Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə129/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   125   126   127   128   129   130   131   132   ...   140

larmdan  qorxmurdu,  çünki  hər  iki  halda  qara  köpəyin  onu  xilas  edə  biləcəyini 

anlayırdı.  M eşədə  cəvərəni  m oruq  ilə  doldurub  evə  tərəf  üz  qoydu.  Meşənin 

içindən  dəmir yolu  gedirdi.  Qaraca  qız  yolu  keçdiyi  zaman  ayağı  büdrəyib  yıxıldı 

və  m oruğu yola töküldü.  Bunu yığan vaxt vaqon  qatarı  göründü.  Qaraca  qızm başı 

moruğunu  qarışıb  qatarm  gəlməsindən xəbəri yox idi.  O  vaxt  Qara köpək meşədən 

yola  çıxdı  və  Qaraca  qızı  başı  aşağı  moruğ  yığan  və  qatarı  iti  gələn  görüb  ildırım 

kimi  götürüldü  və  Qaraca  qıza  elə  döş  vurdu  ki,  o  da,  özü  də  derəyə  uçdular, 

Qaraca  qızm  sağ  ayağı  kola  ilişib  qanadı.  Bunun  ağrısmdan  və  Qara  köpəyin  belə 

hərəkətindən  acıqlanıb  qışqırdı.  Amma  başmı  yuxarı  qaldırdıqda  vaqon  qatarmm 

keçdiyini  gördü.  Qaraca  qız  anladı  ki,  ağıllı  köpək  onu  bu  tövr  ölümdən 

qurtarmışdır.  Ona  görə  də  dərhal  acığı yatdı  və  Qara köpəyin başmı  sığallayıb,  onu 

əzizlədi.  Sonra  yola  çıxdı  ki,  görsün  cəvərəsi  necə  olmuşdur.  Gördü  ki,  ondan 

ancaq  qırılıb  yerə  tökülmüş  çöplər  qalmışdır.  Qaraca  qız  ölümdən  qurtarmasma 

çox şad olub,  cəvərənin tələf olmasma bir o  qədər də yanmadı.

Bu  xəbər  gedib  şəhərə  də  çatmışdı.  Ağca  xanım  dostu  Qaraca  qızm  ölümdən 

xilas olmasma çox şad olub  atasma yazdığı m əktubun içində bir şahı iriliyində zərli 

bir kağız da qoymuşdu ki, bu da mənim tərəfim dən Qara köpəyə bəxşiş olsun.

*  *  *


Yaym  axır  günləri  idi.  Ağca  xanımm  pansiona  girməsinə  az  qalmışdı.  O, 

anasmdan  rica  etdi  ki,  bu  axır  günlərini  kəndlərində  keçirməyə  izin  versin. 

Pəricahan xanım razı olub  dedi:

Yaxşı,  qızım,  m ən  özüm  də  səninlə  bərabər  oraya  gedəcəyəm  ki,  bir  az  rahat 



olaq.  Yoxsa,  burada  gəlib-gedənlərin  əlindən  bir  dəqiqə  asudə  deyiləm.  Ancaq 

Ağca,  şərtim  budur  ki,  o  qaraçı  qızı  ilə  tamamilə  əlaqəni  kəsməlisən.  Sən  bəy 

qızısan,  elə  rəiyyət  qızı  ilə  oturub-durmaq  sənə  yaraşmaz.  O  gün  atan  şəhərə 

gəlmişdi  özü  tutduğu  əməlindən  peşiman  olmuşdur.  O  deyirdi  ki,  m ən  arvadımm 

acığma Ağcanı  Qaraca  qızla  görüşdürürdüm.  Yoxsa,  qızımm  öz  qaravaşilə  dostluq 

etməsinə  heç  m ən  də  razı  deyiləm.  Bağm  meyvəsi  dərildikdən  sonra Piri  kişini  də, 

Qaraca qızı da qovacağam.



