Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə123/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   119   120   121   122   123   124   125   126   ...   140

çox  çəkmədi  ki,  yenə  zingildəyə-zingildəyə  geri  qayıtdılar.  Onlardan  bir-ikisi 

yaralanmışdı.  Bu halda ovçular bayırdan:

Axtar  bas,  Xalı  bas,  Gümüş  bas,  -  deyə  qısqırtdılar.  İtlər  cürətlənib  yenə 

özlərini  içəri  soxdular  və  ayı  ilə  tutaşdılar.  Ayı  bir  müddət  onlar  ilə  boğuşandan 

sonra  mağaradan  sıçrayıb  çıxdı.  Bu  halda  üç  güllə  birdən  onun  üzərinə  açıldı. 

Bunlarm  zərbindən  biçarə  ayı  boğanaqdan  yıxılan  ağac  kimi,  yerə  sərildi. 

Ovçularm biri:

Afərin,  mənim gülləm.

Xeyr, Hüseynqulu ağa,  səhv edirsən,  aymı öldürən mənim gülləmdir. 

Bağışla,  Səlim  bəy,  m ən  aymı  başmdan  atmışam,  yəqin  ki,  onu  yıxan 

mənim gülləmdir.

Səbir  edin,  əzizlərim.  Bu  saat  məlum  olar,  -  bunu  deyib,  əvvəlki  adam 

atdan  düşdü  və  nökərlərin  köməyilə  ayınm  cəmdəyini  o  yan-bu  yana  çevirib 

diqqətlə baxmağa başladı:

Əzizlərim,  heç bəhs etməyin,  üçümüzün  də  gülləsi  ayıya dəymişdir.  Sonra 

üzünü nokərlərinə tərəf tutub  dedi:

Cəld  aymm  dərisini  soyun,  Rəhim  bəy,  sənə  demədimmi  ki,  ayısız  bu 

ovdan  qayıtmayacağam.  Elə  öz  meşəni  tərif  edib  məni  məsxərə  edirdin  ki,  sizin 

meşənizdə dovşan da tapılmaz.  Bəs bu nədir?

Bu halda Rəhim bəy  ayıya diqqət ilə baxıb  dedi:

Yenə  də,  Hüseynqulu  ağa,  öz  fikrimdə  möhkəm  durmuşam.  Bu  ayı  meşə 

ayısı deyil.  Əldə bəslənmiş  ayıdır.

Elə iş ola bilməz.  Onu haradan bildin?

Budur,  bax,  aymm boyun tüklərini zəncir aparmışdır.  Səlim bəy,  doğrumu 

deyirəm?

Səlim  bəy  baxıb  Rəhim bəyin  sözünü  təsdiq etdi.  Bundan  sonra bəylər  qaqqıltı 

ilə  gülməyə  başladılar.  Hüsenqulu  ağa  əvvəl  dostlarmdan  sözünü  zarafat  hesab 

etdi,  amma  sonra  özü  də  diqqət  ilə  baxdıqda  şəkkə  düşdü.  Bu  halda  ov  tulalarma 

qoşulmuş  Qara köpək mağaraya  girdi,  bunun dalınca başqa itlər də  getdilər və yenə 

içəridə hürüşmə başlandı.  Bunu gördükdə Hüseynqulu ağa dedi:

Deyəsən,  mağarada yenə  ayı var.

Bəylər tüfənglərini  hazırlayıb  mağaranm  ağzmı  kəsdilər.  Bu zaman  qara köpək 

Qaraca  qızm  ayağmdan  tutub  itlərin  arasmdan  sürüyə-sürüyə  mağaradan  bayıra 

çıxartdı.  Bəylər bunu  gördükdə  təəccüb  edib  heyrətdə  qaldılar.  Qara köpək  Qaraca 

qızı buraxdı,  amma o, hərəkətsiz



qalıb  ayağa  qalxmadı.  Bəylər  Qaraca  qızm  üstünü  aldılar.  O,  zəif  bir  hal  ilə 

gözlərini  açdı;  lakin harada olduğunu anlamadı.  Hüsenqulu  ağa ondan soruşdu:

Qız,  sən kimsən?  Bu mağarada nə  qayınrdm?

Qaraca qız cavab vermədi.  Rəhim bəy  dedi:

Hüsenqulu  ağa,  gormürsənmi  ki,  qız  hələ  lazımmca  özünə  gəlməmişdir. 

Nə  sual  edirsən.  M ən  əhvalatı  onsuz  da  anlayıram.  Qızm  sifətindən  və  libasmdan 

qaraçı  qızı  olduğunu  duymursanmı?  Bu  ov  etdiyimiz  ayı  da  əldə  bəslənmiş  qaraçı 

ayısıdır.  Ancaq sahibi harada qalmış, burası mənim üçün  aşkar deyildir.

Səlim bəy  qıza diqqətlə baxıb dedi:

Hə,  bu  qızı  m ən  görmüşəm.  M əşhur  oxuyan  və  oynayan  Qaraca  qızdır, 

sahibi  də  qaraçı  Yusifdir.  Üç  ay  bundan  qabaq  ona  nə  qədər  pul  və  xələt  vəd 

etdimsə  də,  bu  qızı  mənə  satmadı,  indi  yaxşı  əlimə  düşübdür.  Siz  öləsiniz  gündə 

qonaqlıq edib  sizə böyük kef verəcəyəm.

Hüseynqulu ağa bunu eşitdikdə dedi:

Demək,  o  kefi  mən  verə  bilmərəm?  Əslinə  baxsan,  qız  mənə  çatar,  çünki 

mənim köpəyim tapmışdır.

Bəylərin arasmda bəhs düşdü.  Səlim bəy  dedi:

Hüseynqulu  ağa,  özün yaxşıca bilirsən ki,  arvadm Pəricahan xanım  qaraçı 

qızmı evinə  qoymaz, nə üçün bəhs edirsən?

Nə  üçün  qoymur?  Ev  sahibi  odur,  yoxsa  mən?  Bundan  əlavə  qızı  Piri 

kişiyə verəcəyəm ki,  o  saxlasin.

Bəylər buna razı  oldular.  Hüseynqulu  ağa  qızı nökərlərinə tapşırdı.  Bəylər yenə 

ov  etməyə  başladılar,  lakin  dörd  saata  qədər  meşəni  dolanıb  bir  tülkü  və  üç 

dovşandan  başqa  əllərinə  bir  ov  keçirə  bilmədilər.  Ona  görə  ovu  tərk  edib  yola 

düşdülər.

Qaraca  qız  özünə  gəlib  yol  uzunu  başıa  gələn  əhvalatı  alayarımçıq  nağıl  etdi. 

Hüseynqulu ağa onun atasız yetim  olduğunu eşidib dedi:

Çox  gözəl oldu,  indü heç kəs  qızı məndən ala bilməz.

*  *  *

Axşam  vaxtı  Hüseynqulu  ağa  öz  dostları  Rəhim  bəy  və  Səlim  bəy  ilə  bərabər 



evlərinə  gəldilər.  İtlərin  hürməyi,  ovçularm  səsləri,  nökər  və  mehtərlərin  qışqırığı 

bir-birinə  qarışmışdı.  Ağca xanım bu  səs-




küyə mürəbbiyəsindən izinsiz  bayıra çıxdı.  Kənarda durmuş  Qaraca  qızı  görüb  ona 

yaxmlaşdı.  Qaraca  qız  və  Ağca  xanım  nəzərlərini  bir-birinə  salıb  bir  müddət 

diqqətlə  baxışdılar.  Bu  iki  uşağm  arasmda  böyük  fərq  vardı:  Birinin  ata-anası 

bəyzadə,  o  birisininki  isə  yoxsul  idi.  Biri  zəif,  zərif,  hər  bir  işdə  özgəyə  möhtac 

olduğu  halda,  o  biri  polad  kimi  sağlam  bədənli,  az  yaşm da  çox  görümş,  öz 

zəhmətilə  məişət  edən bir uşaq  idi.  Birinin baxışı  sanki  özgələri  köməyə,  o  birinin 

nəzəri isə hammı  qovğaya çağırırdı.

Ağca xanım zərif əlini  Qaraca  qıza uzatdı,  o  da kobud barmaqları  ilə  onun əlini 

sıxdı.  Ağca xanım bu sıxmağa davam etməyib  qışqırdı,  sonra güldü.

Bir az çəkmədi ki,  şirin söhbətə başladılar.  Bu vaxt Hüseynqulu ağa  Qaraca qızı 

unudub  otaqda  bəylər  ilə  ov  bəhsinə  girişmişdi.  Ağca  xanım  ilə  Qaraca  qızm 

söhbəti  çox  çəkmədi.  Pəricahan  xanım  otağmdan  həyətə  endi  və  qızmı  Qaraca  qız 

ilə  söhbət edən görüb çox bərk  acıqlandı və mürəbbiyəsini çağırıb dedi:

Nə  üçün  öz  vəzifənizi  unudursunuz,  xanım?  Baxm,  tərbiyə  verdiyiniz  qız 

kiminlə dostluq etmişdir.  Otağma aparm.  Bu gecə  şamsız  qalacaqdır.

Mürəbbiyə,  gözü yaşlı  Ağca  xanımm  əlindən tutub  otağma  apardı.  Qaraca  qıza 

da  Pəricahan  xanım  -  dalımca  gəl,  qaraçı  qızı,  -  deyib  Hüseynqulu  ağanm  otağma 

apardı və rişxənd ilə dedi:

Bu  şahzadə  qızım  haradan  tapıb  gətirmisən.  Qızm  ilə  tanış  olub  çox  şirin 

söhbət edirdilər.

Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi:

Pəricahan,  qızma  yazığm   gəlsin,  gör  yoldaşsızlıq,  onu  nə  hala  salmışdır. 

Qoy  bu  qız  ilə  oynasm,  atlansm,  qol-qanadı  açılsm,  bədəni  bərkisin,  kefi  açılsm. 

Bu qız  qaraçı  qızı deyildir və olsa da nə eybi vardır.

Xanımm yanm da qaravaşı olm azm ı?!  Mürəbbiyəsi yanm da olacaqdır.

Bir pis iş edərlərsə, tərbiyə edib  qoymaz.

Bu sözlər Pəricahan xanıma əsla təsir etmədi:

Sən  mənə  söz  vermişdin  ki,  tərbiyə  məsələsinə  qarışmayacaqsan.  İndi  nə 

üçün sözündə davam etmirsən? Bu qız buradan gedəsidir,  artıq söz lazım deyil. 

Xeyr, bu qız burada qalasıdır,  - deyə Hüseynqulu səsini ucaltdı.

Sənə  deyirəm,  bu  qız  bu  saat  buradan  gedəsidir.  Yoxsa,  mən  burada 

qalmaram,  - deyə Pəricahan xanım qəzəbləndi.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə