Məlumdur ki, "canavar" yırtıcı, dağıdıcı vəhşi heyvandır. Lakin
bu xüsusiyyət bədii əsərdə insan əbrazı üzərinə köçürüləndə metafəra
yaranır. Məs: "sürüdən yəxa çıxmış qoyunlar ikiayaqlı canavarın
ayağına yazılmalıdır". Yaxud, "tülkü" hiyləgər vəhşi heyvandır,
lakin hiyləgərlik, biclik bəzi adamlara da xasdır. Kimlərəsə canavar
və ya tülkü, quzu, şir, tutuquşu, çaqqal, ayı, ilan, eşşək, öküz,
qoyun, ceyran deyilirsə, həmin heyvanlara məxsus xüsusiyyətdə olan
adamlar nəzərdə tutulur. Bu, dildə metaforaların yaranmasına səbəb
əlmaqla bəzən rəzilliyin, əclaflığm, xainliyin, bəzən yumşaqlığın,
sadəlövhlüyün (quzu, qəyun), bəzən də öz fikri olmayıb başqalarını
yamsıla- yanlarm (tutuquşu) iç üzünün, daxili aləminin rəmzi kimi
verilir. Heyvan adları insan üzərinə köçürüldükdə həmin sözlər
metaforalara çevrilir.
Metaforalar çoxmənalılığın əlamət üzrə keçməsi hesabına da
yaranır. Çox bilikli adama kəllə deyirlər. Başı keçəl adamı çox vaxt
adı ilə deyil, sadəcə keçəl deyə çağırırlar. Forma oxşarlığına,
səslənməyə, xarici əlamətə görə sözlərin keçməsi hallan da vardır:
ayaqqabının burnu, südün üzü, işlər axsayır, ay doğdu, ölüm
gəzir, dar ayaqda, ölüm ayağında olmaq, sözünün nə başını bilir,
nə ayağını, yoldan çıxarmaq, aranı düzəltmək, topa tutmaq, dərd
çəkmək, külək ulayır və s. yüzlərlə ifadə məcaz üzərində
qurulmuşdur.
2.
Metonimiya sözlərin əlaqə üzrə keçməsidir, mənası "ad
dəyişmə" deməkdir. Bədii üslubda söhbət gedən şəxsin, əşyanın,
hadisənin adı əvəzinə həmin anlayışı bildirən söz işlənir, bir-birinə
bağlanan sözlərdən birinin adı başqasına köçürülür. Məsələn: Bütün
kand ayaq üstə idi; Bütün şəhər meydana axışırdı; Danışır və
göstərir Bakı; O, gəncliyində Vahidi çox oxuyurdu; Sabiri əzbər
bilməyən yoxdur; Bədən Tərbiyəsi və İda- man Akademiyası tələbə
qəbulu elan edir və s. Aydındır ki, bütün kənd, şəhər dedikdə evlər,
binalar deyil, ərada yaşayan insanlar nəzərdə tutulur. Vahidi əxuyan.
Sabiri əzbər bilən dedikdə həmin şairlərin özü yəx, şeirləri fikrə gəlir.
Tələbə qəbulu
1S6
elan edən ali məktəbin binası deyil, onun rektorluğudur və s. "Bir
boşqab yedim ", "Bir fincan içdim " -deyən də boşqabdakı xörəyi,
fincandakı mayeni nəzərdə tutur. Eləcə də qara qızıl deyiləndə nefti,
san qızıl dedikdə taxılı, ağ ölüm dedikdə nar- komaniyalıq, anaşa,
tiryək, heroin kimi maddələr. Odlar yurdu dedikdə Azərbaycan
yada düşür.
3.
Sinekdoxa. Məcazın bu növündə eyni söz həm bütövü, həm də
bütövün hissələrini bildirir. Bir şey, hadisə haqqında danışılarkən
onun bütövünü deyil, bir hissəsinin adını çəkməklə təsəvvür yaradılır.
Sözün cəm haldakı forması əvəzinə təkdə işlənməsi də sinekdoxa
hesab olunur. Məsələn: Tələbənin vəzifəsi yaxşı oxumaqdır:
Çalpapaq iri addımlarla vargəl edirdi; Anam sənə qurban, ay
sarıköynək; O ki özün tutub keçəl qurumsaq və s.
4.
Epitet məcazi mənada işlənən obrazlı, bədii təyindir. Epi- tet
yunanca "epitos" sözündən olub mənası "əlavə" deməkdir. Əşya və
hadisələrə məxsus əlamət oxşar olan başqa bir əşya və ya hadisəyə
əlavə edilir. Məs: şıltaq dalğalar, qırçın hpolor, durna gözlü bulaq,
göy göyərçin qanadlı gecə, mərmər sinə və s. birləşmələrindəki
birinci tərəflər epitetdir. Epitetlər qüvvətli bədii təsvir vasitələrindən
olub bədii üslubun bütün janrlannda işlədilir, əşya və hadisələri
obrazlı şəkildə səciyyələndirir, nitqin təsir gücünü artırır.
Bədii üslub özü də iki yerə bölünür: nəzm üslubu və nəsr
üslubu. Nəzm üslubu dedikdə şeirlə yazılmış əsərlər nəzərdə tutulur.
Burada fikirlər, təsvirlər sözlərin özünəməxsus nizamla misralar
daxilində düzülməsi əsasında verilir. Bu üslubda müəyyən ölçülər
gözlənilir: eyni ölçülü səslər bir-birini izləyir, növbə ilə təkrarlanaraq
ahəng və ya ritm yaradır. Misralar eyni ölçüdə olmaqla şeirin vəznini
müəyyənləşdirir. Əruz vəznində ölçü uzun və qısa saitlərin
növbələşərək onlann təkrarı əsasında yaranır. Heca vəznində isə
misraların ölçüsü hecaların sayı ilə müəyyənləşir. Şeirdə misralar
qafiyələnir. Qafiyə misraların sonunda gələn sözlərin səs fərkibinə
görə bir-birinə uyğun, eyni (və ya oxşar) səslənən hecaları əhafə edir.
Şeirdə qafiyə ilə
1^7
yanaşı rədif, bölgü (misradaxili fasilə), bir cümləni tam və ya onun bir
hissəsini özündə ehtiva edən misralar daxilində olur. Şeir beytlər,
yaxud bəndlər şəklində yazılır. Beyt bir-biri ilə fik- rən bağlı olan
qafiyəli iki misradan ibarət olur. Bayatı, ağı, qoşma, gərayh, təcnis
(cığalı və ayağh təcnis istisnadır), rübai, tuyuğ dörd misradan ibarət
dördlüklər şəklində, müxəmməs, müstə- zadlar və s. isə beşlik, altılıq,
yeddilik şəkillərində qurulur.
Bədii əsərlər dramatik növdə də yazılır. Dramatik növün üç
janrı vardır: komediya, faciə, dram. Bu növün əsas xüsusiyyəti
əsərdə baş verən hadisələri sürətlərin (personajların) hərəkəti və
danışığı ilə canlandırmaqdır. Dramatik əsərlər səhnədə tamaşaya
qoyulmaq üçün yazılır. Sürətlərin danışığı dialoq və monoloq şəklində
qurulur. Pyeslər daha çox nəsrlə yazılır. Lakin H.Cavidin, S.
Vurğunun, S.Rüstəmin və başqalarının şeirlə yazılmış pyesləri də
vardır. Ədəbiyyatımızda dramaturgiyanın əsasını
M. F.Axundov öz altı komediyası ilə qoymuşdur. Faciə janrında
N. Nərimanovun, N.Vəzirovun, Ə.Haqverdiyevin gözəl əsərləri
vardır. Sonrakı dövrlərdə C.Cabbarlı, S.Rəhman, İ.Əfəndiyev,
B.Vahabzadə, N.Xəzri, Anar və başqa görkəmli şair və yazıçılarımız
nəzm və nəsrlə bədii cəhətdən bitkin pyeslər yazmışlar.
Nəsr üslubunun əsas əlaməti müəyyən bir həyati hadisə və ya
əhvalatın danışıq, nəqletmə yolu ilə təsvir olunmasıdır. Bu üslubun
əsas ifadə üsulu təhkiyədir. Epik növün janrlan nağıl, əfsanə, lətifə,
təmsil, dastan, hekayə, novella,oçerk, povest və romandır.
Bədii üslubda nitq zamanı şəxs öz fikrini daha emosional
çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir. Bu hal, əsasən, yazılı
nitq üçün xarakterikdir. Danışan və yazan dediyi fikrin
emosionallığını, təsir gücünü artırarkən bədii təsvir vasitələrinə,
sintaktik fiqurlara, ən çox da bədii sual, təzad, mübaliğə, kinayə və
təkrirlərə geniş yer verir.
Ahəngdarlığın artırılmasında, fikrin qüvvətləndirilməsində
nitqdəki cümlənin başlanğıcında və ya sonunda təkrar olunan sözlər
(anafora və epifora) diqqəti cəlb edir. Məsələn:
15
»
Dostları ilə paylaş: |