Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə49/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   45   46   47   48   49   50   51   52   ...   70

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz. 
Bu, "quş dilidir", bunu Süleyman bilir ancaq (İ.Nəsimi). 
Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar, bu xəbəri gətirdiyinə 
görə. Dedilər kəndə gəlir Omaroğlu.-Niyə gəlir bu sağ olmuş, başımızı 
yerə soxmağamı? (V.Nəsib) 
Gətirilmiş  cümlələrdə  sintaktik  vahidlərin  ardıcıllıq  qanunu  söz 
sırası  ilə  tənzimlənməli  olduğu  halda  bədii  əsərlərdə  bilərəkdən 
pozulmuşdur  ki,  bu  da  şeirlərdə  qafiyə  və  bölgü,  nəsrdə  isə  yerli 
koloriti və canlı danışıq dilini saxlamaq xatirinə edilmişdir. 
13)
 
Sintaktik  əlaqələrin  düzəldilmə  qaydalarının  pozğunluğu 
fikrin  dürüst  və  kiçik  vaxt  kəsiyində  anlaşılmasını  çətinləşdirir: 
"Məşqçilər  yenicə  oyundan  çıxmış  həndbolçulara  söhbət 
apardılar"  (idarə  əlaqəsi  pozulmuşdur).  "Həyətyanı  evin  sahəsi 
böyük idi (yanaşma əlaqəsi düzgün qurulmamışdır). 
14)
 
Elə söz birləşmələrinə də təsadüf edilir ki, onlarda əsas tərəflə 
asılı tərəfin yerinin dəyişməsi özünü göstərir: gözü yaşlı,sözü məzəli, 
qəlbi tox, fikri geniş və s. Bunlar sintaktik cəhətdən birinci növ təyini 
söz birləşmələrinə yaxındır. 
Sual və tapşırıqlar 
1.
 
Qrammatik  norma  deyildikdə  nəyi  başa düşürük?  Qrammatik 
normalara nələr daxildir? 
2.
 
Qrammatik səhvlər nə vaxt meydana çıxır? 
3.
 
Üçüncü növ təyini söz birləşməsində sahiblik anlayışı bildirən 
birinci  tərəfi  həmişə  ixtisar  etmək  olurmu?  Fikrinizi  misallarla 
aydınlaşdırın. 
4.
 
Feilin inkarlıq kateqoriyası hansı vasitələrlə düzəlir? 
5.
 
Cümlədə  zərfliklər  həmişə  zərflərlə  ifadə  olunurmu?  Zərf 
olmayan  sözlər  zərflik  kimi  çıxış  edə  bilirmi?  Zərfliklərin  cümlədə 
yeri məsələsini aydınlaşdırın. 
6.
 
Adlara artırıla bilən şəkilçiləri qrammatik kateqoriyalara uyğun 
ardıcıllıqla sadalayın. 
lİZ 


7.
 
Cümlədə  mübtəda  ilə  xəbər  arasındakı  əlaqə  necə adlanır  və 
ənlar  sintaktik-qrammatik  cəhətdən  hansı  kateqoriyalarla  əlaqədar 
əlur? 
8.
 
Sintaktik  əlaqənin  növləri  hansılardır?  Bu  qaydanın 
pozulmasına aid nümunələr verin. 
Çalışma  87.  Respublikamızda  qeyd  edilən  Müstəqillik  günü 
münasibəti ilə tələbələrə müraciət ünvanlayın. 
Çalışma 88. Sözlərdə açıq saitləri qapalı saitlərlə elə əvəz edin ki, 
bir, iki və ya üç yeni söz alınsın. Açıq saitləri yazın: 
Od-... 
Saz-1)...; 2)... 
Sezmək-1)...; 2)... 
Özüm-
1)...,;2)... 
Döz-1)..;2)...;3)... 
Öt-1)...;2)..;3)... 
Çalışma  89.  Kökü  açıq  saitlə  bitən  sözlərə  saitlə  başlayan 
şəkilçilər artırıldıqda onlar qapalı sait kimi tələffüz olunur. Verilmiş 
sözlərin tələffüzünü transkripsiyada yazın: 
Babaya, nənəyə, alqışlayır, işləyirsən, xalaya, bibiyə, başlayıram, 
dişləyirlər, ataya, daşlayırsmız, gözləyirik. 
Çalışma  90.  Bağınızda  ad  günü  keçirirsiniz.  Restorandan 
qab-qacaq götürməyiniz haqqında qəbz yazın. 
Çalışma  91.  Verilmiş  sözlərdən  bəzilərində  vurğunun  yeri 
dəyişdiriləndə  sözün  mənası  da  dəyişir.  Həmin  sözləri  tapıb  ayrıca 
yazın və mənasını göstərin: 
axşam, bəzən, alın, mədəni, gəlin, səpin, dimdik, biçin. 
Çalışma  92.  Tələffüzü  verilmiş  sözləri  ərfəqrafiya  qaydalarına 
uyğun yazın: 
[mahiyət],  [e:tibar],  [mö:kəm],  [nə:xanı],  [mətbə:],  [atən-  nan], 
[qələmnən], [işliyir], [tö:bə], [yə:şan], [sö:kət]. 
Çabşma  93. Aşağıdakı cümlələrdə vulqar sözlərin altından xətt 
çəkin. Vulqarizmlərin hansı üslub üçün xarakterik əlduğu- nu deyin: 
1^3 


Xudayar bəy Əhmədə: -"Köpək oğlu köpək! Hara aparırsan 
eşşəyi? Kərbəlayi Cəfər arvadının arxasınca- Gün olmaz ki, o itin qızı 
əti yandırmasın. 
Xudayar  bəy  Zeynəb  haqqında:  -  Mən  bilirəm  niyə  bikefsən. 
Amma  neyləmək.  Allah  ananın  atasına  nəhlət  eləsin!  (C.Məm- 
mədquluzadədən) 
Hacı  Qara:  -Allah  kəssin  belə  bazarı!  Belə  alış-verişi!  İt  oğlu 
qədək, şilə verənin əli qurğuşun imiş. Evin dağılsın çit satan! Qapın 
çırpılsm şilə verən! (M.F.Axundovdan) 
Çalışma  94.  Müəllimlərinizdən  birinin  kitabına  (dərsliyinə) 
annotasiya yazın. Annotasiya formasını deyin. 
FUNKSİONAI ÜSlUBlAR 
ünsiyyətin  hansı  şəraitdə  baş  verməsi  nitqi  məqsədə  müvafiq 
formalarda qurmaq tələbini qarşıya qoyur və beləliklə, nitq üslubları 
yaranır. Nitq üslubları fərdi-subyektiv olub, şəxsin dünyagörüşündən, 
savadından, nitq qabiliyyətindən, məqsəd və şəraitdən asılıdır. Nitqin 
ayrı-ayrı üslublan fərdi üslub çərçivəsində mövcuddur. 
Nitq  üslublan,  adətən,  iki  növə  bölünür:!)  yazı  (kitab)  üslubu. 
Bura  bədii  üslub,  elmi  üslub,  publisistik  üslub,  rəsmi-kargüzarlıq 
üslubu  və  epistolyar  (yazışma)  üslubu  daxildir.  2)  danışıq  üslubu. 
Bura xalq danışıq üslubu və ailə -məişət üslubunu aid edirlər. 
Birinci qrupa daxil edilən üslublar yazılı formada olur, lakin onlar 
haqqında  auditoriyada,  ekran  və  efir  qarşısında  apanlan  söhbətlər, 
müsahibələr şifahi formada da baş tutur. 
1.
 
B3Dİİ ÜSLUB 
Bədii üslubda yazıçı qələmə aldığı həyat hadisələrini, insanları, 
öz fikir və düşüncələrini müxtəlif dil və təsvir vasitələri ilə 
1S4 


bədii şəkildə, müəyyən ölçü və forma daxilində əks etdirir. Bu üslub 
digər funksional üslublara nisbətən daha qədimdir. Elmə məlum əlan 
"Orxon-Yenisey abidələri", "Kitabi-Dədə Qərqud" dastanı, Dəvdəkin, 
Qətran  Təbrizinin,  Xaqani  Şirvaninin,  Nizami  Gəncəvinin  şeirləri. 
Xacə  Nəsrəddin  Tusinin  "Əxlaqi-  Nasiri",  Nizamil  -  Mülkün 
"Siyasətnamə"  əsərləri,  tarix,  siyasət  və  tərbiyə  mövzularına  həsr 
əlunmuş  tədqiqatlar  daha  əvvəl  yazıya  alınmışdır.  İzəddin 
Həsənoğlunun,  İ.Nəsiminin,  Ş.İ.Xətai-  nin  ana  dilində  yazılmış 
şeirlərindən,  hətta  M.Füzulinin  elmi-  fəlsəfi  əsərlərindən  çəx-çəx 
əvvəllər  yazılmışdır.  Ana  dilimizdəki  elmi  əsərlərin  tarixi, 
ümumiyyətlə, bədii üsluba baxanda yaxın dövrün məhsuludur. 
Bədii  üslubda  dilin  lüğət  tərkibindəki  sözlərin  məna  qrupla- 
nndan,  üslubi  laylanndan,  bədii  təsvir  vasitələrindən,  məcazla-  nn 
müxtəlif  fərmalanndan,  hətta  vulqar  leksika  və  jarqənlardan, 
köhnəlmiş sözlərdən, yerinə görə terminlərdən istifadə əlunur. Lakin 
bir məsələ həmişə diqqətdə saxlanılır ki, bədii əsərin vəzifəsi gözəl 
mənəviyyatı,  əxlaqilİk,  əzəlilik,  insanlıq  kimi  keyfiyyətləri  bədii 
sözün  qüdrəti  ilə  emosional,  ifadəli,  ekspressiv  və  obrazlı  təsvir  və 
tərənnüm etməkdir. 
Xalqın təfəkkür tərzi məişət və təsərrüfat həyatı ilə bağlı olaraq 
bir  qisim  söz  ilkin  mənasını  genişləndirir,  yeni-yeni  məna  çaları 
qazanır,  öz  formasını  dəyişdirir.  Buna  görə  də  dildə  sözlərin 
mənalarının  şaxələnməsi,  köçürülməsi,  müxtəlif  istiqamətlərdə 
dəyişməsi baş verir. Sözlərin bir əşyadan başqasına köçürülməsi, bir 
əşyanın əlamətinin onun bir hissəsinin adı ilə verilməsi çoxmənalığa 
gətirib çıxarır. Sözlərin məcazi məna daşıması bədii-üslubi mahiyyət 
daşıyır ki, bunlar obrazlı ifadələrdir. Obrazhq yaratmağa xidmət edən 
məcazlar  dilin  bədii  təsvir  vasitələrindən  hesab  olunur.  Belə  təsvir 
vasitələrindən metaforaları, metonimiya, sinekdoxa və epitetləri qeyd 
edək. 
1.
 
Metafora yunanca məna köçürülməsi anlamındadır. Bir şeyə 
məxsus  olan  əlamət  və  ya  keyfiyyətin  başqa  bir  əşya  üzərinə 
köçürülməsinə metafora deyilir. 
 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə