Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə46/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   42   43   44   45   46   47   48   49   ...   70

çən əsrin 70-ci illərindən sonra rus dilindən alınmaların kalka üsulu 
ilə  düzəlmiş  variantlarıdır  ki,  bura  çimərlik,  duracaq,  əyləc, 
yelçəkər,  sərinkeş,  tozsoran,  soyuducu,  dabankeş,  açıqca  və  s. 
kimi sözlər daxildir. Bu tip sözlərin rus dilindəki qarşılığının hesabına 
yaranmasını məktəblilər və tələbələr bilməsələr də, orta və yaşlı nəsil 
yaxşı  xatırlayır.  Amma  hərbiləşmə  (mili-  tarizm),  köçkün 
(emiqrant),  yetəsay  (kvorum),  çağdaş  (müasir),  yüzillik  (əsr), 
durum  (vəziyyət),  özəlləşmə  (xüsusiləşmə),  soyqırım  (genosid), 
soyad (familiya) və s. kimi sözlərin işlənməsində paralellik olsa da, 
saxlanc,  dönəm,  qaynaq,  bölgə,  öndər,  soykökü,  istilikölçən, 
bilgisayar, cangüdən, duyum, toplum, bağımsız və s. kimi işlənən 
leksik vahidlər xalqımızın müstəqillik qazanması sayəsində, özləşmə 
nəticəsində  dilimizdə  sabitləşməkdədir.  Deməli,  dildə  yalnız  uyğun 
qarşılığı  olmayan  sözlərin  hazır  şəkildə  alınıb  işlədilməsi  zəruridir. 
Lakin dildə uyğun qarşılıq olduqda, yaxud onu düzəltmək mümkün 
olarsa, mənbə dildəkinə uyğun yaradılmalıdır. 
Dilin  leksikasmda  kəmiyyətinə  görə  ikinci  yeri  alınma  sözlər 
tutur. Alınma leksika ədəbi dilin funksional üslubundan sayılan elmi 
üslubda  üstün  mövqeyə  malikdir.  Elmi  üslubda  işlənən  alınma 
söz-terminlər elmi(sahə) ədəbiyyatda çoxluq təşkil edir, şifahi nitqdə 
isə elm adamlannm leksikonunda özünü göstərir. 
Dilin lüğət tərkibinə daxil olan terminlər adi ümumişlək sözlərdən 
fərqlənir. Elm və texnikanın inkişafı ilə əlaqədar Avropa dillərindən 
alınmış söz-terminlər elmin bu və ya digər sahəsində işlənir və həmin 
sahə  ilə  bağlı  adamların  nitqi  üçün  xarakterikdir.  Məsələn;  sirroz, 
infarkt,  insult,  miningit,  miokard  təbabətə,  karatedo,  uşu, 
kikboksinq,  muay  tay,  xett-trik,  xav-  bek  idmana;  metafora, 
anafora, 
metonimiya, 
sinekdoxa, 
epi- 
tet 
məsnəvi 
ədəbiyyatşünaslığa;  assimilyasiya,  dissimilyasiya,  metateza, 
eliziya, proteza, elliptik cümlə kimi sözlər dilçiliyə aiddir. 
Elmi əsərlərin yaradılması anlayışların terminlərlə ifadəsini zəruri 
edir. Elmi terminlər sisteminin yaradılması böyük əhə 
143 


miyyət  daşıyır.  Terminlilik  elmi  üsluba  xasdır.  Lakin  bədii  və 
publisistik  üslublarda  dar  ixtisas  sözlərinə  çox  yer  verilməsi  qüsur 
sayılır.  Şifahi  nitqdə  isə  şərait  və  məqamından  asılı  olaraq  (dərsdə, 
məşğələdə, mühazirə və ya məruzədə) terminlərə müraciət olunur. 
Hər bir söz müəyyən semantikaya (mənaya) malik olduğu üçün 
onun  düzgün,  yerində  işlədilməsi  nitq  sahibindən  asılıdır.  Məsələn: 
"ayağım büdrəyib yerə düşdüm" cümləsində düşdüm sözü yerində 
işlənməmişdir,  yıxıldım  deyilməli  idi.  Deməli,  söz  öz  yerində 
işlənmirsə, fikir öz düzün ifadəsini tapmır, nitq mədəniyyətinin tələbi 
pozulur. 
Orfoqrafiyada fonetik prinsip əsas götürülsə də, digər prinsiplər 
də vardır. Bunların içərisində morfoloji  prinsipin özünəməxsus yeri 
və  əhəmiyyəti  vardır.  Morfoloji  prinsip  yazıda  sözlərin  qrammatik 
tərkibini əsas götürür, yəni sözün və ya şəkilçinin bir tələffüz forması 
orfoqrafiya üçün daha yararlı sayılır,  sözün kökü və şəkilçisi yalnız 
bir formada yazılır. Alınma sözlərin forma və məzmunca milliləşməsi 
ədəbi  dilimizin  leksik  mühitində  getdiyinə  görə  normada 
dəyişkənliyin baş verməsi labüd olur. 
İki samitin yanaşı gəldiyi bir sıra alınma sözlərin orfoqrafiya və 
orfoepiyasmda  şagird  və  tələbələr  asan  tələffüz  naminə  samitlərin 
arasına 
bir 
sait 
artırmağa 
çalışırlar: 
zülm-[zülüm], 
hökmdar-[hökümdar]  və  ya  [hökmüdar],  rəhmdil-[rəhimdil], 
dövr-[dövür], kəsr-[kəsir], həbs-[həbis] və s. 
Şagirdlər və tələbələr yanaşı gələn müxtəlif qoşa samitli sözləri 
tələffüz 
etdikləri 
şəkildə 
yazmağa 
üstünlük 
verirlər: 
oktyabr-[oktyabır],  noyabr-[noyabır],  kran-[kıran],  Hüseyn-[hü- 
seyin], valideyn-[valideyin], psixoloq-[pisixoloq], [pisxoloq] və s. 
Orfoqrafik  qaydalann  tərtibində  nəzərə  alınan  tarixi-ənənəvi 
prinsipə  görə  sözün  müasir  danışıq  dilində  səslənməsindən  asılı 
olmayaraq,  onun  vaxtilə  mövcud  olmuş  yazılışı  saxlanılır  (hətta. 
Səttar, şənbə, vicdan, müəllim və s.). Tarixi-ənənəvi prinsip əsasında 
yazılmış sözlərin orfoqrafiyası ilə orfoepiyası- 
144 


nın  arasındakı  uyğunsuzluq  onlann  ünsiyyətə  aid  yararlı  olmasına 
görə  dildə  saxlanılmışdır.  Bu  prinsipə  görə  alınma  sözlərin  böyük 
qismi  mənsub  olduğu  dilin  orfoqrafiya  və  ərfəepiyasmı  saxlayır: 
konsert-[kansert],  komanda-[kamanda],  orfoepiya-[ar-  faepiya], 
protokol-[pratakol] və s. 
Müşahidələr  göstərir  ki,  gənclərimiz  mürəkkəb  sözlərin  nitq 
normalarına tabeliyini həmişə düzgün qiymətləndirə bilmirlər. Onlar 
daşürəkli, 
kcçəlbaş, 
sözəbaxan, 
sinifdənkənar, 
ölkəda- 
xili,məq$ədyönlü, kcçisaqqal, ördəkburun, şirindil, daşsifət və s. 
kimi  məcazi  mənalı  sözlərin  ərfəqrafiyasmda  olduğu  kimi, 
orfoepiyasında  da  səhvə  yəl  verirlər.  Bu  qəbildən  olan  sözlər  se- 
mantika və funksionalhğa görə bitişik yazıldığından, bir vurğu altında 
deyildiyindən  və  bir  mənanı  ifadə  etdiyindən  yazıda  olduğu  kimi, 
tələffüzdə də birnəfəsə, ardıcıl deyilməlidir. 
Deflslə  yazılan  mürəkkəb  sözlərin  kəmponentləri  mənaca 
bir-birini  tamamlayır,  onlardan  biri  semantik  cəhətdən  yardımçı 
səciyyə  daşıyır:  pal-paltar,  sür-sümük,  cır-cındır,  çör-çöp, 
qara-qura,  əzik-üzük,  ala-bula,  qızıl-mızıl,  pul-mul,  xırda-mır- 
da,  xırım-xırda,  qonum-qonşu,  colma-cocuq,  qatma-qarış, 
asta-asta, qarış-qarış, dost-tanış, ələk-vələk, ətli-canlı, tez-tələsik, 
alış-veriş,  qeyri-adi,  qeyri-kafi,  əks-təsir,  əks-əlaqə  və  s.  kimi 
yüzlərlə mürəkkəb söz defislə yazılır, mənanı daha təsirli ifadə edir, 
qısa fasilə ilə tələffüz olunur. 
Yerli  şivədən  gələn  dialekt  tələffüzü  orfəqrafik  səhvlərə  gətirib 
çıxara bilir. Şərq qrupuna aid dialekt və şivələrə məxsus tələffüz belə 
səhvlərə  səbəb  olur:  [atonj-atan,  [nənönj-nənən,  [bobaj-baba, 
[kinova]-kinoya,  [midalyon]-medalyon,  [tırp]-  furp,  [hayva]-heyva 
və s. sözlərinin fələffüzü bu qəbildəndir. 
-kı/ -ki/ -ku/ -kü şəkilçisinin yazılışı və tələffüzündə də tələbələr 
səhvə yol verirlər, bu şəkilçini əsasən, -ki şəklində yazır və deyirlər: 
axşamkı  əvəzinə,  [axşamki],  onunku  əvəzinə,  [onunki],  bugünkü 
əvəzinə [bugünki] və s. 
İsim və sifət düzəldən -ı/ -i/ -u/ -ü şəkilçisini də onlar çox vaxt - 
variantında yazır və tələffüz edirlər: [nırmci] -narıncı. 
14$ 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə