Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə125/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   121   122   123   124   125   126   127   128   ...   140

Afərin,  Qaraca köpəyim!  Baba,  gördünmü?

Görürəm,  qızım,  və  çox  da  təəccüb  edirəm.  Qara  köpək  indiyə  qədər 

məndən başqasmm əmrinə tabe olmamışdı.  İndi isə hətta cəvərəni də  aparır.

Hələ bu nədir ki, baba,  gor ona qədər öyrədəcəyəm.  M ən qaraçı dəstəsində 

olan  zaman  aymı,  m eymunu  və  qeyri  heyvanları  öyrədəndə  görmüşəm,  ancaq, 

baba,  heyvanı  əzizləyə-əzizləyə  öyrətməlidir,  yoxsa,  döymək  ilə  bir  şey  olmaz. 

Amma qorxutmağm eybi yoxdur.

Bax,  Y usif aymı doydü,  o da onu parçaladı.

Piri kişi Qaraca qızm əhvalatmı balaca eşitmişdi.

İndi  isə  Qaraca  qızm  kim  olduğunu,  bu  vaxta  qədər necə  yaşadığmı  ona  ətraflı 

nağıl etdirdi.  Qaraca  qızm ürək yandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli  qəmgin 

oldu və ürəyində bu yetim uşağa məhəbbəti  artdı.

Səhərin  saf  və  gözəl  havası,  kollarm  və  meyvələrin  ətri,  quşlarm  nəğmələri 

insana zövq-səfa verirdi.  Belə təbiət içində yaşamış Piri  kişiyə baxanda  adam onun 

yetmiş yaşm da olduğuna inanmırdı.

Onlar  gəlib  almalığa  çatdılar.  Qırmızı  ətirli  almaları  gördükdə,  Qaraca  qızm 

gözləri parladı.

Baba, nə  gözəl  almalardır.

Qızım,  bağımızda  hər  cür  meyvə  var,  dərib  yeməyi  qadağan  etmirəm, 

ancaq ac  qarma yeməyəsən, yoxsa  azarlarsan.  İndi  sən  ağaca çıx,  almaları dər,  mən 

də  səbətə yığım.

Qaraca  qız  tez  ağaca  dırmaşdı,  almaları  dərib  yere  tökməyə  başladı.  Ağzmı  da 

bikar qoymurdu.  Bir azdan sonra Piri baba dedi:

Qızım,  daha bəsdir,  düş  gedək bir qədər armud, üzüm və hulu yığaq.

Qaraca  qız  düşdü.  Almalardan  cəvərəninə  qoyub  yenə  Qara  köpəyin  boynuna 

asdı.  Armudluğa  gedərkən  birdən  Qara  köpək  cəvərəni  yerə  atıb  ildırım  kimi 

götürüldü.  Qaraca  qız  tökülmüş  almaları  yığarkən  baxıb  gördü  ki,  bir balaca  pişik 

qaçır,  Qara  köpək  də  istəyir  onu  tutsun.  Bunu  görcək  Qaraca  qız  cəld  qalxıb 

yüyürə-yüyürə  Qara  köpəyi  geri  çağırdı.  Lakin  nə  qədər  qışqırdısa  o,  pişikdən  əl 

çəkmədi.  Piri  baba  da  çağırdı,  Qara  köpək  onun  da  sözünə  qulaq  asmadı.  Qara 

köpək  az  qalmışdı  ki,  onu  tutsun  pişik  cəld  armud  ağacma  dırmaşıb  özünü  qızmış 

köpəkdən  xilas  edə  bildi.  Qaraca  qız  bu  işdən  xeyli  şad  olub,  əllərini  bir-birinə 

vura-vura qaqqıltı ilə  gülməyə başladı.



Dızz,  Qara  köpək,  dızz,  necəsən,  tuta  bildinmi,  -  deyə  Qara köpəyə  yanıq

verdi.


