Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz.
Bu, "quş dilidir", bunu Süleyman bilir ancaq (İ.Nəsimi).
Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar, bu xəbəri gətirdiyinə
görə. Dedilər kəndə gəlir Omaroğlu.-Niyə gəlir bu sağ olmuş, başımızı
yerə soxmağamı? (V.Nəsib)
Gətirilmiş cümlələrdə sintaktik vahidlərin ardıcıllıq qanunu söz
sırası ilə tənzimlənməli olduğu halda bədii əsərlərdə bilərəkdən
pozulmuşdur ki, bu da şeirlərdə qafiyə və bölgü, nəsrdə isə yerli
koloriti və canlı danışıq dilini saxlamaq xatirinə edilmişdir.
13)
Sintaktik əlaqələrin düzəldilmə qaydalarının pozğunluğu
fikrin dürüst və kiçik vaxt kəsiyində anlaşılmasını çətinləşdirir:
"Məşqçilər yenicə oyundan çıxmış həndbolçulara söhbət
apardılar" (idarə əlaqəsi pozulmuşdur). "Həyətyanı evin sahəsi
böyük idi (yanaşma əlaqəsi düzgün qurulmamışdır).
14)
Elə söz birləşmələrinə də təsadüf edilir ki, onlarda əsas tərəflə
asılı tərəfin yerinin dəyişməsi özünü göstərir: gözü yaşlı,sözü məzəli,
qəlbi tox, fikri geniş və s. Bunlar sintaktik cəhətdən birinci növ təyini
söz birləşmələrinə yaxındır.
Sual və tapşırıqlar
1.
Qrammatik norma deyildikdə nəyi başa düşürük? Qrammatik
normalara nələr daxildir?
2.
Qrammatik səhvlər nə vaxt meydana çıxır?
3.
Üçüncü növ təyini söz birləşməsində sahiblik anlayışı bildirən
birinci tərəfi həmişə ixtisar etmək olurmu? Fikrinizi misallarla
aydınlaşdırın.
4.
Feilin inkarlıq kateqoriyası hansı vasitələrlə düzəlir?
5.
Cümlədə zərfliklər həmişə zərflərlə ifadə olunurmu? Zərf
olmayan sözlər zərflik kimi çıxış edə bilirmi? Zərfliklərin cümlədə
yeri məsələsini aydınlaşdırın.
6.
Adlara artırıla bilən şəkilçiləri qrammatik kateqoriyalara uyğun
ardıcıllıqla sadalayın.
lİZ
7.
Cümlədə mübtəda ilə xəbər arasındakı əlaqə necə adlanır və
ənlar sintaktik-qrammatik cəhətdən hansı kateqoriyalarla əlaqədar
əlur?
8.
Sintaktik əlaqənin növləri hansılardır? Bu qaydanın
pozulmasına aid nümunələr verin.
Çalışma 87. Respublikamızda qeyd edilən Müstəqillik günü
münasibəti ilə tələbələrə müraciət ünvanlayın.
Çalışma 88. Sözlərdə açıq saitləri qapalı saitlərlə elə əvəz edin ki,
bir, iki və ya üç yeni söz alınsın. Açıq saitləri yazın:
Od-...
Saz-1)...; 2)...
Sezmək-1)...; 2)...
Özüm-
1)...,;2)...
Döz-1)..;2)...;3)...
Öt-1)...;2)..;3)...
Çalışma 89. Kökü açıq saitlə bitən sözlərə saitlə başlayan
şəkilçilər artırıldıqda onlar qapalı sait kimi tələffüz olunur. Verilmiş
sözlərin tələffüzünü transkripsiyada yazın:
Babaya, nənəyə, alqışlayır, işləyirsən, xalaya, bibiyə, başlayıram,
dişləyirlər, ataya, daşlayırsmız, gözləyirik.
Çalışma 90. Bağınızda ad günü keçirirsiniz. Restorandan
qab-qacaq götürməyiniz haqqında qəbz yazın.
Çalışma 91. Verilmiş sözlərdən bəzilərində vurğunun yeri
dəyişdiriləndə sözün mənası da dəyişir. Həmin sözləri tapıb ayrıca
yazın və mənasını göstərin:
axşam, bəzən, alın, mədəni, gəlin, səpin, dimdik, biçin.
Çalışma 92. Tələffüzü verilmiş sözləri ərfəqrafiya qaydalarına
uyğun yazın:
[mahiyət], [e:tibar], [mö:kəm], [nə:xanı], [mətbə:], [atən- nan],
[qələmnən], [işliyir], [tö:bə], [yə:şan], [sö:kət].
Çabşma 93. Aşağıdakı cümlələrdə vulqar sözlərin altından xətt
çəkin. Vulqarizmlərin hansı üslub üçün xarakterik əlduğu- nu deyin:
1^3
Xudayar bəy Əhmədə: -"Köpək oğlu köpək! Hara aparırsan
eşşəyi? Kərbəlayi Cəfər arvadının arxasınca- Gün olmaz ki, o itin qızı
əti yandırmasın.
Xudayar bəy Zeynəb haqqında: - Mən bilirəm niyə bikefsən.
Amma neyləmək. Allah ananın atasına nəhlət eləsin! (C.Məm-
mədquluzadədən)
Hacı Qara: -Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu
qədək, şilə verənin əli qurğuşun imiş. Evin dağılsın çit satan! Qapın
çırpılsm şilə verən! (M.F.Axundovdan)
Çalışma 94. Müəllimlərinizdən birinin kitabına (dərsliyinə)
annotasiya yazın. Annotasiya formasını deyin.
FUNKSİONAI ÜSlUBlAR
ünsiyyətin hansı şəraitdə baş verməsi nitqi məqsədə müvafiq
formalarda qurmaq tələbini qarşıya qoyur və beləliklə, nitq üslubları
yaranır. Nitq üslubları fərdi-subyektiv olub, şəxsin dünyagörüşündən,
savadından, nitq qabiliyyətindən, məqsəd və şəraitdən asılıdır. Nitqin
ayrı-ayrı üslublan fərdi üslub çərçivəsində mövcuddur.
Nitq üslublan, adətən, iki növə bölünür:!) yazı (kitab) üslubu.
Bura bədii üslub, elmi üslub, publisistik üslub, rəsmi-kargüzarlıq
üslubu və epistolyar (yazışma) üslubu daxildir. 2) danışıq üslubu.
Bura xalq danışıq üslubu və ailə -məişət üslubunu aid edirlər.
Birinci qrupa daxil edilən üslublar yazılı formada olur, lakin onlar
haqqında auditoriyada, ekran və efir qarşısında apanlan söhbətlər,
müsahibələr şifahi formada da baş tutur.
1.
B3Dİİ ÜSLUB
Bədii üslubda yazıçı qələmə aldığı həyat hadisələrini, insanları,
öz fikir və düşüncələrini müxtəlif dil və təsvir vasitələri ilə
1S4
bədii şəkildə, müəyyən ölçü və forma daxilində əks etdirir. Bu üslub
digər funksional üslublara nisbətən daha qədimdir. Elmə məlum əlan
"Orxon-Yenisey abidələri", "Kitabi-Dədə Qərqud" dastanı, Dəvdəkin,
Qətran Təbrizinin, Xaqani Şirvaninin, Nizami Gəncəvinin şeirləri.
Xacə Nəsrəddin Tusinin "Əxlaqi- Nasiri", Nizamil - Mülkün
"Siyasətnamə" əsərləri, tarix, siyasət və tərbiyə mövzularına həsr
əlunmuş tədqiqatlar daha əvvəl yazıya alınmışdır. İzəddin
Həsənoğlunun, İ.Nəsiminin, Ş.İ.Xətai- nin ana dilində yazılmış
şeirlərindən, hətta M.Füzulinin elmi- fəlsəfi əsərlərindən çəx-çəx
əvvəllər yazılmışdır. Ana dilimizdəki elmi əsərlərin tarixi,
ümumiyyətlə, bədii üsluba baxanda yaxın dövrün məhsuludur.
Bədii üslubda dilin lüğət tərkibindəki sözlərin məna qrupla-
nndan, üslubi laylanndan, bədii təsvir vasitələrindən, məcazla- nn
müxtəlif fərmalanndan, hətta vulqar leksika və jarqənlardan,
köhnəlmiş sözlərdən, yerinə görə terminlərdən istifadə əlunur. Lakin
bir məsələ həmişə diqqətdə saxlanılır ki, bədii əsərin vəzifəsi gözəl
mənəviyyatı, əxlaqilİk, əzəlilik, insanlıq kimi keyfiyyətləri bədii
sözün qüdrəti ilə emosional, ifadəli, ekspressiv və obrazlı təsvir və
tərənnüm etməkdir.
Xalqın təfəkkür tərzi məişət və təsərrüfat həyatı ilə bağlı olaraq
bir qisim söz ilkin mənasını genişləndirir, yeni-yeni məna çaları
qazanır, öz formasını dəyişdirir. Buna görə də dildə sözlərin
mənalarının şaxələnməsi, köçürülməsi, müxtəlif istiqamətlərdə
dəyişməsi baş verir. Sözlərin bir əşyadan başqasına köçürülməsi, bir
əşyanın əlamətinin onun bir hissəsinin adı ilə verilməsi çoxmənalığa
gətirib çıxarır. Sözlərin məcazi məna daşıması bədii-üslubi mahiyyət
daşıyır ki, bunlar obrazlı ifadələrdir. Obrazhq yaratmağa xidmət edən
məcazlar dilin bədii təsvir vasitələrindən hesab olunur. Belə təsvir
vasitələrindən metaforaları, metonimiya, sinekdoxa və epitetləri qeyd
edək.
1.
Metafora yunanca məna köçürülməsi anlamındadır. Bir şeyə
məxsus olan əlamət və ya keyfiyyətin başqa bir əşya üzərinə
köçürülməsinə metafora deyilir.
Dostları ilə paylaş: |