Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə111/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   107   108   109   110   111   112   113   114   ...   140

Bahar,  doğrudur, Nurəddini  Gülpəri tərəfindən arxaym etdi,  amma  özü onun bu 

dəyişilməsinə  əsla  inanmırdı.  Gülpərinin  ürəyində  bir  gizli  fikir bəsləməsinə  şəkki 

yox  idi.  Ona  görə  gözləyirdi  ki,  Nurəddinə  o  tərəfdən bir zərər yetişməsin.  Gülpəri 

də  bunu  duyub,  Baharı  bir yolla  rədd  etmək  fikrində  idi.  Ancaq  aşkar  qovmaqdan 

çəkinirdi,  çünki  Bahar  körpə  vaxtmdan  Hacı  Nəsirin  evində  böyümüşdü.  Hamı 

onun xatirini istəyirdi və ona  qulluqçu nəzərilə baxmırdı.

İmamverdi  ömrünün  çoxunu kənddə  keçirməyinə  görə  şəhər dolanacağma  adət 

etməmişdi.  Bu səbəbdən əziyyət çəkirdi.  Axırda qızma dedi:

Gülpəri,  indi  işlərin  qayda  ilə  gedir,  daha  mənə  ehtiyac  yoxdur,  şəhərin 

havasmı  götürmürəm,  ona  görə  mən  gedirəm.  Siz  də,  inşallah,  Nurəddin  azad  olub 

yaya buraxılan kimi yığışıb  gəlin.  Təki,  üç  ay  yayı  o  gözəl  ab-havada keçirib  cana 

gələsiniz.

Gülpəri  atasmm  ömrinə  razı  oldu.  İmamverdi  Nurəddindən  ayrılanda  onu 

öpərək dedi:

Oğlum,  dərslərini  səy  et  ki,  imtahanmı  yaxşı  verəsən.  Allah  qoysa,  gəlib 

görərsən  ki,  bizim  kənd  nə  gözəl  yerdir.  Sənə  tilov  qayıracağam,  hər  gün  çayda 

balıq tutarsan;  orada çimərsən,  meşəyə  gedib  çiyələk, moruq,  göbələk yığarsan.

İmamverdi xudahafizləşib yola düşdü.

Nurəddin İmamverdi babanm  ayrılığma qəmgin oldusa da,  onun verdiyi vədlərə 

çox  şad  idi,  çünki  anadan  olandan  öz  şəhərlərindən  başqa  bir  yeri  görməmişdi. 

Çayı,  meşəni,  ancaq  kitabda  oxumuşdu.  Bu  səbəbə  görə  yay  tətilini  səbirsiz 

gözləyirdi.  Gülpəri  də  bu  işə  şad  idi.  Ancaq  onun  şadlığma  başqa  səbəblər  vardı. 

Bir  il  bundan  əvvəl  kəndlərində  yoldaşlarmm  təzə  çit  libasma  həsəd  aparan 

Gülpəri,  indi  ipək  paltarda,  üst-başı  qızıl  və  cəvahirat  ilə  bəzənmiş  kəndlərinə 

qayıdacaqdı.  Qabaqlarda  ona  yaxm  düşməyən  elçilər  indi  qapısmdan  əl 

çəkməyəcəklər.  Am m a  bunlarm  hamısmdan  çox  onu  şad  edən  şey  ürəyində 

bəslədiyi  gizlin  fikir  idi.  Yəni  orada  Nurəddinin  dövlətini  özünə  mal  etməyə  bir 

çarə  arayıb tapmaqdı.

Axırda  Nurəddinin  səbirsizliklə  gözlədiyi  gün  gəlib  çatdı.  Üç  gün  idi  ki, 

Gülpəri  səfərə  yığışırdı.  Bu  yığışm aq  Baharı  bərk  təşvişə  salmışdı,  çünki  Gülpəri 

evin cəmi  şeylərini  sandıqlara doldurub,  özü ilə  aparmaq fikrində idi.



Xanım, üç  aydan ötrü bir belə  şeyi yük eləyib  aparmağm nə mənası var?  -  

deyə Bahar soruşduqda:

Yox,  Bahar,  əziyyət  olsa  da  ümid  olub  burada  qoymaq  olmaz,  -  deyə 

Gülpəri cavab verdi.

Bahar ümid edirdi ki,  Gülpəri  onu da kəndə  aparacaqdır.  Lakin hər bir şey  hazır 

olandan sonra Gülpəri ona dedi:

Bahar,  sən  şəhərdə  qalasısan.  Evi  səndən başqa heç  kəsə  ümid  olub,  qoya 

bilmərəm.

Bahar  nə  qədər  yalvardısa  da  Gülpəri  razı  olmadı.  Nurəddin  də  təvəqqə  etdi, 

mümkün olmadı.

Yox,  yox!  Evi Bahardan başqa heç  kimə  tapşıra bilmərəm,  -  deyə  Gülpəri 

təvəqqəni rədd etdi.  Həccə  getmirik ki,  üç aydan sonaryenə buradayıq.

Bahar, xudahafiz,  evdən yaxşı muğayat ol!

Bahar Nurəddini  qucaqlayıb  öpdü.

Yaxşı  yol,  allah  səni  bəladan  hifz  etsin.  Ah,  görəsən,  bir  də  səninlə 

görüşəcəy əm m i?..

Baharı  ağlamaq boğub,  daha danışmağa qoymadı.

Koç  yola  düşdü.  Nurəddin  Bahardan  ayrılmasma  görə  bir  qədər  bikef  oldu. 

Amma sonra  görmədiyi yerlerə, vaqondan baxdıqca,  qəmi yadmdan çıxdı.

Vaqon  çox  sürətlə  gedirdi.  Nurəddin  birdən  altıya  kimi  sanaymca  bir  tel  ağacı 

keçirdi.  M ənzərələr tez-tez dəyişirdi;  gah göy  ot və çəmənlərlə bəzənmiş düzəngah, 

gah yaşıl  təpələr və  dağlar,  gah  qaranlıq meşələr və  dərələr və  gah  da  aydm  çaylar 

və yollar görünürdü.

Nurəddin heyrətdə  idi,  çünki bunlarm heç birini  görməmişdi.  İndiyə kimi tozlu, 

tüstülü şəhərdən bir qeyri yerə çıxmamışdı.

Gülpəri  bir  neçə  gün  qabaq,  kağız  vasitəsi  ilə  yazıb  hansı  gün  çıxmalarmı 

atasma  məlum  etmişdi  və  əlavə  fayton  gözləməyini  rica  etmişdi.  Lakin  səfərin 

ikinci  günü  gəlib  oraya  çatdıqda,  vağzalda  nə  atasmı  və  nə  də  bir  tanış  adam 

görmədi.  Bu  isə  Gülpərini  bərk təşvişə  saldı.  Cəld nökəri  Cəfəri  göndərib  iki  nəfər 

hambal  çağırtdı,  yanmdakı  və  bağajdakı  şeyləri  daşıdıb  ikinci  klas  salonuna 

yığdırdı.

Gülpəri  Cəfəri  götürmüşdü  ki,  onları  buraya  kimi  ötürüb  yenə  geri  qayıtsm. 

Vağzalda iki  saata kimi  gözlədilər,  amma heç kəs  gəlib  çıxmadı.  Gülpərinin təşvişi 

getdikcə  artırdı,  çünki  yanmdakı  qiymətli  şeylərin  tələf  olacağmdan  qorxurdu. 

Hərçənd, bu şəhərdə tanışlara



vardı,  amma  onlara  da  ürəyi  qızmırdı.  Axırda  Gülpərinin  daha  atasmm 

gəlməsindən ümidi kəsilib, nökəri ilə yola düşməyə naçar qaldı.

Gülpəri  Cəfəri  göndərib  iki  fayton  tutdurdu,  faytonun  birinə  nökəri  və  şeyləri 

qoyub,  o  birinə  də  özü  Nurəddinlə  oturdu  və  qorxa-qorxa  yola  düşdü.  Şəhərdən 

kəndə  uzaq  deyildi.  Hamısı  iyirmi  verst  idi.  Lakin  Gülpərini  qorxuya  salan  dağlar 

arasmdan  və  meşələr  içindən  keçən  yollardı  ki,  onlarda  çox  vaxtı  soyğunçuluq 

ittifaq düşərdi.  Gülpəri  erkən  gedib  mənzilə  çatmaq üçün faytonları  qovdururdu və 

faytonçulara  da  iti  sürmək  evəzində  çay  pulunu  artıq  verməyi  vədə  etmişdi. 

Gülpərinin  qorxduğu  başma  gəldi.  Belə  ki,  ağır  yüklü  fayton  əyri-üyrü  və  eniş- 

yoxuş yollara  çatdıqda,  bir döngədə  aşıb,  oxu və  çarxı  smdı.  Bu hadisə zühur edən 

vaxt  günəş enib dağm dalmda gizlənmişdi.  Gülpəri artıq iztiraba düşüb  söylənirdi.

Allah,  bu  nə  iş  idi  mənim  başıma  gəldi.  İndi  bu  yol  içində,  bu  qorxulu 

dağlar  arasmda necə  olacağıq.  Görəsən,  atamm başma nə  iş  gəldi ki,  bu vaxta kimi 

gəlib  çıxmadı.  Kaş  şəhərdə  qalıb  ondan xəbər gözləyəydim.

Faytonçu:

Xanım,  onlardan keçmişdir.  Gəl biz  gedib kənddən kömək çağıraq.

Gülpəri buna razı olmadı.

Yox,  heç  vaxtı  şeylərini  burada  qoyub  getmərəm,  ayrı  çarə  varsa  arayıb

tapm.

Faytonçular dedilər:



Xanım,  ayrı çarə yoxdur.  Hərgah faytonun oxu smmamış olsaydı,  çarxı bir 

tövr  sarıyardıq  və  yavaş-yavaş  sürüb,  özümüzü  kəndə  salardıq.  İndi  isə  ümidimiz 

bir allaha qalmışdır.

Bu  sözlərdən  sonra  Gülpərinin  iztirabı  daha  da  artdı.  Axşam  oldu.  Soyuq 

düşdü.  Dərələrdən  duman  qalxmağa  başladı.  Heç  kəs  gəlib  çıxmadı.  Gecə  orada 

qalmağm qorxusu çoxdu.  Gülpəri üzünü faytonçulara tərəf tutub:

Bu  gecə  bu  yol  üstündəmi  qalacağıq?  -  deyə  soruşduqda,  faytonçular 

cavabmda  aciz  qaldılar.  Nurəddin bu ittifaq düşəndən bəri fikrə  gedib  çarə  arayırdı. 

Nurəddin  öz  siniflərində  ən  fərasətli  uşaq  sayılırdı.  Nurəddin  üzünü  onlara  tutub 

dedi:


M ən  bir  çarə  tapdım,  qulaq  asmız  söyləyim.  Sman  faytonun  dörd  atı  var. 

Şeyləri  bu  atlara  yükləyib  biz  gedərik,  fayton  sahibi  burada  qalar.  Sonra  kənddən 

buna kömək göndərərik.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə