Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə115/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   111   112   113   114   115   116   117   118   ...   140

Onda nə etməli,  sənsiz olacaqdır, məni bağışla.

Gülpəri,  açıq danış,  görüm nə istəyirsən?

Bu  gün  Əmiraslan  sənə  mənim  üçün  elçi  düşəcəkdir,  sənin  razılığım 

istəyirəm.

Heç vaxt!

Onda sənsiz olacaqdır!

Nə  qədər sağ varam, bu iş baş tutmaz.

Baxarıq!  İndi  də  m ən  balaca  qız  deyiləm  ki,  iyirmi  beş  yaşmda,  hər 

ixtiyarı  öz  əlində  bir  arvadam.  M ən  dedim  ki,  bu  iş,  ata  izini  ilə  olsun,  sən 

istəmirsən,  daha təqsir məndən  götürüldü.  Təvəqqe  edirəm  ki,  bir  də  mənim  işimə 

qarışmayasan.

Bunu  deyəndən  sonra  Gülpəri  hirslə  qapmı  vurub  çıxdı.  İmamverdi  baba 

kürsüyə çöküb, başı  aşağı xeyli fikrə  getdi.

Bir azdan sonra  Əmiraslan gəldi.  İmamverdi baba o biri otağa keçdi,  orada iş nə 

yerdə  qaldığmı  Nurəddin  bilmədi.  Ancaq  oradan  İmamverdi  babanm  qışqırığı 

gəlirdi.


Bu  ittifaqdan  üç  gün  keçmiş,  Gülpəri  atasmdan  izinsiz,  kəbinini  kəsdirib 

Əmiraslana  gəlin köçdü.

Gülpəri  gətirdiyi  şeylərin hamısmı özü ilə bərabər apardı.

Gülpəri  Nurəddinin  İmamverdi  babanm  yanm da  qalmağma  mane  olmadı. 

Nurəddin  bu  işə  çox  şad  idi,  çünki  Gülpəri  buraya  gələn  gündən  onunla  mehriban 

rəftar etməyi  atıb,  əvvəlki  kimi pis  dolanırdı.  Qızınm belə  itaətsizliyi  İmamverdiyə 

artıq dərəcədə təsir etmişdi.

Nurəddinin  ayağı  təmiz  sağalmışdı.  H ər  gün  İmamverdi  baba  ilə  gah  bağçada 

bal  ansma  tamaşa  etməyə  məşğul  idi,  gah  da  ipək  qurduna  tut  yarpağı  daşıyırdı, 

gah  da  meyvə  bağma  gedib  İmamverdi  baba  ilə  meyvə  dərirdi.  Ya  da  çayda  balıq 

tuturdu  və  burada  çimirdi,  gah  da  meşəyə  gedib  moruq,  göbələk  yığırdı.  Haraya 

getsəydi,  sərçəsini  də  özü  ilə  aparırdı.  İmamverdi  baba  sərçəni  qırmızı  rəngə 

boyamışdı.  Ona  görə  Nurəddin  ona  Qızılca  adı  qoymuşdu.  İndi  Qızılca  elə 

öyrənmişdi  ki,  Nurəddin  haraya  getsəydi,  sərçə  də  çağırılmamış,  öz-özünə  uçub 

onun dalınca gedərdi.

Hər  həftə  şənbə  günləri  Güllücə  kəndində  bazar  olardı.  Bu  günləri  ətraf  və 

ətrafda  sakin  olanlar  tökülüb  bazara  gələrdilər.  Kimi  mal  almağa,  kimi  mal 

satmağa  gəlirdi.  İmamverdi  baba  da  hər  şənbə  Nurəddin  ilə  bazara  çıxardı. 

Nurəddinin  məktəb  paltarı  cümlənin  nəzərini  özünə  cəlb  edərdi,  ələlxüsus  kənd 

uşaqlarmm...




Nurəddin  İmamverdi  babanm  yanm da  çox  gözəl  vaxt  keçirirdi  və  şükür  edirdi 

ki,  Gülpəri  onu  özü  ilə  aparmadı.  Şəhərin  natəmiz  havasmdan  saralıb  heyvaya 

dönən  Nurəddini  bir  aym  ərzİndə  tanımaq  olmurdu.  Ətə-cana  gəlib  üzü  lalə  kimi 

qızarırdı.  Əfsus  ki,  zavallı  Nurəddin  üçün  bu  xoşbextlik  çox  çokmədi.  Gülpəri  əre 

gedəndə  öz  razılığı  və  Nurəddinin  razılığı  i]e  onu  atasrnm  yanm da  qoymuşdu. 

Amma  indi  nədənsə  fikrini  deyişdirib,  Nurəddini  öz  yanm a  aparmaq  istəyirdi. 

Lakin  İmamverdi baba əsla razı  olmurdu.  Buna  görə  de hər  gün  ata və  qız  arasmda 

bu barede  qovğa vardı.  Bu isə Nurəddinə çox tesir edirdi.  Axırda Nurəddin dedi:

Baba,  daha  Gülpəri  ilə  dalaşma,  men  razıyam.  Onun  yanm da  olanda  nə 

olar?  Qoy  gedim, yenə hər gün sənin yanm a  gələrəm.

İmamverdi baba,  istər-istəməz razı oldu.  Nurəddin də  Əmiraslanm evinə köçdü. 

Az bir müddətdə  Əmiraslan Gülpərinin əlində olan nəqdi pulunu  gah yalvarm aq və 

gah  da  qorxutmaq ilə  alıb  qumara,  kefə  tələf etdi.  Əmiraslan  elə  bilirdi  ki,  Gülpəri 

Hacı  Nəsirin  dövlətindən  lazımmca  yükünü  tutubdur.  Amma  onun  əliboş  olması 

tezliklə məlum oldu.  B u cəhətə  Əmiraslan gündə  Gülpəri ilə  dava-qalmaqal etməyə 

başladı.  Gülpəri  işi  bu  halda  gördükdə  neçə  müddətdən  bəri  ürəyində  Nurəddinin 

dövləti  barəsində  bəslədiyi  gizli fikri  açıb  Əmiraslana  söylədi  və  ondan bu  işə  çarə 

istədi.  Əmiraslan çox şad olub  dedi:

Hərgah  indiyə  kimi  bunu  məndən  gizlətməsəydin,  çoxdan  çarə 

tanımışdım.  Yenə də taparam.  Sənin işin yoxdur.

* * *

Nurəddin  elə  bilirdi  ki,  hər  vaxt  istəsə,  İmamverdi  babanm   yanm a  gedə  bilər. 



Lakin bu fikrin yanlış  olması  ertəsi  günü  ona məlum  oldu.  Bu tərəfdən də  Gülpəri, 

və  ələlxüsus,  Püstə  qarı  yazıq  uşağa  göz  verib,  işıq vermirdi.  Ancaq  Əmiraslan  öz 

fikri  cəhətincə  Nurəddinlə  mehriban  dolanıb  onu  yanm dan  iraq  qoymayırdı. 

Haraya  gedirdi  özü  ile  apa-nrdı.  Bir  dəfə  Əmiraslan  Nurəddini  götürüb  bağma 

gezməyə  apardı.  Orada  onu  gilas  ağacma  çıxartdı  ki,  gilas  dərsin.  Nurəddin  gilas 

ilə ətəyini doldurub  aşağı düşmək istədikdə  Əmiraslan dedi:

Nurəddin,  o  əlinlə  tutduğun  budağm  başmda  gör  nə  çox  gilas  var,  çıx  o 

şaxı  smdır.  Eləcə evimizə  aparaq.




Nurəddin dedi:

Budaq nazikdir,  qorxuram sma.

Bəs  sən  deyirdin,  mən  qorxaq  deyiləm.  O  budaq  m ən  yekəlikdə  adamı

götürər.


Bu  sözlərdən  Nurəddin  qeyrətə  gəlib  yuxarı  dırmaşdı.  Ağacm  başma  çatdıqda, 

budaq  şaqqıltı  ilə  smıb yerə  düşdü.  Amma Nurəddin iki budaq arasma pərçim  olub 

ölümdən  xilas  oldu.  Nurəddin  aşağı  düşəndə  Əmiraslan  smıq  budağı  çiyninə 

götürüb  dedi:

Gedək,  Nurəddin,  allah  bu  səfər  səni  ölümdən  qurtardı,  -  bunu  deyib 

qəhqəhə ilə  güldü.

Nurəddin  Əmiraslanm  "bu  səfər"  deməsinə  və  gülməsinə  təəccüb  etdisə  də 

onun fikrini  anlamadı.

O biri  gün Əmiraslan Ceyranbasanı çullayıb  dedi:

Nurəddin,  atımızı  apar  həm  çayda  sula  və  həm  də  bir  az  gəz.  Nurəddin 

razı olmayıb,  dedi:

M ən Ceyranbasandan qorxuram.  Onu heç vaxt minməyəcəyəm.

Axırı  ki,  qorxaqlığmı  boynuna  aldm.  Bunu  deyib  Əmiraslan  atm  belinə

sıçradı.


Elə isə  gəl tərkimə min,  gedib  cayda çimək.

Nurəddin çimməyi cox  sevirdi.  Ona görə də tez razı oldu.

Çayda  Əmiraslan  soyunub  atı  mindi  və  suyun  dərin  yerinə  salıb  bir  necə  dəfə 

üzdürdü.  Sonra üzünü Nurəddinə tərəf tutub  dedi:

Hərgah  qorxmursan  gəl  səni də mindirim.

Nurəddin  razı  oldu,  Əmiraslan  Nurəddini  ata  mindirib,  noxtanm  ucundan 

yapışdı.  Əmiraslan  atı  lap  dərin  yerə  salıb  bir neçə  dəf’  üzdürdu.  Bir  dəfə  at  dərin 

yerə  düşəndə  qəflətən  ipi  çəkdi,  at  burxulub  Nurəddini  üstündən  saldı.  O,  suya 

batdı  və  bir  neçə  saniyədən  sonra  suyun  üzünə  çıxıb  üzməyə  başladı.  Hərgah  bu 

dəmdə  Nurəddinin  nəzəri  Əmiraslana  düşsəydi,  onun  gözlərindən  parlayan  odu  və 

üzündə  zuhur  edən  acığı  görərdi.  Nurəddin  üzüb  kənara  çıxanda  Əmiraslan 

soruşdu:


Bu üzməyi haradan öyrənmisən?

İmamverdi  baba  öyrətmişdir.  Sizə  gəlməmişdən  əvvəl  hər  gün  çayda 

çimirdik.  İndi İmamverdi baba azarlamışdır.

Onu haradan bilirsən, yoxsa qaçıb  getmisən?

Xeyr,  dünən bağbanmdan eşitdim.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə