Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə126/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   122   123   124   125   126   127   128   129   ...   140

Nə etməli,  səni mənimlə oynamağa qoymurlar.

O  qucağmdakı  nədir,  -  deyə  Ağca  xanım  soruşdu.  Qaraca  qız  xallı  pişiyi 

ona göstərib dedi:

Bu pişik balasmı bu  sabah bağdan tapmışam.

Ah, nə  gözəl pişikdir,  - deyə Ağca xanım köksünü ötürdü.

İstəyirsən,  sənə bağışlayım.

Çox yaxşı,  gətir bu deşikdən ver.

Oraya nə tövr gəlim,  qapıdan gəlsəm,  məni  görərlər və  qoymazlar.

Gör çəpərdən keçə bilərsənmi?

Yaxşı,  görüm keçə  bilərəmmi,  -  deyə  Qaraca  qız  ağacdan  düşüb  çəpərdən 

keçməyə  yol  axtarmağa  başladı.  Gəzərkən  çəpərin  altmdan  su  arxınm  yolunu 

gördü,  bu  deşikdən  Qaraca  qız  xeyli  çətinliklə  evin  dal  həyətinə  çrxdı.  Sonra 

gizlincə  gəlib pəncərənin  qabağma çıxdı.  Ağca xanım sevinə-sevinə dedi:

Haradan keçdin?

Su arxınm deşiyindən.  Al,  gör nə yaxşı pişikdir.

Ağca xamm pişiyi  alıb bağrm a basdı.  Qaraca qız deşikdən içəri baxıb dedi:

Nə  gözəl otaqdır, nə çox yaraq asılmışdır.

Ağca xanım dedi:

M ən buranı  sevmirəm,  özüm də  qorxuram.  Pəncərəni  aça bilsəydim sən də 

gələrdin,  burada  söhbət  edərdik.  Ancaq  onu  yuxarı  qaldırmaq  lazımdır.  M ənim  də 

gücüm çatmır.  Qoy  görüm,  M ariya İvanovna  qapmı  daldan bağlamış ya yox.  Bunu 

deyib Ağca qapmı çəkdi,  qapı  açıldı.

Ah nə yaxşı oldu, tez ol  gəl.

Qaraca  qız  ətrafma  baxa-baxa  cəld  içəri  girdi.  H ər  ikisi  sevinərək  bir-birini 

qucaqladı.  Sonra da şirin söhbət etməyə başladılar.

Bu  vaxt  M ariya  İvanovnanm  oxuduğu  kitab  xeyli  maraqlı  olduğundan  başı 

qarışıb,  Ağca  xanımı  bir  saat  əvəzinə  iki  saat  dustaq  etdiyindən  xəbəri  yox  idi. 

Lakin  bu  unudulmağa  Ağca  xanım  çox  şad  idi.  O,  Qaraca  qızı  vaxtmda  qaçırmaq 

üçün  tez-tez  qapıya  çıxıb  baxırdı  ki,  görsün  mürəbbiyəsi  gəlirmi.  B ir  dəfə  də 

çıxanda  anasmı  yanm da  hazır  gördü.  Bu  ittifaqdan  Ağca  xanımm  rəngi  qaçıb 

bədəninə  titrətmə  düşdü.  Özünü  elı  itirmişdi  ki,  anasmm  sualma  cavab  verə 

bilmirdi.




Pəricahan  xanım  Baba  otağmı  açıq  görüb  fikir  etdi  ki,  Hüseynqulu  ağa  içəridə 

olar,  bu qəsd ilə  oraya  girmək istədikdə Ağca xanım  lap  özünü itirib  onun qabağmı 

kəsdi:

Ana, buraya  girmə,  girmə,  - deyə özü də  ağlamağa başladı.



Pəricahan təəccüblü  ikən M ariya  İvanovna  gəlib  çıxdı  və  ondan  qızmm  dustaq 

olmağmı bildi.  Pəricahan xanım, mürəbbiyə və onlarm arxasmca Ağca xanım otağa 

girdilər.  Pəricahan xanım pişiyi  görüb  soruşdu:

Bundan  ötrümü  qorxdun?  Nə  gözəl  pişikdir,  bunu  saxlamağa  sənə  izin

verirəm.

Ağca  xanım  Qaraca  qızı  içəridə  görməyib  bir  qədər  ürəkləndi,  Qaraca  qız  isə 

divanm  altma  girib  gizlənmişdi.  H ər  üçü  otaqdan  çıxıb  qapmı  bağladılar  və  nahar 

yeməyinə  getdilər.  Qaraca qız qapısı bağlı evdə  qaldı.

Xanımlar  gedəndən  sonra  Qaraca  qız  cəld  divanm  altmdan  çıxıb  qapıya 

yüyürdü  ki,  bir  kəs  gəlməmiş  buradan  getsin.  Lakin  qapmı  daldan  cəftələnmiş 

görüb  məyus  qaldı.  Sonra  pəncərəni  çəkmək  fikrinə  düşdü,  amma  nə  qədər 

çalışdısa,  bir  şey  bacarmadı,  çünki  pəncərənin  yuxarıdan  iki  nazik  dəm ir  mil  ilə 

bağlı  olduğunu  anlamayıb,  ancaq  var  gücü  ilə  yuxarı  qaldırırdı.  Xeyli  çalışdıqdan 

sonra  Qaraca  qız  ümidsiz  divanm  üstündə  oturdu.  O,  xeyli  təşvişdə  idi,  çünki 

bilirdi  ki,  bu  sirrin  üsrü  acılsa,  Pəricahan  xanım  onu  buradan  qovub,  qızma  da 

böyük tənbeh edəcəkdir.  Bir az  oturandan  sonra Qaraca qız yenə pəncərəni  çəkmək 

fikrinə düşdü, bu səfər diqqət yetirdikdə, nəzəri dəm ir millərə  sataşdı,  dərhal  qalxıb 

onları çıxartdı və  sonra pəncərəni çəkməyə başladı.  Pəncərə hərçənd  ağır idi,  amma 

Qaraca qız da qü w ətli idi.  O,  pəncərəni  qaldırıb  altmdan cəftə ilə bənd elədi.  Sonra 

pəncərədən  çıxıb  qapmı  açdı.  Pəncərəni  saldı,  bayıra  çıxıb  qapmı  bağladı,  gəldiyi 

deşikdən bağa girib komalarma getdi.

Bu  vaxt  Ağca  xanım  Qaraca  qız  barəsində  artıq  dərəcədə  iztirabda  idi. 

Boğazmdan  əsla  çörək  getmirdi,  fikri  müdam  Qaraca  qızm  yanm da  idi.  Hətta 

qəsdən  şorbanı  süfrəyə tökdü ki,  bəlkə  onu tənbeh edib yenə Baba otağma  salarlar, 

lakin  bu  hiylə  onu  muradma  çatdırmadı;  çünki  Pəricahan  xanım  qızmm  rəngi 

qaçdığmı  görüb təşvişə düşdü:

Qorxma,  qızım,  eybi  yoxdur,  xörəyi  süfrəyə  qəsdən  dağıtmadm  ki,  özü 

töküldü.  Yoxsa,  qızım,  azarlısan?




Bunu deyib Pəricahan xanım əlini  qızınm  alnma qoydu:

Doğrudan da qızdırman var.  Bir az  şorba iç,  sonra yatacaqsan.

Daha bu  gün heç yerə çıxmayacaqsan.

Bu əhvalatdan Ağca xanım daha da artıq təşvişə düşüb  dedi:

Yox,  ana,  m ən  azarlı  deyiləm.  M əni  yatacaq  otağma  göndərmə. 

Hüseynqulu ağa üzünü arvadma tərəf tutub  dedi:

İndi  sapsağ  qızı  azarlı edəcəksən.

Rica edirəm, mənim tərbiyə verməyimə  qarışmayasan.

Nə üçün, mən ata deyiləm?

Atasan,  ancaq nadansan.  Nadan atadan qız nə tərbiyə  götürə bilər?

Hüseynqulu  ağa  cəld yerindən  qalxıb  acıqlı-acıqlı  yum ruğunu  masaya  elə  bərk 

vurdu ki, boşqablar bir-birinə dəydi:

Sus!  Tezliklə  sənə  göstərərəm  ki,  bu  evin  sahibi  mənəm...  -  Bunu  deyib 

Hüseynqulu  ağa  qabağmdakı  boşqabı  götürüb  yerə  çaxdı  və  hirsli,  yemək 

otağmdan çıxdı.

Get, piyan soldat,  - deyə Pəricahan xanım bağırdı.

Bu hadisədən yazıq Ağca xanım titrəyərək  göz yaşı tökməyə başladı.  Pəricahan 

xanım mürəbbiyəyə dedi:

Bu  qızı  otağma  apar,  soyundurub  rahat  et.  Sonra  geyin,  bəzi  şeylər  almaq 

üçün şəhərə  gedəcəyik.

Dayə Ağca xanımla getdilər.  Pəricahan xanım da öz otağma  getdi.

Bir azdan sonra Pəricahan xanım mürəbbiyə ilə faytona minib yola düşdü.

Anası  gedəndən  sonra  Ağca  xanım  bir  müddət  otaqda  qalıb  pəncərədən  baxdı, 

oradan  dəmiryol  stansiyası  görünürdü.  Vağzal  Hüseynqulu  ağanm  mülkündə 

tikilmişdi.  Hərdənbir Ağca xanım öz mürəbbiyəsi ilə oraya gəzməyə  gedərdi.

Birdən vaqon fit verdi.

Hə,  anamgil  getdi.  Bir  də  axşam  çağı  gələcəklər,  indi  gedim  Qaraca  qızı 

dustaqdan  xilas  edim.  -  Bunu  deyib,  Ağca  xanım  cəld  geyindi  və  çıxıb  Baba 

otağma  tərəf  getdi.  Oraya  yetişdikdə  gördü  ki,  otağm  qapısı  cəftəsizdir.  Yavaşca 

qapmı  açıb  içəri  girdi.  Gördü ki,  atası divanm üstündə uzanıb  sığara çəkir və  ondan 

başqa  da  içəridə  kimsə  yoxdur.  Bu  ittifaqə  Ağca  xanım  həm  şad  oldu  və  həm  də 

təəccüb  etdi.  Bu vaxt atası onu gördü.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə