Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə38/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   34   35   36   37   38   39   40   41   ...   70

formalara  üstünlük  vermişdir.  Məhz  ədəbi  dilimizin  nərmaları-  nm 
hamı tərəfindən vahid şəkildə qəbul edilməsinin nəticəsində də nitq 
mədəniyyətinin fərmalaşıb yaranması mərhələsi başa çatmışdır. 
"Norma" sözü latın dilindən alınmış termin əlub mənası qayda, 
əsas,  nümunə  deməkdir.  Nitq  mədəniyyətinin  elm  və  tədris  fənni 
kimi  mövcudluğu  dilimizin  strukturunun  bütün  sə-  viyyələrdəki 
nərmalannm fərmalaşması ilə əlaqədardır. Əgər dilin fonetİk, leksik 
və  qarmmatik  nərmalan  fərmalaşmasa  idi,  təbii  ki,  bu  gün  ədəbi 
dilimizdən və nitq mədəniyyətindən danışa bilməzdik. Deməli, dilin 
nərmalan  əlmadan  ədəbi  dil,  ədəbi  dil  əlmadan  nitq  mədəniyyəti 
yəxdur.  Nitq  mədəniyyəti  yüksək  inkişaf  səviyyəsinə  çatmış,  dilin 
qanunauyğunluqlan  ilə  tənzimlənən  sabitləşmiş  qaydalar  sisteminə 
əsaslanır.  Nitq  mədəniyyətinin  normaları  yazılı  və  şifahi  nitqin 
qaydalanndan törəmişdir. 
Ümumxalq  danışıq  dilində,  dialekt  və  şivələrdə  nərmalar  sabit 
qalmır.  Ədəbi  dilimizdə  isə  dialekit  və  şivələrdən,  eləcə  də  onların 
əsasında  formalaşıb  təşəkkül  tapmış  xalq  danışıq  dilin-  dəkindən 
fərqli  olaraq  hamının  qəbul  etdiyi  nümunəvi  normalar  vardır. 
Ümumxalq  dilində  bəzən  bir  anlayışın  ifadəsi  üçün  qəbul  edilmiş 
sözün bir neçə variantına rast gəlirik. Məsələn "qaçmaq" mənasında 
"götürülmək",  "daban  almaq", "mıx"  əvəzinə "mismar",  "qadax"  və 
başqa sözlərin bir neçə adla işlənməsi mövcuddur. Amma ədəbi dildə 
onlardan  biri,  daha  doğrusu,  fo-  netik  prinsipə  uyğun  olmaqla 
ölkəmizin  əksər  yerlərində  işlənən  forma  əsas  götürülmüşdür, 
qalanları  dialekt  sözləri  kimi  yaşayır,  aid  olduğu  yerlərdə  ədəbi 
dildəki variantı ilə paralel işlənir, dialektoloji lüğətlərdə təsbit olunur. 
Nitq 
0 zaman düzgün, gözəl, təsirli olur ki, işlədilən sözlər fonetik 
normalar  daxilində  yazıya  və  tələffüzə  yararlı  olur,  cümlələr 
qrammatik  normalara  cavab  verir.  Normalar  isə  təkcə  bədii,  elmi, 
publisistik və rəsmi-kargüzarlıq üslublarında möhkəm nümunəvi dil 
qaydalarını  deyil,  dilin  lüğət  tərkibini,  sözlərin  leksik-semantik 
mənasını, onların tələffüz və yazı 
118 


lışını formalaşdırır, dilin özünün strukturu və sistemindəki obyektiv 
qanunauyğunluqları da tənzimləyir. 
Normə  təkcə  təbiətdə  və  cəmiyyətdə  deyil,  eləcə  də  dildə 
mövcuddur. Norma qanuna salınmış və hamı tərəfindən qəbul edilmiş 
məcburi qaydalardır. Əlbəttə, dil ictimai hadisə kimi dəyişib inkişaf 
etdiyi  kimi,  dil  normaları  da  dəyişir  və  təkmilləşir.  Norma  əslində 
dilin  özündə  mövcuddur.  Belə  olmasaydı,  insanlar  bir-birini  başa 
düşməz,  bir-biri  ilə  ünsiyyət  yarada  bilməzdilər.  Normanın  inkişafı 
danışıq  dilində  kortəbii,  ədəbi  dildə  isə  şüurlu  şəkildə  olmuşdur. 
Ədəbi dil normaları müəyyənləşdiri- lərkən təbiilik, işləklik, sabitlik, 
davamlılıq kimi amillər əsas götürülmüşdür. Dil vahidləri dəyişdikcə 
onun normaları da dəyişmiş, inkişaf edib təkmilləşmişdir. 
Ədəbi  dil  normaları  öz  tətbiqini  yazılı  ədəbiyyatda  tapır. 
Görkəmli yazıçılar, şairlər, alimlər, jurnalistlər (İ.Nəsimi, M.Füzu- li, 
M.P.Vaqif,  M.F.Axundzadə,  H.Zərdabi,  C.Məmmədquluza-  də, 
F.Köçərli,  N.Nərimanov,  Ü.Hacıbəyov  və  b.)  öz  ustalığı,  məharəti, 
milli  şüur,  ürəkdə  milli  qeyrət  və  ana  dilimizə  böyük  qayğı  ilə  dil 
normalarının  formalaşması  və  inkişafında  əvəzolunmaz  xidmət 
göstərmişlər. 
Dilin daxili quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi) 
və  qrammatikası  təşkil  edir.  Azərbaycan  ədəbi  dilinin  normaları  da 
dili bütün səviyyələrdə əhatə edir. 
FONETİK NORMA
 
"Fonetika"  yunanca  "phonetike"  sözündən  olub,  "səsə  aid" 
deməkdir, "dilin səs quruluşu", "səs tərkibi" mənasındadır. Dil- çilyin 
bir bölməsi olan fonetika dilin səs sistemini, səs qanunlarını öyrənir. 
Bir az da əhatəli desək, fonetika dil səslərinin dəyişməsini, səs-fonem 
problemini, heca, vurğu, intonasiyanı, fo- netik qanun və hadisələri 
araşdmr, nizama salır. 
Ədəbi dilin səs sistemi müəyyən normalar əsasında tənzimlənir. 
Sözlər ümumxalq dilində müxtəlif şəkildə deyilsə də
115 


ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Sözün ədəbi 
dildəki  tələffüz  qaydası  orfoepik  norma,  yazılış  qaydası  isə 
orfoqrafik norma adlanır. 
Orfoepik və orfoqrafik normalar birlikdə dilin fonetik quruluşu ilə 
müəyyənləşir və fonetik normanı fəşkil edir. Deməli, sözün düzgün 
tələffüzü və düzgün yazılışı fonetik norma daxilindədir. 
Qrammatik  normalar  orfoqrafiyanın  orfoepiya  ilə  əlaqəli 
öyrənilməsində bir vasitədir, sözlərin düzgün yazılışına və tələffüzünə 
yardımçıdır.  Orfoqraflya  qaydaları  hamı,  hər  kəs  üçün  vahiddir. 
Orfoqraflya yazıda ikiliyin (müxtəlifliyin) qarşısını alır. Orfoqraflya 
ilə  orfoepiya  arasında  fərqi  aradan  qaldıran,  onlan  bir-birinə 
yaxınlaşdıran fonetik prinsipdir. 
Dilimizdə bir sıra sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən 
fərqlər mövcuddur. Elə sözlər vardır ki, onlan tələffüz edildiyi kimi 
yazmaq,  yaxud  yazıldığı  kimi  tələffüz  etmək  səhvdir.  Beləliklə, 
fonetik  norma  iki  formada  özünü  göstərir:  sözün  düzgün  tələffüz 
forması (orfoepiyası) və düzgün yazılış forması (orfoqrafiyası). 
"Orfoepiya"  sözü  yunan  mənşəli  olub,  "orthos"  "düzgün"  və 
"epos" "nitq" sözlərinin birləşməsindən yaranmışdır, "düzgün ədəbi 
tələffüzü  müəyyənləşdirən  qaydalar  sistemi",  "tələffüz  qaydalarını 
gözləmə"  anlamındadır.  "Orfoqraflya"  sözü  də  yunanca  "orthos" 
"düzgün"  və  "qrapho"  "yazıram"  sözlərindən  yaranmışdır,  “dildəki 
sözlərin  qəbul  edilmiş  düzgün  yazılış  qaydaları  sistemi”,  “yazı 
qaydalarının  öyrənilməsi”  mənasında  işlənir.  Orfoepik  yaxud 
orfoqrafik norma pozulursa, nəticədə fonetik norma pozulmuş olur. 
"Danışdığımız kimi yazmalı", yoxsa "yazdığımız kimi danışmalı" 
sualı  ədəbi  dilimizin  formalaşması  və  inkişafını  düşünən  bütün 
yazıçılarımızı,  dilçilərimizi,  maarifpərvər  ziyalılarımızı  daim 
düşündürmüş  və  XX  əsrin  20-3  0-cu  illərindən  bu  suala  aydınlıq 
gətirilmişdir. B.Çobanzadə, V.Xuluflu, Ə.Dəmirçizadə, M.Şirəliyev, 
M.  Hüseynzadə,  Ə.Əfəndizadə,  N.Abdullayev  bu  sahədə  böyük 
əməyi olmuş dilçi alimlərimizdir. Bir fikir qəti 
120 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə