Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə41/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   37   38   39   40   41   42   43   44   ...   70

b)
 
Bəzi sözlərdə ötəri, çox qısa tələffüz olunur: quruluş-[qur- luş], 
qurultay-[qrultay], burun-[brun] və s. 
9.
 
ü saiti. 
a)
 
ü  saiti  sual  bildirən  sözlərdə  sual  ədatı  işlənmədikdə  uzanır: 
Sən gördün? Özün götürdün? Qonaqları ötürdün? 
b)
 
Bir  sıra  sözlərdə  qısa  tələffüz  olunur:  tüfəng,  bütün,  qüsur, 
mürəkkəb. 
c)
 
ərəb-fars mənşəli sözlərin ilk hecasmdakı ü saiti ikinci hecada 
işlənən  i  saitinə  təsir  edərək  onu  öz  səs  məxrəcinə  gətirir: 
mühit-[mühüt], münbit- [münbüt], müdir-[müdür] və s. 
YANAŞI saıaH SAiTiaıiH raıarFOzl 
1) Sözün tərkibində yanaşı gələn  saitlər aşağıdakı kimi tələffüz 
olunur: 
a)
 
üa,  üə  səs  birləşmələrində  ü  saitinin  tələffüzdən  düşməsi 
hesabına  a,ə  saitləri  uzun  tələffüz  olunur:  müasir-[ma:sir],  müa- 
licə-[ma:licə],  müavin-[ma:vin],  müayinə-[ma:yinə],  müamilə- 
[ma:milə], 
müəllif-[mə:llif], 
müəllim-[mə:llim], 
müəssisə- 
[mə:ssisə], müəyyən-[mə:yyən]. 
b)
 
ai, əi, oe, ue səs birləşmələri ilə yazılan sözlər tələffüz zamanı 
yanaşı  gələn  saitlərin  arasına  y  samitinin  artırılması  ilə  deyilir: 
ailə-[ayilə], bais-[bayis], dairə-[dayirə], daima-[dayima], dair-[dayir], 
Nailə-[nayilə],  zəif-[zəyif],  məişət-[məyişət],  poe-  ma-[payema], 
duet-[duyet] və s. 
Şagird və tələbələr orfoepik tələffüzün təsiri altında belə sözlərin 
yazılışını da orfoepik tələffüzlə yazaraq orfoqrafik səhvə yol verirlər. 
2.  Açıq  saitlə  bitən  çoxhecah  isimlərə  yönlük  hal  şəkilçisi 
artırıldıqda bitişdirici y samitindən əvvəlki açıq sait qapalı saitə keçir: 
anaya-[anıya], 
babaya-[babıya], 
nənəyə-[nəniyə], 
tələbə- 
yə-[tələbiyə] və s. 
Bu  hal  dialektlərdə  təsirlik  hal  şəkilçini  qəbul  edərkən  də 
müşahidə edilir: ananı-[amyı], nənəni-[nəniyi], xalanı-[xalıyı] və s. 
127 


Sual və tapşırıqlar 
1.
 
Ədəbi dilin normaları hansı əsasda formalaşmışdır? Bu 
proses indi də davam etməkdədirmi? 
2.
 
Nitq mədəniyyətinin ədəbi dil normalanna bağlılığını 
necə başa düşürsünüz? 
3.
 
Fonetik norma nəyə əsaslanır? 
Orfoqrafiya və orfoepiya anlayışını necə başa düşürsü- 
4.
 
 
nüz? 
5. 
5.
 
 
7. 
Orfoepiya prinsipəri hansılardır? 
Orfoepik qüsurların əmələ gəlmə səbəblərini sadalayın. 
Eyni cinsli qoşa saitlərin və yanaşı gələn müxtəlif cinsli 
saitlərin orfoepiyasında hansı prinsip əsas götürülür? Nümunə- 
lərlə fikrinizi izah edin. 
8.
 
Nitq  mədəniyyəti  və  üslubiyyatın  tədqiqat  obyektləri 
hansılardır? 
9.
 
Şifahi nitqdə hansı vasitələrdən istifadə olunur? 
10.
 
Nitqin ədəbi dil normalarına uyğunluğunu necə izah 
edərsiniz? 
Çalışma  72.  Mətndə  yazılışı  tələffüzündən  fərqli  sözləri  tapın, 
altından xətt çəkin, sözün tələffüz şəklini deyin
-
 
Yox,  mən  heç  yerə  getməyəcəyəm!  -  Südabə  ananın  üzünə 
baxmadan cavab verdi. 
-
 
Heyfsiniz, müəllim xanım! Deyirlər onlar arvadlara, uşaqlara 
da rəhm eləmirlər. Kimdən bir az şübhələnirlər, boğazından asırlar... 
Müəllim sakit və soyuqqanlı səslə: 
-
 
Gör kimdir?- deyə oğlana müraciət etdi. 
İldırım  yüyürüb  qapını  açdı.  Çadraya  bürünmüş  bir  qadın  içəri 
keçdi, 
0,  üzünü  açdıqda  müəllim  analığı  Zərintac  xanımı  gördü. 
Qadın göz yaşları içində qızlığına dedi: 
-
 
Səhər  tezdən  gərək  buradan  çıxasan,  özünə  yazığın  gəlsin. 
Deyir, onlar sənin kimilərini sorğusuz-sualsız asırlar. 
İldırım iri-iri açılmış gözləri ilə müəllimə baxırdı. 
Birdən müəllim: 
1Z8 


-
 
Yox!-dedi. - Bu mümkün deyil! Mən heç yerə getməyəcəyəm! 
-
 
Deyən, Azərbaycan haqqında nəğmə öyrədirsiniz, xanım? 
-
 
Bəli, ağa! Bəs siz, niyə sinif ətağma silahlı əsgərlə girirsiniz? 
Sağ əlun, uşaqlar! Məni yadınızdan çıxarmayın. Böyük 
oğlanlar əlanda vətənimizin səadəti uğrunda mübarizə edin. 
-
 
Bu, hansı Məşədi Tağının qızıdır? 
-
 
Bu qəribə sual hamını təəccübə saldı. 
-
 
Şikayətin kimdəndir? 
-
 
Bax, ə müəllimdən. (İlyas Əfəndiyevin "Xəncər" hekayəsindən) 
Çahşma  73.  Verilmiş  sözləri  cümlələr  daxilində  antonim  kimi 
işlədin: 
ağa-nökər, varh-yəxsul, yaxşı-pis, gözəl-çirkin, az-çəx, hamı-heç 
kim,  gəlmək-getmək,  əturmaq-durmaq,  ağlamaq-gülmək,  irəli-geri, 
aşağı-yuxan. 
Çahşma 74. Bakı şəhər Təhsil İdarəsinin əmrinə əsaslanaraq bir 
müəllimi direktər müavini vəzifəsinə təyin etmək haqqında sərəncam 
verin. 
SAMİTIƏRİN TaiƏFFÜZÜ İlƏ BAGII 
QAYDAİAR
 
Samitlərin müəyyən fonetik məqam və şəraitdə öz məxrəcindən 
fərqli  şəkildə  tələffüzü  normativ  üslubla  əlaqədardır.  Azərbaycan 
dilində kar və cingiltili samitlərin bir qismi heç də həmişə yazıldığı 
kimi tələffüz olunmur. 
1.
 
b samiti. 
a)
 
b  samiti  çoxhecah  sözlərin  sonunda  karlaşır:  kitab-[kitap], 
corab-[corap], doşab-[doşap], məktəb-[məktəp] və s. 
b)
 
Alınma  sözlərin  ortasında  dominant  samitlərdən  birincisi 
karlaşır: Abbas-[apbas]. Cabbar-[capbar], təşəbbüs-[təşəpbüs] və s. 
129 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə