Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə120/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   116   117   118   119   120   121   122   123   ...   140

Sonra sənin malma sahib  olduq...

Amma yeyə bildinmi?  - deyə Bahar sordu.

Yox,  bir-iki  ilin  ərzirtdə  Əmiraslan  qumara  uduzub  qurtardı.  Sonra  əvvəl 

şəhərdəki  və  ondan  sonra  kənddəki  evləri  satıb  tələf etdi.  Her  şey  əldən  çıxandan 

sonra  Əmiraslan  məni  qovub  özü  də  qaçaq  dəstəsinə  qoşuldu.  Bir  neçə  müddət 

quldurluq edəndən sonra divan tərəfindən tutulub  asıldı.

Bahar dedi:

M əşhur məsələdir deyərlər:  " Su çanağı  suda çatlar".

Gülpəri:

Məni  de  bir  kişi  alıb  bu  şəhərə  gətirdi  və  bir  azdan  sonra  məni  atıb  yox 

oldu.  İndi  o  gündən küçələrə  düşüb  dilənçilik edirəm.  Bu yolda nələr çəkdiyimi bir 

allah bilir...

Gülpəri başmı  aşağı  salıb yenə  ağlamağa başladı.  Rəhim dedi:

Gülpəri,  ağlama,  sən Hacı Nəsirin  arvadı  və Nurəddinin  analığı  olmuşsan. 

Bunlarm  xatiri  üçün  və  Nurəddinin  özü  sənin  günahmdan  keçdiyi  üçün  burada 

qalıb rahat olacaqsan.  -  Sonra üzünü Nurəddinə tərəf tutub dedi:

Oğlum,  indi  rahat  ola  bilərəm,  çünki  sənə  verdiyim  tərbiyənin  meyvəsini 

bu  gün  gördüm.  M ən  səni  oğulluğa  götürməklə  böyük  bir  hünər  etmədim,  çünki 

mən  ancaq yaxşılığa yaxşılıq etdim.  Bu isə hər kişinin işidir.  Amma  sən yamanlığa 

yaxşılıq  etdin.  Bu  isə  ancaq  sənin  kimi  ər  kişinin  işidır.  -  Bunu  deyən  Rəhim 

Nurəddini  qucaqlayıb  öpdü.

Hacı  Səməd nağılım tamam edib  soruşdu:

İndi deyin  görüm,  övladlarım, kimin nağılı yaxşıdır?

Əlbəttə,  səninki,  səninki  yaxşıdır,  -  deyə  M əmməd  və  Fatma  cavab

verdilər.



QARACA QIZ

Qafqaz  şəhərlərinin  birində  Usta  Zeynal  adlı  bir  sərrac  öz  arvadı  Şərəfnisa  ilə 

yaşayırdı.  Bunlar  İran  əhli  idilər,  öz  vilayətlərində  məişətləri  m əşəqqət  ilə 

keçdiyinə  görə  vətənlərini  buraxıb  buraya  gəlmişdilər.  Usta  Zeynal  sərraclıq 

etməklə  külfətini  bir  tövr  dolandırırdı,  Usta  Zeynalm  övladdan  yalnız  altı  yaşmda 

Tutu  adlı  bircə  qızı  vardı.  Tutu  çox  qara  və  çirkin  idi.  Anası  ona  körpo  vaxtmdan 

"Qaraca  qız"  deyib  əzizlədiyinə  görə  əsil  adı  unudulub,  hər  kəs  onu  bu  adla 

çağırırdı.  Qaraca  qız  çox  nadinc  idi  və  özü  qız  uşağı  ikən  qızlarla  oynamağı 

sevməzdi;  həmişə  oğlan  uşaqları  ilə  oynayardı.  Uşaqlar  Qaraca  qızdan  qorxardılar, 

çunki  o  çox cürətli  idi və yum ruğunun da qabağmda heç kəs dura bilməzdi.  Qaraca 

qız  həmişə  zəifin  tərəfini  tutardı.  H ər  zaman  anası  onun  nadincliyindən  qonşulara 

şikayət edib  deyərdi:

-  Qaraca qızı  su batırmaz,  od yandırmaz,

Bununla  belə  Qaraca  qız  çox  rəhmdil  və  səxavətli  qız  idi.  H ər  nə  əlinə 

düşsəydi, yoldaşları ilə bölüşərdi.

Usta  Zeynal  yaşadığı  şəhərdə  tez-tez  zəlzələ  olardı.  B ir  qış  həmin  şəhərdə 

böyük  zəlzələ  olub  çox  ev  uçurtdu.  Zəlzələ  gecə  yarısı,  xalq  şirin  yuxuda  ikan 

ittifaq  düşdüyünə  görə  çox  adam  çökmüş  evlərin  altmda  qalıb  tələf  oldu.  Səhər 

açıldıqda  ətrafdan  xalq  tökülüb  şəhərə  köməyə  gəldi.  Adamlar  dəstə-dəstə  olub 

əllərində  kürək,  bel,  külüng  uçuqları  qazımağa  başladılar.  Ata  oğulu,  oğul  ananı, 

qardaş  bacmı  səsləyə-səsləyə  daş-torpağı  ayırırdılar.  Bir  dəstə  də  Usta  Zeynalm 

evini  qazıyırdı.  Əvvəlcə  Şərəfnisanm,  bunun  dalınca  Usta  Zeynalm  meyidi  çıxdı. 

Bir  azda  qazıyandan  sonra bir  deşik  açıldı.  Buradan  çılpaq bir balaca  qız  çıxdı.  Bu 

qız həmin Qaraca qız idi.

O,  ata-anasmm  meyitlərini  görüb  ağlamağa  başladı.  H ər  kəs  öz  qohum- 

əqrəbasmı  aramağa məşğul olub,  Qaraca qızm qeydinə  qalan yox idi.

Zəlzələdən  iki  gün  qabaq,  bir  dəstə  qaraçı  bu  şəhərin  kənarmda  çadır  qurub 

düşmüşdü.  O  dəstədən  bir  qaraçı  arvadmm  Qaraca  qıza  yazığı  gəlib  çadırlarma 

apardı və orada ona yem ək və paltar verib,



ocağm  qırağmda  oturtdu.  Qaraçılar  Qaraca  qızm  yetim  qalmağmı  və  onun  heç  bir 

kəsi olmayıb  qərib olduğunu bilib,  öz yanlarmda saxlamağa məcbur qaldılar.

Qaraca  qızı  qızlığa  götürən  qaraçı  arvadı  Yasəmən  iyirmi  yaşmda,  gözəl, 

yum şaq  təbiətli,  şad  ürəkli  bir  qadm  idi.  Xasiyyətinin  yaxşılığma  görə  Yasəməni 

hamı  sevərdi;  amma  onun  əri  Yusifi  heç  kes  sevməzdi,  çnüki  o,  çox  bədxasiyyət, 

tündməcaz,  zalım  bir  şəxs  idi.  Yasəmən  qaval  çalıb  oxumaq  və  oynamaq  ilə  pul 

qazanıb  dəstəyə  çox  m ənfəət  verərdi.  Onun  əri  Y usif  də  qapı-qapı  gəzib  ayı 

oynadardı.

Yasəmən  Qaraca  qızı  çadıra  gətirən zaman,  Y usif orada yox idi,  çünki  dəstənin 

bir hissəsi  onunla bərabər səhər tezdən buradan çıxıb yola düşmüşdü.  Yerdə  qalanı 

da  getməyə  yığışırdı.  Yasəmən  ərindən  çox  qorxurdu,  çünki  bilmirdi  ki,  o,  Qaraca 

qızı  qəbul edəcək, ya yox.  Bunun üçün Yasəmən iztirabda idi.

Qaraçı  dəstəsinin  yerdə  qalanı  da  yola  düşdü.  Yasəmənin  iztirabı  bihudə 

deyilmiş,  çünki  geridə  qalmış  dəstə  gəlib  yoldaşlarma  çatdıqda  Y usif  bu  işdən 

xəbər  tutub  çox  acıqlandı  və  bir  kəndə  çatan  kimi  Qaraca  qızı  orada  qoyub 

gedəcəyini  söylədi.  Yasəmən  ərinə  yalvardı  ki,  belə  iş  etməsin,  lakin  Y usif  onu 

dinləmək  belə  istəmədi...  Qaraca  qız  isə  ürəyində  bu  işə  şad  idi,  o,  Yusifdən 

qorxurdu  və  qorxmağa  da  haqlı  idi;  Yusifin  heybətli  sifəti,  hələ  qara  və  pırtlaq 

gözləri  nəinki  uşağı,  hətta  böyük  adamı  da  qorxuya  salırdı.  Yasəmən  ərinin 

tamahkarlığmı  bilirdi,  ona  görə  Qaraca  qızm  gələcəkdə  onlara  böyük  mənfəət 

verəcəyini  söylədi.

Yusif,  bilirsənmi  m ən nə  fikirdəyəm?  M ən  Qaraca  qıza mahnı  oxumaq,  özüm 



kimi  oynamaq  öyrədəcəyəm  və  üst-başmı  bəzəyib  kəndlərdə,  şəhərlərdə 

oynadacağam,  sənin üçün pul yığacağam.

Bu fikri  Y usif bəyənib,  Qaraca qızm dəstədə  qalmasma razı oldu.

*  *  *


Qaraçılarm məişətini  Qaraca  qız  çox bəyənirdi və bu  gün burada,  sabah bir təzə 

yerdə,  çay  qırağmda,  meşə  kənannda,  mənzil  edib  çadır  qurmaq,  nağıl  söyləmək  - 

bunlarm  hamısı  Qaraca  qıza  çox  xoş  gəlirdi.  Əvvəl  vaxtlar  Qaraca  qız  Yusifin 

ayısmdan  qorxurdu.  Amma  sonralar  öyrəşib  onunla  çox  dost  olmuşdu.  Ayı  da 

onunla oynamağı  sevirdi.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə