Eşidildi:
1.
Müzakirə olunan birinci məsələ haqqında təşkilat sədrinin
müavini E. Şükürov məruzə etdi (məruzənin mətni protokola əlavə
olunur).
2.
İkinci məsələ haqqında Akademiyanın idman işləri üzrə
prorektoru D.Q.Quliyev məlumat verdi.
Çıxışlar
Təkmübarizlik fakültəsinin dekan müavini Q. M.Cəfərov, "İdman
oyunları" fakültəsinin dekan müavini A.M.İbrahimli, tələbələrdən
Əliyev E. (qrup OA 8-02), Həşimov M. (qrup OA 9- 10), Süleymanov
Ç. (qrup TA 9-4) çıxış edərək müzakirə olunan məsələyə münasibət
bildirdilər.
Qərar:
1.
Birinci məsələ haqqında məruzə edənlər və çıxışçıların
göstərdikləri qeydlər nəzərə alınsın. Qərann icrasına nəzarət
Akademiyanın Tələbə-Gənclər Təşkilatının sədrinə həvalə edilsin.
2.
Ali məktəblər arasında keçiriləcək Spartakiadaya hazırlıqla
bağlı ayrı-ayn idman növləri üzrə işləri gücləndirmək aidiy- yatı olan
kafedra müdirlərinin nəzərinə çatdmlsın. Növbəti iclasda görülmüş
işlər haqqında Akademiyanın idman işləri üzrə prorektorunun geniş
məruzəsi dinlənilsin.
Sədr: (imza) G. Qarayev
Katib: (imza) F. Həsənova
201
21. RAPORT
"Raport" fransız sözü olub bir şəxsin vəzifəcə böyük şəxsə
verdiyi şifahi və ya yazılı məlumat mənasındadır.
Nümunə:
"İdman əyunlan" fakültəsinin dekanı
professər E. N. Qədəşəva
II
kurs OA 9-IO-cu qrupun
nümayəndəsi Müzəffər Şükürəvun
Raportu
Sizin tapşırığınıza əsasən Akademiya binasının cənub səhəsi -
keçmiş yataqxanaya tərəf ərazi qrupumuzun tələbələri tərəfindən
təmizlənib qaydaya salınmışdır. Tələbələrdən Ələkbərov Habil və
Əzimov Möhsün stadionda işləyən 8-ci qrupa kömək etməyə
göndərilmişdir.
İmza:Müzəffər Şükürov
25 aprel 2010-cu il
22. REFERAT
"Referat" latın sözü əlub "məruzə etmək", "məlumat
vermək" mənasındadır. Referat elmi və ya bədii əsərin, hər hansı
kitabın məzmunu, xülasəsi, məxəzin icmalına həsr olunmuş yığcam
məruzə mənasında da işlədilir.
Referat incəsənət, elm, texnika və təsərrüfatın, məktəb həyatının
ən aktual problemləri ilə əlaqədar məsələləri işıqlandırır.
20Z
Referatın yazılma forması belədir:
1.
Vərəqin ortasında böyük hərflə "Referat" sözü yazılır;
2.
tki sətirdən sonra abzasdan "Mövzu" sözü və mövzunun adı
qeyd edilir;
3.
Abzasdan "Referat müəllifi" sözü və müəllifin adı, atasının adı
və soyadı yazılır;
4.
Abzasdan referatın planı verilir, sonra məzmunu şərh olunur;
5.
Yazının sonunda referat müəllifi imzasının qoyur, imzanın
altından tarix göstərilir.
Nümunə:
Referat
Mövzu: "Ağırlıqqaldırma idmanında yeniyetmələrin məşq
metodikası"
Referat müəllifi: İntiqam Zahirov
Son illər ağırlıqqaldırma idmanında yüksək nəticə göstərən gənc
idmançıların mübarizəsi daha gərgin keçir.
Azərbaycanın gənc ağırlıq qaldıranları ildən-ilə nəticələrini
yaxşılaşdırmaqla müxtəlif miqyaslı yanşlarda uğurla çıxış edirlər.
Lakin bunlara baxmayaraq yeni başlayan gənc idmançılann nəzəri
biliklərə lazımınca yiyələnə bilməmələrinin səbəbi məşq
metodikasına aid dərslik və dərs vəsaitlərinin az yazılmasıdır.
"Ağırlıqqaldırma və boks" kafedrasının dosenti Qubad Əli oğlu
Cəbrayılovun "Ağırlıqqaldırma idmanında yeniyetmələrin məşq
metodikası" dərs vəsaiti həmin boşluğu doldurmaq və müasir şəraitə
uyğun məşq prosesinin təşkil olunmasına köməklik göstərməkdir.
Dərs vəsaiti dörd fəsildən ibarətdir. Hər fəsildə məşq yükünün
təşkilindən, saatlann bölüşdürülməsindən, müxtəlif yaş qruplannda
apanlan planlaşdırmadan, məşq yükünün tədricən artmlmasmdan
geniş və ətraflı danışılmışdır.
.203
Vəsaitdə müəllif ixtisasçı tələbələrin tədris proqramında olan
mövzulann planlı və saatlar üzrə bölgüsünü nümunələr əsasında
işıqlandım.
Dərs vəsaitinin nəşri gənc idmançılara, bu sahədə fəaliyyət
göstərən mütəxəssislərə, eləcə də Azərb. DBTİA-nm ağırlıqqaldırma
idmanı ilə məşğul olan tələbələrinə vaxtında verilmiş faydalı töhfədir.
İmza:İntiqam Zahirov
27 fevral 2010-cu il
23. REQLAMENT
"Reqlament" fransız sözü olub (reqlement) müşavirənin, iclasın,
toplantının, konfransın və s. apaniması qaydası haqqında qabaqcadan
müəyyən edilmiş və açılış anında qəbul edilən nizamnamə
mənasındadır.
Nümunə:
20 may 2010-cu ildə TA 9-05-ci qrupda keçirilən iclasın
Reqlamenti
Birinci məsələ: Qrup nümayəndəsi Gülhüseyn Dadaşovun
"Tələbələrin yay imtahan sessiyasına hazırlığı haqqında" məruzəsi -
10 dəqiqə:
Cari məsələlər:
1.
Tələbələrin dərsə davamiyyəti və yığma komanda üzvlərinin
dərslərə münasibəti (qrupun həmkarlar təşkilatının nümayəndəsi) - 5
dəqiqə;
2.
İmtahan fənləri üzrə sərbəst mövzu və son kollokvium
ballarının müzakirəsi (dekan müavini Q.M.Cəfərovun məlumatı) - 5
dəqiqə;
3.
Çıxışlar 1-2 dəqiqə;
204
24. RƏY
"Rəy" ərəb sözü olub bir şey - əsər, tamaşa, konsert, kino- fllm və
s. haqqında fikir, mülahizə söyləməkdir.
Rəyin yazılmasına verilən tələblər:
1.
Rəyin başlığında onun nəyə və ya kimə verilməsi göstərilir;
2.
Başlıq hissənin altında ortada böyük hərflə "Rəy" sözü yazılır;
3.
Yeni səfirdən rəyin ümumi məzmunu şərh olunur. Haqqında
rəy yazılan şey, hadisə, fakf fəhlil olunur, onun müsbət və çatışmayan
cəhətləri göstərilir;
4.
Rəyin müəllifi müəyyən nəticəyə gələrək öz təklif və
tövsiyələrini bildirir;
5.
Rəy tamamlandıqdan sonra rəyçi imzasını qoyur, ardınca adını
və soyadını, titulunu qeyd edir;
6.
Rəyçi imzasının altından ayın tarixini bütöv şəkildə yazır.
Nümunə:
Azərb. DBTİA-nın "İdman oyunlan"
fakültəsinin magistrantı Hüseynov Hüseyn
Əli- hüseyn oğlunun "Gənc futbolçularda
maksimal aerob dözümlülüyün tədqiqi"
mövzusunda
yazdığı
magistr
dissertasiyasma
Rəy
Gənc futbolçularda təkcə texniki və taktiki fəndlərin
təkmilləşdirilməsi məsələsi deyil, eləcə də futbolçuların aerob
dözümlülüyü məsələsi bu gün bütün aktuallığı ilə bu sahənin
mütəxəssislərini maraqlandırır. Magistraturanı qurtarmaq ərəfəsində
olan H.Hüseynov Akademiyanın futbol komandasının oyunçusu kimi
çoxillik oyun təcrübəsinə istinad etməklə maraqlı mülahizələrlə
dissertasiya işini bitirmişdir.
ZOS
Dostları ilə paylaş: |