şəkildə aydınlaşdırılmışdır ki, danışdığımız kimi yazmaq yazıda
hərc-mərclik yaratdığı kimi, yazdığımız kimi danışıq da nitqimizdə
bayalığa, "qumluğa" gətirib çıxarır. Bunlann heç biri mütləq
götürülməməlidir. Buna görə də onların hər ikisindən yazımız və
tələffüzümüz üçün ən optimal variant qəbul edilmişdir. Hazırda
yazımız da, tələffüzümüz də bu aspektdə qurulur, hər iki forma ədəbi
dilimizin həm şifahi, həm də yazılı formalarının xeyrinə olmaqla
inkişafı edib təkmilləşir.
ORFOEPİK NORMAİAR
Ayrı-ayn sözün, qrammatik forma və sintaktik quruluşun dildə
istənilən sabit və vahid qaydalan orfoepik normaları təşkil edir.
Orfoepiyaya dilin fonetik sistemi ilə bağlı olub hər hansı bir səsin
müəyyən fonetik şəraitdə, yəni sözün əvvəlində, ortasında, yaxud
sonunda gəldikdə, qrammatik formalarda, söz birləşmələrində
işləndikdə özünü göstərən, tələffüz xüsusiyyətlərini tənzimləyən
qaydalar daxildir (2, səh. 171).
Orfoepiya normalarını müəyyənləşdirərkən aşağıdakı prinsiplər
əsas götürülür:
1) tələffüzün asanlığı; 2) danışığın təbiiliyinin qorunması;
3)
şəkilçiləri qısa variantda saxlanılması; 4) tələffüzü çətin,
yazılışı deyilişindən fərqlənən sözlərin xalq danışıq dilinə uyğun
variantının qəbul edilməsi; 5) fonetik hadisələrin tətbiq olunmasının
qarşısının alınması; 6) dilimizin təbiəti, səs və heca sistemi nəzərə
alınmaqla bir sıra sözlərin tələffüz formalanmn dəqiqləşdirilməsi; 7)
alınma sözlərin tələffüzü ilə əlaqədar fonetik normaların
qətiləşdirilməsi; 8) ahəng qanununun gözlənilməsi (18, səh. 122).
Şifahi ədəbi dilin zəngin imkanlarından məharətlə bəhrələnən hər
bir şəxs tələffüz normalarına düzgün əməl etməklə nitq prosesində
dilimizin daxili qanunlarını qorumuş olur, bu nitq dinləyicilər
tərəfindən asan qavranılır, estetik təsiri ilə seçilir.
m
Nitq də mədəniyyət kimi saflıq, təmizlik sevir. Lakin həmişə bu
təmizliyi qorumaq mümkün olmur. Nitq prosesində ədəbi tələffüzlə
bağlı bir sıra qüsurlarla rastlaşırıq.
1)
Nitqdə yerli dialekt və şivələr hesabına söz və qrammatik
formalarda ədəbi tələffüz normaları pozulur: həlbəttə, hasand, ahali,
haçar//xaçar, cuma(cümə), dəyşət (dəhşət), nöş (nə üçün),
Ukranya, tilvizor, döyül, həmməşə, müsəlmançıbq, məsəlçün,
bclənçik (belə), girdəkan (qoz), sələk (ağılsız), örüş (çöl), döşəkağı
(mələfə) və s. Bu sözlərdə ədəbi dilin təkcə fonetik norması yox, həm
də leksik norması pozulmuşdur.
Leksik norma sözlərin ümumişlək normasını, mənasının asan
dərk edilməsini və ədəbi dilə gətirilə bilməsini nəzərdə tutur. Lakin
yerli şivə və dialektlərdə işlənən və ümumi xalq tərəfindən az
anlaşılan sözlər ədəbi dil normasına cavab vermədiyinə görə qəbul
edilmir, ən düzgün variant ümumiləşdirilib götürülür.
2)
Qrafik prinsipə görə dildə sözün iki tələffüz şəklindən daha
tipik olanı orfoepiya üçün əsasdır. Məsələn: darvaza, xalça, pencək,
pendir, xəmir, rahat, pəncərə, qəbul, kənar sözləri həm
orfoqrafiya, həm də orfoepiyada düzgün sayılır, amma dərvaza,
xəlçə, pəncək, pəndir, xamır, rahət, pencərə, qa- bul, kənar
şəklində deyiliş dialekt xüsusiyyəti hesab olunur və ədəbi tələffüzə
yaramır.
Orfoepik qüsurların bir qismi nitq prosesində bəzi saitlərin uzun
və ya qısa tələffüzü, vurğunun düzgün qoyulmamasmm nəticəsidir:
başqa, bütün, büro, sifət, ədat, daha,oxu, müxtəlif, əsasən,
günorta
sözlərində vurğunun ilk hecaya salınması belə
qüsurlardandır.
Ədəbi tələffüz normalarının pozulması bir sıra alınma sözlərin
kitab tələffüzü ilə (hərfi tələffüzlə) bağlı olması hesabmadır. Məsələn:
[Maskva], [intanasiya], [arfaepiya], [kankret], [faneti- ka],
[arfaqrafiya] və s. kimi deyilməli olan sözlər elə yazıldığı kimi -
Moskva, intonasiya, orfoepiya, kontakt, konkret, konfet fonetika,
orfoqrafiya və s. şəklində səhv tələffüz olunur.
122
Dilimizə məxsus söz və şəkilçilərin deyilişində də qüsurlar vardır:
vicdan-[vijdan], uşaq-[uşax], məqsəd-[məksət], işləyir- [işdiyir],
getsə idi- [getseydi] və s.
Uşaqlar ailədən, radio və televiziya verilişlərindən, bağçada
tərbiyəçilərdən, məktəbdə müəllimlərdən ədəbi tələffüz normalarını
eşidib mənimsəməli, mədəni nitqə verilən tələbləri öyrənməli, danışıq
və yazıda öz aydınlığı, səlisliyi, intonasiya düzgünlüyü, lüğət
tərkibinə görə zənginliyi ilə seçilən formalara yiyələnməlidirlər.
Beləliklə, gənc nəsildə ədəbi tələffüz normaları əsasında danışmaq,
oxumaq vərdişi yaranmalıdır. Bunun üçün valideynlər, tərbiyəçilər,
müəllimlər uşaqların, şagirdlərin nitqi üzərində birgə, müntəzəm
işləməli, nitqdəki qüsurların başvermə səbəblərini tapıb izah etməli,
səhvləri müxtəlif üsul və vasitələrlə düzəltməlidirlər. Valideynlərin,
tərbiyəçilərin və istisnasız olaraq hər fənn üzrə bütün müəllimlərin,
diktor, aparıcı və aktyorların düzgün danışıq və ifadəli oxusu etalon,
nümunə kimi təqdim olunmalı, kitab (hərfi) oxusu və dialekt, şivə
xüsusiyyətləri, danışıq dili tələffüzü daim düzəlişə məruz qalmalı,
nitqin intonasiyasının zənginlik və rəngarəngliyi nəzərdə
saxlanılmalıdır.
Ədəbi
tələffüz
vərdişlərinə
yiyələnmək
nöqteyi-nəzərindən bu formalar çox əhəmiyyətlidir.
Orfoepik qaydaların müəyyənləşdirilməsində, əsasən, fone- tik
prinsipə üstünlük verilir. Bu prinsipə görə orfoepik norma xalq
danışıq dilinin ən işlək və daha çox yayılmış formasına əsaslanır.
Məsələn: feilin mürəkkəb şərt şəklinin hekayəsinə iki variantda rast
gəlirik: alsa idi- [alsaydı], [alseydij; gəlsə idi [gəlsəydi], [gəlseydi]
və s. Amma bu formaların respublikamızın əhalisinin böyük
əksəriyyətinin işlətdiyi eydi variantı - [al- seydi], [gəlseydi]
orfoepiyada norma kimi əsas götürülmüşdür.
Başqa bir misal. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə saitlə
başlanan şəkilçilər artınidıqda sözün sonundakı sait ahəng qanununa
uyğun qapalı saitlərdən birinə keçir: meşəyə [meşiyə],
alçaya-[alçıya], işləyir-[işliyir], başlayır-[başlıyır].
123
Dostları ilə paylaş: |