Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə127/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   123   124   125   126   127   128   129   130   ...   140

Hə,  qızım,  dustaqlıqdan  qaçmısan.  Çox  da  yaxşı  etmisən.  O,  dəli  ananm 

sözlərinə  qulaq asma,  gəl bir az  ata-bala söhbət edək.

Ağca  xanım  atasmm  belə  mehriban  rəftarmdan  istifadə  edərək,  onun  qucağma 

atıldı.  Sonra  başmı  əyib  divanm  altma  baxdı  və  Qaraca  qızı  orada  görməyib  mat 

qaldı.  Hüseynqulu ağa soruşdu:

Qızım,  nə  üçün  mat  qalmısan?  Söhbət  elə  görək  nə  var,  nə  yox.  Ağca 

xanım  soruşdu:

Ata,  sən çoxdanmı buradasan?

Nahardan sonra gəldim,  qızım.

Sən gələndə  qapı  açıq idimi?

Yox,  m ən özüm açdım.  - İçəridə kim vardı?

İçəridə,  bax,  bu  xallı  pişik  vardı,  -  bunu  deyə-deyə  Hüseynqulu  ağa  dal 

tərəfində  qıvrılıb yatmış pişiyi ona göstərdi.  -  Qızım, bundan ötrümü soruşdun?

Ağca xanım pişiyi  alıb  dedi:

Yox,  ata, bundan ötrü soruşmuram.

Bəs kimdən ötrü soruşursan?

Ağca xanım cavab verməyib fikrə  getdi.

Qızım,  nə üçün fikrə  getdin? U şaq atasmdan söz  gizlətməz.

Ağca  xanım  bilirdi  ki,  atası  arvadmm  acığma  Qaraca  qızla  oynamağa  ona  izin 

verər.  Ona görə  sirri  açmaq istədi.  Atasmm boynunu qucaqlayıb  dedi:

Ata,  anama deməzsən ki,  söyləyim.

Demərəm,  qızım,  söylə.

Ağca xanım əhvalatı ona söyləyib  soruşdu:

Ata, bes Qaraca qız buradan necə çıxmışdır.

İndi  mənim Piri  kişi  ilə  işim  var.  Sən  də  mənimlə  gedərsən,  orada  Qaraca 

qız  ilə  oynarsan  və  həm  də  onun  buradan  necə  çıxmasmı  özündən  soruşarsan.  - 

Bunu  deyən  Hüseynqulu  ağa  divanm  üstündən  qalxdı.  Ağca  xanım  şadlığmdan 

bilmirdi ki, nə etsin.

Hüseynqulu  ağa  qızı  ilə  bağı  gəzirkən Piri  kişinin  daxmasma  çatdı.  O  vaxt Piri 

kişi  qapısmda  oturub  səbət  hörürdü.  Qaraca  qız  da  arxda  qabları  yuyub,  daxmaya 

girirdi.  Qaraca  qız  Hüseynqulu  ağanı  görüb  qorxuya  düşdü.  O,  içəridən  döşək 

gətirib  yaşıl  otlarm  üstünə  saldı.  Hüseynqulu  ağa  oturdu  və  üzünü  qızlara  tutub 

dedi:



Siz də  gedin bağda oynaym.

Qaraca  qız  qavalmı  götürüb  Ağca  xanımilə  gəzməyə  və  oynamağa  getdilər. 

Ağca  xanım  və  Qaraca  qız  əl-ələ  verib  bağda  qaçmağa  və  oynamağa  başladılar. 

Ağca  xanım  başma  gələni  Qaraca  qıza  nağıl  etdi,  o  da  Baba  otağmdan  necə 

çıxdığmı ona  söylədi.  Bunlar öz  aralarmda  söz  qoydular ki,  mümkün olduqca Baba 

otağmda  görüşsünlər.  Qaraca  qız  Ağca  xanıma  qaval  çalıb,  mahnı  oxumağı  və 

oynamağı  öyrədirdi.  Axırda  hər  ikisi  göy  otun  üstündə  oturub  söhbət  etməyə 

başladılar.  Ağca xanım bu halda çox şad idi.  Ancaq anasınm bir neçə  saatdan sonra 

qayıtması yadm a düşdükcə ürəyi  sıxılırdı.

Bir azdan  sonra Hüseynqulu  ağa Piri kişi  ilə  gəlib  qızlar oturduğu yerə çıxdılar. 

Bunlar  qızları  götürüb  arı  pətəklərinin  tamaşasma  getdilər.  Qızlar  arılarm 

işləməsinə çox həvəslə baxırdılar.  Piri kişi bir pətəyə çatdıqda dedi:

Bu pətəyin arıları çox vurağandılar,  qızlarım, bunlardan özünüzü gözləyin.

Bir  başqa  pətəyə  çatdıqda  gördülər  ki,  buranm  arıları  pətəyin  ağzmda  qarışqa 

kimi  qaynaşırlar.  Bunu  gördükdə Piri kişi dedi:

Yaxşı  vaxtda  gəlmişik,  bu  saat  buranm  arısı  beçə  verəcəkdir.  -  Sonra 

üzünü  Qaraca  qıza  tərəf  tutub  dedi.  -  Qızım,  qaçaraq  get,  evimizdən  o  gün  sənə 

göstərdiyim ağ torbanı  götür gəl.

Qaraca  qız  yüyürərək  getdi,  bir  azdan  sonra  arılar  pətəkdən  dəstə-dəstə  çıxıb 

uçmağa  başladı.  Piri  kişi  onlarm  dalınca  düşdü.  Axırda  aılar  bir  gilas  ağacınm 

budağma qondular.  Bir dəqiqə keçmədi ki, bir-birinin üstünə  qonaraq üzüm salxımı 

kimi  ağacdan sallandılar.  Bu zaman  Qaraca qız torbanı  gətirdi.  Hamı  ağacm  altmda 

hazır oldu.  Piri kişi Ağca xanıma dedi:

Ağca  xanım,  hər  yuvada  bircə  dişi  arı  olar,  ona  şah  deyərlər.  Bir yuvada 

iki  şah  olanda  dava olur.  Yeni  doğmuş  şah  məcbur olur uçub  başqa yuva  arasm.  O 

vaxt  onun dalına yeni  törəmiş  arılar düşürlər.  Bax,  gör yeni  şahm  qoşunları  onu nə 

cür  əhatə  etmişlər.  İndi  biz  onu  tutub  təzə  arı  səbətinə  salmalıyıq.  Onda  arılar  da 

onun başma cəm olacaqlar.

Bu sözlərdən sonra Piri kişi üzünü Qaraca qıza tərəf tutub  dedi:

Qızım,  çıx ağaca və bu sallanan arıları torbanm içinə  salıb  ağzmı büz.

Qaraca  qız  pişik  kimi  ağaca  dırmaşmağa  başladı.  Ağca  xanım  Piri  kişidən 

soruşdu:


Baba,  o  arılar Qaraca qızı  sancmazlarmı?


Yox, xanım,  armı incitməsən və onlardan qorxmasan adamı  sancmazlar.

Qaraca qız arı dəstəsini torbaya salıb  ağzmı büzdü.  Piri kişi dedi:

İndi,  qızım,  budağı  silkələ,  arılar  torbaya  tökülsün,  ya  da  budağı  smdır, 

torbanm içində  qalsm.

Qaraca  qız  budağı  smdırdı  və  aşağı  endi.  Piri  kişi  torbanı  ondan  aldı.  Hamı 

arılığa gəldi.  Piri kişi torbadakı  arıları bir boş pətəyə boşaltdı.

Ağca xanım,  bu pətəyi  sənin  adma saxlayacağam və balı  da  öz  ixtiyarmda 

olacaqdır.  Haçan könlün bal istədi,  gələrsən,  kəsib verərəm.

Bundan Ağca xanım çox  şad oldu.  Hüseynqulu ağa dedi:

Qızım, bu da sənin ann,  indi  gəl  gedək, bir azdan sonra anan  gələcəkdir.

* * *

Axşam  çağı  Pəricahan  xanım  M ariya  İvanovna  ilə  şəhərdən  gəlib  çıxdı. 



Pəricahan xamm Ağca xanımı çox şad və yanaqlan qızarmış  görüb dedi;

Bax,  qızım,  mənə  qulaq  asıb  evdən  bayıra  çıxmadm,  ona  görə  sağalıb 

rongin özünə  gəldi.  Gör,  qızım,  sənə nə  qəşəng  şeylər gətirmişəm.

Ağca  xanım,  anası  gətirdiyi  gözəl  kuklalara,  başqa  oyun  şeylərino  və  şirin 

yeməli  şeylərə  baxıb  çox  şad  oldu.  Bu  vaxt  Ağca  xanımm  arzu  etdiyi  bir  şey 

vardısa,  o  da  bu  şeyləri  Qaraca  qıza  göstərib  onunla  bölüşmək  idi.  Bu  da  ancaq 

Baba otağmda mümkün idi.

Ağca xanımm təbiəti çox həlim idi,  özü də  sozə baxan bir qız  idi.  Lakin  Qaraca 

qız  ilə  görüşmək  arzusu  onda  o  qədər  artıq  idi  ki,  mürəbbiyəsinin  əmrindən  çıxıb 

tez-tez özünü Baba otağma saldırırdı.

Ağca  xanımm  gündən-günə  sağlam  olmağı  anasmı  nə  qədər  şad  edirdisə,  bir o 

qədər  də  mürəbbiyəsinin  əmrindən  çıxıb  özünə  tənbeh  etdirməyi  onu  qəmgin 

edirdi.  Bu barədə Pəricahan xanım  ərinə  şikayət edəndə,  Hüseynqulu  ağa rişxəndlə 

deyirdi:


İki  böyük  arvad  bir  balaca  uşağı  tərbiyələndirə  bilmirsinizmi.  M ən  sizə 

məsləhət görürəm ki,  onu tez-tez Baba otağma salıb dustaq edəsiniz.

Bu  kimi  hallarda  Hüseynqulu  ağa  qızma  acıqlanıb  Baba  otağma  göndərərdi  və 

gizlin Qaraca qıza xəbər verərdi.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə