* * *
O zaman məndə iki arzu vardı. Biri at minib seyr etmək, digəri Tağı əmi kimi
quş ovuna getmək. Bunlarm birincisinə Tağı əmi razı olaraq, ikincisi üçün:
Hələ ova gedən vaxtm deyil, gələn il səni qırğı ilə bildirçin ovuna
aparacağam. Qızılquş ovuna atla gedərlər. Yaxşı at minmək öyrənsən, ona da
apararam, - deyə məni sevindirdi.
Tağı əmi dediyinə əməl edən şəxs idi. O gündən atları suvarmağa göndərəndə
mənə də boz madyana minməyə izin verdi. Anam təşvişə düşərək:
Ay Tağı, at uşağı yıxar, - dedikdə:
Qorxma, heç zad olmaz. Bizlər at üstündə böyümüşük, - deyə onu sakit
etdi.
M ən get-gedə kənd uşaqları arasmda birinci at minən oldum. Bir hadisə anamı
qorxuya saldı. O məni bir müddət at minməyə qoymadı. Belə ki, bir dəfə Həsən
adlı yoldaşımla Ağdam bazarma gedirdim.
Gəl çapışaq, - deyə yoldaşım təklif etdi. Onun altmda üçyaşar ürgə idi,
mənimkində Tağı əminin boz madyanı.
Kəhər at altımda olsaydı, gəl çapışaq deməzdin, - deyə Həsəni utandırdım.
Eybi yoxdur, sənə bir qədər ara versəm, razı olarsanmı?
Olaram, - deyə cavab verdim.
Bazarla, çapışdığımız yerin məsafəsi iki kilometrə kimi var idi. Yol enli və
hamar idi. Qorxulu yol üç döngə idi. M ən irəlidən Həsən arxadan atlarm başmı
buraxdıq. İki döngəni salamat keçdik. Üçüncü döngəyə xeyli qalmış Həsən gəlib
məni keçdi. Bunu gördükdə m ən atm başmı yığdım. Lakin Həsən ürgəni saxlaya
bilməzdi. Bazara dönən döngəni keçdikdə ürgə Həsəni üstündən üç metrəyə qədər
atdı. Bunu gördükdə adamlar yüyürüşdülər. M ən də gəlib çatdım. Həsənin qıçı iki
yerdən smmışdı. Onu xalça üstə qoyub evlərinə apardılar. Seyidlinin m əşhur
smıqçısı M əşədi Yusif onu bir aym ərzində sağaldıb ayaq üstə qoydu. Həsən irəliki
kimi yenə bizimlə oyun yoldaşı oldu. Onda axsamaqdan əlamət belə qalmamışdı.
Bu m əşhur smıqçmı, uşaqlar üçün yazdığım "Nurəddin" adlı hekayədə yad
etmişəm.
QUŞ TUTMA
Tağı əminin göstərişi ilə m ən və M əmmədağa qaratoyuq, ala-cəhrə, sərçə kimi
quşları tutmağı öyrənmişdik. Qaratoyuq tutm aq üçün at qılmdan cələ hörüb, bağda,
ağaclar altmda çox gözəl olan yerdə qururduq. Özümüz də uzaqda, ağac altmda
gizlənib, pusquda dururduq.
Qaratoyuq bağm xəzəllərini toyuq kimi eşələyə-eşələyə gəlib axırda cələ
qurduğumuz yerə çıxırdı. Eşələndiyi vaxt ayağı cələnin qıldan qayrılmış gözünə
düşürdü. Qaratoyuq ayağmı çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. O zaman
quş ayağmı azad etmək üçün dartmırdı və çapalayırdı. Bunu gördükdə biz
qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsı salırdıq. Qaratoyuq əsarətə
tez öyrənişir, sonra oxumağa başlayır. Hətta onu tar ilə oxumağa öyrədirlər.
Sərçı tutmaq üçün heç cələ də lazım gəlmirdi. Həyətin bir küncündə xəlbirin
altma və yanlarma dən tökürdik. Xəlbirin bir yanmı qaldırıb altma karandaş kimi
hamar çubuqdan dirək verərdik. Çubuğun alt ucuna uzun sap bağlayıb pusquda
durardıq. Sapm ucu əlimizdə olardı. Sərçələr dənləyə-dənləyə gəlib xəlbirin altma
girdikdə birdən sapı çəkərdik. Sərçələr nə qədər cəld qaçsalar da, yenə bir-ikisi
xəlbirin altmda qalardı.
Bunlarm maraqlısı çərtmə ilə alacəhrə tutm aq idi. Bütöv qozu iki parça edərdik.
Parçanm birin tam ortasmdan deşərdik. Bu deşiyə çöp taxardıq. Onun ucuna da
bircə dənə at qılmdan kəm ənd kimi halqa qayırıb bağlayardıq. Çöpün ucunu qoz
ləpösindən yuxarı çıxartmırdıq. Çərtməni bağda ya yerə sancardıq, ya da ağacda
budağa bağlardıq. Alacəhrə qoza çox aşiqdir. Çərtməni görə-görə yenə də özünü
onun üstə atır. Lakin qoz ləpəsini dimdiklərkən, həmişə ayaqlarmı halqanm içinə
düşməkdən gözləyir. Nə qədər cəldlik etsə də axırda dadlı qoz ləpəsi onun əsir
düşməsinə bais olardı. Ayağı tora düşüb asıla qaldıqda, qışqırıq salardı.
MƏMMƏDAĞANIN ALACƏHRƏSİ
Çox köçəri quş var ki, qış mövsümü Qarabağda qalıb isti yerlərə köçməyir. O
cümlədən biri də bağ quşu alacəhrədir. Nağıl etdiyim il qış bollu qar və çovğun ilə
gəldi. H ər növ havaya öyrənmiş sərçələr
belə qışa davam gətirə bilirdilər. Onlar gündüzlər özlərini həyətdə, tövləyə,
peyinliyə, evlərin dəhlizlərinə soxaraq yem tapırdılar. Gecələr də samanlığa,
dəyələrə, daxmalarm, güləş damlarm deşiklərinə girərək özlərini soyuqdan
mühafizə edirdilər. Lakin bağlarda yaşayan şux, sevimli alacəhrəciklər belə havada
həm acmdan, həm də soyuqdan artıq əziyyət çəkirdilər. Bunlarm bütün pənah
yerləri bağlarm qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilidilər. Gecələr
də orada yatırdılar. Həmin qış, yoldaşım M əmmədağanı çiçək azarı tutdu. Bu
xəstəliyə düşməni soyuqdan saxlamaq lazımdır. M əmmədağa Tağı əminin tək
övladı idi. Ona görə onun xatiri əziz idi.
Məmmədağanm çox gözəl xasiyyəti var idi. M ən onu hər vaxt mühafizə edərək
qoymazdım ki, uşaqlar ona əziyyət versinlər. Əmizadələrimin köhnədən qalma bir
qara damı var idi. Orada heç kəs olmurdu. M əhsul saxlamaq üçün anbar idi.
Qara damlar qışda çox isti olarlar. Necə də olmasm! Dərin quyu kimi yerin
içinə girən damlara ortadan bir baca qoyub üstünə bir metroya qədər qalın torpaq
tökürdülər. Bu ağırlığa davam gətirməsi üçün torpaq pillələr qazırlar. Onun üstünü
örtürlər. Buna dəhliz deyirlər. Babalarımızm bu köhnə "imarət"inə nədən "qara"
adı verildiyini bilirsinizmi? İki şeydən: biri üstünə tökülən qara torpaqdan, o biri
tüstüdən, içərisi hirslənib qurum tutaraq, qaralmağmdan.
Tağı əmi M əmmədağanı soyuqdan saxlamaq üçün arvadı Bacı-xanımla dama
yığışdı. Ocağa böyük kötüklər qoyub yandırırdılar. Gecə-gündüz damda ocaq
sönməzdi. Bayırdan içəri girdikdə sanki bir hamama girirdin. M ənim günlərimin
çoxu burada keçirdi. Tağı əmi ovdan cürbəcür hadisələr söyləyirdi.
Məmmədağanı sevindirmək üçün bir dəfə çortmə qurub bir ala-cəhrə tutdum.
Məmmədağa buna çox şad oldu. Qəfəs olmadığı üçün alacəhrəni bir gün aşsüzən
altmda saxladıq: zavalı quşcığaz o qədər aclıq çəkmişmiş ki, azadlığı üçün əsla
çalışmayıb, ancaq qamını doydururdu. O biri günü ayağma uzun sap bağlayıb
damm içinə buraxıdıq. Quşcığaz yenə də qaçmaq fikrində deyildi. Damm içində,
dəndən tutmuş çörək, qənd qınntılanna kimi nə düşürdü dimdikləyib yeyərdi.
Məmmədağa elə öyrənmişdi ki, ona süd doğraması, südlü aş, firni və qeyri xörək
verdikdə alacəhrə də boşqabm qırağma qonub onunla bərabər yeyərdi. B ir azdan
sonra sapı da ayağmdan açdıq. Buna çox şad idi. Çünki damda sap ilə rahat gəzə
bilmirdi. Həmişə dimdiyi ilə
Dostları ilə paylaş: |