Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə114/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   110   111   112   113   114   115   116   117   ...   140

Qara Hüseyn Nurəddinin  qıçmı əlləşdirib dedi:

Sağ  ayağı  diz  qapağmdan  çıxmışdır.  -  Sonra  şaqqıltı  ilə  ayağı yerinə  saldı 

vı  qıçm  dörd  itrafma  ağac  düzüb  bərk  sandı.  Nurəddin  ağrıya  davam  edib  əsla  səs 

çıxartmırdı.

Yaşasm  belə  qoçaq uşaq,  -  deyə  Qara  Hüseyn  Nurəddini  tərif etdi.  Sonra 

da  evdı  tapşırdı  ki,  Nurəddinin  qıçı  üç  gün  belə  qalasıdır.  Heç  tərpətməyin,  sonra 

gəlib  özüm açacağam.  Bundan sonra üzünü Nurəddinə çevirib  dedi:

Ağıllı oğlum,  ayağmı heç tərpətmə,  onda ağrıtmaz və  sən də rahat olarsan.

Qara Hüseyn xudahafiz edib  getdi.

Gecədən  xeyli  keçdi.  Amma  Nurəddin  ayağmm  ağrısmdan  yata  bilmirdi. 

İmamverdi baba onun yanm da oturub keşiyini  çəkirdi.  Amma  Gülpəri o biri  otaqda 

xoruldayırdı.  Axırda Nurəddin yuxuya  getdi.  Bir də  gözünü  açanda  gördü ki,  günəş 

pəncərədən içəri düşmüşdür.  İmamverdi baba Nurəddinin yanm a  gəldi.

Sabahm xeyir,  oğlum, rahat yata bildinmi?  Ayağm ağrıyırmı?

Azacıq ağrıyır, baba.

Darıxma,  oğlum  allah  qoysa  bir  neçə  günə  sağalıb  duracaqsan  və  səni 

gəzməyə  aparacağam.  B ir  bax  gör  babanm  nə  gözəl  bağçası  vardır.  Bu  sözləri 

deyib  İmamverdi pəncərəni  açdı və özü də bayıra çıxdı.

Sübhün  təmiz  havası,  güllərin  və  çiçəklərin  qoxusu  otağı  ətirləndirdi.  Quşlar 

gömgöy  budaqlarda  oturub  oxuşurdular.  Pəncərənin  ağzmda  bir  tut  və  bir  gilas 

ağacı  bitmişdi.  Gilasm  budaqları  pəncərəyə  o  qədər  yaxm  idi  ki,  əl  uzadanda 

çatırdı.  Bu  ağacm üstü qırmızı  gilasla dolu idi.  Quşlarm bəzisi  gilas və bəzisi  də tut 

ağacmda  oturub,  gah  oxuyurdular  və  gah  da  balaca  dimdikləri  ilə  tutdan  və 

gilasdan  qopardıb  yeyirdilər.  Nurəddin  bunlara  çox  həvəslə  baxırdı.  Bu  quşlardan 

sərçədən  başqa  qeyrilərini  tanımırdı.  Nurəddin  bir  də  gördü  ki,  bir  ana  sərçə 

ağzmda  bir  göy  cücü  pəncərənin  üstünə  qondu  və  oradan  cik-cik  səsi  gəldi. 

Nurəddin  gözlərini  dolandıranda  gördü  ki,  bir  yuvadan  dörd  dənə  sərçə  balası 

başlarmı  bayıra  çıxardıb  civildəyirlər.  Anaları  uçub  yuvanm  ağzma  qondu. 

Balaları,  sarı  ağızlarmı  açıb  civiltini  bərkitdilər.  Ana  sərçə  ağzmı  açıb  cücünü 

birinin  ağzma  verib  uçdu.  Bir  azdan  soııra  yenə  ağzmda  cücü  yuvasmm  yanmda 

hazır  oldu.  Bu  dəfə  cücünü  o  biri  balasma  verdi.  Gələn  dəfə  üçüncüsünə  və  sonra 

dördüncüsünə




verdi.  Bu  qayda  ilə  ana  sərçə  balalarma  dən  daşıyırdı  və  bir  dəfə  də  olsa  növbəti 

pozmurdu.

Bu  sərçə  yuvası  və  onun  içində  olan  balalarm  yaşamaları  Nurəddinə  bir 

məşğələ oldu.  Bir dəfə balaca  sərçələrdən biri yuvadan sürüşüb, uçaraq otağm içinə 

düşdü.  Bu halda İmamverdi baba içəri daxil oldu.

Baba,  indicə yuvadan bir sərçə balası uçub içəri düşdü.  Onu tut mənə ver.

İmamverdi  sərçəni tutub Nurəddinə verdi:

Oğlum, yaxşı öyrətməli vaxtıdır.

Baba,  sərçəni necə öyrədirlər? Mənə də öyrət.

Yaxşı,  oğlum,  öyrədərəm.

İmamverdi  sərçəni  Nurəddindən  alıb  yerə  qoydu  və  bir  az  kənara  çəkilib 

muşqurmağa  başladı.  Sərçə  m uşquruğu  eşidəndə  cik-cik  etməyə  başladı,  amma 

uçub  çağırışa gelmədi.  İmamverdi baba dedi:

İndi  bu  toxdur,  ona  görə  mənə  qulaq  asmır.  Qoy  bir  az  ac  qalsm,  o  vaxt 

m uşquranda uçub  gələcəkdir.  İndi,  oğlum,  gəl  sərçən üçün mənzil  qayıraq.

İmamverdi  baba  bunu  deyib  rəfdən  bir  boş  tütün  qutusu  və  bir  qədər  pambıq 

götürdü və Nurəddinə verdi:

Bu da sərçənin evciyi.

Nurəddin sevinib  sərçəni  qutuda rahat etdi.

Baba,  sərçəm acanda nə verim?

Çörək  çeynəyib  ver,  tut  ver,  amma  bunlardan  yaxşısı  cücüdür.  M ən 

bağçamızdan tutub  gətirərəm.

Bu  halda,  Cəfər  əlində  podnos,  içində  çay-çörək,  şora batırılmış  təzə  inək yağı 

içəri daxil oldu.  Çayı Nurəddinin  qabağma qoyub halmı  soruşdu və dedi:

Ağa, bu gün mən evə  qayıdıram, nə  qulluğun varsa, buyur.

Nurəddin dedi:

M əndən  Bahara  salam-dua  yetir,  amma  ayağımm  çıxmağmı  demə,  ürəyi 

xarab  olar  və  bir  də  mümkün  olsa,  mənim  şəkil  dəftərlərimi  və  rəng  qutumu 

göndərərsiniz.  Gələndə  almışdım ki, burada şəkil çəkəm.  Yadımdan çıxıb  qalıbdır. 

Baş üstə,  ağa,  özüm adam tapıb  göndərərəm,  hələ ki, xudahafiz.

Allah sənə tezliklə  şəfa versin,  - deyə  Cəfər getdi.

Üçüncü günü Qara Hüseyn gəlib Nurəddinin ayağmı  açıb  dedi:




İndi,  oğlum,  ayağm  yaxşıdır,  daha  sarımayacağam.  Ancaq  bir  müddət 

gərək  üsullu  dolanasan.  Atılıb  düşməyəsən.  Bir-iki  gün  evdən  çıxma.  Yavaşca- 

yavaşca evdə  gəz.  Eyvanda otur,  babanm bağçasma tamaşa eylə,  sonra səni bağıma 

gəzməyə  aparacağam.

Qara  Hüseyn  xudahafiz  edəndə  İmamverdi  baba  ona  pul  verdi.  Amma  o  qəbul 

etməyib dedi:

M ən  heç  vaxt  pul  qəbul  etmərəm.  Hələ  səninlə  dostluğum  dursun, 

Nurəddinin  atası mənə  çox yaxşılıq edibdir.  O yaxşılığm  əvəzində mən ona heç bir 

şey  etməmişəm.  İndi borcumu verirəm,  artıq bir şey  etmirəm.

Qara  Hüseyn  gedəndən  sonra  İmamverdi  baba  Nurəddinin  başmı  sığallayıb 

dedi:

Görürsən,  oğlum,  yaxşılıq  nə  gözəl  şeydir.  Atanm  yaxşılığm m   əvəzini 



övladma  edirlər.  Bax,  oğlum,  bu  əyləşdiyin  evi  atanm  köməkliyi  ilə  tikdirmişəm. 

İndi  mən də bunu və  qabağmdakı bağçanı vəsiyyət etmişəm ki,  sənə verüsin.  Bunu 

bu kənddə hamı bilir.  M ən öləndən  sonra bunlar sənindir.  Bunlarm  Gülpəriyə  dəxli 

yoxdur.


Gülpəri pəncərənin qabağmdan keçərkən bu  sözləri eşidib  dedi:

Ata,  o nə  şeydir ki,  mənə dəxli yoxdur?

İçəri  gəl deyim.

Gülpəri  gəldi,  İmamverdi baba dedi:

İndi  Nurəddinə  vəsiyyət  edirəm  ki,  bu  oturduğu  ev  və  qabağmdakı  bağça 

onundur,  sənə  dəxli  yoxdur.  Bu  vəsiyyətimi  sənə  deyirəm,  qızım,  bunu  əmələ 

gətirərsən.  Özün də yaxşı bilirsən ki, bunlar onun atasınm pulu ilə tikilmişdir.

Gülpəri dedi:

Ata,  əmrini  yerinə  yetirməyə  hazıram.  Ancaq  mənim  də  səndən  bir 

təvəqqəm var.

Söylə,  qızım,  görüm nədir?

M ən söyləməyəcəyəm,  Əmiraslan söyləyəcəkdir.

Məni  Əmiraslanla  heç  bir  işim  ola  bilməz.  Bunu  özün  də  bilirsən.  Bir  də 

siz  bura  gələndən  bəri,  o,  Nurəddini  yoxlamağı  əldə  bəhanə  edib,  bura  tez-tez 

gəlməsin, yoxsa qovaram.

Ata,  elə  iş  etmə,  bu  gün  o  səndən  bir  şey  təvəqqə  edəcəkdir.  Onun 

təvəqqəsini  qəbul et,  çünki, m ən də o təvəqqeyə  şərikəm.

Yenə deyirəm,  Əmiraslanla mənim heç bir işim ola bilməz.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə