Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə128/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   124   125   126   127   128   129   130   131   ...   140

* * *

Piri  kişi  Qaraca  qızm  Ağca xamm  ilə  gizlin  görüşüb  dostluq  etməsinə  əsla razı 

deyildi,  0   bilirdi  ki,  quduz  bəyzadələrdən  başqa,  qeyrilərini  insan  dərəcəsinə 

qoymayan  Hüseynqulu  ağa  bu  yetim  qızı  arvadmm  acığma  Ağca  xanımm  yanma 

buraxır.  O  biri  tərəfdən Piri  kişi  düşünürdü  ki,  bu  sirr  açıldıqda Pəricahan  xanım 

Qaraca  qızı  qovacaq  Piri  kişinin  bir  də  narazılığı  onda  idi  ki,  Hüseynqulu  ağa 

ziynətli  qaraçı  libası  tikdirib  Qaraca  qıza  geyindirirdi  və  öz  qonaqlıqlarmda 

oynadırdı.

Bunun  üstündə  Piri  kişinin  Hüseynqulu  ağaya  çox  acığı  tuturdu.  Lakin  qızı 

onun  əlindən  almaqdan  aciz  idi.  Piri  kişinin  fikri  yanlış  deyildi  Belə  ki,  bir  dəfə 

Hüseynqulu  ağa böyük  qonaqlıq edib  çox  adam çağırmışdı.  Bu  qonaqlıqda oxuyub 

çalan  dostəsi  də  vardı.  Hüseynqulu  ağa  Qaraca  qızm  dalınca  nökər  göndərdi  ki, 

gəlib  oynasm.  Bu  vaxt  Qaraca  qıza  soyuq  dəydiyinə  görə  yerdə  yatırdı.  Piri  kişi 

qızı  getməyə  qoymadı.  Bu  ittifaqdan  sərxoş  ağa  artıq  dərəcədə  qəzəbnak  olaraq, 

ikinci  dəfə  nökəri  göndərdi  ki,  qızı  yerdən  qaldırıb  gətirsin,  Piri  kişi  əlacsız 

qaldıqda Qaraca qız  qalxıb  qaraçı paltarmı  geydi və  qavalmı  əlinə  alıb yola düşdü.

Qaraca  qızm  özünün  də  oynamağa  meyli  çox  idi.  O,  rəqs  etməyi  olduqca 

severdi.  Odur  ki,  məclisə  mübariz  istəyən  pəhləvan  kimi  atıldı.  Bir  məharətlə 

oynamağa  başladı  ki,  bütün  danışıq  və  səs  kəsildi.  Qaraca  qız  elə  coşmuşdu  ki, 

orada  olan  adamlar  onun  gözündən  itmişdi.  Ancaq 

öz  ustadı  olan  Yasəmən 

gözünün  önündə  durmuşdu.  Birdən  Qaraca  qız  elə bir tərzdə fırlandı  ki,  baxanlarm 

nəzərində  bir  şar  kimi  göründü.  Qəflətən  Qaraca  qız  bir  dizi  üstü  çökərək  əlinin 

birini  qaval ilə yuxarı tutub,  o birini belinə  qoydu.

Rəqsi  belə  bitirmək  Qaraca  qızm  adəti  idi.  Qaraca  qız  qonaqlar  tərəfindən 

gurultulu  alqışlandı.  Sonra  hamı  rica  etdi  ki,  bu  oyunu  bir  də  təkrar  etsin.  Qaraca 

qız  qəbul  etmədi.  Hətta  Hüseynqulu  ağanm  da  sözünə  baxmadı.  Hammm  ümidi 

kəsilmişdi ki,  birdən Ağca xanım  ortaya çıxıb,  çalğıçılara həm in rəqsi  çalmağı  əmr 

etdi.  Hamı  təəccüb  ilə  ona  baxırdı.  Çalğıçılar  çaldılar,  Ağca  xanım  da  oynamağa 

başladı.  Bunun  oynamağı  gözəl  və  qaydalı  idi.  H ər hərəkətindən  məlum  edirdi  ki, 

bu,  Qaraca  qızm  şagirdidir.  Bir-iki  dövrə  vurandan  sonra  Qaraca  qızı  cağırdı,  o  da 

dərhal  sıçrayıb  ortalığa  girdi və hər ikisi




qabaq-qabağa  oynamağa  başladı.  Bu  xəbər  bir  anda  ağalıq  xidmətçilərinə  yayıldı. 

Onlar  dəstə  ilə  yüyürüb  qapmm  ağzmdan  tamaşa  etməyə  başladılar.  Bu  xəbər 

Pəricahan xanıma da çatdı.  O  da tamaşaya  gəldi.  Ancaq o,  qızmm oynamağma əsla 

şad olmayıb  acığmdan bilmirdi ki, nə etsin.

Qızlar  oynamaqlarım  bitirdilər,  hər tərəfdən  onlar  alqışladılar.  Hüseynqulu  ağa 

fərəhlənib  qızmı bağrma basdı.  Bəylər onu tərif edib başmı  sığalladılar.

Bir  azdan  sonra  Pəricahan  xanım  qulluqçusunu  göndərib  Ağca  xanımı  yanma 

çağırtdı.  Hüseynqulu  ağa  duydu  ki,  arvadı  qızmı  tənbeh  etmək  üçün  çağırır.  Bu 

fikir  düz  də  çıxdı.  O  biri  otaqdan  Pəricahan  xanımm  bağırtısı  gəlirdi.  Hüseynqulu 

ağa  səbir  edə  bilməyib  qonaqlardan  üzr  istədi  və  Pəricahan  xanımm  yanm a  gəlib 

gördü ki,  Ağca xanım hönkürtü ilə  ağlayır və Pəricahan xanım da qışqırır:

De  görüm, bu oynamağı  sənə kim öyrətmişdir?

Hüseynqulu ağa dedi:

Buyur,  cavabım m ən verim, bunu Qaraca qız öyrətmişdir.  Sözün nədir?

Qaraca  qız  onu  harada  görürdü  ki,  öyrətsin.  M ən  onunla  görüşməyi 

qadağan etməmişdimmi?

Sən  etmişdin,  lakin  m ən  etməmişdim.  Bu  evin  sahibi  mənəm,  yoxsa  sən? 

Kimin həddi var bundan  sonra mənim əmrimdən çıxsm...

Pəricahan xanım indiyə  qədər ərini bu dərəcədə hirsli  görməmişdi.

İndi ki, belədir,  daha mən bu evdə nə üçün oturmuşam.

Özün  bilərsən,  oturursan-otur,  gedirsən-get.  Bunu  bilm əlisən  ki,  bundan 

sonra m ən öz istədiyim kimi davranacağam.

O  biri  otaqdan  bəylər  onun  səsini  eşitdilər.  Rəhim  bəy  və  Səlim  bəy  onun 

ailəsinə  məhrəm  olduqları  üçün  onları  sakit  etməyə  gəldilər.  Hüseynqulu  ağanı 

çəkib  o  biri  otağa  apardılar.  Bu  itifaqdan  qonaqlar  pərişan  olub  bir-bir  dağılmağa 

başladılar.  Ancaq  Rəhim  bəy  ilə  Səlim  bəy  qaldılar  ki,  ər  ilə  arvadı  barışdırıb, 

getsinlər.  Bunlar  istədiklərinə  çatdılar.  Hüseynqulu  ağanm  hirsi  yatıb  arvadma 

dedi:


Nə üçün razı olmursan Ağca xanım oynasm,  oynamağm nə zərəri var ki?

Səlim bəy dedi:




Pəricahan xanım,  mənim  qızım  Ağca xanım kimi  oynamaq bilsəydi,  onun 

başma  dolanardım.  Amma  nə  etməli  ki,  atası  kimi  şüursuz  çıxıb,  ayaq  atmağı  da 

bilmir.

Rəhim bəy dedi:



Uşaq tayfası Ağca xanım kimi oynamağa,  gülməyə yaranmışdır.

Yoxsa,  mənim qızım kimi  qaradinməzdən nə fayda.

Pəricahan xanım onun sözünü kəsərək dedi:

M ən  dəmirəm  ki,  qızım  oynamaq  bilməsin,  lakin  mən  deyirəm  ki,  Mehdi 

ağanm  nəvəsi  Ağca  xanıma  bir  qaraçı  qızı  ilə  yoldaş  olub,  oturub-durmaq 

yaraşmaz.  Bu ittifaqdan  sonra,  mən Ağca xanımı burada  qoya bilməyəcəyəm.  M ən 

irəliki  kimi  şəhərə  köçəcəyəm  və  qızımı  da  pansiona  verəcəyəm.  Hüseynqulu  ağa 

burada qalsm,  çünki  şəhərdə yaşamağı  sevmir.

Hüseynqulu ağa buna razı oldu.

*  *  *


Sabahısı  günü  Ağca xanım  anası  ilə  şehərə  köçdü.  Yazıq  qızcığaz  istəkli  dostu 

Qaraca  qızla  görüşe  bilmədi.  Ağca  xanımm  şəhərə  koç-məsi  Qaraca  qıza  böyük 

təsir  etdi.  Bir  tərefdən  Ağca  xanımm  aynlıq  həsrətİ,  o  biri  terəfdən  də  onun  ata- 

anasmm  arasma  ədavət  düşməsi  Qaraca  qızı  çox  qəmgin  edirdi.  Onu  şad  edən  bir 

şey  varsa,  o  da  qonaqlıqda  zühur  edən  ittifaqdan  sonra  Hüseynqulu  ağanm 

günlərini dostu  Səlim bəy və Rəhim bəygildə keçirib  öz evində  az  görünməsi idi ki, 

beləliklə  də  Qaraca  qızı  da oynanıağa çağırmırdı.  Bundan elavə  Qara-ca  qız  özü də 

oynamağı tərk etmişdi.  O,  günlərini bağda keçirirdi.  Yoldaşı  da Qara köpək idi.  Bu 

it  Qaraca  qızla  elə  dost  olmuşdu  ki,  yanmdan  iraq  olmaq  istəmirdi.  Qaraca  qız  da 

onu  elə  öyrətmişdi  ki,  hər  istədiyini  edirdi.  Piri  kişi  həmişə  bunları  bir  yerdə 

görəndə  gülüb deyirdi:

- İki  qara yaxşı tapışmısmız.

Bir  ittifaqdan  sonra  Qaraca  qızm  Qara  köpəyə  məhəbbəti  daha  da  artmışdı. 

Belə  ki,  bir  gün  Qaraca  qız  moruq  yığm aq  qəsdi  ilə  cəvərəni  görürüb  meşəyə 

getmişdi.  Qara  köpək  də  yanm da  idi.  Meşə  Hüseynqulu  ağanm  mülkündə  idi. 

Qaraca qız  azmaqdan və meşə heyvan-




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə