Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə116/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   112   113   114   115   116   117   118   119   ...   140

Yenə deyirəm ki,  sənin onun ilə əsla işin olmasm.  Tez ol  geyin,  gedək.

Nurəddin  Əmiraslanı  acıqlı  görüb  dinməz-söyləməz  tezcə  geyindi.  Yol  uzunu 

Əmiraslan  fikirdə  olub  bir kəlmə  söz  demədi.  Əmiraslan  bu  ittifaqdan  sonra  yenə 

öz  pis  fikrindən  əl  götürməyib.  Nurəddin  isə  başma  gelən  xataları  qəza  işi  bilib, 

Əmiraslandan  şəklənməyirdi.  Ancaq bir ittifaq onu  şəkkə  saldı.  Bir defə  Əmiraslan 

onunla  bazardan  evə  qayıdanda  yolda  çəpər  üstündə  bir  gürzəni  qıvrılıb  yatmış 

gördülər.  Əmiraslan dedi:

Nurəddin,  gör nə  gözəl koramal balasıdır.  Tut,  aparıb kirpimə verək yesin. 

Qorxma, koramalm zəhəri yoxdur,  adamı vurmaz.

M ən də bilirəm zəhəri yoxdur.  Ancaq o koramal deyil  gürzədir.

Yox,  sən tanımırsan, koramaldır.

K oram ahn başı  sarımtıl olur,  elə  qara rəngli olmur.

Onu sənə kim deyibdir?

İmamverdi baba, neçə dəfə bağçada koramalı mənə  göstəribdir.

Əmiraslan qəhqəhə ilə  gülüb dedi:

Koramaldan qorxursan,  ona görə də ilanı bəhanə  gətirirsən.

Nurəddin bir söz deməyib,  əlindəki  ağacla tez ilanm başmdan vurub  öldürdü. 

İndi bax,  gör ilandır, ya koramaldır.

Bu halda yol  gedən iki  adam buna baxıb  dedi:

Əlbəttə,  ilandır,  özü də  gürzədir.

Adamlar gedəndən sonra Əmiraslan ilanm o yan-bu yanm a baxıb  dedi:

Düzdür,  m ən  səhv  edirəm,  bu  koramal  deyil.  İlan  koramala  çox  oxşayır, 

ona görə  səhv etmək olar.

Nurəddin ona cavab verməyib,  ancaq fikrindən bunu keçirdi:

Sənə  qulaq assaydım indi meyidim bu yol üstündə  qalmışdı.

Bu  ittifaqdan  sonra  Nurəddin  Əmiraslandan  şəklənib,  sərvaxt  dolanmağa 

başladı.

Bir  dəfə  Nurəddin  sərçəsini  götürüb  bağçada  oynamaq  bəhanəsi  ilə  qaçıb 

İmamverdi  babanı  yoxlamağa  getdi.  İmamverdi  baba  döşəkdə  yatırdı,  azardan  çox 

zəif  düşmüsdü.  Yazıq  kişi  Nurəddini  qucaqlayıb,  sevindiyindən  ağladı.  Nurəddin 

də  başma  gələn  hadisələri  nağıl  etdikdə,  İmamverdi  babanm  üzündə  təşviş  artırdı. 

Nurəddin axırmcı ilan




fəqərəsini1 nağıl etdikdə,  İmamverdi baba daha səbir edə bilməyib, zəif səsi ilə belə 

qışqırdı:

Yox,  daha  səni  orada  qoymaq  olmaz.  M ən  azarlıyam,  durmağa  taqətim 

yoxdur,  səni  o  iki  şeytanm  şerindən  mühafizə  erməyi  bacarmıram.  Oğlum,  gərək 

tezliklə  şəhərə  Baharm  yanm a  qayıdasan.  Yoxsa  tələf  olarsan.  İndi  get,  m ən  də 

görüm nə çarə tapıram.  Ancaq sərvaxt ol,  Əmiraslanm sözünə əsla inanma.

İmamverdi  baba  Nurəddini  qucaqlayıb  öpdü.  Zavallı  kişinin  gözlərindən  yaş 

dolu kimi yağıb, üzünü,  ağ  saqqalmı islatdı.

Murəddin  çox  qəmgin  evə  qayıdırdı.  Yol  uzunu  başma  gələn  qəza-qədərdən 

fikir edirdi:

İndi  anlayıram  ki,  Əmiraslan  nə  məqsəd  ilə  məni  gah  uca  nazik  budağa 

çıxardırmış,  gah  dərin  suya  salımrmış  və  gah  da  ilanı  koramal  adma  əlimlə 

tutdururmuş.  Bəli,  mənim  ölməyimi  istəyirmiş.  Ancaq burasmı  anlamıram  ki,  m ən 

ona nə  etmişəm  ki,  mənim  ölümümü  istəsin  və  bundan  ona nə  mənfəət  ola bilər.  - 

Bu  barədə  fikirdə  ikən  birdən  Baharm  bu  sözü  yadm a  düşdü:  "Qorxma,  ağam,  nə 

qədər  sən  sağsan,  Gülpəri  sənin  bir  qəpiyinə  də  əl  vura  bilm əz",  -  Demək  ki,  mən 

ölsəm  malım  Gülpəriyə  düşəsidir.  Əlbəttə,  belədir,  bu  sadə  fikri  m ən  indiyə  kimi 

niyə  anlam am ışam ?!

Nurəddin evə  qayıdanda, həyətdə  Əmiraslana rast gəldi.

Haradan gəlirsən?

Bağçadan  gəlirəm,  -  deyə  Nurəddin  cavab  verdi  və  qızarıb  başmı  aşağı 

saldı,  çünki  Nurəddin  ömründo  əvvəlinci  dəfə  idi  ki,  yalan  deyirdi.  Bunun 

halətindən yalan deməyini duyub  Əmiraslan acıqlı yenə  soruşdu:

Düzünü de  görüm, harada idin?

İmamverdi babanı yoxlamağa  getmişdim.

Sən  nə  cürət  edib  mənim  əmrimdən  çıxırsan?  -  Əmiraslan  bunu  deyib 

qışqırdı və Nurəddini çomaq ilə döyüb,  anbara saldı və  ağzmı kilidləyib  getdi.

Bu  İttifaqdan  iki  gün  sonra  İmamverdi  babanm  iflic  azarmdan  dili  tutulmaq 

xəbəri  gəldi.  Gülpəri  və  Əmiraslan  cəld  geyinib  getdilər,  amma  Nurəddini 

aparmadılar.  İlan fəqərəsindən bəri  Əmiraslan Nurəddinlə

1  Əhvalatını



mehriban dolanmağı  bilmərrə buraxıb,  hər bir cüzi  şeyi bəhanə  edərək,  onu tez-tez 

döyüb  anbarda dustaq edirdi.

Gecə  Əmiraslan  ilə  Gülpərinin  söhbətindən  Nurəddin  anladı  ki,  İmamverdi 

babanm  dili  tutulubsa  da  hələ  ölüm  haləti yoxdur.  Bu xəbərdən Nurəddin  şad  olub 

öz-özünə dedi:

Yox,  Əmiraslan  məni  öldürsə  de  səhər  sübhdən  qaçıb  babamı  yoxlamağa 



gedəcəyəm.

Bu  fikir  ilə  Nurəddin  yatdı.  Nurəddin  Püstə  nənə  ilə  bir  otaqda  yatırdı.  Səhər 

gözlərini  açanda  gördü  ki,  Püstə  nənə  otaqda  yoxdur.  Bundan  şad  olub  cəld 

geyinməyə  başladı.  Sonra  sərçəsini  görürüb  bağçaya  girdi  ki,  gizlincə  bağ  arası 

İmamverdi  babagilə  getsin.  Nurəddin  nar koluna  çatdıqda,  qəflətən  onun  dalmdan 

Əmiraslan  ilə  Gülpərinin  səsini  eşitdi.  Cəld  və  üsulluca  kolun  içinə  girib  gizləndi. 

Əmiraslan Gülpəriyə deyirdi:

Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur.

Yazıq baba,  bu zalm ılar  sənə  zəhər verm ək  istəyirlər.  Yox,  qoymaram,  nə 

yaxşı oldu ki, bunlarm fikrini bildim.

Nurəddin bu fikirdə ikən Əmiraslan başladı:

İndi  yaxşı  fürsətdir.  Əminün  dili  tutulub,  xəstəlikdə  yatır,  Bahar  da  ki, 

uzaqdadır.  Kimə nə  gərəkdir ki, Nurəddin nə  azardan öldü.

Bu  sözləri  eşidəndə  Nurəddinin  rəngi  qaçıb  tükləri  biz-biz  durdu.  Yazıq  uşaq 

qorxusundan nəfəsini içinə elə çəkmişdi ki,  deyəsən biruh idi.

Gülpəri dedi:

Yox,  Əmiraslan,  bunu  bacarmayacağam.  M ən  deyirəm  ki,  bu  isdə 

öldürmək olmasm.

Elə  isə  heç  çarəsi  yoxdur.  Nə  şəriət  ilə,  nə  zakon  ilə  Nurəddin  sağ  ikən 

onun  malını  sənə  vermək  olmaz.  İndi  ki,  sən  bacarmırsan,  mən  bacararam.  Qulaq 

as,  gör bu fikir necədir?

Nurəddini  göndərəcəyəm ki,  həyətdə  quyudan  su  çəksin.  Özün  də bilirsən 

ki,  quyunun  dərinliyi  qırx  arşmdan  artıqdır.  Nurəddin  su  çəkdiyi  halda  daldan 

itələyib  quyuya  salacağam.  Hamıya  deyərik  ki,  quyudan  su  çəkdiyi  yerdə  özü 

düşüb boğulmuşdur.  Hərgah razısansa de, bu axşam əmələ  gətirim.

Gülpəri bir dəqiqəyə kimi  dayanıb  cavab  vermədi.  Bu bir dəqiqə  Nurəddinə bir 

il  göründü və ürəyindən keçirtdi ki, hərgah  Gülpəri bu



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə