Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə131/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   127   128   129   130   131   132   133   134   ...   140

Kazım  özü  də  bilirdi  ki,  bu  söz  oğlu  tərəfindən  bir  bəhanədir,  çünki  Əlimərdanm 

özü  elmsiz  bir  cavan  idi.  Üç-dörd  il  məktəbdə  oxuyub,  ancaq  ana  dilində  bir  az 

savad  qazanmış  idi.  Hacı  Kazım  oğlunun  bu  barədə  də  sözünü  kəsmək  üçün 

oxumuş  qız  arayırdı.  Həm in  şəhərdə  Hacı  Kazım  ilə  həmsinn  Cəmaləddin  ismidə 

bir  m ülkədar  yaşayırdı.  Cəmaləddin  nəcib  şəxslərin  biri  idi.  Onun  ata-babası  öz 

zamanlarmda  böyük  bir  mülkə  sahib  olmuşdular,  ancaq  knyaz  Cəmaləddinin 

vaxtmda  o  böyük  mülk  tələf  olub,  bir  cüzi  hissəsi  qalmışdı  ki,  onun  ilə  də  knyaz 

özünü  və  övrətini  bir  tövr  ilə  saxlayırdı.  Knyazm   övrəti  Kamilə  xanım  Anatollu 

Tofiq  Paşanm  qızı  idi.  Kamilə  xanımm,  ana  tərəfindən  Cəmaləddinə  qohumluğu 

çatırdı.


Hacı  Kazım  ilə  knyaz  Cəmaləddin  cavanlıqdan  bir-birilə  dost  idilər.  İndi  isə 

dostluqları  daha  da  möhkəmləşmişdi.  Hacı  Kazım  oğlunun,  guya  tərbiyəli  qız 

tapmamaq  səbəbinə  evlənməkdən  baş  qaçırtmasmı  dostu  Cəmaləddinə  söyləmişdi. 

O  da  Əlimərdan  istədiyi  qızı  tapmağa  söz  vermişdi.  Amma  buna  Hacı  Kazımm 

ümidi  yox  idi,  cünki  uşaqdan  böyüyə  kimi  şəhərlərinin  hamı  adamlarmı  tanıyırdı: 

oğlu istədiyi  qız  orada yox  idi,  amma bu xeyir işə bir ittifaq  səbəb  oldu:  üç  gün idi 

ki, Kamilə xanımm bacısı Nəcibə xanım ona qonaq gəlmişdi.  Kamilə və Nəcibədən 

başqa  Tofiq  paşanm  üç  oğlu  və  iki  qızı  da  var  idi.  Bu  böyük  külfəti  ancaq  öz 

təqaüdi ilə dolandırırdı və onlara lazımmca tərbiyə vermişdi.

Kamilə  xanım  atasmm  qocalığım  və  qardaşlarmm  körpəliyini  mülahizə  edib 

Əlimərdana  getməyini  Nəcibəyə  təklif  etdi,  o  da  bu  təklifi  qəbul  etdi.  Atasmm 

razılığma  Kamilənin  şübhəsi  yox  idi.  M əktub  vasitəsilə  yazıb,  Nəcibənin  izinini 

istədi.

Hacı  Kazım  bu  işə  artıq  dərəcədə  şad  idi  və  oğlunun  da  belə  nəcib  şəxslər  ilə 



qohum  olmağa  razı  olmasma  şübhəsi  yox  idi.  Bu  səfər  hacmm  zənni  düz  oldu: 

Əlimərdan bu əmrə  şadlıqla razı oldu.  Tezliklə Nəcibə xanımm atasmdan da razılıq 

məktubu gəldi.  Hacı Kazım çox böyük cah-cəlal ilə oğlunun toyunu etdi.

Nəcibə on yeddi yaşmda qayət,  gözəl bir anatollu qızı idi.  Gözəlliyi dərəcəsində 

də elm və tərbiyə  almışdı.

Nami  qoyulmuş  "Nəcibə'Tiyi  hər  bir  əsərindən  aşkar  olurdu.  Əlimərdan 

Nəcibəni  ürəkdən  sevib  onun  təsir  göstərməyi  ilə  bir  az  müddətdə  cəmi  fəna 

əməllərini bilmərrə tərk etdi.  Bu iki cavanm bir-




biri ilə olan gözəl rəftarı və dolanacaqları  şəhər cavanları üçün dərs olmuşdu.

Tarix  hicrinin  1303-də,  baharm  əvvəlində,  Nəcibədən  hekayəmizin  qəhrəmanı 

Əşrəf təvəllüd etdi.

Əşrəfin  dünyaya  gəlməsi  babası  Hacı  Kazımm  qəflətən  vəfat  etməsinə  səbəb 

oldu.  Belə  ki,  Hacı  Kazımm  Həsən  admda  bir  qoca  xidmətçisi  vardı.  Bu  xidmətçi 

Əlimərdana lələlik etməyinə  görə hamı ona Həsən lələ nami verib  çağırardı.  Həsən 

lələ  Əlimərdanı  çox  istəyirdi  və  onun  böyüyüb,  indi  evli  kişi  olmasmı  əsla  nəzərə 

almayıb,  yenə  də  lələlik  vəzifəsindən  əl  götürməyirdi.  Hacı  Kazım  Həsən  lələyə 

dəmişdi  ki,  hərgah  Əlimərdanm  oğlu  olsa,  ona  da  lələ  olacaqsan.  Bu  da  Həsən 

lələni  nəhayət  dərəcədo  şad  etmişdi.  O  idi  ki,  Həsən  lələ  hamıdan  tez  Nəcibə 

xanımm  oğlan  doğmasmı  bilib  Hacı  Kazıma  müjdə  verməyə  qaçdı.  O  zaman Hacı 

Kazım  bazardan  evə  gəlirdi.  Qapıya  çatdıqda  Həsən  lələ  təngnəfəs  bu  xəbəri  ona 

verdi.  Hacı  Kazımm  bu  şadlıq xəbərindən  ürəyi  çatlayıb  öldü  və  intizarmı  çəkdiyi 

nəvəsini  görmədi.  Bu ittifaq cümləni,  ələlxüsus Həsən lələni məyus edib,  şadlıqdan 

qoydu,  o  özünü bu barədə m üqəssir hesab edib  deyirdi:

Hərgah m ən şadlıq xəbəri ona verməsə idim,  onun bağrı çatlayıb  ölməzdi.

Atasınm  vəfatmdan  sonra  Əlimərdan  ticarət  işini  baş  xadimi  Əzimə  tapşırıb, 

özü gününün çoxunu evdə keçirməyə başladı.

Ə şrəf  böyüyüb,  yaşı  altıya  yaxmlaşdı.  Bu,  çox  gözəl,  sağlam  və  sevimli  bir 

uşaq idi.  Nəcibə xanımm elm tərbiyə verməkdə nə  dərəcədə  qabilə və ustad bir ana 

olmağı  oğlunun  gözəl hüsnü və  əxlaqmdan  görünürdü.  Əşrəf izinsiz heç bir  şeyə  əl 

vurmazdı,  söyüş  kimi  fəna  xasiyyətlər  əsla  onda  yox  idi.  Dili  qayət  şirin  idi.  Sağ 

yanağmda böyük bir xalı  var idi;  gülən zaman bu xal  üzünün  çuxuruna  düşüb,  ona 

xeyli  məlahət  verirdi.  Ata-anası  Əşrəfi  çox  istəyirdi.  H ər  gün  ona  cürbəcür  libas 

geyindirib  gəzdirirdilər.  Atası  onun  üçün  balaca  ikitəkərli  fayton  və  bir  eşşək 

almışdı.  Həsən  lələ  eşşəyi  faytona  qoşub,  gündə  Əşrəfi  şəhərdə  gəzdirərdi.  Şəhər 

əhlinin əksəri onu tanıyıb  əzizlərdi.  Əlimərdan tanışlarma gülə-gülə deyərdi:

Şəhər uşaqları  arasmda mən bir məşhur adam olmuşam;  onlar harada məni 

görsələr,  "Odur Əşrəfin atası gedir",  - deyib, bir-birlərinə  göstərirlər.



Həsən  lələyə  gəldikdə  xalqm  Əşrəfə  böylə  diqqətlə  baxıb  nəzer yetirdiyinə  və 

onu tərif edib,  "Nə  gözəl uşaqdır"!  dediklərinə çox acığı tutardı.

Axırda  birinin  uşağa  gözü  dəyəcəkdir,  -  deyib  Nəcibə  xanıma  şikayət 

edərdi.  O da gülüb  deyərdi:

Göz  dəyməkdən  qorxma,  Həsən  lələ,  onlar  yanlış  sözlərdir,  ancaq  Əşrəfi 

fəna xasiyyətli uşaqlarm yoldaşlığmdan, tərk ədəb əsərlərindən mühafizə et.

Yox,  xanım,  siz  bəd  gözün  təsirinə  inanm...  M ən  çox  ittifaqlar  bilirəm,  - 

deyə Həsən lələ cavab verərdi.

Nəcibə  xanım  Həsən  lələnin  çox  rəhmdil,  saf və  sadə  bir  qoca  olmasmı  nəzərə 

alıb,  onun  köhnə  adətlər  tərəfdarı  olmasmı  adi  bir  təbiət  sayırdı,  ona  görə  də  bu 

barədə  onun  ilə  artıq  bəhs  etməyirdi,  o  idi  ki,  bir  gecə  Əşrəfi  soyunduranda  onun 

boynunda parçaya tikilmiş bir heykəl  görüb  dedi:

Oğlum, bunu kim sənin boynundan asmışdır?

Ə şrəf  dodaqlarmda  təbəssümlə,  iri  və  qara  gözlərini  şivə  ilə  kiçildib,  xeyli 

nəzakətlə dedi:

Heç kəsə deməzsən ki?

Yox,  oğlum, heç kəsə demərəm,  de!

Bunu  Həsən  lələ  asmışdır,  dəmişdir  ki,  heç  kəsə  demə,  bunu  assan  sənə 

göz dəyməz.

Bu,  Nəcibə  xanımm  oğluna  verdiyi  tərbiyəyə  müğayir1  idisə  də,  bir  tərəfdən 

Həsən lolonin  Əşrəfə  olan məhəbbətini və  digər tərəfdən də  onun  "belə  olmasa ona 

göz  dəyər!"  dediyi  ilə  iztirabda  olduğunu nəzərdə tutub,  duanı  oğlunun boynundan 

çıxartmadı.

Atasınm vəfatmdan  sonra Əlimərdanm ticarət işi tənəzzül  etməyə başladı.  Buna 

da ümdə  səbəb o  idi ki,  Əlimərdan dükanda əyləşib,  ticarət etməyi  əsla sevməyirdi. 

Onun  cavan  təbiəti  həmişə  hərəkətdə  olmaq  istəyirdi.  Uşaqlıqda  dənizi  çox  sevib, 

gəmiçiliyi  arzu  edirdi.  Atasınm  sağlığmda  ticarət  işini  irəli  aparmaq  üçün  tez-tez 

İstambula  səfər  edirdi.  Bu  isə  onun  dənizə  məhəbbətini  daha  da  artırardı.  İndi  işi 

belə  görəndə,  əsla  sevmədiyi  xəlçə  alış-verişindən  bilmərrə  əl  çəkib,  arzusunu 

çəkdiyi  gəmiçilik fikrinə düşdü,  ona görə də dükanmm bütün

xzidd



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə