Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə54/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   50   51   52   53   54   55   56   57   ...   70

Uzun-uzadı  uzunçuluq  etmək;  gününü  göy  əsgiyə  düyünləmək; 
gedər-gəlməzə getmək; qurddan qorxan qoyun saxlamaz; azacıq aşım, 
ağrımaz başım; ucunu tutub ucuzluğa getmək; axmağın ağlı başında 
olmaz, dabanında olar; açıq ağız ac qalmaz və s. 
Çalışma  103.  Üslubi  fiqurlardan  olan  anaforalarda  eyni  söz  və 
ifadələrin təkrarı ilə yaranan bədii ifadə tərzinin göstəricilərini tapıb 
altından xətt çəkin. 
Qaraca  Çobanın  qara  köpəyi  Qazana  qarşı  gəldi.  Qazan  qara 
köpəklə xəbərləşdi ("Kitabi-Dədə Qorqud"dan) 
Üçü bizə yağıdı, 
Üçü cənnət bağıdı. 
Üçü yığar gətirər 
Üçü vurar dağıdar. (Tapmaca) 
Qırat Koroğlunun vuran əlidir
Qırat Koroğlunun qaçar ayağı. 
Var günündə Qırat onun yoldaşı. 
Hay günündə Qırat onun dayağı. (C. Cabbarlı) 
Gözəl qamət, gözəl gərdən, gözəl üz. 
Gözəl olmaz sən tək olsa, gözəl yüz. 
Gözəl canı munca yetər, gözəl üz. 
Gözəl deyil, etmə, gözəl, alı sən. (M. P. Vaqif) 
Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat Hər nə düz 
versən, ver, oğlum, borcunu vermə təmam. 
Hər nə alsan, al, amandır, alma kasıbdan salam Hər nə etsən, et 
və lakin etmə meydən ictinab. 
Hər nə tutsan, tut və lakin tutma bir kari-səvab. 
Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhdən. 
Harda yatsan, yat, ayılma, durma hərgiz sübhdən. (M.Ə.Sabir) 
Çalışma 104. Bədii dilin ifadəliyini təmin edən üslubi fiqurlardan 
biri  şeirdə  misralarında,  cümlədə  son  sözlərin  təkrarı  ilə  yaranan 
epiforadır. Onları tapın: 
Eyb eləmə eybəcərin eybinə, 
Eyb edirsən öz eybinə, eybi yox. 
Qırx gün saqqal dəlisi, 
169 


Qırx gün daraq dəlisi. 
Qırx gün yaraq dəlisi. 
İskəndər: - Gəlin içəri, gəlin bura! Gəl, gəl! Yavuq gəl?! Gəl, keç 
içəri. Sən də gəl. Hacı Kazım, sən də buyur içəri. Hamınız gəlin içəri! 
Mən ölüm, hamınız gəlin! Bax, belə! Keç, keç! Sən də gəl içəri! Sən 
də 
gəl. 
Gəlin, 
gəlin! 
(C. 
Məmmədquluzadə. 
"Ölülər" 
komediyasından) 
Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can! 
Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can! (M. Ə. Sabir) 
Leyli demə-cənnət içrə bir hür. 
Məcnun demə-zülmət içrə bir nur. 
Leyli demə-övci-hüsnə bir mah 
Məcnun demə-mülki-eşqə bir şah. 
(M. Füzuli. "Leyli və Məcnun"dan) 
Çalışma  105.  Sözləri  hecalara  aymn,  sətirdən-sətrə  keçirilmə 
qaydasını deyin: 
Cüdo,  karate,  atletika,  boks,  taekvondo,  hokkey,  VMH,  tennis, 
olimpiada, neftçi, 2010-cu il, miokardit, M. F. Axundov, ve- loidman, 
A. A. Bakıxanov, 15-ci. 
Çalışma  106.  Bir  tədris  ilində  gördüyünüz  işlərin  hesabatım 
yazın. 
2.
 
EIMİ ÜSlUB
 
Elmi  üslub  elmi  əsərlərin  dilində  təzahür  edir.  Elmi  fikir  elmi 
əsərlərdə  şərh  olunur.  Elmin,  istehsalat  və  texnikanın  ayrı-  ayrı 
sahələrinə  aid  məqalə,  tezis,  məruzə,  rəy  və  monoqrafiyalar  bu 
üslubda  yazılır.  Elmi  üslubun  əlamətdar  cəhətlərindən  biri  elmi 
anlayışların ən dəqiq ifadəsi kimi terminlilikdir. Terminlərin sistem 
halında işlənməsi onu digər üslublardan fərqləndirən əsas əlamətdir. 
170 


Elmi üslubun ikinci cəhəti mücərrəd mənalı sözlərin, beynəlmiləl 
alınmaların  həqiqi  mənada  işlədilməsi,  fikirlərin  dəqiq,  konkret  və 
birmənalı  ifadə  edilməsidir.  Elmi  üslubda  sözlərin  öz  müstəqim 
mənasında  işlənməsi  bəhs  edilən  təbiət  və  cəmiyyət  hadisələri 
haqqında tam, dürüst və dəqiq məlumatın verilməsi ilə bağlıdır. Bu 
üslubda  məcazi  mənalı  sözlərə  yer  verilmir.  Emosionallıq,  obrazhq 
kimi xüsusiyyətlər də bu üslub üçün xarakterik deyildir. 
Elmi üslubda mövzu müəyyən ixtisas sahəsinə aid olur, kitabın, 
monoqrafiyanın adı, onlarda verilmiş fəsil, bölmə və başlıqlar, şərh 
olunmağa yönəlmiş mətnlər səbəb-nəticə əlaqələri əsasında qurulur, 
burada  sübut  və  dəlillər  elmi  şəkildə  tərif,  düstur,  cədvəl  və 
rəqəmlərlə  verilir,  mürəkkəb  cümlə  tipləri  üstünlük  təşkil  edir. 
Fikirlər  sübutlara,  faktlara  istinad  edilir,  ümumi-  ləşdirilmələr 
aparılır, nəticə çıxarılır. 
Elmi  üslubda  yazılmış  əsərlər  daha  çox  öz  sahəsinə  aid 
mütəxəssislər arasında yayılır, işlədilir və elə onlar tərəfindən də tam 
və  əhatəli  şəkildə  başa  düşülür.  Çünki  hər  hansı  bir  elm  sahəsinin 
özünəməxsus,  sfesifik  sözləri  və  terminləri  vardır  ki,  bu  terminlər, 
əsasən, başqa dillərdən alınan sözlərdir, onlar ya olduğu kimi işlənir, 
ya  tərcümə  olunur,  ya  da  kalka  üslulu  ilə  yeni  sözlərin  meydana 
gəlməsi ilə reallaşır. Orta məktəbdə tədris olunan fizika, riyaziyyat, 
həndəsə,  kimya  fənləri,  ali  məktəbdə  keçilən  informatika,  idman 
metrologiyası,  idman  psixologiyası,  insan  fiziologiyası  fənləri, 
gimnastikaya, su idmanı növlərinə aid dərslik və dərs vəsaitləri xüsusi 
terminlər üzərində qurulmaqla bədii üslubda yazılmış əsərlərdən dil 
və üslubuna görə fərqlənir. Tələbələr öyrəndikləri hər hansı dərsliyin 
bir  səhifəsinə,  hətta  bir  abzasına  belə  baxan  kimi  onun  hansı  elm 
sahəsinə aid olduğunu müəyyənləşdirə bilirlər. 
Sual və tapşırıqlar 
1.
 
Elmi  üslub  nədir  və  elmi  üslub  nümunələri  hansı  formalarda 
təzahür edir? 
171 


2.
 
Elmi üslubun ən əlamətdar cəhəti nədən ibarətdir? 
3.
 
Elmi üslubda məcazi mənalı sözlərə, yoxsa terminlərə çox yer 
verilir? 
4.
 
Kalka üslulu ilə yaranmış sözlərdən nümunələr verin. Onların 
kalka üslulu ilə yarandığını necə bilmək olar? 
5.
 
Akademiyada hansı elm sahələri ilə tanış olduğunuzu deyin və 
onlara aid 5-10 termini nümunə gətirin. 
6.
 
Dəqiqlək nədir? Onu hansı üslubun səciyyəvi xüsusiyyəti hesab 
etmək olar? 
7.
 
Elmi nitq hansı formalarda təzahür tapır və onlarda xarakterik 
olan cəhətlər nədən ibarətdir? 
8.
 
Elmi nitqin əsas janrları hansılardır? 
Çalışma 107. Mətni oxuyun, hansı terminlərin işləndiyini göstərin 
və onların hansı elm sahəsinə aid olduğunu deyin. 
6.2.2 Oksigenin qanla nəqli 
Diffuziyanm köməyi ilə oksigenin qana keçməsindən sonra onun 
taleyi  hemoqlobinlə  birləşmədə  olur.  Yalnız  oksigenin  0,3  həcm  % 
qanda həll olur (yaxud 1,5% arterial qandakı oksigen), qalan hissəsi 
isə  hemoqlobinlə  birləşir.  Oksigen  hemoqlobinlə  (Hb)  birləşərək 
oksihemoqlobin  əmələ  gətirir.  Hemoqlobin,  zülal  hissəsi  olan 
qlobindən və 4 ədəd dəmir tərkibli hemdən ibarət mürəkkəb zülaldır. 
HHb  onu  göstərir  ki,  hemoqlobin  zəif  turşu  təsirlidir,  bərpa 
olunmuş  hemoqlobin  isə  oksihemoqlobinə  nisbətən  daha  zəif 
turşudur. 
Arterial qan oksigenlə 96-97% zənginləşir. Bu hadisə çox sürətlə
0,25-0,30  san.  baş  verir  (Rafiq  Qayıbov.  İnsan  fiziologiyası,  Bakı, 
2009, səh. 163) 
Çalışma  108.  mətni  oxuyun,  onun  hansı  elm  sahəsinə  aid 
olduğunu aydmlaşdmn, bu sahəyə aid spesifik sözləri qeyd edin: 
3.
 
Hədəfi nişan almaqla hərəkət fəaliyyəti minimuma endirilmiş 
idman  növləri.  Belə  idman  növlərindən-kamandan  ox  atmaq,  odlu 
silahdan güllə atmaq, pnevmatik silahdan güllə atmaq, bilyard oyunu
darts oyunu və s. misal göstərmək olar. 
17Z 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə