Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə112/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   108   109   110   111   112   113   114   115   ...   140

Bu təklif cümlənin xoşuna gəldi.  Ələlxüsııs  Gülpəri  şad idi ki, beləcə  asan yolla 

Nurəddin onları çətinlikdən  qurtardı.  Vaxtı  itirməyib  atları yüklədilər və yola rəvan 

oldular.  Səfərin  qorxulu  yeri  qabaqda  idi.  M eşənin  içilə  səkkiz  verst  yol  gedirdi. 

Köç  meşəyə  çatdıqda  qaranlıq  lap  çökmüşdü.  Cəfər  yüklü  atlarla  qabaqda  və 

fayton  dalda  gedirdi.  Gülpəri  bərk  qorxurdu.  Nurəddin  qorxaq  uşaq  deyilsə  də, 

meşənin  vahiməsi  onu  da basmışdı.  Elə  sakitlik  idi  ki,  nə  bir zihəyatm  səsi  çıxırdı, 

nə  də  bir  yarpaq  tərpənirdi.  Odur  ki,  bir  yandan  bu  sakitliyin  özü  də  insanı 

vahiməyə  salırdı.  Qəflətən  bir  qorxulu  səs  meşəni  götürdü.  Bu  səsdən  Nurəddin 

diksindi,  Gülpəri  qışqırdı.  Faytonçu dedi:

Qorxma, xanım bayquşdur, ulayır.

Vay,  allah  səni  yox  etsin,  gör  nə  murdar  səsi  var,  -  deyə  Gülpəri  qarğış

elədi,


Meşənin  qurtaracağma  iki  verst  qalmış  bir  atlı-yaraqlı  adam  Cəfərin  qabağmı 

kəsdi.


Dayan, tərpənmə,  atdan düş, yoxsa odladım!

Əmiraslan ağa,  atma, mənəm.

Cəfər,  sənsən?

Bəli,  ağa, mənəm.

Atlı tüfəngini çiyninə  salıb,  Cəfərə  sarı irəlilədi.

Cəfər, bu köç kimindir?

Ağa,  Gülpəri  xanımmdır.  Odur  özü  də  daldan  faytonla  gəlir.  Yolda 

faytonumuzun  biri  smdı,  ona  görə  şeyləri  atlara  yükləmişik.  Şəhərdə  nə  qədər 

İmamverdi  babanı  gozlədiksə  də,  gəlib  çıxmadı,  axırda  naçar  qalıb  özümüz  yola 

düşdük.


Cəfər,  sən  yavaş-yavaş  sür  get,  mən  də  faytonla  bərabər  gəlirəm,  -  deyə 

Əmiraslan atmı  qamçıladı.  Gülpəri  atlını  görcək qorxuya düşdü:

Yaman yerdə  qaranlıqladıq.

Qorxma,  xanım  yəqin  sizin  adamlardandır,  qabağmıza  gəlibdir,  -  deyə 

faytonçu Gülpəriyə ürək verdi.

Əmiraslan faytona yaxmlaşıb ucadan səsləndi:

İndi necəsən,  əmiqızı,  sizi tutub var-yoxunuzu əlinizdən alımmı?

Gülpəri bu səsi eşitcək sevinib  qışqırdı:

Əmiraslan,  əmioğlu,  sənsən?!  Nə yaxşı  gəldin, bəs  atam hanı?

Gərək  fayton  tutub  qabağımıza  gələ  idi.  Bilmirəm  kağızı  gəlib  çatmayıb,  ya 

başma bir iş  gəlib?

Əmiraslan dedi:




Mənim,  sizin  gəlməyinizdən  xəbərim  olmamışdır.  Özüm  də  evdən  səhər 

çıxmışam.  Yəqin  əmimin  indiyə  kimi  gəlib  çıxmamağma  səbəb  körpünü  sel 

aparması  olmuşdur.  Cəfərdən  başmıza  gələn  hadisəni  eşitdim.  Əmiqızı,  köçdən 

belə  görünür  ki,  daha  bir  də  geri  qayıtmayacaqsan.  Yaxşı  da  edərsən,  adam  gərək 

verdiyi  sözün üstündə dursun.

Gülpəri  söhbəti dəyişdirmək üçün dedi:

Əmioğlu,  deyəsən Nurəddini  görmürsən?

Əmiraslan Nurəddini indicə  gördü və  Gülpərinin də işarəsini  anladı:

Nurəddin,  sən çox xoş  gəlmisən.  De  görüm məndən qorxdunmu?

Səndən  niyə  qorxuram,  adam  da  adamdan  qorxarmı?  -  deyə  Nurəddin 

cavab verdi.

Oxuyan uşaq qorxaq olar.

Xeyr,  səhv  edirsiniz,  oxumayan  uşaq  qorxaq  olar.  Oxuyan  uşağm  elmi 

olar, hər şeyin  sirrini bilər,  ona görə de qorxmaz.

Yaxşı,  indi ki,  sən elə  qoçaq oğlansan,  gəl mənim atımı min, bir az da m ən 

faytonda  dincimi  alım,  -  deyə  Əmiraslan  Gülpəriyə  göz  vurdu.  Gülpəri 

Əmiraslanm işarəsini başa düşdüsə də yenə razı olmayıb dedi:

Yox, yox, Nurəddini  at yıxar.

At  çox  dincdir.  Adam  yıxan  deyil,  yavaş-yavaş  faytonun  yanm ca  sürər. 

Ancaq atdan qorxan deyilsə...

M ən qorxaq deyiləm,  - dedim!

Axırda  Gülpəri razı  oldu.  Əmiraslan atdan düşüb Nurəddini mindirdi.  Nurəddin 

özünü  atm  üstündə  görcək  onu  tərkimlədi.  At  sıçrayıb  qaçdı.  Gülpəri  qorxdu. 

Amma Nurəddin atda bərk oturmuşdu.  Əmiraslan dedi:

Maşallah,  qoçaq uşaqdır.

Sonra faytona minib  Gülpərilə  gizlin söhbətə başladı.

Əmiraslan,  İmamverdinin  kiçik  qardaşı  Tanrıqulunun  oğlu  idi.  Bundan  başqa 

Tanrıqulunun  övladı  olmamışdı.  Ona  görə valideyni  Əmiraslanı  əzizləyib,  ərköyün 

böyütmüşdü.  Balaca  Əmiraslan  üçün  "yox"  kəlməsi  yox  idi.  Her  xahişi  ata-anası 

tərəfindən  fövri  əmələ  gəlirdi.  Əmiraslan  özgə  uşaqda  bir  şey  görsəydi,  o  saat 

gerək  ona da  alma  idi,  yoxsa  sakit  olmazdı.  Belə  tərbiyənin nəticəsi  tezliklə  ortaya 

çıxdı.  Əmiraslan  doqquz  yaşma  çatdıqda  atası  ona  heybə  və  çərəkə  aldı.  Təzəcə 

paltar geydirib hədiyyə ilə onu mollanm yanm a oxumağa



apardı.  Üç  gündən  sonra  Əmiraslan  çərəkəsini  cırıb  məktəbdən  qaçdı.  Ata-anası nə 

qədər yalvardısa da, bir şey çıxmadı.  Atası çox təkid edəndə  Əmiraslan dedi:

Dədə,  mən  məktəbə  getməyəcəyəm.  Orada  molla  adamm  ayağmı 

falaqqaya salıb döyür.  İstəyirsən məni  şkolaya qoy  gedim.

Tanrıqulu  rusca  oxumağm  ziddinə  gedənlərdən  idi.  Bu  fikri  onun  başma  salan 

və  onu  şkolaya  düşmən  edən  kənd  mollası  axund  M olla  İman  idi.  O,  həmişə 

deyərdi:

Tanrıqulu,  məbadə  oğlunu  şkolaya  qoyasan.  Orada  m üsəlman  uşaqları 

təmiz urus edirlər.  Başlarma tük qoydurub  şapka qoyurlar.

Oxutduqları da  Sədi, Hafiz  əvəzinə başdan-ayağa tülkü, çaqqaldır.

Tanrıqulu  axundun  birinci  dərəcə  müridlərindən  hesab  olunurdu.  Odur  ki, 

oğlunun  şkolaya  girmək xahişi  onu  çaşdırdı.  Nə  axundun  əmrindən  çıxa bilirdi,  nə 

də  oğlunun  oxuyub  ədəbli,  elmli  olmasmdan  əl  çəkə  bilirdi.  Axırda m əsləhət üçün 

Əli  bəyin  yanm a  getdi.  Əli  bəy  elmli  və  qoca  bir  kişi  idi.  Tanrıqulu  həmişə  onun 

hörmətini  saxlardı və hər məsləhəti  olsaydı  gedib  onunla həll  edərdi.  Tanrıqulu  Əli 

bəygilə  gələndə  orada  Əli bəydən başqa bir  şəxs  də  gördü.  Buna  Tanrıqulu  əw əlcə 

bu  adamm yanm da  fikrini  açıb  Əli  bəyə  demək  istəmədi.  Amma  elə  ki,  Əli  bəy:  - 

"Bu  mənim  yaxm   dostum  M irzə  Həsəndir,  tanış  olun"  -  dedi,  fikrini  dəyişdirib 

əhvalatı ona nağıl etdi.  Əli bəy uşağı  şkolaya qoymağı m əsləhət görüb dedi:

A  kişi,  heç  kəsin  sözünə  qulaq  asma.  İstəyirsənsə  oğlun  adam  olsun, 

şkolaya  qoy.  O  ki  qaldı  axund  M olla  İman,  onun  fikri  başdan-ayağa  yanlış  və 

xatadır.  Burada  heç  bir  uşağı  rus  etməmişlər.  Əgər  etmişlərsə,  budur,  onlarm 

müəllimi  söyləsin.

M irzə Həsən gülümsünüb dedi:

Əgər  islamlıq  başa  tük  qoyub,  şapka  geymək  ilə  pis  olursa,  belionda 

M olla İmanm dediyi  düzdür.  Ancaq onun bu  sözü hansı kitabdan götürdüyünə  mən 

də  məəttəl  qalmışam.  Bu  fikir  M olla  İmanm  öz  başmdan  çıxma  bir  şeydir.  - 

Qardaşım,  oğlunu tezliklə  göndər gəlsin.

Peşman olmazsan.

Tanrıqulu bir iki  adamm məsləhətinə  görə oğlunu şkolaya qoydu.

Əmiraslan  şkolada  çox  davam  etmədi.  Nadinc,  söyüşkən,  bu  doqquz  yaşmda 

uşaq,  cəmi  müəllimləri  təngə  gətirmişdi.  Heç  bir  gün  olmazdı  ki,  Əmiraslan  bir 

uşaqla  savaşıb,  döyüşməsin.  Bunun  bəd  əxlaqmı  düzəltməkdə  m üəllimlər  aciz 

qalmışdılar.  Buna da bais ata-anası idi,




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə