yummaq-dünyasım ddyişmək-dünyadan köçmək-o dünyaya təşrif
aparmaq-cəhənnəmə
vasil
olmaq;
yaxşı-gözəl-göyçək-gə-
şəng-incə-zərif-nəfis-lətif; qoçaq-igid-cəsur-qorxmaz-q^hrə- man;
dünya-cahan-aləm-kainat-yer üzü və s. və i. a.
Ümumiyyətlə, sinonimlər nitqdə lüzumsuz təkrardan qaçmaq,
məzmundan asılı olaraq müəyyən məna koloriti yaratmaq, fikri dəqiq
və daha incə məna çalarında çatdırmaq üçün əvəzsiz dil vasitəsidir.
Əlbəttə, hamı eyni dərəcədə məqbul sinonimlərdən istifadə edə bilmir,
çünki bu hal şəxsin söz ehtiyatının səviyyəsindən asılıdır.
Müşahidələr göstərir ki, kifayət qədər söz ehtiyatına malik olan şəxs
nəzərdə tutduğu fikri (cümləni) çadır- maq üçün söz seçməkdə
çətinlik çəkmir, zəngin dil vasitələrindən bacanqla yararlandığından
onun
nitqi təsir gücünü, ifadəli- yini artırmış olur.
Nitq prosesində təzadlı, ziddiyyətli hadisə və faktları qabarıq,
eyni zamanda obrazlı şəkildə nəzərə çatdırmaq məqsədilə
antonim
söz və ifadələrdən istifadə olunur. Obrazlıq yaratmağa xidmət edən
antonimlər üslubi vasitə kimi əks və ziddiyyətli cəhətləri daha
qabarıq nəzərə çarpdırmağa yardımçı olur. Məs.:
doğma-ögey,
cənnət-cəhənnəm,
keçmiş-indi,
isti-soyuq,
cavan-qoca,
ağlamaq-gülmək, sevinc-kədər və s. bu kimi antonimlər hər gün
dəfələrlə nitqimizdə yan-yana işlənir.
Nitq mədəniyyətində obrazlıq yaradan, fikri yığcam
və məntiqi
çalarhqla diqqətə çatdıran ifadə vasitələri içərisində
frazeo- loji
birləşmələr, idiomlar, ibarə, hikmətli söz, zərb-məsəl və atalar sözləri
əhəmiyyətli yer tutur.
Nitqin emosionallığını, obrazlıq və ifadəliyini artıran ən
təsirli dil
vasitəsi
frazeologizmlərdir.
Frazeoloji ifadələr məcazi məna kəsb etməklə fikri sözlərə
nisbətən daha yığcam və obrazlı ifadə edir. Onların
böyük bir qismini
əmələ gətirən sözlər, bir növ, daşlaşıb sabit vəziyyətə düşmüşdür.(7.
səh.48) Məs:
üz çevlrmək(incimək),
ayaq döy- mək(hey
gedib-gəlmək),
ağzım aramaq(fikrini öyrənmək),
ağzına dil
atmaq(yadma salmaq), kipriyi ilə od götürmək(çox
US6