|
Suleyman-m teze qxd
çən əsrin 70-ci illərindən sonra rus dilindən alınmaların kalka üsulu
ilə düzəlmiş variantlarıdır ki, bura çimərlik, duracaq, əyləc,
yelçəkər, sərinkeş, tozsoran, soyuducu, dabankeş, açıqca və s.
kimi sözlər daxildir. Bu tip sözlərin rus dilindəki qarşılığının hesabına
yaranmasını məktəblilər və tələbələr bilməsələr də, orta və yaşlı nəsil
yaxşı xatırlayır. Amma hərbiləşmə (mili- tarizm), köçkün
(emiqrant), yetəsay (kvorum), çağdaş (müasir), yüzillik (əsr),
durum (vəziyyət), özəlləşmə (xüsusiləşmə), soyqırım (genosid),
soyad (familiya) və s. kimi sözlərin işlənməsində paralellik olsa da,
saxlanc, dönəm, qaynaq, bölgə, öndər, soykökü, istilikölçən,
bilgisayar, cangüdən, duyum, toplum, bağımsız və s. kimi işlənən
leksik vahidlər xalqımızın müstəqillik qazanması sayəsində, özləşmə
nəticəsində dilimizdə sabitləşməkdədir. Deməli, dildə yalnız uyğun
qarşılığı olmayan sözlərin hazır şəkildə alınıb işlədilməsi zəruridir.
Lakin dildə uyğun qarşılıq olduqda, yaxud onu düzəltmək mümkün
olarsa, mənbə dildəkinə uyğun yaradılmalıdır.
Dilin leksikasmda kəmiyyətinə görə ikinci yeri alınma sözlər
tutur. Alınma leksika ədəbi dilin funksional üslubundan sayılan elmi
üslubda üstün mövqeyə malikdir. Elmi üslubda işlənən alınma
söz-terminlər elmi(sahə) ədəbiyyatda çoxluq təşkil edir, şifahi nitqdə
isə elm adamlannm leksikonunda özünü göstərir.
Dilin lüğət tərkibinə daxil olan terminlər adi ümumişlək sözlərdən
fərqlənir. Elm və texnikanın inkişafı ilə əlaqədar Avropa dillərindən
alınmış söz-terminlər elmin bu və ya digər sahəsində işlənir və həmin
sahə ilə bağlı adamların nitqi üçün xarakterikdir. Məsələn; sirroz,
infarkt, insult, miningit, miokard təbabətə, karatedo, uşu,
kikboksinq, muay tay, xett-trik, xav- bek idmana; metafora,
anafora,
metonimiya,
sinekdoxa,
epi-
tet
məsnəvi
ədəbiyyatşünaslığa; assimilyasiya, dissimilyasiya, metateza,
eliziya, proteza, elliptik cümlə kimi sözlər dilçiliyə aiddir.
Elmi əsərlərin yaradılması anlayışların terminlərlə ifadəsini zəruri
edir. Elmi terminlər sisteminin yaradılması böyük əhə
143
miyyət daşıyır. Terminlilik elmi üsluba xasdır. Lakin bədii və
publisistik üslublarda dar ixtisas sözlərinə çox yer verilməsi qüsur
sayılır. Şifahi nitqdə isə şərait və məqamından asılı olaraq (dərsdə,
məşğələdə, mühazirə və ya məruzədə) terminlərə müraciət olunur.
Hər bir söz müəyyən semantikaya (mənaya) malik olduğu üçün
onun düzgün, yerində işlədilməsi nitq sahibindən asılıdır. Məsələn:
"ayağım büdrəyib yerə düşdüm" cümləsində düşdüm sözü yerində
işlənməmişdir, yıxıldım deyilməli idi. Deməli, söz öz yerində
işlənmirsə, fikir öz düzün ifadəsini tapmır, nitq mədəniyyətinin tələbi
pozulur.
Orfoqrafiyada fonetik prinsip əsas götürülsə də, digər prinsiplər
də vardır. Bunların içərisində morfoloji prinsipin özünəməxsus yeri
və əhəmiyyəti vardır. Morfoloji prinsip yazıda sözlərin qrammatik
tərkibini əsas götürür, yəni sözün və ya şəkilçinin bir tələffüz forması
orfoqrafiya üçün daha yararlı sayılır, sözün kökü və şəkilçisi yalnız
bir formada yazılır. Alınma sözlərin forma və məzmunca milliləşməsi
ədəbi dilimizin leksik mühitində getdiyinə görə normada
dəyişkənliyin baş verməsi labüd olur.
İki samitin yanaşı gəldiyi bir sıra alınma sözlərin orfoqrafiya və
orfoepiyasmda şagird və tələbələr asan tələffüz naminə samitlərin
arasına
bir
sait
artırmağa
çalışırlar:
zülm-[zülüm],
hökmdar-[hökümdar] və ya [hökmüdar], rəhmdil-[rəhimdil],
dövr-[dövür], kəsr-[kəsir], həbs-[həbis] və s.
Şagirdlər və tələbələr yanaşı gələn müxtəlif qoşa samitli sözləri
tələffüz
etdikləri
şəkildə
yazmağa
üstünlük
verirlər:
oktyabr- [oktyabır], noyabr- [noyabır], kran-[kıran], Hüseyn-[hü-
seyin], valideyn- [valideyin], psixoloq- [pisixoloq], [pisxoloq] və s.
Orfoqrafik qaydalann tərtibində nəzərə alınan tarixi-ənənəvi
prinsipə görə sözün müasir danışıq dilində səslənməsindən asılı
olmayaraq, onun vaxtilə mövcud olmuş yazılışı saxlanılır (hətta.
Səttar, şənbə, vicdan, müəllim və s.). Tarixi-ənənəvi prinsip əsasında
yazılmış sözlərin orfoqrafiyası ilə orfoepiyası-
144
nın arasındakı uyğunsuzluq onlann ünsiyyətə aid yararlı olmasına
görə dildə saxlanılmışdır. Bu prinsipə görə alınma sözlərin böyük
qismi mənsub olduğu dilin orfoqrafiya və ərfəepiyasmı saxlayır:
konsert-[kansert], komanda-[kamanda], orfoepiya-[ar- faepiya],
protokol-[pratakol] və s.
Müşahidələr göstərir ki, gənclərimiz mürəkkəb sözlərin nitq
normalarına tabeliyini həmişə düzgün qiymətləndirə bilmirlər. Onlar
daşürəkli,
kcçəlbaş,
sözəbaxan,
sinifdənkənar,
ölkəda-
xili,məq$ədyönlü, kcçisaqqal, ördəkburun, şirindil, daşsifət və s.
kimi məcazi mənalı sözlərin ərfəqrafiyasmda olduğu kimi,
orfoepiyasında da səhvə yəl verirlər. Bu qəbildən olan sözlər se-
mantika və funksionalhğa görə bitişik yazıldığından, bir vurğu altında
deyildiyindən və bir mənanı ifadə etdiyindən yazıda olduğu kimi,
tələffüzdə də birnəfəsə, ardıcıl deyilməlidir.
Deflslə yazılan mürəkkəb sözlərin kəmponentləri mənaca
bir-birini tamamlayır, onlardan biri semantik cəhətdən yardımçı
səciyyə daşıyır: pal-paltar, sür-sümük, cır-cındır, çör-çöp,
qara-qura, əzik-üzük, ala-bula, qızıl-mızıl, pul-mul, xırda-mır-
da, xırım-xırda, qonum-qonşu, colma-cocuq, qatma-qarış,
asta-asta, qarış-qarış, dost-tanış, ələk-vələk, ətli-canlı, tez-tələsik,
alış-veriş, qeyri-adi, qeyri-kafi, əks-təsir, əks-əlaqə və s. kimi
yüzlərlə mürəkkəb söz defislə yazılır, mənanı daha təsirli ifadə edir,
qısa fasilə ilə tələffüz olunur.
Yerli şivədən gələn dialekt tələffüzü orfəqrafik səhvlərə gətirib
çıxara bilir. Şərq qrupuna aid dialekt və şivələrə məxsus tələffüz belə
səhvlərə səbəb olur: [atonj-atan, [nənönj-nənən, [bobaj-baba,
[kinova]-kinoya, [midalyon]-medalyon, [tırp]- furp, [hayva]-heyva
və s. sözlərinin fələffüzü bu qəbildəndir.
-kı/ -ki/ -ku/ -kü şəkilçisinin yazılışı və tələffüzündə də tələbələr
səhvə yol verirlər, bu şəkilçini əsasən, -ki şəklində yazır və deyirlər:
axşamkı əvəzinə, [axşamki], onunku əvəzinə, [onunki], bugünkü
əvəzinə [bugünki] və s.
İsim və sifət düzəldən -ı/ -i/ -u/ -ü şəkilçisini də onlar çox vaxt - i
variantında yazır və tələffüz edirlər: [nırmci] -narıncı.
14$
Dostları ilə paylaş: |
|
|