Bu tədbirlərin forma, keçirilmə və qeyd edilmə şəraiti müxtəlif
olur: səsləndirilən fikirlər, rəylər, nitqlər öz ifadə tərzinə görə
bir-birindən fərqlənir.
Öz dövrü üçün hadisə sayılan bir şəxsin yubiley tədbirində
neçə-neçə kollektivin nümayəndələrinin iştirakı ilə keçirilən
yığıncaqda müəssisə, ali məktəb rəhbəri özü, əgər birinci şəxsə həsr
olunmuşsa həmin müəssisə, təşkilat, federasiya və ya
konfederasiyanın mötəbər şəxslərindən biri giriş nitqi söyləyir, sonra
əvvəlcədən müəyyənləşdirilmiş səlahiyyətli şəxslərə təbrik üçün söz
verilir, çıxışlar olur, xatirələr söylənilir, yubilyarm əmək
fəaliyyətindən, şəxsi keyfiyyətləridən, xalq və dövlət qarşısında
gördüyü işlərdən bəlağətlə, haqlı təriflərlə söz açılır. Belə tədbirlər
zamanı çıxışlarda
ciddilik qorunur, amma zarafatlara yol verilmir.
Ailədə, dostlar, qohumlar arasında keçirilən yubiley və ad
günündə şənliyin səbəbkarı haqqında ürək sözləri deyilir, onun
mənəvi və iş keyfiyyətləri qeyd edilir, ailədə mövqeyi və qayğıları
xatırlanır. Bu tip təbrik və çıxışlar daha səmimi olur, yada salınan
hadisə və faktlar, səbəbkann xarakter cizgiləri incə yumorla, qanadlı
sözlər, obrazlı ifadələrlə emosional tərzdə səsləndirilir.
Şadlıq saraylarında keçirilən toy mərasimlərində yaxşı seçilmiş
masabəyinin nitqi daha təsirli, canlı və xoşagələn olur. Ma- sabəyi toy
məclisinin marağına rəğmən məzəli əhvalatlar söyləyir, gəlin, bəy və
onların yaxınları, eləcə də, ümumiyyətlə, ata, ana, gözəl qız, qadın,
məhəbbət haqqında bildiyi şeirləri, lətifələri özünəməxsus yumorla
musiqi sədalan altında xüsusi ahənglə ucadan səsləndirir. Şadlıq
saraylannda söylənilən nitqlərdə dilimizin bütün zənginlikləri, onun
ifadəli dil vasitələri məclis əhlinin ruhunu oxşamağa yönəlir.
Dəfn mərasimlərində söylənilən nitqlər həcmcə qısa və yığcam
olur. Məişət nitqinin bu formasında monoton ifadə tərzi insanları
düşündürən həyat və ölüm məsələlərinə, təskinedici və təsəlliverici
sözlər və
cümlələrlə hüznlü, qəmli, təsirli şəkildə insanlara çatdırılır.
m
Natiqlik sənətinin digər sahələrindən
dini natiqliyi (din
xadimlərinin moizə və xütbələri, "Quran"dan ayə və surələrin
oxunması, "Quran" tapşırma, ehsan və süfrə dualarının oxunması,
axund və mollalann imamların müsibətləri haqqında çıxışları),
bədii
natiqliyi (bədii axşamlarda şair və yazıçıların nitqləri; şair, yazıçı və
bəstəkarlar haqqında mühazirə, məruzə və çıxışlar),
səhnə natiqliyi,
ekran və efir natiqliyini qeyd etmək olar. (4, səh. 129)
Ekran natiqliyi kütləvi informasiya vasitələrindən olan
televiziya verilişlərinə aiddir. Yazılı və şifahi nitqin xüsusiyyətlərini
özündə əks etdirən bu nitq monoloji və dialoji formalarda təzahür
tapır. Televiziya verilişlərində nitqin məzmunu təsvirlər və mətnlərlə
tamaşaçılara canlı çatdırılır. Çoxmilyonlu auditoriya üçün
səsləndirilən bu nitq ədəbi dilimizin qaydalarına, xüsusən də onun
orfoepik normalanna cavab verməli, diksiya baxımından aydın və
təbii, effektivlik baxımından isə nümunəvi olmalıdır.
Sual və
tapşırıqlar
1.
İctimai-siyasi natiqlik hansı mövzularda öz ifadəsini tapır?
2.
Son bir ildə ölkə prezidentinin hansı çıxışını televiziyada
dinləmisiniz və bu çıxış əsasında ictimai-siyasi nitqi necə xarakterizə
edə bilərsiniz?
3.
Diplomatik natiqliyi ictimai-siyasi natiqlikdən fərqləndirən
nədir?
4.
Məhkəmə natiqliyində ittihamçının nitqi nələrə əsaslanır? Bəs
müdafiə olunanın çıxışı? Haçansa məhkəmə iclasında olmusunuz və
ya haqqında eşitmisinizmi? Nələri qeyd etmək istərdiniz?
5.
Həqiqi hərbi xidmətə çağırılan gənclər qarşısında hərbi
komissarın çıxışı haqqında fikrinizi izah edin. O, nələri deməlidir?
6.
Akademik natiqliyi sizə mühazirə oxuyan müəllimlərin
timsalında xarakferizə edin.
7.
İcfimai-məişəf natiqliyin bir növünü imifasiya edin. Nələrə
yer vermək lazım olduğunu izah eməyə çalışın.
116