yaya əməl olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq
templə deyilməsi, idmanla bağlı çəki dərəcələrinin və ya rəqəmlərin
ardıcıl və sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda
buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi ilə, söz ehtiyatının
kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir. Sadalanan nöqsanlan
aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır;
1)
Nitqin aydınlığına nail əlmaq üçün danışılacaq mövzu öncə
ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır.
2)
Material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir.
3)
Nəzərdə tutulmuş sübut, dəlil və ya faktlan ifadə edəcək sözlər
məntiqi vurğu hesabına aydın nəzərə çarpdmlmalıdır;
4)
Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz
edilməli, "bunun" əvəzinə "munun", "gətirdi" əvəzinə "gətdi", "gəl
gedək" əvəzinə "gə gedəy", "ona görə" əvəzinə "oa gora", "nə üçün"
əvəzinə "nöşün" və s. deyilməməlidir.
5)
Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə ifadə
olunan nitqin başa düşülməsinə (Diksiyanın pozulması sözlərin,
ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını çətinləşdirir) cəhd
göstərilməlidir.
Çıxış edənlər (mühazirəçi, məruzəçi, lektor, diktor, müəllim və
başqaları) səsini, nəfəsini idarəetmə bacarığını təkmilləşdirməli,
diksiya ilə bağlı şivə qüsurlarını düzəltməlidir, yəni nitqin səs
mədəniyyətinə yiyələnməlidirlər.
NİTQİN TƏMİZLİYİ. Mədəni nitqə verilən tələblərdən biri də
onun təmizliyi hesab olunur. Ədəbi dilin qaydalarından kənara
çıxmamaqla ifadə olunan nitq təmizdir. Nitqin təmizliyi digər
keyfiyyətlər kimi nitq sahibinin ümumi mədəniyyəti, savadı və dil
vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir.
Nitqin təmizliyinin pozulmasmın bir neçə ümumi səbəbi vardır:
1.
Nitqdə yerli dialekt və şivəyə məxsus dil vahidlərinə yer
verilməsidir. Xalqın böyük hissəsi canlı danışıq dilində danışsa da,
müəyyən qismi ya dialekt şəraitində yaşadığına görə, ya da
78
uşaqlıq illərində ailəsinin, yaxud yaşayış yerinin danışıq tərzinin təsiri
altında dialekt danışığına meyilli əlur. Onlann danışığında əgər,
asanlıqla, yenə, dərman, manat, şəkil, nə üçün, əlacağıq, o qədər, lap
az, sən demə, tamam, qaldırmaq əvəzinə əyərrəri, hasannixnan,
genə, dərmən, manıt, şikil, nöş, olacoux, oxar- tanan, cıqqana,
deməynən, eyzan, qalxızmağ kimi dialekt tə- ləffüzlü sözlər işlənir.
Dialektizmlərin ədəbi bədii dildə işlədilməsinə yəl verilir.
Paytaxtdan uzaq bölgələrdən, xüsusən ucqar dağ kəndlərindən bəhs
edən bədii əsərlərdə yerli kələriti saxlamaq xatirinə yazıçı dialekt
leksikasına müəyyən qədər yer verir və təbiilik üçün belə sözlərə
müraciət edir. Bədii əsərdə yerli, məhəlli sözlərin məqsədəuyğunluq
tələbinə görə əbrazlann nitqində işlədilməsi zəruridir. Dialektizmlər
dil qanunlan əsasında yaransa da, ənla- nn hamısının ədəbi dilimizdə
işlənməsi mümkün deyildir. Ədəbi dil seçmə və əvəzetmə yəlu ilə
yarandığından müxtəlif bölgələrdəki dialektizmlərin hamısı bura
daxil əla bilməz. Dialekt sözləri bədii üslubda nə qədər zəruri sayılsa
da, onlar elmi və publisistik üslublarda işlənmir, nəsr əsərlərində
yazıçının öz dilində, təhkiyə dilində yer alması da arzuolunmazdır.
Nəzm əsərləri isə yüksək üslubda yazıldığından şairlər belə sözlərə
bilərəkdən müraciət etmirlər. Ümumiyyətlə, dialekt, şivə sözləri
fikrin hamı tərəfindən asanlıqla qavranılmasına maneçilik törədir.
Ədəbi dildə yazıb oxuyan, dil vasitələrinə norma kimi yanaşan
oxucular buna ədəbilikdən kənar nitq vahidləri kimi yanaşırlar.
Məsələn: "Çoban quzuların saytalından bir neçəsini ayırdı". “Maşın
keçalata çatanda sürətini azaltdı” - cümlələrindəki say- tal, kcçalat
sözləri hər oxucuya və ya dinləyiciyə aydın olmadığından dilin
təmizliyinə ziyan gətirir, onu korlayır.
2.
Dilin təmizliyini pozan ikinci cəhət alınma sözlərin lüzumsuz
işlədilməsidir. Bəzi hallarda şifahi və yazılı nitqdə ehtiyac olmadan
mənası çətin, anlaşılmayan alınma sözlərdən istifadə nəticəsində
mövzunun məzmununda nəzərdə tutulan fikir oxucu və dinləyiciyə
qaranlıq qalır, "köçürülmək" əvəzinə "evakua-
79
siya edilmək", "baxış keçinnək" əvəzinə "monitorinq keçirmək",
"nüfuz" əvəzinə "prestij", "vəzifə" əvəzinə "missiya" sözlərinin
işlənməsinə doğrudanmı böyük ehtiyac vardır?
Kütləvi informasiya vasitələrində, mətbuat səhifələrində,
müxtəlif elm sahələrində yazılmış əsərlərdə öz əksini tapan alınma
sözlər həddən artıq çoxdur və onlara gün ərzində az qala hər yerdə rast
gəlirik. Son illər alınma sözlər dilimizə iki istiqamətdən - türk və rus
dilləri vasitəsilə dünyanın bütün dillərindən siyasi, iqtisadi, elmi və
digər sahələr üzrə keçir. Sahə üzrə alınmalar daha çoxdur və onlar
danışıq dilində az işlənsə də, bədii üslub istisna olmaqla digər
üslublarda bol-bol istifadə olunur; rassionalizm, abbreviatür,
respondent, dispozisiya, monitorinq, prestij, akkumilyasiya, orator və
s.
3.
Nitqin səlisliyini pozan amillər içərisində terminlər də
müəyyən yer tutur. Lakin terminlər öz sahəsində işləndikdə zərurət
sayılsa da, bədii üslubda yaxud adi danışıqda, çıxışlarda, elmi
mövzudan kənarda anlaşılmazlıq törədir.
Son illərdə türk dilinə aid, yaxud türk dilinin təsiri ilə yaranan söz
və terminlər təkcə texniki və elmi ədəbiyyatda deyil, bütün sahələrdə,
hətta danışıq dilində də işləklik qazanmışdır: dəstək, bilgi, öncül,
durum, anlam, bölgə, öncə, olay, yetərsay, özəl, önəmli, yaşam,
tanıtım, təpki, öndər, çağdaş, dönəm, yüzillik və s. onlarla, yüzlərlə
söz məna, səslənmə, tələffüz baxımından münasib və ruhumuza yaxın
olduğu üçün çox tezliklə və asanlıqla ünsiyyət vasitəsinə çevrilmişdir.
Dilimizdə kalka yolu ilə yaranmış sözlər də çoxalmaqdadır.
Kalka üsulu dedikdə sözün milli, anlayışın uzun illər gəlmə dilə aid
olması nəzərdə tutulur. Deməli, başqa dildən gəlmiş anlayışı dilimizin
milli bazasından istifadə edərək adlandırırıq. Bura açıqca, dabankeş,
əyləc, soyad, soyuducu, sərinkeş, tozsoran, yelçəkər və s. kimi
sözlər daxildir.
4.
Nitqin təmizliyini pozan amillər içərisində tüfeyli sözlərin də
müəyyən qədər rolu var. Nitq zamanı cümlələr arasında əla
80
Dostları ilə paylaş: |