Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə118/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   114   115   116   117   118   119   120   121   ...   140

Nurəddin qaçmaq istədikdə,  dilənçi onun əlindən tutub  qoymadı.

Ağılsız,  nə  etmək  istəyirsən?  Elə  yaramaz.  Qorxma,  o  səni  bu  paltarda 

tanıya bilməz.

Əmiraslan bunlara çatıb  qocadan soruşdu:

Kişi,  bir  on  yaşmda,  o  yanmdakı  boyda;  başmda  nişanlı  papaq,  əynində 

boz mahuddan paltar, boynu yaşıl m əxm ər paltolu uşaq gördünmü?

Yox,  ağa,  görmədim.  Budur  nəvəm  ilə  səhər  ertədən  bu  yol  ilə  gedirik, 

amma elə uşağa rast gəlməmişik.

Əmiraslan bir  az  fikirli  dayanıb  atm başmı  geri  döndərdi və  qamçılayıb  gözdən 

itdi.  Nurəddinin ancaq indi ürəyi  sakit oldu.

Əmi,  nə  yaxşı  ki,  paltarımı  dəyişdin,  yoxsa  Əmiraslan  məni  öldürüb,  bu 

meşəyə  atacaqdı.

Dilənçi dedi:

Oğlum,  indi  gərək  admı  da  dəyişdirəsən,  çünki  Əmiraslan  sənin  itməyini 

yəqin  divana  məlum  edəcəkdir.  Hərgah  səndən  sual  etsələr ki,  kimsən,  adm  nədir, 

de ki,  Əlaəddindir və özüm də  dilənçiyəm,  anladmmı?

Bəli, baba,  anladım,  - deyə Nurəddin cavab verdi.

Günortaya  bir  saat  qalmış,  meşənin  qurtaracağmda,  Cənnətəli  ilə  Nurəddin 

ocaq  qalayıb,  meşədən  yığdıqları  göbələyi  bişirib,  dadlı  moruq  ilə  yeməyə 

başladılar.  Nahardan  sonra  uzanıb  bir  qədər rahat  oldular.  Axşama  bir  saat  qalmış 

yolçular  gəlib  şəhərə  çıxdılar  və  gecə  orada  qalıb,  səhır  yola  rəvan  oldular. 

Kəndbəkənd  dilənə-dilənə,  on  iki  gündən  sonra  yolçular  gəlib  Cənnətəli  deyən 

böyük şəhərə çatdılar.

Bədəninin və üst başmm çirkindən və pasmdan,  indi  o  gözəl və zərif Nurəddini 

tanımaq  olmazdı.  Zavallı  uşaq,  qızdırma  azarmdan  yeni  qalxmış  adam  kimi  ayaq 

üstündə dayana bilmirdi.

Cənnətəli Nurəddin ilə bərabər beş  gün  qohumunu  axtardı  amma  gördüm deyən 

olmadı.  Axırda  bir  adam,  iki  ay  bundan  əqdəm  öldüyünü  və  heç  bir  şeyi 

olmadığma  görə  camaat pulu ilə basdırıldığmı  onlara xəbər verdi.  Bundan ümidləri 

kəsildi.


Bir  dəfə  Cənnətəli  xəstə  olduğuna  gorə  küçənin  bir  tinində  oturub,  Nurəddini 

dilənməyə  göndərdi.  Nurəddin  indiyə  kimi  hec  vaxt  əl  açıb  dilənməmişdi,  çünki 

qoca həmişə  özü  dilənib  yığardı.  Bir-iki  küçə  dolandısa  da Nurəddin həya  edib  bir 

kəsə  əl  uzada  bilmədi.  Bu  tərəfdən  də  əliboş  qayıtmağa  qocadan  xəcalət  çəkirdi. 

Axırda Nurəddin bir



geniş  küçəni  keçərkən,  ayağı  büdrəyib  yıxıldı.  Bu  halda  daldan  fayton  içində  bir 

adam  iti  gəlirdi.  Faytonçu  atları  saxlaya bilməyib  Nurəddini basdırdı.  Bunu  görcək 

adamlar  qışqırıb  yüyürüşdülər.  Nurəddini  hərəkətsiz  və  qan  içində  gördükdə  birisi 

dedi:


Yazıq dilənçi öldü.

birisi dedi:



Hərgah  zəfərli  yerindən  basılmayıbsa  heç  zad  olmaz.  Bu  halda  adamlar 

geri çəkilib Rəhimə təzim etdilər.

Boş-boş  danışmaqdansa,  bu  yazıq  uşağa  kömək  vermək  yaxşı  deyilmi, 

cəld götürüb bunu faytona qoyun.

Bir  neçə  adam  Nurəddini  götürdülər  və  Rəhimin  faytonuna  qoydular.  O  da 

minib  dedi:

T ezsü rev ə!

Evə  çatan  kimi  Rəhim  şəhərin  m əşhur  cərrahım  çağırtdı.  Həkim   Nurəddini 

soyundurub hər yerinə baxdı.  Sonra yaralanan yerlərini yuyub  sarıdı və dedi:

Qorxulu yarası yoxdur.  Beş-on  günə kimi  sağalıb  durar.  Ancaq uşağm özü 

çox zəif və bədəni də çox çirklidir.  Bunlara əlac etməlidir.

Hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz.

Ancaq yerinin içində bulud1 və  sabun ilə bədənini təmizləmək lazımdır.

Həkim  gedəndən sonra Rəhim,  arvadı Rəhiməni çağırıb dedi:

Arvad,  evə  qayıdarkən bu uşağı basdırıb ölüm halına salmışam.

Bu  halda  Nurəddin  gözlərini  açıb  təəccüb  ilə  ətrafma  baxırdı  və  harada 

olduğunu anlamırdı.  Rəhimə onun başmı  sığallayıb,  dedi:

Oğlum,  adm nədir?

Rəhim dedi:

Arvad,  hələ  o  lazım  deyil,  uşaq  çox  zəifdir,  danışdırma.  Tez  ol  isti  su, 

sabun və bulud hazır et.  Uşağm  bədənini yum aq lazımdır.  Həkim belə əmr edibdir.

Qulluqçu bunları hazır etdi.  Uşağı  soyundurub yum ağa məşğul  oldular.  Rəhimə 

Nurəddinin  boynundan  parçaya  tikilmiş  bir  dua  çıxartdı.  Bu  duanm  parçası  həm 

çirkli  və  həm  də  köhnə  olduğundan  bunu  təzə  parçaya  tikmək  məqsədilə  cırdı. 

İçindən bir balaca kitab  çıxdı.

1

 Y uyunm aq üçün düzəlm iş  lif.




Kişi,  gör bu nədir,  -  deyə  Rəhimə  kitabı  Rəhimə  uzatdı.  Rəhim  ona baxıb

dedi:


Şükür olsun,  axırda tapdım.  -  Sonra üzünü uşağa tərəf tutub  dedi:

Sənin adm Nurəddindirmi,  oğlum?

Bəli,  -  deyə  Nurəddin  zəif  səslə  cavab  verdi.  Bunu  eşidən  Rəhimə

soruşdu:


Kişi,  sən bunun admı haradan bildin?

Rəhimə,  bu  uşaq  axtardığımız,  Hacı  Nəsirin  oğlu  Nurəddindir.  Bu 

əlimdəki də  sənə nağıl etdiyim  " Gülüstandır".

Bunu  allah bizə övlad  göndərmişdir.

Afərin Rəhimə,  yaxşı  anlamısan,  -  deyə  Rəhim Rəhimənin  sözünü  təsdiq 

etdi.  Rəhim  və  Rəhimə  Nurəddini  yuyub,  qurtardılar.  Nurəddin  rahat  olub  yuxuya 

getdi.

* * *


Rəhim,  Nurəddinin  atası  mərhum  Hacı  Nəsirdən  aldığı  puldan  maya  tutub 

ildən-ilə  alış-verişinin  dairəsini  artırmışdı.  Sonralar  dəri  alış-verişinə  girişmişdi. 

İşinin  xatiri  üçün  Buxaraya  köçmüşdü.  Orada  da  dəri  alış-verişindən  əlavə  ipək 

işinə  də  girişmişdi.  Üç-dörd  ilin  ərzində Rəhimin işi tutub yaxşı  qazanmışdı,  ancaq 

övladları  qırılıb  vərəsəsiz  qalmağma  görə  özünü  xoşbəxt  hesab  etmirdi.  Axırda 

arvadmm təkidi və təklifmə  görə,  altı  ay  idi ki,  almalısmı  alıb,  satmalısım  satmışdı; 

Rəhimənin  vətəni  olan  bu  şəhərə  köçmüşdü.  Burada  işi  rast  gətirib,  tərəqqiyə 

başlamışdı.

Həkim  təyin  etdiyi  vaxtdan  da  irəli.  Nurəddin  sağalıb  ayağa  durdu.  Rəhim  və 

Rəhimə  Nurəddindən  bu  dilənçilik  halına  düşməyinin  səbəbini  ancaq  indi 

soruşdular.  Nurəddin başma  gələni tamamilə nağıl  etməyə başladı.  O,  nağıl  etdikcə 

rəhimdil  qocalar  ah  çəkirdilər.  Nurəddin  nağılım  tamam  edib  Rəhimdən  təvəqqe 

elədi ki,  onu evlərinə, Baharm yanma göndərsin.  Rəhimə Nurəddini öpüb  dedi:

Oğlum,  Nurəddin,  budur bir həftədir  sən bizdəsən,  mən  o  qədər  şadam ki, 

özümü  göydə  hiss  edirəm.  Oğlum,  hər  nə  istəyirsən  verək,  ancaq  bizi  atıb  getmə. 

Kim bilir, yenə başma nə  gələcəkdir.

Rəhimə  sözünü  qurtarmamışdı  ki,  Rəhim  Nurəddinin  kitabmı  əlinə  götürüb 

dedi:


Oğlum, bu kitabm əhvalatmı bilirsənmi?


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə