Gəl, gəl, a yaz günləri.
İlin əziz günləri. (Sabir)
Beytin əvvəlindəki sözlərin təkran anafora, sonunda təkrarlanan
sözlər isə epifora adlanır.
Yaxud: Yaxşı,yaxşı, başa düşdük; Fikriniz aydındır, aydından da
aydındır.
Yaxud: Getdim gördüm bir dərədə iki kar, kor kürkü yırtıq kirpi
var.
Yaxud:
Can deməklə candan can əskik olmaz,
Dostlan bir-birinə mehriban eylər. (A.Qurbani) Ta
inki eşitdi vəfati-canan.
Canan, canan deyib o da verdi can. (Q.Zakir)
Ümumiyyətlə, bədii üslub digər üslublardan bir çox cəhətdən,
əsasən də, əbrazhhq cəhətdən fərqlənir. Yazıçılar da bu üslubda
yazdığı əsərlərində dilin axıcı və cəlbedici əlmasma, estetik cəhətən
yüksək keyfiyyətlərə cavab verməsinə çalışırlar. Onlar rəngarəng söz
və ifadələrdən, dilin bədii təsvir və ifadə vasitələrindən istifadə
etməklə əsərlərinin oxucular tərəfindən maraqla oxunmasına, zövq və
həzz mənbəyinə çevrilməsinə çalışırlar.
Sual və tapşırıqlar
1.
Nitq üslubları necə yaranır?
2.
Yazı üslubu nədir və onun hansı növləri vardır?
3.
Bədii üslub nədir?
4.
Bədii əsərin xarakterik xüsusiyyətləri və vəzifələri
hansılardır?
5.
Bədii təsvir vasitələri dedikdə nə başa düşülür və onlar ədəbi
bədii əsərlərin ifadəliyinə xidmət edirmi?
6.
Metafora nə deməkdir və o, dildə necə yaranır?
7.
Metonimiya nədir? Metonimiyaya aid bir neçə nümunə
göstərin.
8.
Epitet sözünün mənasını deyin, ona aid misallar gətirin.
1^9
9.
Bədii üslubun növləri hansılardır?
10.
Nəzm və nəsr üslubları nə deməkdir?
Çalışma 95. Bədii ədəbiyyatın müxtəlif növ və janrlarında
işlənmiş epitetləri və təşbehləri tapıb göstərin.
"Şərili", "Bəhməni", "Cəlili", "Cəngi"...
Türkülər dəməti, səslər çələngi...
Sevincin zirvəsi, qəmin zirvəsi (X.R.Ulutürk)
Hər tərəfdən onu fəlakət buludları çulğaladı, axırda onu qara
torpaq altına girməyə məcbur etdi. (C.Cabbarlı)
Yanağı laleyi-bahari kimi.
Ləbləri yaqutun kənarı kimi.
Bir danə nasüftə mirvari kimi.
Başdan ayağadək ağ bədən gərək (M.P.Vaqif) Çalışma 96.
Yazıçı əşya və hadisələr arasındakı oxşarlığı və ya fərqi qabarıq
şəkildə göstərmək üçün metaforalardan istifadə etmişdir. Həmin
metaforaları tapın və nəyə işarə edildiyini göstərin.
Keçdi pəncəmizə gözəl Qarabağ
Öpsün qılıncımı hər qaya, hər dağ (S.Vurğun)
Həsən də qəlyan çəkər,
Hüseyn də qəlyan çəkər.
Tənbəki bol olanda Siçan
da qəlyan çəkər.
Hamam, hamam içində,
Xəlbir saman içində Dəvə
dəlləklik eylər,
Köhnə hamam içində (Atalar sözləri)
Çalışma 97. Ad dəyişmə mənasında işlənən sözləri tapın,
hadisənin, anlayışın adının başqa bir adla necə əvəz edilməsinə diqqət
yetirin;
Ləngərlənən meydana birdən yeni can gəlir,
Azərbaycan, Türküstan, ardınca Turan gəlir (X.R.Ulutürk)
İbrahim xan (yuxudan təlaşla qalxaraq);
- O yandan Türkiyə, bu yandan İran,
160
Burdan da Rusiya göndərir fərman.
Pəzmaq istəyirlər cah-cəlalımı (S.Vurğun)
Çalışma 98. Bir tələbənin imtahan ballanm toplaya bilmədiyinə
görə Akademiyadan xaric olunması haqqında dekanın adından əmr
hazırlayın.
Çalışma 99. Tədbir keçirilir. Qrup tələbələrinizin iştirakı
barəsində dekana raport verin.
Çalışma 100. Şeiri ifadəli oxuyun, bədii təsvir və ifadə
vasitələrini tapın, ifadəliyin necə yaranmasına diqqət yetirin;
Son payız dayanıb qışa müntəzir.
Otların gözündə gilələnir yaş.
Dağlardan sallanıb apana enir.
Duman yavaş-yavaş, çən yavaş-yavaş.
Ağaclar üsyana qalxıb, bozanb.
Bircə budaqda da görünməyir bar.
Bağlarda yarpaqlar elə qızanb.
Deyirsən, indicə alışıb yanar.
Külək xəzəlləri alıb döşünə.
Qovur bağ-baxçanm hər bucağında.
Torpaq da kökündən qopub düşənə.
Yer vermək istəmir öz qucağında.
Gecələr 0 qədər uzun olubdur.
Deyirsən, bir daha açılmaz səhər.
Güllər elə yanıb, elə solubdur Bir də
baş qaldırmaz bahara qədər.
Kimsə yollanmayır tarlaya, çölə.
Sanki təbiətin yuxusu gəlir.
Günəşli günlərin özündə belə.
Havadan yağışın qoxusu gəlir.
Çılpaq budaqlarda qalan yuvalar.
Uzaqdan qaralır bir yumaq kimi.
Çırpına-çırpına əsir gilavar Hansı bir
ağaca qonacaq kimi.
Ш
Torpaq həsrətiylə ağlayır bulud,
Çay olur, göl olur gözünün yaşı.
Coşan sellər, sular şahə qalxan at.
Əzir xıncım-xıncım qayanı, daşı.
İsti hava qıtdır, çəkilib göyə.
Geyinib təbiət əskəri paltar.
Payızın möhləti qurtanr deyə.
Uca zirvələrə çilənir ilk qar.
Qar istəyir düzən, barsız bağlar da.
Çılpaq yerlərini örtsün, gizləsin.
Ağsaqqal qış gəlir, payız dağlarda Çaşıb qalıb, bilmir,
getsin, gözləsin.
(Süleyman Hüseynov. Yaşanmış ömür. Bakı, 2001,
səh.51-52)
ÜSLÜBİ VASİTƏIƏR
Düzgün şifahi nitqə və yazıya yiyələnmək hər bir adamın
arzusudur. Məqsədə çatmaq üçün kiçik yaşlardan dilin fonetik, leksik
və qrammatik normalanm mənimsəmək ilkin şərtdir. Lakin bu,
düzgün nitq üçün kifayət etsə də, gözəl nitq üçün kifayət deyildir.
Gözəl nitq bacanğı nümayiş etdirmək üçün dilin daxili quruluşunu,
onun qayda-qanunlanm mükəmməl bilməklə dilin üslubi imkanlanna
bələd əlmaq vacibdir. Nitqin üslubi cəhətdən düzgün qurulması isə
ünsiyyət zamanı onun ahəngdarlığına, ob- razhğma, bədiiliyinə xüsusi
qayğı ilə yanaşmaqla, dilin bədii təsvir və ifadə vasitələrindən kənkret
məqam və şəraitdə yararlanmaq bacarağı ilə reallaşır. Nitq üslubi dil
vasitələrindən, onun normalarından məqsədəuyğun istifadə tərzidir.
"Üslub" sözü ərəbcə "tərz", "ifadə tərzi", "üsul" mənasındadır.
İndi bu söz daha çox yazı manerası, damşıq tərzi anlamında işlənir.
Üslub ayrı-ayrı sənətkarlara, elmi, siyasi, tarixi cərəyanlara, bədii
janrlara, müəyyən bilik sahələrinə aiddir, buna görə də hər
usz
Dostları ilə paylaş: |