... Hamı əsəbiləşmişdi, hətta cavanlardan bir neçəsinin çıxıb
evlərinə getdiklərini görən Cəbo yenidən başladı və:
- Ə, noldu ə? Bir kişi tapılmadı mənim maşınımı yusun? Pul
verirəm da bə, müftə yumayacaq ki? -dedi.
Bu sözlərdən sonra Zalı Məmmədoğlu Cəbonu nə ilə, necə
vurdusa onu çul kimi yerə sərdi və dedi:
- Ədə, köpəyin balası, bu kənddə səni tanımırlar kimsən?
Hansını deyim ə? Niyə
belə qudurdun, bala?
Və Zalı Məmmədoğlu özünü dədəsinin üstünə atan Kamranı
görən kimi: - Ədə, qoduq, apar onu əvə, ayılsın, sonra buraxın adam
içinə. Bəsdir, adam qudurur ey, ta belə yox! İtin balaları, elə bilirsiniz
camaatın mənliyi-filanı yoxdur? Ə, qanın da bula- n?! Dünənə kimi
acından köpük qusurdunuz dana! Bir tikə, Allah yetirən çörəyi nə
üçün adam balası kimi yemirsiniz ə, hi?
Zalı Məmmədoğlu kənddə montyor işləyirdi və ailəsini namusla
dolandıran kişilərdən idi; bir tikə çörəyi o, daşdan çıxarırdı, əlindən
inni-cinni qurtarmazdı: pəncərələrə şüşə salmaq, qapı-pəncərə
qayırmaq, elektrik avadanlıqları təmirçisi, xolodilnik ustası, radiyo,
televizor, bir sözlə, necə deyərlər. Zalı belə Zalı idi. (Şamil Zaman.
Qarabağları tərənnüm edirəm. (... Bakı, 2007, səh.83)
NİTQİN MƏNTİQLİYİ. Obyektiv gerçəkliyi doğru, dürüst əks
etdirən hökm, fikir məntiqə əsaslandığı üçün
məntiqi nitq adlanır.
Məntiqə əsaslanaraq mülahizə və mühakimələrini düzgün və konkret
ifadə edən natiqin nitqi kommunikativ keyfiyyət kimi dəqiq olur, yəni
məzmun insan təfəkkürünün məhsulu kimi meydana gəlir. Məntiqilik
şifahi xalq ədəbiyyatı nümunələrində - əfsanə, nağıl, qaravəlli və
təmsillərdə şüurlu olaraq pozulur, söz və ifadələrin semantikası
bilərəkdən şişirdilir, ya da kiçildilir. Məs: Yeddi gün, yeddi gecə yol
getdi; Koroğlu yeddi
90
ehtiyatı zəngin olduğu üçün o, hadisələri dəqiq, incə, ifadəli, obrazlı
və orijinal üsulda ifadə imkanına malikdir. O, sözlərin lek-
sUc-semantik zənginliyindən tutmuş intonasiya və ritin incəliklərinə
qədər bütün dil vasitələrinə müraciət etməkdə azaddır.
Nitqin zənginliyinin əsas əlaməti onda işlənən sözlərin təkrar
olunmadan kəmiyyətcə çoxluğudur. Geniş dünyagörüşünə,
mükəmməl savada, daimi mütaliəyə malik şəxsin söz ehtiyatı
kəmiyyət və keyfiyyətcə çox zəngin olur. Söz sənətkarlannm - şair və
yazıçıların bədii nitqinin zənginliyi məhz bu hesabadır.
Biz tələbələrimizin, o cümlədən, gələcək məşqçi və bədən
tərbiyəsi müəllimlərimizin zəngin nitq mədəniyyətinə nail olmasını,
mədəni və savadlı şəxs kimi yetişməsini istəyiriksə, onlara ana
dilimizdə radio-televiziya verilişlərini diqqətlə izləməyə, mütaliə
etməyə maraq oyatmalı, müxtəlif vasitələrlə - dis- putlar, bədii
gecələr, şair və yazıçılarla görüşlər keçirməklə, sözlərin, ifadələrin,
cümlələrin ifadə tərzinə diqqəti yönəltməklə, nitqin məziyyətlərini
mənimsətməklə onların söz ehtiyatını artırıb zənginləşdirməyə
çalışmalıyıq. Bədii, elmi, kütləvi, publisistik əsərlərin müntəzəm
mütaliəsi gənclərimizin söz ehtiyatını artırmaqla onlar üçün
ümumişlək olmayan, az işlətdikləri sözlərin də nitqdə aktivləşməsinə
səbəb olacağı şübhəsizdir.
NİTQİN İFADƏLİYİ. İfadəlik üslub baxımından ən uğurlu dil
vasitələri tapıb işlətmək deməkdir. İfadəli nitq təkcə aydın, düzgün,
səlis, məntiqi olmaqla bitmir, həm də təsirli, emosional, cazibəli
formada öz əksini tapır. İfadəli nitq ondan bəhrələnənlərin hisslərinə
təsir edir, marağını artırır, çünki burada məntiq güclü olduğu kimi,
ifadə tərzi də tutarlı söz, ifadə və ibarələrlə həm zəngin, həm də
ifadəlidir.
İfadəliyi çox vaxt söz sənətkarlarına aid edirlər, axı onlar dilin
zəngin söz xəzinəsinə, onun qayda-qanunlarına daha yaxşı
bələddirlər. Onlar özlərindən əvvəl yaşayıb-yaratmış sələflərinin bədii
irsinə dərindən yiyələnirlər, deyilmişləri təkrar etmədən orijinal
fikirlərini daha emosional, cazibəli, mənalı ifadə etmək bacarığı
nümayiş
etdirirlər, dilin bütün sisteminə - fonetika.
92