Qara  köpək  isə  işi  belə  gördükdə  ağacm  dibində  elə  həşir  etməyə  başladı  ki, 

sanki bu  saat pişiyi  səsi ilə  qorxudub yerə  salacaqdı.  Yızıq pişik hərçəndi hündürdə 

idi  və  əl  çatan  yerdə  deyildi,  lakin  bununla  belə  titrəyə-titrəyə  gözlərini  Qara 

köpəkdən çəkə  bilmirdi.  Qaraca  qız  özünü  ağaca yetirib  dırmaşmağa başladı.  Pişik 

onu  görüb  oturduğu budaqdan yuxarı  çıxmadı.  Qaraca  qız  ona yaxmlaşıb  gördü ki, 

xallıca  gözəl  bir  pişik  balasıdır.  Piri  kişi  də  Qaraca  qızm  almalarmı  cəvərənə 

doldurub  armud  ağacınm  dibinə  gəldi.  Bu  halda  Qara  köpək  bir  qədər  sakit 

olmuşdu.  Amma yenə də  gözləri  ağacda idi.

Baba, bax, nə  gözəl pişik baiasıdır, bunu aparıb  evimizdə  saxlayacayam.

Çox yaxşı,  qızım,  apar.  İndi o,  armudları da dər,  sonra düş.

Qaraca qız  armudları dərib, pişiyi  qucağma alaraq yerə düşdü.

Qara  köpək  ə w ə l  bir  qədər  özünü  rahatsız  saxladı,  sonra  Qaraca  qızm  səyilə 

bilmərrə  sakit  oldu  və  axırda  pişiyə  də  dəyməyib  onunla  dostluq  binasmı  qoydu. 

M eyvələr hazır olduqda Piri baba dedi:

İndi bunları  ağalığa  aparmaq lazımdır.  Qapıya kimi mənə kömək et,  sonra 

mən özüm apararam.

Baba, məgər mən ağalığa gedə bilmərəm?

Yox,  qızım,  getsən  Pəricahan  xanıma  xoş  gəlməz,  elə  bilər  ki,  onun 

əmrindən çıxırıq.

Qaraca  qız  Piri  kisini  bağm  qapısma  kimi  ötürüb  öz  xal-xal  pişiyini  qucağma 

aldı,  bağı  gəzməyə  başladı.  Çəpərin  qırağı  ilə  gedərkən,  Qaraca  qız  gördü ki,  Ağca 

xanım  da  mürəbbiyəsi  ilə  skamyanm  üstündə  oturub  kitab  oxuyur.  Görünürdü  ki, 

Ağca  xanım  kitabı  fikirlə  oxumur  və  oxuduğunu  da  sevmirdi.  Bu  halda  bir  gözəl 

kəpənək  gəlib  Ağca  xanım  oturduğu  skamyanm  üstünə  qondu.  Ağca  xanım 

gizlincə kəpənəyi tutmaq istədisə  də lakin tuta bilmədi.  Bunu mürəbbiyə  görüb  çox 

acığı tutdu və hirsli Ağca xanımm əlindən tutub evə  apardı.

Qaraca qız bir müddət dayandı ki,  görsün Ağca xanım yenə bağçaya çıxacaqmı. 

Bir  azdan  sonra  mürəbbiyə  yalnızca  gəlib  skamyanm  üstündə  əyləşdi  və  kitab 

oxumağa  məşğul  oldu.  Qaraca  qız  duydu  ki,  o,  Ağca xanımı  evə  salıb  dustaq  etdi. 

Bu  işdən  rəhmdil  Qaraca  qızm  nə  qədər  Ağca  xanıma  ürəyi  yanıb  yazığı  gəldisə, 

bir o  qədər də mürəbbiyəyə düşmənçiliyi  artdı.



Ağalıq  evi  təzə  qayda  ilə  tikilmiş  iki  mərtəbə  gen-bol  bir  imarət  idi.  Bundan 

başqa  evin  baş  tərəfində  üç  balaca  otaqdan  ibarət  bir  qədim  tikili  də  vardı.  Bu, 

Hüseynqulu  ağanm  babasmdan  qalma  köhnə  bir  imarət  idi.  Bu  evin  pəncərələri 

xırda və  rəngbərəng  şüşələrdən  ibarət idi.  Bu  evlərdə  heç kəs  olmurdu.  Həmişə  iki 

otağm  ağzı  bağlı  olardı.  Orada Hüseynqulu  ağanm  babasmdan  qalma  əntiq  şeyləri 

saxlanırdı.  Ancaq  üçüncü  otaq  qədim  yaraqlar  və  zinətli  şeylərlə  bəzənib 

Hüseynqulu  ağa  üçün  açıq  saxlanırdı.  Burada  Hüseynqulu  ağa  nahardan  sonra 

uzanıb  bir  az  rahatlıq  edərdi.  Bu  otağm  bircə  dənə  pəncərəsi  vardı,  o  da  qeyri 

pəncərələr  kimi  yana  açılmayıb,  yuxarı  çəkilirdi.  Onun  xırdaca  və  rəngbərəng 

şüşələri  içəriyə  bir o  qədər işm buraxmazdı,  ona  görə  də  otağm  içi  qaranlıq idi.  Bu 

otaq ağalıqda  "Baba otağı"  adı ilə m əhşur idi.  Axır vaxtlarda Ağca xanım m üqəssir 

olduqda,  onu  tənbeh  üçün  bu  otağa  salırdılar.  Qaraca  qız  çəpər  uzunu  gəlib,  evin 

başma çatdıqda  gözləri  nağıl  etdiyimiz  Baba  otağma  sataşdı.  Pəncərənin  abı,  yasıl, 

qırmızı,  Sarı və  qeyri rəngli  şüşələri  Qaraca  qızm diqqətini  cəlb  etdi.  Çəpər hündür 

olduğundan Qaraca  qız bu otağı yaxşı  görə bilmirdi,  ona görə də bir ağaca çıxdı ki, 

oradan  baxsm.  Bunu  Ağca  xanım  içəridən  görürdü.  Barmağı  ilə  şüşəni  döydü  ki, 

özünün  orada  olduğunu  Qaraca  qıza  bildirsin;  birdən  şüşə  cingilti  ilə  smıb  yerə 

töküldü.  Bundan  hər  ikisi  qorxuya  düşdü.  Qaraca  qız  ağacdan  yerə  düşmədisə  də, 

yarpaqlarm  qalm  yerində  özünü  gizlətdi.  B ir  azdan  sonra  Ağca  xanım  sman 

şüşənin  yerindən  baxıb  yavaşcadan  Qaraca  qızı  çağırdı.  O  da  özünü  ona  göstərib 

dedi:

Ağca xanım,  səni orada mürəbbiyənmi dustaq eləmiş?



Bəli,  onu sən haradan bildin?

M ən  bayaq  çəpərin  arasmdan  güllü  bağçaya  baxırdım,  sən  də  kitab 

oxuyurdun.  İstəyirdin kəpənəyi tutasan, m ürəbbiyənin sənə  acığı tutdu,  dustaq etdi.

Doğru  deyirsən,  anamm və  mürəbbiyəm M ariya İvanovanm  acığı  tutanda, 

məni  buraya  salırlar.  Ah,  sən  nə  xoşbəxt  uşaqsan.  M ənim  kimi  dustaq  olmayıb 

özün üçün bağda azad  gəzirsən.

Sən də həmişə dustaq olmursan ki,  qeyri vaxtlarda mənim kimi  gəzirsən.

Yox,  məni  heç  kəs  ilə  oynamağa  qoymurlar,  gəzəndə  həmişə  M ariya 

İvanovna yanımda olur.  M ən onunla gəzməyi  sevmirəm.

Qaraca qız dedi:




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə