  zahiri  nitq  insandan  öz  fikrini  dilə 
gətirərkən  məsuliyyət  hissini  saxlamağı,  ədəb-ərkan  qaydalarını 
unutmamağı tələb edir. 
D
AX
İ
L
İ
 
(
LAL
)
 
nitq  insanın  öz-özünə  danışması  prosesidir.  Bu 
tələffüz  olunmayan  səssiz  nifqdir.  Daxili  nitq  zahiri  nitqin 
yaranmasına  xidmət  göstərir.  İnsan  əvvəlcə  düşünür,  fikirlərini 
nizama salır, daxili nitqini hazırlayır, yalnız bundan sonra zahiri nitqə 
keçir. Beləliklə, insanın daxili, öz-özünə nitqi yaranır. O, təfəkkürlə 
bağlı olduğundan onu intellektual nitq də adlandırırlar. 
İnsan daxili nitqinin köməyi ilə olmuş və olacaq hadisələri fikrinə, 
xəyalən  göz  önünə  gəfirir,  nəyəsə  təəssüflənir,  nəyisə  qürurla  yad 
edir, köks öfürür, bəzən də ah çəkir, onlara öz münasibətini bildirir, 
özü  ilə  həsbi-hal  edir,  "necə  olsaydı,  daha  yaxşı  olardı"  -  fikrinin 
üsfündə  ani  olaraq  dayanır,  fərziyyələr  yürüdür.  Daxili  nitq  zamanı 
insan sanki özü ilə dialoqa girir, səssiz cümlələrlə monoloqunu davam 
etdirir. 
Fikir  daxili  nitqdə  formalaşır,  dilə  gəlir,  sözlərlə  hazır  şəkildə 
zahiri nitqə çevrilir. Zahiri nitqdə təfəkkür fəaliyyətdə olub 
6Z 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə