Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə117/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   113   114   115   116   117   118   119   120   ...   140

əmrə  razı  olmasa,  bütün  mənə  etdiyi  zülmü  yaddan  çıxarıb  ömrümün  axırma  kimi 

onu öz  anam kimi  sevməyə  söz verirəm...

Razıyam,  - deyə  Gülpəri cavab verdi.

Əmiraslan dedi:

-  Onda  gedək.  M ən  səni  əmimin yanm da  qoyub  axşam  evə  qayıdaram.  Sən  də 

gecə orada qalarsan.  Daha heç kəsin  sənə  gümanı  gəlməz.

Əmiraslan  və  Gülpəri  getdilər.  Bir  azdan  sonra  Nurəddin  koldan  çıxdı.  O  yan- 

bu yana baxıb  qorxa-qorxa yola düşdü.

-  İndi  daha  m ən  İmamverdi  babanm  yanm a  niyə  gedim.  O  özü  ölüm  halmda 

ikən  məni  bu  zalım lann  əlindən  necə  xilas  edə  bilər?  Yox,  yox,  qaçıb  özümü 

Bahara  çatdırmaqdan  başqa  bir  çarə  yoxdur.  Bunu  deyib  Nurəddin  sürətlə  meşəyə 

tərəf üz  qoydu.  Ancaq meşəyə  girib  gözdən itəndə bir az ürəyi  sakit oldu.

Hərgah yolu azmasam,  axşama kimi  gedib  şəhərə çataram.

Nurəddin  meşə  ilə  iki  saata  qədər  gedəndən  sonra  bir  çaya  rast  gəldi.  Gecə 

güclü  yağış  yağdığma  görə  çayda  su  çox  idi.  Nurəddin  dayaz  yer  axtarırkən  gəlib 

bir  yerə  çatdı  ki,  orada  bir  uzun  ağac  smıb  körpü  kimi  çaym  üstünə  düşmüşdü. 

Nurəddin bu  ağacm üstü ilə keçdiyi zaman  ayağı  sürüşüb  çaya düşdü.  Bu yerdə çay 

xeyli  dərin  və  kənarları  da  hündür  idi.  Nurəddin  qol  atdı  ki,  üzsün.  Gördü  ki, 

paltarlı  üzm ək  çox  çətindir.  Bir  neçə  dəfə  batıb  çıxandan  sonra  bir  sallanmış  şax 

əlinə keçdi.  Bu  şaxdan tutub,  bulanlıq su ilə  islanmış halda,  papağmı itirmiş kənara 

çıxdı  və  bihuş  bir  halda  xeyli  uzanıb  qaldı.  Bir  az  rahat  olandan  sonra  Nurəddin 

paltarmı  çıxarıb  suyunu  sıxdı  və  günün  qabağmda  sərdi  ki,  qurusun.  Paltarı 

quruyandan  sonra  geyinib  çayaşağı  xeyli  getdi  ki,  bəlkə  papağmı  tapsm,  lakin  nə 

ondan,  nə  də  sərçəsindən  ki,  suya  düşəndə  çiynində  oturmuşdu,  bir  əsər  tapmadı. 

Bunlardan  əl  çəkib  yenə  şəhərə  getməyə  başladı.  Ancaq  bu  səfər  yolu  azıb 

meşədən  çıxa  bilmədi.  İki  saat,  üç  saat  dolanıb  yenə  həmin  yerə  çıxırdı.  Bununla 

belə  cürətli  uşaq,  yolu  tapıb  meşədən  çıxmaqdan  ümidini  kəsmirdi.  Axırda  gün 

batan zaman,  Nurəddin yolu tapdı və bir qədər gedəndən  sonra yoldan bir  az kənar 

bir şaxlı-budaqlı  ağac tapıb üstünə çıxdı ki,  orada gecə yatsm.  Yaxm budaqları  əyib 

yarpaqlarm  arasmda  Nurəddin  özünə  yer  qayırdı  və  çox  yorğun  olduğuna  görə  ac 

və  susuzluğa  baxmayıb,  tez  yuxuya  getdi.  Gecənin  bir  vaxtı  heybətli  bir  səsdən 

Nurəd-



din  diksinib  qalxdı  və  az  qaldı  ki,  ağacdan  yıxılsm.  Zavallı  uşağm  ürəyi  elə 

atlanırdı  kt,  deyəsən  bu  saat  partlayıb  çıxacaqdır.  B ir  azdan  sonra  yenə  səs  təkrar 

oldu.  Ancaq bu səfər Nurəddin  qorxmayıb dedi:

Bayquşdur, ulayir.  O vaxt kəndə  gedəndə də bizi  qorxutdu.

Bu  ittifaqdan  sonra  daha  Nurəddin  yata  bilmədi.  Bütün  bədəni  ağrıyırdı. 

Gecenin  qaranlığı,  meşənin  vahiməsi  yalnız  uşağa  deyil,  hətta  böyük  adama  da 

qorxu hissi  gətirirdi.  Amma Nurəddin bu halətə  şükür edirdi:

Hərgah  Əmiraslan  ilə  Gülpərinin  danışığmı  eşitməsəydi,  indi  meyidim 

qırx  arşm  quyunun dibində  idi.  Ah, bircə özümü Bahara çatdırsaydım,  ürəyim   sakit 

olardı.


Nurəddin  fikrə  getdi.  Bütün  keçmişi  gözünün  qabağmdan  bir-bir  gəlib  keçdi. 

Budur,  balaca  uşaqdır.  Ata  və  anası  ona  hər  gün  bir  şey  bağışlayırlar  ki,  onu  şad 

etsinlər.  Budur,  əvvəlinci  dəfə  məktəb  formasmı  geyib  məktəbə  gedir,  anası  onu 

qucaqlayıb  şirin-şirin  öpür  və  sevindiyindən  ağlayır...  Ah,  o  gözel  günlər  nə  tez 

keçdi...  Qara  günlər  başlandı.  Anası  öldü,  Gülpəri  gəldi.  Atası  öldü,  İmamverdi 

gəldi.  Sonra  Bahar...  Köç...  Əmiraslan...  Yenə  İmamverdi...  Yenə  Əmiraslan... 

Gülpəri...  Püstə  qarı.  Qəm  və  qüssə,  zavallı  yetimin  ürəyini  elə  aldı  ki,  daha  səbir 

eləməyib  hönkürtü  ilə  ağlamağa  başladı.  Bu  ağlamaq  Nurəddinin  ürəyini  boşaldıb 

sakit  etdi.  Bir  azdan  sonra  Nurəddin  yenə  yuxuya  getdi.  İkinci  dəfə  Nurəddini 

qarğalar yuxudan oyatdı.

Demə  Nurəddin  yatan  ağacm  başmda  bir  qarğa  yuvası  varmış.  Sübh  vaxtı  ana 

qarğa  balaları  üçün  yem  dalmca  uçanda  qəflətən  ağacda  bir  qaraltı  gördü.  Qarğa 

əvvəl  səssiz,  budaq-budaq  atılıb  diqqət  yetirdi  ki,  görsün  bu  qaraltı  nədir.  Elə  ki, 

düşməni  olan  insan  olduğunu  yəqin  etdi,  bir  elə  qarıltı  saidı  ki,  bir-iki  dəqiqənin 

ərzində  meşənin  qarğalarmı  yuvasmm  başma  cəm  etdi.  Köməyə  gələn  qarğalar 

bunun səsinə  səs verib elə  qarıltı  saldılar ki,  deyəsən bu saat meşəni dağıdacaqlar.

Nurəddin  əvvəl  gözlərini  açanda  harada  olduğunu  bilmədi.  Sonra  huşu  özünə 

gəlib  ağacda  yatdığı  yadm a  düşdü.  Nurəddinin  tərpənməsi  qarğalarm  qarıltısmı 

artırdı.  Ələlxüsus  ata və  ana  qarğa Nurəddinin başı  üstünü  alıb  elə həşir  saldılar ki, 

deyəsən  bu  saat  onu  dimdikləyib  yerə  salacaqdılar.  Nurəddin  işi  belə  görəndə 

ağacdan  enməyə  başladı.  Qarğalarm  səsinə  yol  ilə  gedən  bir  qoca  dilənçi  oraya 

gəldi.  Nurəddin bunu gorüb,  ağacdan düşmək istəmədi.  Yolçu dedi:

Oğlum,  quşun yuvasmı dağıtmaq günahdır.



M ən yuva dağıtmıram əmi,  - deyə Nurəddin cavab verdi.

Bəs bu səhər ertəsi orada nə  qayırırsan?

M ən bu gecə burada yatmışdım.

Nə üçün ağacda yatmışdm,  oğlum?

Gündüz yolu  azıb meşədə  qaldım,  onun üçün burada yatmışdım.

Ağacdan  düş,  oğlum,  m ən  səni  evinizə  apararam.  Nurəddin  bu  təklifdən 

qorxub titrəyə-titrəyə belə cavab verdi:

M ənim  evim  yoxdur,  əmi.  M ən  atasız-anasız  bir  yetiməm.  Dilənçi 

Nurəddinin titrəməsini  görüb  dedi:

M əndən qorxma,  oğlum, mən də elsiz-obasız bir qoca yolçuyam.

Kəndlərdə dilənirəm.  İndi  şəhərə  gedirəm.

Dilənçinin açıq üzündən və mehriban danışığmdan Nurəddin ürəklənib düşdü.

İndi  söylə  gorüm,  oğlum,  sən kimsən və haraya gedirsən?

Əmi,  acmdan ölürəm,  qabaqca bir şeyin varsa ver yeyim,  sonra əhvalatımı 

sənə nağıl edərəm.

Dilənçi  dağarcığmdan  bir  qədər  quru  çörək  və  soğan  çıxarıb  Nurəddinə  verdi. 

Nurəddin  alıb  şirin-şirin  yeməyə  başladı.  Nurəddinə  ömründə  heç  bir  xörək  belə 

ləzzət verməmişdi.

Aclığmı  bir  qədər  dəf  edəndən  sonra  Nurəddin  bəlalı  başma  gələn  hadisələri 

tamamilə dilənçiyə nağıl etdi.

Əmi,  məni  evimizə  çatdırsan,  Bahar  sənə  hər  nə  istəsən  verər,  -  dəyə 

Nurəddin dilənçiyə yalvardı.

Qorxma,  oğlum,  səni  aparıb  evinizə  verərəm.  Ancaq  gərək  səbir  edəsən. 

Sizin  şəhər buradan  xeyli  uzaqdır,  pul  da  yoxdur  ki,  vaqon  ilə  gedək.  Buranm  iki 

yüz verstliyində bir böyük şəhər var.  Orada mənim bir qohumum var.  Onun yanma 

gedərik, bəlkə ondan pul tapdıq.  İndi  gedək.

Bu halda dilənçinin nəzəri Nurəddinin paltarma düşdü:

Yox,  belə  yaramaz  gərək  üstünü  dilənçi  üstünə  oxşadaq,  -  bunu  deyən 

yolçu,  qoltuğundakı  köhnə  paltarı  ki,  ona  allah  payı  vermişdilər,  Nurəddinə 

geyindirdi və bir cmdır yaylıq ilə başmı örtdü.

Hə,  indi hazırsan,  gedək.

Hər  ikisi  yola  düşdü.  Dilənçi  paltarı  Nurəddini  elə  dəyişdirmişdi  ki,  onu 

tanımaq mümkün  deyildi.  Yol  ilə  bir  saata  qədər getmişdilər ki,  daldan bir çaparaq 

atlı  goründü.  Nurəddin dönüb baxanda canma titrəmə düşdü.

Əmi, bu  gələn  Əmiraslandır.  M əni  axtarır, Durma qaçaq.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə