Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə124/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   120   121   122   123   124   125   126   127   ...   140

Səlim bəy fursəti fövtə verməyib  dedi:

Onda verin mən aparım.

Hüseynqulu ağa dedi:

Səlim  bəy,  heç  vaxt  ona  razı  olmaram.  Necə  ki,  sizə  dəmişəm,  elə  də 

edəcəyəm.  Qaraca qız bağbanm Piri babanm yanm da olacaqdır.

Pəricahan xanım dedi:

Bu  şərtə  mən  də  razryam.  Ancaq  Ağca  xanımla  bilmərrə  əlaqəsi 

olmayacaqdır,  çünki ondan pis xasiyyət götürər.

Bu  şərtlə  aparıb  Qaraca  qızı Piri kişiyə tapşırdılar.  Piri kişinin daxması  ağalığm 

böyük  meyvə  bağmm  içində  idi.  Piri  kişi  yetm iş  yaşmda,  yum şaq təbiətli  bir  qoca 

idi.  Heç  bir  kəsi  yox  idi,  özü  də  Hüseynqulu  ağanm  rəiyyəti  olub  onun  atası 

zamanmdan  bu  bağa  bağbanlıq  edirdi.  Piri  kişi  həmişə  bağda  ömür  sürüb,  işi 

düşməsə  ağalıq qapısma  gəlməzdi.

Xidmətçilər  Hüsejnqulu  ağadan  qorxub  hüzurunda  titrəyirdilər.  Lakin  Piri  kişi 

kimsədən  qorxmazdı və bacardığı  qədər qulluqçuları  ağalarm zülmündən mühafizə 

edərdi.  Ona  görə  onu  başqa  nökərlər  sevərdi.  Qaraca  qızm  saxlanmaq  üçün  Piri 

kişiyə verilməsi onu çox  şad etdi.  Öz komasmda Qaraca qız üçün yer hazırladı;  onu 

yedirib  rahat  etdi.  Qaraca  qız  yatağm a  girib  bir  müddət  yata  bilmədi.  Sonra  Piri 

kişidən soruşdu:

Baba,  o  xanım,  qızmı  nə  üçün  mənimlə  oynamağa  və  söhbət  etməyə

qoymur?

Qızım,  onlar  bəydirlər,  biz  rəiyyət,  onlar  ağadırlar,  biz  nökər.  Bizimlə 



onlarm  nə  yoldaşlığı.  Qızım,  sən  Ağca  xanımı  yaddan  çıxar.  O  sənə  yoldaş 

deyildir.

Qaraca qız bu sozlərlə  sakıt olmayıb duşunurdu:

M ən  Ağca  xanıma  nə  etdim  ki,  anasınm  mənə  acığı  tutdu.  Bu  gecə  ona 

yem ək  verməyəcəklər.  Yazıq  ac  qalacaqdır.  Anam  sağ  olanda  məni  də  naharsız 

qoyardı,  ancaq m ən nadinclik edərdim.  Bu heç-zad etməmişdı.

Qaraca  qız  fikrini  bir  yerə  çıxarmamış  yuxuya  getdi.  O  gecəni  həmin  fikirlər 

Ağca xanımı da sakit etmirdi.  Nə  anasmm, nə mürəbbiyəsinin nəsihətini anlamırdı.

Nə  səbəbə  mən  o  qızla  oynayıb  danışa bilmərəm.  M ən bəy  qızı  olanda nə 

olar.  M əni nə üçün  şamsız  qoydular.  Qaraca qız çox təəc-




cüblü  şeyler  danışırdl.  O  deyirdi  ki,  sənə  qaval  çalmaq,  oynamaq  öyrədəcəyəm. 

Ah, nə üçün anam məni  qoymadı ki,  onunla çoxluca danışam.

Ağca xanım yorğanı  başma  çəkib  gizlincə  ağlamağa başladı  və  bir  azdan  sonra 

yuxuya  getdi.

*  *  *

Piri  kişi  hələ  uşaqlıqdan  gün  çıxmamış  yuxudan  durmağı  adət  etmişdi.  İndi  də 



tezdən  qalxıb  ocağı  qaladı,  özü  kimi  ömrü  keçmiş,  hisdən  qaralmış  çaydanı  su  ilə 

doldurub  ocağa qoydu və daxmadan çıxdı ki, bağı dolansm.

Piri  kişi bu bəslədiyi bağı  çox  sevirdi.  Buradakı  ağaclarm çoxunu  özü öz  əli  ilə 

əkib-becərmişdi.  O  ətrafda  bitən  bir  meyvə  ağacı  yox  idi  ki,  bağda  olmasm. 

Hüseynqulu  ağanm  bu  bağı  mülkədarlar  arasmda  xeyli  şöhrət  qazanmışdı. 

Hüseynqulu ağaya qonaq gələndə,  o öz  qonaqlarmı bağm a tamaşa etməyə  aparardı.

Bağı  oğrudan  qorumağa  Piri  kişinin  bircə  köməkçisi  vardı.  O  da  Qaraca  qızı 

mağaradan  çıxaran  Qara  köpək  idi.  Qara  köpək  çox  heybətli  və  hünərli  bir  it  idi. 

Onun  qorxusundan heç kəs bağa dolana bilməzdi.  Bu köpəkdə bir qəribə hal vardı. 

Hər kəs ki, Piri kişiyə  düşmən  idi,  köpək onu  sevməyib,  yaxma  qoymazdı.  Piri kişi 

bir yeni  şəxs  ilə  tanış  olanda,  Qara  köpək  o  adama  quyruq  bulayıb  yaxmlaşsaydı, 

Piri  kişi  onu  özünə  dost  hesab  edərdi.  Əksinə,  o  adama  dişlərini  ağardıb 

mırıldasaydı,  onu özünə  düşmən bilərdi.  Qara köpəyin bu hissini  Piri kişi  dəfələrlə 

imtahan etdiyi üçün belə deyərdi:

- Dost-düşmənimi  Qara köpəklə tanıyıram.

Piri kişi  Qara köpəyi heç vaxt zəncirləmirdi.  Gecə və  gündüz  Qara köpək asudə 

idi.  Bununla  belə  Qara  köpək  bağdan  kənara  çıxmazdı.  Ancaq  bəzi  vaxt 

Hüseynqulu  ağa  ova  getdikdə  o  da həvəslənib  ov  tulalarma  qoşulardı;  bu vaxt  onu 

geri  qaytarmaq üçün gərək Piri kişi özü gələydi, yoxsa kimsəyə  qulaq asmazdı.

Piri  kişi  komadan  çıxdıqda  qapmı  açıq  qoymuşdu.  Bu  halda  Qara  köpək  içəri 

girib  evdə  bir  adamı  yatm ış  gördü.  Qulaqlarmı  şəkləyib  heybətli  bir  halət  ilə  ona 

tərəf  yönəldi.  Sonra  Qaraca  qızı  tanıyıb  quyruğunu  buladı  və  irəli  gəlib  yanm da 

uzandı.  Əlini yalam ağa başladı.



Bu  vaxt  Qaraca  qız  gözlərini  açdı  və  hələ  yuxulu  olduğu  üçün  Qara  kopəyi 

tanımayıb  qışqırdı.  Bunun səsinə Piri kişi cəld içəri  girib dedi:

Qızım,  nə üçün qışqırdm?  Kimdən qorxdun?

Baba, burada ayı var.

Yox,  qızım,  Qara  köpəkdir,  qorxma,  burada  aymm  nə  işi  var?  -  Sonra 

Qara köpəyə:  -  Çəkil,  - deyib  onu bayıra qovladı.

Yat,  qızım, hələ tezdir.

Yox, baba,  daha yuxum  gəlmir, mən həmişə tez dururam.

Çox yaxşı  edirsən,  qızım,  adam  gərək  səhər tezdən dura ki,  bədəni  sağlam

ola.


Qaraca qız paltarmı  geyib  dedi:

Baba,  əl-üzümü harada yuyum?

Budur,  daxmamızm yanm dan su axır,  get orada yu.

Qaraca  qız  üzünü  yum ağa  getdi.  Piri  kişi  də  süfrəni  salıb  pendir,  çörək  və  yağ 

qoydu,  sonra  çaydandan  iki  fincan  çay  töküb  süfrəyə  qoydu.  Bu  vaxt  Qaraca  qız 

üzünü yuyub içəri  girdi.

Al,  qızım, üzünü sil,  otur çay  içək.

Piri  kişi  Qaraca  qıza  dəsmal  verdi.  Qaraca  qız  da  əl-üzünü  qurudub  süfrəyə 

oturdu,  hər  ikisi  yeyib-içməyə  məşğul  oldular.  Çaydan  sonra  Piri  kişi  Qaraca  qıza 

dedi:


Dur,  qızım,  gün  qızmamış  həm  bağımızı  gəzək,  həm  də  ağalar  üçün 

meyvə dərək.

Piri  kişi  özü  bir  səbət  götürdü  və  Qaraca  qıza  da  bir  ceverən  verdi.  Evdən 

bayıra  çıxdıqda  Qara köpək  də  onlara  qarışdı.  O,  quyruğunu bulaya-bulaya  Qaraca 

qıza  yanaşdı.  Qaraca  qız  onun  başmı  sığallayıb  cəvərəni  onun  boynundan  asdı. 

Qara  köpək  başmı  bulayıb  cəvərəni  yerə  saldı.  Qaraca  qız  götürüb  yenə  boynuna 

keçirdi.  Qara köpək bu dəfə də başmı əyib  cəvərəni yerə  saldı.  Piri kişi dedi:

Qızım,  zəhm ət  çəkmə,  Qara  köpək  azadəliyə  öyrənmişdir,  o,  təlimə

yatmaz.

Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.



Bunu  deyib  Qaraca  qız  Qara  köpəyin  qabağma  çöməldi  və  onun  gözlərinə 

baxarkən dedi:

Qaraca köpəyim,  ağıllı köpəyim,  cəvərəni  götür.

Qaraca  qız  cəvərəni  yenə  onun  boynuna  saldı.  Bu  dərə  Qara  köpək  cəvərəni 

yerə  salmayıb  Qaraca qızm üzünə baxa-baxa yanm ca getdi.  O  da sevincək dedi:



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə