Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə113/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   109   110   111   112   113   114   115   116   ...   140

çünki  üç  saat  məktəbdə  keçirdiyi  vaxtdan  başqa,  günün  yerdə  qalanmı  Əmiraslan 

hər  bir  əmr  və  nehydən  azad  idi.  H ər  nə  könlü  istəyirdi  onu  edərdi.  Axırda 

yoldaslarmm  birini  bıçaqlayıb  yaralamağmm  üstündə  Əmiraslanı  məktəbdən  xaric 

etdilər.  Tanrıqulu Əmiraslanı bir-iki il ora-bura atdısa da bir şey çıxmadı.

Əmiraslan,  əmisi  qızı  Gülpəridən  iki  yaş  böyük  idi.  Qardaşlar  bu  iki  tifili  bir- 

birinə  körpə  vaxtlarmdan  ad  etmişdiler.  Amma  İmamverdi  Əmiraslanm  oxumayıb 

belə  bitərbiyə  qalmasmdan  artıq  narazı  idi  və  bu  barədə  də  qardaşmı  müqəssir 

edirdi.


Belə tərbiyə olmaz.  U şaq gerək izin olmayan şeyi tutmasm.

Böyük-kiçik  anlasm.  Bunun  axm  peşmançılıqdır,  -  deyə  İmamverdi,  qardaşmı 

məzəmmət edərdi.

Əmiraslan  on  altı  yaşma  çatanda  ata-anası  dalbadal  vəfat  etdi  və  nənəsi  Püstə 

qarıdan başqa evlərində bir kəs  qalmadı.  Atası  öləndə  Əmiraslana yaxşı mal-dövlət 

və pul  qoymuşdu.  Bir-iki ilin  ərzində yaramaz oğul bunlarm hamısmı kefə,  qumara 

qoyub  tələf  etdi.  İmamverdi  nə  qədər  çalışdısa  da  qardaşı  oğlunu  pis  yoldan 

qaytara bilmədi və  axırda onunla bilm ərrə əlaqəsini kəsib  evinə  qoymadı.  Nə  qədər 

əlində  dövlət  var  idi,  Əmiraslan  Gülpəriyə  yaxm  düşmürdü.  Amma  elə  ki,  var- 

yoxunun hamısı eyşi-işrətə  qoyulub puç oldu,  Gülpərini  almaq fikrinə düşdü.  Lakin 

İmamverdi:

Ne  qədər mən sağam, bu iş baş tutmaz,  - deyə onun təklifini rədd etdi.

Gülpərinin  könlü  əmisi  oğlunda  idi.  Ona  görə  də  qosulub  qaçmaq  istəyirdi. 

Lakin  Əmiraslan  bu  əmrə  razı  deyildi,  çünki  onun  fikri  Gülpərini  almaq  deyil, 

əmisinin  dövlətini  ələ  almaq  idi.  Bu  isə  İmamverdinin  razılığı  ilə  mümkün  olardı. 

Axırda,  Əmiraslan  Gülpəridən  əl  çəkib  bir  dövlətli  dul  arvad  aldı.  Əmiraslan 

arvadm  gətirdiyi  dövləti  tezliklə  qumara  və  kefə  qoyub  özünü  də  boşadı.  Pis  yola 

öyrənmiş  Əmiraslan  üçün  pul  lazım  idi.  Ona  görə  yavaş-yavaş  oğurluğa  və  yol 

kəsməyə  şüru  etdi.  Bu yolda  neçə  dəfə  həbsə  düşüb  çıxdı.  O  ətrafda bir yolkəsmə, 

bir  oğurluq  olmazdı  ki,  Əmiraslanm  orada  əli  olmamış  olaydı.  İndi  faytonda 

əyləşib  Gülpərilə  söhbət edən Əmiraslan belə hərifdi.

Əmiqızı  və  əmioğlu  sözü  bu  yerdə  qoydular  ki,  Əmiraslan  Gülpəri  üçün 

əmisinə  elçi  düşsün.  Hərgah  İmamverdi  bu  dəfə  də  razı  olmasa,  Gülpəri  atasmdan 

izinsiz  Əmiraslana getsin.




* * *

Nurəddin  Cəfərə  çatdıqda  atm başmı  çəkdi.  Lakin  qızışmış  köhlən  at  qüvvətsiz 

uşağa  qulaq  asmadı  və  qaraltıdan  ürküb  daha  da  bərk  qaçmağa  başladı.  Nurəddin 

gördü  ki,  atı  öz  gücü  ilə  saxlaya bilməyəcəkdir.  Yüyəni  buraxıb  iki  əli  ilə  yəhərin 

qaşmdan möhkəm yapışdı ki,  atdan yıxılmasm.  Cəfər Nurəddini bu halda gördükdə 

istədi  atm  qabağmı  kəssin,  ancaq bacarmadı.  Cəfər  qabaqda  Əmiraslana  nökər  idi. 

Ona  görə  onun  atmm  xasiyyətini  yaxşı  bilirdi.  Bu  atm  adı  Ceyranbasan  idi  və  özü 

də  bir  dinc  at  idi.  Amma  qızışıb  qaçanda  heç  bir  at  dalmdan  çata  bilməzdi. 

Döngənin birində  qəflətən bir fayton yolu kəsdi.  Ceyranbasan yoldan meşəyə  sapıb 

Nurəddini  üstündən  yerə  atdı.  Bu  yerə  dəyməyin  zərbindən  zavallı  uşağm  ürəyi 

getdi.  Bunu  görcək  faytonçu  faytonu  saxladı.  Onun  içindən  İmamverdi  baba  çıxıb 

Nurəddinə tərəf yönəldi.  Yaxmlaşanda gördü ki, bir uşaq hərəkətsiz, yerə  sərilibdir. 

İmamverdi  əyilib uşağa baxanda təəccüblə  qışqırdı:

Sübhanallah, bu ki Nurəddindir.  Bu,  at ilə nə üçün  gəlsin?  İmamverdi cəld 

uşağm başmı dizi üstə  alıb  sinəsini  açdı.

Oğlum, Nurəddin, mənəm,  İmamverdi baba.

Nurəddin zəif səslə ufuldadı və  sonra özünə  gəlib İmamverdi babanı tanıdı.

İmamverdi  Nurəddinin  bədəninin  o  yan-bu  yanm a  baxdı  ki,  görsün  yaradan- 

ağndan nəyi var.  Əlini  sağ dizinə vuranda Nurəddin qışqırdı.

Baba,  ora dəymə,  ağrıyır,  qıçım  smıbdır.

Yox,  oğlum,  qorxma,  smmamışdır,  yəqin  çıxıbdır,  -  bunu  deyərək 

İmamverdi Nurəddini  üsulluca  qucağma  aldı və  faytona  qoydu.  B u halda köç  gəlib 

bunlara  çatdı.  İmamverdi  baba  elə  ki,  Əmiraslan  və  Gülpəridən  əhvalatı  bildi  və 

onlan bir faytonda oturmuş  gördü,  qəzəblənmiş  qışqırdı:

Sizin  ağlmız  harada  idi?  B ir  tikə  uşağı  köhlən  ata  mindirib,  gecə  vaxtı 

meşəyə buraxmaq olarmı?

Əmiraslan  təqsiri  boynuna  alıb  əmisindən  üzr  istədi.  Sonra  faytondan  düşüb 

atmm dalınca getdi.  Gülpəri çalışırdı ki,  atasmm acığmı yatırtsm.

Ata,  acığm tutmasm, bunlar hamısı  qəza işidir.  Fayton yolda smdı.

Sən  gəlib  çıxm adm ...




M ən  nə  edim,  günortadan  bəri  çaym  o  tərəfində  körpünün  qayrılmasmı 

gözləyirdim.  Səhər sel  gəlib  aparmışdı,  - deyə İmamverdi cavab verdi.

Ata,  o  da qəzadan deyilmi?  Amma şükür allaha ki,  axırı xeyirdir.

Nurəddinin  qıçmı kənddə  smıqçı  Qara Hüseynə  saldırarsan,  çıxar gedər.

Köç  meşədən  çıxdı.  Bu  vaxt  ay  da  çıxmışdı.  Nurəddini,  İmamverdi  baba 

faytonun  içində balışları  düzüb,  rahat etmişdi.  Axşamdan iki  saat keçmiş  köç  gəlib 

kəndə çatdı.

Köç  gəlib  Güllücə  kəndinə  çatanda  bu  kəndin  əhalisi  yatmışdı.  Kənd  əhli  gün 

batanda  yatıb,  gün  çıxanda  da  yuxudan  durar.  İmamverdi  baba  Güllücəni 

Nurəddinə  tərif etməkdə  səhv  etmirmiş.  Gözəl  hava,  saf su,  dağ,  bağ,  meşə  insana 

başqa  bir  ləzzət  verir.  Bu  kənd  dağm  döşündə  salmıb,  gün  çıxan  tərəfində  yaxşı 

meyvə  bağları  və  meşə,  cənub  tərəfində  gözəl  zəm ilər  və  şimal  tərefmdə  gözəl 

çəmənlər  var  idi.  Dağdan  soyuq  bulaqlar  üzüaşağı  kəndə  sarı  axırdı.  Güllücənin 

dadlı  meyvələri  ətrafda  məşhurdu.  Bu  kəndin  hər  evinin  qabağmda  bağdan  əlavə, 

gözəl bağça da vardı.  Bu bağçalarda ev sahibləri ətirli  güllər və çiçəklər əkmişdilər. 

Kənardan baxanda dağ döşündə  salmmış bu kənd, bir gülüstan  şəklində  görünürdü. 

Buna görə də  Güllücə  adma sahib olmuşdu.

İmamverdi  babanm  evi  kəndin  üst  tərəfində  bir hündür yerdə  idi.  Buradan  çox 

gözəl m ənzərələr açlırdı.  İmamverdi babanm  həyətində iki tikilisi vardı.  Biri köhnə 

daxma  idi,  o  biri  də  iki  otaq və  mətbəxli,  qabağı  eyvanlı təzəcə  ev  idi.  Evin  qabağı 

gözəl bir bağça idi.  Bu bağça yaxşı meyvə  ağacları,  ətirli  gül və  çiçəklərlə dolu idi. 

Bağçanm  ortasmda,  bir  soyuq  bulaq  torpaqdan  çıxıb  çarhovuza  tökülürdü.  Bu  su 

ilə  İmamverdi  baba bağçasmı  və  bostanmı  sulayırdı.  İmamverdi  baba  bu tezə  evin 

bir otağmda Gülpəri və o birində Nurəddin üçün mənzil tədarük etmişdi.

İmamverdi  baba  bilirdi  ki,  çıxığı  yerinə  tez  salmaq  lazımdır.  Hərgah  tez 

sahnmasa,  yerinə  ət  gələr və  sonra  onu  düzəltmək  çətin  olar.  Buna  görə  külfət  bir 

balaca rahat olan kimi,  gecə olmasma baxmayıb, bağbanı M ehdi kişini  göndərdi ki, 

smıqçı Qara Hüseyni yatmış da olsa,  durquzub  gətirsin.

Bir  azdan  sonra  Qara  Hüseyn  gəldi.  Bu  işi  İmamverdi  yaşmda,  qırx  ildən  artıq 

smıqçılıq edən və ətrafda m əşhur olmuş bir zat idi.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə