Pedaqoji elmlər namizədi, professor, Azərbaycan
Respublikasının əməkdar müəllimi, ADBTİA-nm elmi
işlər üzrə prorektoru Nazim Məcidovun dərs vəsaiti
giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın
siyahısından ibarətdir. Müəllif dərs vəsaitinin giriş
hissəsində tədqiq etdiyi mövzunun aktuallığından,
tədqiqatın məqsəd və vəzifəsindən, obyekti və
materialından, işin metodlarından, yeniliyindən, nəzəri
və praktik əhəmiyyətindən bəhs edir. Vəsaitin birinci
fəslində filan ..., ikinci fəslində filan ... və üçüncü
fəslində (adı göstərilməklə) filan ... məsələlərdən əhatəli
danışılmışdır. Nəticədə müəllif öz dəlil və sübutlarını
konkret şəktldə yekunlaşdırmışdır.
Dərs
vəsaiti
Bədən
Tərbiyəsi
və
İdman
Akademiyasının ixtisasçı müəllimləri və tələbələri üçün
nəzərdə tutulmuşdur.
4.
ARAYIŞ
Arayış türk mənşəli söz olub "arama", "axtarma"
mənasındadır. Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək və ya
harada yaşaması, işləməsi, təhsil alması haqqında təşkilat (idarə,
müəssisə) tərəfindən verilən rəsmi sənəddir. Təşkilatların bir-birinə
ünvanladığı arayış növü də vardır. Arayışda müəyyən bir hadisənin
gedişi və ya cinayət xarakterli bir məsələ də öz əksini tapa bilər.
Arayışın kimə və nə məqsədlə verilməsi mütləq göstərilməlidir.
Arayışın özünəməxsus yazılma forması vardır; Vərəqin yuxarı
hissəsində ortada böyük hərflə "Arayış" sözü yazılır. Vərəqin sol
tərəfdən üst küncündə idarənin ştampı, ştampm aşağı sətrində arayışın
nömrəsi və verildiyi tarix (gün, ay, il) qeyd olu
180
nur. Arayış sözünün altında nisbətən sağda, ştampın yanından mətnin
məzmunu verilir, axırdakı sətirbaşmda arayışın təqdim olunduğu yer
göstərilir. Sonda arayışı verən idarə rəhbərinin titulu, soyadı (bütöv
şəkildə), adı və atasının adı (ixtisarla) yazılır, imza ilə təsdiqlənir və
möhür vurulur.
Nümunə:
Arayış
H
5^
n
Verilir Ağayev Məmmədhəsən Qulam oğluna
ona görə ki, həqiqətən o, Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyası
“Təkmübarizlik” fakültəsinin ikinci kursunda
(qrup TA 09-6) oxuyur.
Arayış Qusar rayon Hərbi Komissarlığına
təqdim etmək üçün verilir.
Nümunə:
ADBTİA-nm rektoru: (imza)professor
A. Q. Abıyev
‘‘Təkmübarizlik” fakültəsinin
dekanı:(imza)Hüseynov E. A.
H
>
v;
1
Arayış
Verilir Ağayev Nadir Həsən oğluna ondan
ötrü ki, o, həqiqətən 18 dekabr 1992-ci ildə
Bakı şəhəri. Suraxanı rayonunda anadan ol-
muş və hazırda Suraxanı rayonu Z. Bünyadov
küçəsindəki 67 nömrəli evin 16-cı mənzilində
yaşayır.
181
Arayış Azərb. DBTİA-ya təqdim etmək üçün
verilir.
119 saylı mənzil-istismar sahəsinin
rəisi: (imza)V. Ə. Alıyev Katib:
(imza) L. Y. Mehdiyeva
5.
BİLDİRİŞ
Bildiriş əməli yazıların sadə və çox işlənən formasıdır. Anons,
bildiriş, alışa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir.
Məzmun və məqsədinə, əhatə dairəsinə görə bildiriş-elanlar
müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən
kollektivə və ya ictimayyətə əvvəlcədən verilən məlumat
anlamındadır.
Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində
saxlanmalıdır:
1.
Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;
2.
Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;
3.
Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;
4.
Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə
təşkilatın yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir;
5.
Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;
6.
Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər; Bildiriş
respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio
və televiziyada da verilə bilər.
Nümunə:
182
BUdiriş
Tahb^hrin n9z9rin9.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının
əyani şöbəsində II yanmilin dərsləri 15 fevral 2010-cu il tarixdən
başlanacaq.
Tədris hissəsi.
Nümunə:
6.
ELAN
2010-cu il may ayının 20-də saat ll""-da akt zalında IV kurs
tələbələrinin "Pedaqoji təcrübə"yə həsr olunmuş konfransı ke-
çirilicək.
Təcrübə rəhbərlərinin və tələbələrin iştirakı vacibdir.
"Bədən tərbiyəsinin nəzəriyyəsi və onun
tədrisi metodikası" kafedrası
7.
ETIBARNAMƏ
Etibarnamə ərəbcə "etibar" ("naz^rs alma”) və farsca "namə"
("maktub", "kağız”) sözlərinin birləşməsindən yaranıb, "etibaretmə
sənədi" mənasındadır. Etibarnamə bir şəxsin bir işin icrasını başqa
birisinə etibar etdiyini bildirən sənəddir. Bir şəxsin və ya bir idarənin
adından iş görmək üçün verilən bu rəsmi sənəd müəssisənin kadrlar
şöbəsində, yaxud dövlət notariusu tərəfindən təsdiq olunur.
183
Dostları ilə paylaş: |