Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə121/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   117   118   119   120   121   122   123   124   ...   140

Yasəmən  Qaraca  qızı  ərinə  söz  verdiyi  kimi,  yaxşı  geyindirib  oxumaq  və 

oynamaq  öyrətmişdi.  Tamaşaçılar  Qaraca  qızm  gözel  səsinə  və  oynamasma 

təəccüb  edib  heyrətdə  qalırdılar.  Qaraca  qız  balaca  qavalım  açıb  tamaşaçılara tərəf 

tutanda,  dərhal  onun içi pul  ilə  dolurdu.  Bu isə  Yasəməni  artıq  şad  edirdi.  Y usif bu 

barədə  arvadmdan və  Qaraca qızdan razı idisə  də, yenə xasiyyətinin pisliyindən hər 

ikisini çox incidərdi.

Qaraca  qızm təbiətində  inadcıllıq vardı.  Bu xasiyyətinə  görə  Yusifdən nə  qədər 

kötək yeyirdisə  də,  yenə  tərsliyindən  əl  götürməzdi.  Qaraca  qız,  ancaq  Yasəmənin 

sözündən çıxmazdı,  çünki  Yasəmən onunla mehriban dolanırdı.  Y usif Qaraca qızm 

tərsliyinə təəccüb edib  arvadma deyərdi:

Bu  zorbalıqda  ayı  mənim  qamçımm  qorxusundan  hər  cür  oyun  çıxarır, 

amma bu balacalıqda qızm əlində  aciz  qalmışam.

Yasəmən ona belə cavab verərdi:

Bunun  səbəbi  odur  ki,  ayı  heyvandır,  bu  isə  insandır.  Heyvanla  edilən 

rəftar  insanla  edilməz.  Heyvana  yoğun  çubuq  lazımsa,  insana  mehriban  rəftar, 

mülayim  söz lazımdır.

Yusif arvadmm bu dogru sözünə inanmayıb deyərdı:

Yox,  bu  səbəb  deyildir,  sən  olmasan,  m ən  onu  iki  günün  ərzində  mum 

kimi edərəm.

Ərlə  arvadm  arasmda  olan  belə  söhbətin nəticəsi  o  olardı  ki,  Y usif Qaraca  qızı 

daha  da  artıq  kötəklərdi.  Qaraca  qız  bu  zülm dən  xilas  olmaq  üçün  neçə  dəfə 

qaçmaq fikrinə düşmüşsə də,  lakin  qaçmağa heç vəhclə imkan tapa bilməmişdi.

*  *  *

İki  ildən  artıq  idi  ki,  Qaraca  qız  qaraçı  dəstəsində  yaşayıb,  mahnı  oxumağı  və 



oynamağı  ilə  ətrafda  m əşhur  olmuşdu.  Y usif  Qaraca  qızı  çox  incidəndə  Yasəmən 

onu qorxudub  deyərdi:

Bu zavallı  qıza nə  çox  əziyyət verirsən.  Axır təngə  gəlib  qaçar və  sənin də 

əlin belə böyük mənfəətdən çıxar.

Bu  sözlər  həmişə  Yusifə  təsir  edib,  Qaraca  qızı  döyməkdən  bir  müddət 

çəkinərdi.




*  *  *

Yaym  orta  ayı  idi.  Gütıün  istisindən  insanlar,  heyvanlar və  quşlar kölgə  yer və 

sərin  su  arayırdı.  Qaraçı  dəstəsi  bir dağ üzərindən  axan  çaym kənarmda çadırlarmı 

qurub mənzil etmişdi.

Günorta  vaxtı  idi.  Qaraçılar  hərəsi  bir  işə  məşğul  idi.  Y usif  ayısmı  götürüb 

yaxm kəndə  getmişdi.  Yasəmən çaym  qırağmda  su  qızrıdıb paltar yuyurdu.  Qaraca 

qız  da  çayda  çimirdi.  Çay  dağ  döşündən  gəldiyinə  görə  xeyli  iti  və  xarıldaya- 

xanldaya axırdı;  amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi.

Yasəmən  paltarı  yuyub  kollarm  üstünə  qurmaq  üçün  sərmişdi.  Özü  də  başmı 

yumaq fikri  ilə  qara,  uzun  saçlarmı  hörükdən  açıb  döşünə  tökdü.  Yasəmən  Qaraca 

qızı  səslədi  ki,  gəlib  onun başma  su töksün.  Qaraca  qız  iki  arşm  ucalıqdan tökülən 

şəlalənin  altmda durub  çimdiyinə  görə  Yasəmənin  səsini  eşitmədi.  Bir  azdan  sonra 

Yasəmən  yenə  Qaraca  qızı  çağırdı.  Bu  dəfə  də  cavab  almadı.  Yasəmən  saçlarmı 

döşündən  yığıb  belinə  atdı.  Bu  halda  qulağma  çay  tərəfindən  sel  gurultusu  gəldi. 

Bunu  eşitcək  Yasəmən  dik  atılıb  çaya  tərəf yüyürdü.  O  vaxt  Qaraca  qız  şəlalənin 

altmda  idi.  Yasəmən  çaym  yuxarısmdan  daşları  və  kolları  yumalaya-yumalaya, 

gurultu  və  nərilti  ilə  gələn  seli  görüb  var  gücü  ilə  qışqırdı:  -  Qızım,  tez  ol  qaç,  sel 

gəhr.


Qaraca  qız  Yasəmənin  səsini  eşidib,  şalələnin  altmdan  çıxdı,  ancaq  bir  neçə 

addım  atmamışdı  ki,  sel  onun  üstünü  cəllad  kimi  aldı.  Yasəmən  işi  belə  gördükdə 

alıcı  quş  kimi  özünü  çaya  atdı.  Yasəmən  özünü  Qaraca  qıza  yetirincə  sel  qızı 

götürdü  və  bir  neçə  saniyə  suda  itirdi.  Bir  azdan  sonra  qızm  başı  göründü. 

Yasəmən  özü  də  bir  neçə  dəfə  suya  batıb  çıxandan  sonra,  üzüb  Qaraca  qıza  çatdı 

və  saçlarmdan  tutub  çiyninə  atdı.  Hərçəndi  Yasəmən  çox  üzücü  idi.  Amma  bu  iti 

axan,  daşları  və  boyük  kolları  yumalayan  seldə  üzm ək  mümkün  deyildi.  Qaraçılar 

Yasəmənin  qışqırığmı  eşidib  köməyə  töküldülər.  Sel  getdikcə  artırdı.  Axırda  sel 

bunları  bir  böyük  daşa  çırpdı.  Qaraca  qız  Yasəmənin  əlindən  çıxıb  daşm  üstündə 

qaldı.  Amma  Yasəməni  sel  götürüb  üzüaşağı  axıtdı.  Qaraçılar  çaya  tökülüb  hər 

ikisini  sudan çıxartdılar.  Onlarm ikisi də bihuş  qalıb yerə  sərilmişdi,  üzlərinin rəngi 

ölü  rəngi  kimi  idi.  Qaraçılar  xeyli  çalışdıqdan  sonra  hər  ikisini  huşa  gətirdilər. 

Qaraca qızm bədəni daşlara dəyib bir neçə yerdən qaral-



mışdı,  amma  qorxusu  yox  idi.  Zavallı  Yasəmənə  gəldikdə  başı  bir  neçə  yerdən 

yaralanmışdı.  Lakin  rəhmdil  arvad  özünə  gələn  kimi  yaralarmı  unudub,  tez  zəif 

səslə  Qaraca  qızı  soruşdu.  Qaraçılardan  biri  Qaraca  qızı  qucağma  götürüb 

Yasəmənə  göstərdi.

Bax,  Yasəmən, budur,  Qaraca qız  sağdır.  Arxaym ol.

Yasəmən bir qədər ona baxdı,  sonra yenə bihuş olub  gözləri yumuldu.  Qaraçılar 

Yasəmənin yaralarmı bağlayıb,  Qaraca  qız  ilə bir yerdə  çadırlarma  apardılar və hər 

ikisinə yer salıb rahat etdilər.

Axşam  çağı  Y usif  gəlib  evə  çıxdı  və  yoldaşlarmdan  bu  xəbəri  eşidib  çox 

qəzəbləndi və dedi:

M ən  bilirdim  ki,  bu  uçuqdan  çıxmış  qız  axırda  bizim  başımıza  bir  bəla 

gətirəcəkdir.

Qaraçılar Yusifi  sakit edib dedilər:

Qorxma,  heç  bir  şey  olmaz.  İndi  onlara  rahatlıq  lazımdır,  durum  bayıra 

çıxaq,  səs-küy  olmasm.  Burada  yalnız  Yasəmənin  dostu  Hüsniyyə  qalar,  ona 

qulluq edər.

Qaraçılarm  hamısı  Y usif  ilə  bərabər  bayıra  çıxdılar.  Çadırda  ancaq  Hüsniyyə 

qaldı.


Qaraca  qız tamam  gecəni  ufultu və zarıltı  ilə  keçirib  sübhə yaxm  yuxuya  getdi. 

Amma  Yasəmən  qızdırma  içində  bir  dəqiqə  rahat  olmadı.  Vəfalı  Hüsniyyə 

rəfiqəsinin yanm ı  kəsdirib  sübhə  qədər  gözlərini  yummadı.  Yasəmənin  qızdırması 

getdikcə  artırdı.  Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı.

Yazıq  Yasəmən  qızdırmanm  təsirindən  tora  düşmüş  quş  kimi  yerində 

çapalayırdı.  Onun gozləri həmişə yumulu idi.

Gecə  yağış yağdığm a  görə  səhərin  havası  çox  saf və  təmiz  idi.  Dünənki  bəlanı 

törədən  çaylağm  suyu  indi  enib  əvvəlki  həddinə  düşmüşdü.  Onun  həzin  şınltısı, 

quşlarm  cəh-cəh  və  nəğməsinə  qarışmışdı.  Qaraca  qızm  sevgili  şəlaləsi  günəşin 

qırmızı  şöləsindən  parlayırdı.  Axırda  Yasəmən  gözlərini  açdı.  Biçarənin  lalə  kimi 

yanaqları  solub  zanbağ  rənginə  dönmüşdü.  Yasəmən  Hüsniyyəni  tanıdı.  Z əif səslə 

ona dedi:

Hüsniyyə,  Y usif haradadır?

Bayırdadır, bacım,  çağırımmı?

Çağır, hammı çağır...  ölürəm...

Qorxma,  bacım,  ölməzsən.  Bu  gün haradan  olmuş  olsa,  sənin üçün  həkim 

tapıb  gətirəcəyəm.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə