Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə119/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   115   116   117   118   119   120   121   122   ...   140

Bəli,  atam söyləyibdir,  - deyə Nurəddin cavab verdi.

İndi  al, onun cildində yazılan yazmı oxu.  Nurəddin alıb oxudu.

" Yaxşılıq elə balığı  at dəryaya balıq bilməsə xalıq bilər".  İmza:  Rəhim".

Oğlum,  o  Rəhim  mənəm.  O  zaman  üç  yüz  manat  itirib  körpünün  üstündə 

ağlayan  Rəhiməm.  Sənin  atan  Hacı  N əsir  mənə  bir  yaxşılıq  etmişdi,  indi  onun 

borcunu qaytarıb  sən oğluna verirəm,  - dedi.  -

Bizim  övladımız yoxdur.  Hərgah  səni  indi  evinizə  göndərsəm.  Gülpəri  qəyyum 

olduğuna  görə  səni  yenə  yanm a  aparacaqdır.  Bahar  səni  mühafizə  edə  bilməz; 

çünki o bir qulluqçu adamdır.  İndi  sən razı olsan Bahara da yazaram  gələr.

Nurəddin çox  şadlıq ilə bu təklifi  qəbul etdi.  Bu gündən Nurəddin üçün yeni bir 

məişət  başlandı.  Rəhim  Nurəddini  edadi  məktəbinə  qoydu.  Nurəddin  bu  gündən 

atasmm  sağlığmda  olduğu  kimi,  hər  gün  dərsə  getməyə  başladı.  B ir  dəfə  dərsdən 

qayıdarkən  Nurəddin  küçədə  Cənnətəlini  gordü.  Çox  sevindi,  onunla  görüşdü. 

Ondan ayrılandan sonra başm a gələni yol uzunu nağıl etdi.

Baba,  sən mənə yaxşılıq etdin,  indi də mən  sənə yaxşılıq edəcəyəm.

Rəhim Nurəddinin bu hərəkətindən şad olub dedi:

Həmişə belə et,  oğlum.  Fəqir-füqaranı yaddan çıxartma.

Cənnətəliyə təzə libas  geyindirib bağçaya bağban etdilər.

Rəhim  Nurəddinə  verdiyi  sözə  əməl  edib,  Baharm  dalınca  adam  göndərmişdi. 

Bir  axşam  Nurəddin,  Rəhim  və  Rəhimə  ilə  çay  içdiyi  zaman,  Bahar  qapıdan  içəri 

girdi  və  Nurəddinə  təəccüblə  və  çaşmış  bir  halda  baxıb  dayandı.  Nurəddin  cəld 

qalxıb  dedi:

Bahar,  məni tanımırsanmı?  - Bu sözü deyib  özünü onun üstünə  atdı.  Bahar 

ancaq indi  ayılıb dedi:

Vay,  Nurəddin  sağ  imiş.  -  Bunu  deyib  Nurəddini  bərk  qucaqladı.  Bunları 

bu  qayda  ilə  görüşmələri  iki  qocanm  gözlərini yaşartdı.  Bahar bir  az  rahat  olandan 

sonra dedi:

Nurəddin,  bilirsənmi ki,  səni  hamı,  hətta divan da ölmüş bilir.  Sən itəndən 

üç  gün  sonra  kəndçilər  papağmı  çaydan  tapıb  Əmiraslana  vermişlər.  O  da  divana 

məlum  edib,  sənin  ölməyini  təsdiq  etdirmişdir.  Bir  azdan  sonra  bir  də  gördüm  ki, 

Əmiraslanla  Gülpəri  budur  gəldilər,  evin  yerdə  qalan  şeylərini  yığışdınb  kəndə 

göndərdilər və mənə də dedilər:




Bahar,  indi  sən  bizə  lazım  deyilsən.  Haraya  istəyirsən  gedə  bilərsən.  Bu 

vaxt  m ən  bir  ilin  ərzində  ürəyimə  yığılanm  hamısmı  ağlaya-ağlaya  və  qışqıra- 

qışqıra boşaltdım.  Qonşular səsimə cəm olmuşdular.

Camaat, Nurəddinin ölümünə bais bu iki  şəxsdir!  -  deyə  qışqırdım.  Axırda 

Əmiraslan  qaradavoy  çağırıb  məni  qovdurdu.  İndi  gərək  sağ  olmağmı  divana 

məlum edib,  onlardan hesab  alasan.

Yox,  Bahar,  hələ bunlar lazım  deyildir.  Öz vaxtmda bunlar olacaqdır.  İndi 

mənim var-yoxum Nurəddinindir.  Onun pula,  dövlətə ehtiyacı yoxdur.

Çaydan  sonra  ər  və  arvad  Bahar  ilə  Nurəddini  söhbət  edən  qoyub  o  biri  otağa 

keçdilər.  Nurəddindən  cəmi  əhvalatı  biləndən  sonra  Gülpəri  ilə  Əmiraslandan 

intiqam  almaq  qəsdi  Baharm  ürəyində  daha  da  möhkəmləndi.  Baharm  xasiyyətini, 

ləyaqətini və evdarlığmı Rəhimə bəyənib evin cəmi ixtiyarmı ona verdi.

*  *  *

Bu  nağıl  etdiyimiz  zamandan  on  il  keçdi.  Baharm   axm  idi.  Rəhimin  evində 



səhər  tezdən  böyük  qonaqlıq  tədarükü  görülürdü.  Bu  qonaqlıq,  Nurəddinin  edadi 

məktəbini  birinci  dərəcədə təhsil  edib  qurtarması  münasibətilə yoldaşlarma verdiyi 

ziyafət  idi.  Bahar,  Rəhimə  və  Rəhim  süfrənin  zinnətinə  məşğul  idilər.  Hətta 

Cənnətəli  də  bağçadan  öz  əlinin  zəhməti  ilə  bitirdiyi  güllərdən  dərib  süfrəni 

bəzəməkdə  onlara  kömək  edirdi.  Bu  qonaqlığm  baisi  olan  Nurəddin  isə  o  biri 

otaqda  tezə  tələbə  libasım  geyib  güzgünün  qabağmda  özünə  ziynət  verirdi.  Bir 

azdan sonra Nurəddin təzə paltarmı  göstərmək  qəsdilə yem ək otağma  girdi.  Rəhim, 

Rəhimə,  Bahar  hər  üçü  heyrətə  gəlib  Nurəddinin  gözəlliyinə  valeh  və  heyran 

qalmışdılar.

Allah  səni  bədnəzərdən  saxlasm,  oğlum,  -  deyə  Rəhimə  Nurəddinin 

boynunu qucaqladı.  O da,  onu əllərinə  götürüb körpə uşaq kimi  gəzdirdi.

Saat  iki  tamamda,  otaq  gonc  qonaqlar  ilə  dolmuşdu.  Bir  azdan  sonra Nurəddin 

qonaqlarmı yem ək otağma təklif etdi.

İndiyə  kimi  Rəhimin  evi  belə  şad  deyib-danışmaq,  oxuyub-gülmək,  cavan 

səsləri  eşitməmişdi.  Səsdən,  gülməkdən  nahar  vaxtı  çalman  tanrı  səsi  eşidilmirdi. 

Axşama iki  saat qalmış,  qonaqlar dağılmağa baş-




ladılar.  Nurəddin  də  özünü  bir  qədər  havaya  verm ək  üçün  şahər  bağm a  gəzməyə 

getdi.  Axşam  vaxtı,  külfət  hamısı  çay  süfrəsində  hazır  olan  vaxt  Nurəddin  içəri 

girib  dedi:

Ata,  sizə bir qonaq gətirmişəm, təvəqqe edirəm qəbul edəsiniz.

Sənin qonağm bizə həmişə əzizdir,  oğlum,  - deyə Rəhim cavab verdi. 

Bilirəm,  ata,  ancaq qonaq elə  şəxsdir ki,  qorxuram qəbul etməyəsiniz. 

Edərəm,  oğlum,  de  içəri  gəlsin.  -  Nurəddin  çıxıb  bir  dilənçi  arvadm 

əlindən tutub  içəriyə  saldı.  Dedi:

Ana, bilirsənmi bu dilənci  arvad kimdir?

Gülpəridir,  - deyə Bahar qışqırdı və  gözlərində intiqam odu parladı.

Bəli,  Bahar,  Gülpəridir,  ancaq  tamaşa  et  gör  ondan  intiqamımı  necə 

alıram.  - Bu  sözü deyib, Nurəddin Gülpəriyə tərəf döndü və dedi:

Gülpəri,  indiyə  kimi  mənə  etdiyin  zülm  və  cəfanm  əvəzində  m ən  sənin 

bütün təqsirindən keçib  bağışlayıram.  M ənim ürəyimdə  indi  sən bədbəxtə rəhmdən 

başqa qeyri  şey yoxdur.

Bunu eşitcək Gülpəri  ağlaya-ağlaya Nurəddinin  ayağma yıxıldı və dedi:

Nurəddin,  rəhmli  cavan,  allah-təala  sənə  etdiyim  zülmün  əvəzində  məni 

bir elə bəlaya düçar etdi ki, yeməyə çörək tapmayıb küçələrə düşdüm.

Nurəddin Gülpərini  qaldırıb oturtdu.  Gülpəri başladı:

Doğrudur,  sənin  dövlətinə  malik  olmaq  istəyirdim,  ancaq  ölümünü 

istəmirdim.  M əni yoldan çıxardan o  şeytan Əmiraslan oldu.

Axırda  Əmiraslan sözü bu yerdə  qoydu ki,  səni  quyuya salıb  öldürsün.

Bahar bunu eşidib  dedi:

Onun üçünmü məni min bəhanə ilə  şəhərdə  qoydun,  ay zalım?

Nurəddin dedi;

Bahar,  sakit ol,  qoy nağıl etsin.

Gülpəri dedi:

Papağm  sudan  çıxandan  sonra  yəqin  etdik  ki,  çayda  boğulub  ölmüşsən, 

yazıq atam bu xəbəri eşidən kimi vəfat etdi.

Nurəddin bunu eşidib  ah çəkdi.  Gülpəri dedi:




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə