Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə26/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   22   23   24   25   26   27   28   29   ...   70

qə  yaratmaq,  yaxud  işlədilməli  olan  zəruri  sözü  düzgün  tapmayan 
şəxs  boşluğu  doldurmaq,  fikrə  "körpü"  salmaq  istəyəndə  ya  yersiz 
fasilələr edir, ya da mövzu ilə əlaqəsi olmayan ara söz və ya cümlə 
tipli  söz  birləşmələri  (deməli,  zaddı,  şey,  adı  nədir,  hansı  ki, 
baxanda  baxıb  görürük  ki,  canım  sənə  desin  və  s.)  işlətmək 
məcburiyyətində qalır. 
5.
 
Elmi  üslubda  işlədilməsi  məqbul  sayılmayan  söz  qrupları 
sırasına loru sözlər də daxildir. Ədəbi bədii üslubda işlənən bu sözlərə 
personajlann  nitqində  və  canlı  danışıqda  rast  gəlirik;  gop  eləmək, 
goplamaq, zollamaq, ağzından nallamaq, güpə- mək, angırmaq, 
donguldanmaq,  burcutmaq,  qatıqlamaq,  eşşək,  heyvərə,  qoduq, 
tülkü, sən qıfılla, qırıldatmaq, çərənləmək, hırıldamaq və s. sözlər 
nitqdə  rəqibini  alçaltmaq,  təhqir  etmək,  pis  münasibət  bildirmək 
məqsədi  daşıyır.  Söyüşlər,  qarğışlar,  ədəbsiz  və  qeyri-etik  sözlər 
ictimai yerlərdə vulqar xarakterli olduğundan, mətbu əsərlərdə nitqin 
təmizliyi baxımından işlədilməsi caiz görülmür. 
6.
 
Kobud  sözlər  sırasında  jarqonlar  da  qeyd  olunmalıdır.  Süni 
ünsiyyət  vasitəsi  sayılan  jarqon  sözlər  cəmiyyətdə  müəyyən  qrup 
insanlar tərəfindən düzəldilir və elə onlar tərəfindən də başa düşülür. 
Jarqonlar  öz  fikirlərini  başqalarından  gizlətmək  və  ya 
başqalarından  fərqlənmək  üçün,  konkret  bir  zümrə  tərəfindən 
işlədilən  elə  sözlərdir  ki,  onlar  adi  halda  müstəqil  mənada  işlədilib 
hamı  tərəfindən  anlaşılsa  da,  jarqon  səviyyəsində  başqa  cür 
mənalandırılır.  Məsələn:  işini  bitirmək  (öldürmək),  əriştəsini 
kəsmək  (həbs  etmək),  şestyorka  (satqın),  hərifləmək  (aldatmaq), 
ütmək  (pulunu  əlindən  almaq),  başını  qırxmaq  (aldadıb  almaq), 
atanda (ayıq ol, səni axtarırlar) və s. 
7.
 
Dilin  təmizliyinə  xələl  gətirən  söz  qruplarından  biri  də  ar- 
qolardır. Fransız dilindən keçmiş bu termin altında məhdud dairədə 
işlənib  başqalarının  başa  düşmədiyi  şərti  ifadə  və  ya  söz  nəzərdə 
tutulur:  tələbələrin  işlətdiyi  "quyruq"  "kəsir",  "akademik  borc" 
mənasında, müəllimlərin işlətdiyi "pəncərə" "dərslər arasında qalan 
boş vaxt, saat" mənasındadır. 
81 


Sual və tapşırıqlar 
1.
 
Dəqiq nitq dedikdə nə başa düşülür? 
2.
 
Dəqiq nitq necə meydana gəlir? 
3.
 
Nitqin dəqiqliyi üçün ölçü nədir? 
4.
 
Nitqin düzgünlüyü hansı hallarda mümkündür? 
5.
 
Düzgün nitq nə deməkdir? 
6.
 
Düzgünlük  kəmmunikativ  keyfiyyətdirmi?  Nitqdə  kəm- 
munikativliyi necə başa düşürsünüz? 
7.
 
Şifahi danışıqda və ya əxuda kitab tələffüzü əsas götürülürmü? 
Kitab tələffüzü dedikdə nə başa düşülür? 
8.
 
Bədii nitqin dəqiqliyi hansı şərtlərlə bağlıdır? 
Çahşma 51. Mətndən nitq nərmalarmm köhnəlmiş göstəricilərini 
müəyyənləşdirib izah edin: 
Qəltuqçu mallan açıb tökdü: gözəl firəng və İstanbul qumaş- lan 
şairi heyran qəydu. 
Bu  adam  Axalsıq  paşasının  nümayəndəsi  idi.  Qəltuqçu  sözə 
başladı: 
-
 
Qardaşım,  bu  yollar  yalnız  əsgər  deyil,  ağır  təplar  və 
cəbbəxanalar daşmaq üçün yapılmış. Bu gün Tiflis, yann Qarabağ, ə 
biri gün isə İran və dövləti - Osmaniyyə torpaqları yəğma olunacaq, 
gavur xəncəri islamın bağrına soxulacaq... 
Süleyman  paşanın  müməssili  uzun-uzadı  danışdı  və  bütün 
xanlıqları ittihada və müqavimətə dəvət etdi. 
-
 
Əfəndim, - dedi, - səkkiz il əvvəl yapılmış Küçük Qaynar- ça 
müahidəsi  mövcibincə  Mosqovla  hali  sülhdə  olduğumuz  mə- 
lumi-alinizdir.  Müahidə  bu  altiillik  şiddətli  müharibənin  bir  sənədi 
olaraq bizi hala, bəzi təşəbbüsatdan məhrum qoyur. 
Bu əsnada qapı açıldı, nökər mehmandarın gəldiyini xəbər verdi. 
Qafilə  tərpəndi.  Rus  zabitləri  əllərində  rus  çarıçasmın  İrakliyə 
göndərdiyi  hədiyyələri  tutmuşdular.  Bu  hədiyyələr  bayraq,  qılınc, 
xirqə, toppuz, tac və fərmandan ibarət idi. (Y.V.Çəmənzəminli. "İki 
od arasında" romanından) 
Çalışma  52.  Mətndəki  dialekt  xüsusiyyətlərini  ədəbi  dildəki 
fonetik, leksik və morfoloji qarşılıqları ilə müqayisə edin: 
82 


Bir  paccah  öz  vəzirinə  der:  "Bu  şarabı  içənnən  şoramı  söypət 
eləsəx şirin olar, işməmişdənmi söypət eləsəx şirin olar?" Vəzir der: 
"İndi deəmmərəm, vaxt ver flkirrəşim, sora deərəm". Bir-iki günnən 
sora varellar meşiyə oya gedellər, göröllər bu öydə işıx gəler. Şah der: 
"Ay vəzir, hərəmiz bir öyəmi gessəx, qonax şirin olar, ikimiz birinəmi 
gessəx şirin olar". Vəzir der kin, tək gessəx şirin ollux. Çünki atalar 
def  kin,  qonax  qonağı  söməz,  öy  yəsi  də  heç  hasını.  Tək  gessəx 
yaxşıdı.  İndi  hərəsi  bir  işığa  geder.  Kəndin  başındakı  işıxda  vəzir 
geder, qapıyı döyör (17, səh.380) 
Çalışma  53.  Bir  tələbənin  ailə  tərkibi  haqqında  mənzil-istismar 
sahəsindən  gətirdiyi  arayışı  təqdim  edin.  Arayış  formasını  olduğu 
kimi verin. 
NİTQİN  YIĞCAMLIĞI.  Mədəni  nitqin  keyfiyyətlərindən  olan 
yığcamlıq  müxtəsərlik  və  qısalıq  anlamındadır.  İnsanlar  adi 
danışıqdan tutmuş mühazirə, məruzə, çıxışlara, eləcə də bədii əsərlərə 
qədər  yığcamlıq  tərəfdan  olub  uzunçuluğun,  sözçülüyün 
əleyhinədirlər. Fikri əhatə etməklə qısa demək bacanğı bu da istedad 
əlamətidir.  İstedadla  bağlı  olan  yığcamlıq  söz  söyləyəndən 
deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, 
vaxt  almamağı,  təkrarçıhqdan  qaçmağı,  məlum  olanlan  yenidən 
xatırlamamağı, başqalanm yormamağı tələb edir. Əbəs yerə deyildir 
ki,  indi  insanlann  vaxtını  qiymətləndirmək,  uzunçuluq  etməmək 
naminə mühazirəyə əvvəlcədən bir saat, məruzəyə on dəqiqəyə qədər, 
çıxışlara iki-üç dəqiqə vaxt reqlamenti planlaşdmhr. 
Nitqin  yığcamlığını  həmişə  vacib  amil  hesab  etmişlər.  Yığcam 
nitq insandan dərin bilik, yüksək təfəkkür, aydın düşüncə, zəngin söz 
ehtiyatı tələb edir. "Sözlər az,  fikir geniş, məna dərin" olsun deyən 
sənətkarlar da, "uzun sözün qısası" fikrini bəyan edən atalar sözü də, 
"uzunçuluq eləmə" kimi xalq tövsiyəsi də göstərir ki, vaxt almamaq, 
eyni fikri oxşar cümlələrlə təkrar eşit- 
83 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə