dikdə isə ondan əvvəl: - Əlbəttə, mən dərsi öyrənmişdim. Mən dərsi,
əlbəttə, öyrəmnişdim.
d)
Hətta, ələlxüsus, habelə, baxmayaraq sözləri ilə xüsusilə- şən
cümlə üzvündən əvvəl: O gecikmişdi, hətta zəng vurulandan xeyli
sonra gəldi.
e)
Cümlənin əvvəlində gələn xitabdan sonra; cümlənin ortasında
gələn xitabdan əvvəl və sonra, xitab cümlənin sonunda gəldikdə isə
ondan əvvəl: Adil,sən axşam harada idin? Adətdir, ay oğul, gələni
qarşılayarlar.
3.
Nöqtəli vergül:
İki fikir arasında aydınlaşdırma bildirən tabesiz mürəkkəb
cümlənin tərkib hissələri arasında: - Qar hər tərəfə səpələnirdi; hətta
eyvanlardan boylanan uşaqlann üstünə də yağırdı.
4.
Défis:
a)
Mürəkkəb sözlərin tərəfləri arasında: ətli-canlı, ağlı-qaralı,
gözəl-göyçək, səhər-səhər və s.
b)
Mürəkkəb qısaltmalarla şəkilçilərin arasında: ABŞ-da;
AŞPA-nı; BDU-ya və s.
c)
Sıra sayları rəqəmlə yazıldıqda: 2-ci, 10-cu və s.
ç) İzafət tərkiblərində: tərcümeyi-hal, tərzi-hərəkət, şəbi- hicran
və s.
d)
Əks, kontr, qeyd, qeyri, vitse, eks sözlərindən sonra: qeyd-
şərtsiz, qeyri-qanuni, əks-fənd, eks-çempion, kontr-admiral,
vitse-prezident və s.
5.
Tire:
a)
Cümlə üzvünün əlavəsindən əvvəl: - Onun oxuduğu ali məktəb
- universitet burada yerləşir.
b)
Qarşılaşdırılan sözlərdən birincisindən sonra: Əsirlər - qocalar,
cavanlar, yeniyetmələr kədərli idilər.
c)
Həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra: -
Onlar hər şeydən - ailədən, işdən, məhəbbətdən danışdılar.
ç) Həmcins üzvlərdən sonra gələn ümumiləşdirici sözdən əvvəl: -
Bu bizə atamdan, atamın atasından, babamdan - ulularımızdan
yadigar qalmışdır.
108
d)
Nəzərə çarpdınlan məntiqi vurğulu sözdən sonra: - Şair, sən
şahın hüzurundasan? - Bunu sənsiz belə bilirəm, inan!
e)
Dialoqlarda replikalardan əvvəl: - Hə, muştuluq mənə nə
verəcəksən? - Nəyim var ki, nə verim?! - Boyun ol, gələcəkdə
verərsən.
ə) Vasitəsiz nitqdə müəllif sözündən əvvəl və sonra: Bunu, - Əli
dedi- buradan niyə götürməmisiniz?
Şagirdlər və tələbələr défis işarəsi ilə tireni qarışdırırlar. Défis
mürəkkəb sözlərin arasında qoyulur, tire isə iki ölkə, şəhər, coğrafi
məkan, vaxt, zaman arasındakı əlaqə və münasibətləri göstərməyə
xidmət edən işarədir. Məsələn: Azərbaycan -Rusiya ticarət
müqaviləsi,
Rusiya-tran
müharibələri,
Bakı-Gəncə
qatan,
Baki-îstanbul reysi, Kür-Araz ovalığı, Samur-Dəvəçi kanalı,
2000-2010-cu illər və s. Bunlar mürəkkəb sözlər olmadığından arada
tire işarəsi qoyulur, diqqətə çatdırılmaq üçün tələffüzdə fasilə ilə
ayrılır.
6.
İki nöqtə:
a)
Ümumiləşdirici sözdən sonra:- Ktnik azlıqlara: ləzgilərə,
saxurlara, talışlara, kürdlərə, laklara öz ana dillərində məktəb açmağa
icazə verilmişdir.
b)
"məsələn" və onun ixtisar şəklindən("məs.") sonra:- Belə
cavab vermək lazımdır. Məsələn: Müəllim, zəhmət olmasa, mənə də
söz verin.
c)
Dialoqlarda: Əhməd: Vaqif məşqdə olmuşdu.
ç) Vasitəsiz nitqdən əvvəl:
Dedim: hər baxışda, ey sənəm nədən.
Qəlbimə vurursan qəmzə oxun sən.
Söylədi: "Bu təsir özgə yerdəndir.
Vallah, özümdən də xəbərsizəm mən".
7.
Üç nöqtə:
a)
Fikrin bitmədiyini bildirmək məqsədilə cümlənin sonunda:
Onlar getdilər... getdilər...
m
b)
Yüksək hiss-həyəcanla deyilib özündən sonrakı sözdən
müəyyən fasilələrlə ayrılan xitabdan sonra. - Eh, ay ana... Məndə 0
bəxt hanı?...
c)
Dialoqlarda müsahib cavab vermədikdə: - Sizə gəlimmi?...
Deyəsən, eşitmədin?... Deyirsən, bundan sonra daha nə gəlmək?!
8.
Sual işarəsi:
a)
Bütün sual cümlələrinin sonunda: - Məşqə gedəcəksən?
b)
Elə sual cümlə tipləri vardır ki, onlar cavab almaq üçün deyil,
nitqin təsirini artırmaq, dinləyicini düşünməyə vadar etmək məqsədi
daşıyır: - Vətən və ana. Bu iki sözdən şirin və müqəddəs nə var
dünyada?
Vətənim verdi mənə nanü-nəmək.
Vətəni, məncə, unutmaq nə demək? (A.Səhhət).
Varlığa nə darlıq?
Ritorik və ya bədii suallar nitqin üslubi rəngarəngliyini artmr.
9.
Nida işarəsi:
a)
Nida cümlələrinin sonunda: - Yaşasın müstəqil Azərbaycan!
b)
Hiss-həyəcanla deyilən xitablardan sonra: -Vaqif! Ey taci-
darım!
Xuraman, Xuraman! Gör nəyin xəyalındasan!
c)
Bəli, xeyr, yox, çox gözəl kimi təsdiq və ya inkar bildirən
sözlərdən sonra: - Çox gözəl, çox gözəl! Razıyam, inan!
Nida cümlələri danışanın məqsədinə uyğun məna çaları yaradır,
nitqin ekspressivliyini, emosionallığını artmr. Nidalar müxtəlif hissi
halları ifadə edərək fərqli intonasiyalarla söylənilir:
- Pəh,pəh! Əcəb söz eşitdik! Ay belə xoş gəlibsən, səfa
gətiribsən! Ah, sən nə dəhşətli adamsan! Vay, vay! Nə yaman
müşkülə düşdü işim, Allah! (M.Ə.Sabir)
Sual və tapşırıqlar
1.
Nitqin intonasiyası dedikdə nələri başa düşürsünüz?
2.
Yüksək mədəni səviyyəli nitqin şərtləri hansılardır?
3.
Nitqin ifadəliyi dedikdə nə başa düşülür?
no
Dostları ilə paylaş: |