Bu xəbərdən Ağca xanım  qəmgin  və  pərişan  oldu.  O,  indi kəndə  getməsinə  şad 

deyildi.  O idi ki,  səhəri  günü anası onu yuxudan qaldırdıqda dedi:

Ana, m ən kəndə  getmək istəmirəm.

Nə  üçün,  dünən  sən  özün  dəmirdinmi?  Qalx,  tənbəllik  etmə.  Ağca  xanım 

istər-istəməz  qalxıb  geyindi.  Pəricahan  xanım  kəndə  gələcəklərini  teleqrafla 

Hüseynqulu ağaya xəbər verdi.

Qatar  stansiyada  dayandıqda  Ağca  xanım  pəncərədən  atasmı  görüb  çağırdı. 

Vaqondan  endikdə  Ağca  xanım  Qaraca  qızı  kənarda  durmuş  gördü.  Pəricahan 

xanımm  başı  şeylərinə  qarışmışdı.  Nökərlər  şeyləri  alıb  faytona  yığırdılar.  Ağca 

xamm bundan istifadə edərək,  gizlincə,  Qaraca qızm yanm a qaçıb  onunla görüşdü.

Tez  ol,  get,  xanım  bizi  burada  görməsin,  yoxsa  yenə  acığı  tutar,  -  deyə 

Qaraca qız Ağca xanımı tələsdirdi.

Doğru  deyirsən,  sonra  görüşərik,  -  deyə  Ağca  xanım  ata-anasma  yanaşdı 

və faytona minib yola düşdülər.

Ağalar  qapıya  çatdıqda  xidm ətçilər  həyətdə  cərgə  ilə  düzülüb  zalım  xanımm 

qorxusundan  tir-tir  əsirdilər.  Bunlarm  içində  Piri  kişi  də  vardı.  Pəricahan  xanım 

Qaraca qızı orada görməyib,  qızmm ürəyini ondan soyutmaq üçün rişxənd ilə dedi:

Qızım,  bu  da  dostun  Qaraca  qızm  vəfası,  gör  səni  necə  tez  yadmdan

çıxarmış.

Ağca xanım  anasmm bu tənəsinə  səbir edib,  sirrin üstünü  açmadı.  Sabahı  günü 

M ariya  İvanovna  da  gəlib  çıxdı.  Ağca  xanımm  buraya  gəlməkdə  məqsədi  Qaraca 

qız ilə  gün keçirmək idi.  O da mümkün olmadığmdan çox bikef və  qəmgin idi.

* * *

Qaraca  qız  da  qəmgin  idi.  Komadan  çıxmaq  istəmirdi.  Gün  çıxıb  qalxmışdı. 



Qaraca qız oyanmışdısa da, hələ yerindən qalxmamışdı.

Qızım,  nə  çox  yatmısan,  sən  heç  belə  gecikməzsən,  azarlı  deyilsən  ki,  - 

deyə Piri kişi  soruşdu.

Yox, baba,  azarlı deyiləm,  amma durmağa heç könlüm yoxdur.




Piri kişi komanm  qapısmı  açıb  dedi:

Qızım,  bax  gör  nə  gözəl  günəş  çıxmış.  Belə  havalarda  ancaq  tənbəllər

Qaraca  qız  qalxıb  aram  ilə  geyinməyə  başladı.  Sonra  əl-üzünü  yuyub  çay 

içməyə  məşğul  oldu.  Çaydan  sonra bayıra  çıxdı.  Həqiqətdə  günəş  xeyli  parlaq  idi. 

Bağı  gəzərkən  Qaraca  qızm  gözünə  qarışqa  yuvası  sataşdı.  Bu  qarışqalarm  içində 

qanadlıları  da  vardı.  Onlar  qalxıb  havada  uçurdular.  Gah  bu  yuvam,  gah  da  o 

yuvanm ağzmda qaynaşırdılar.  Piri kişi  Qaraca qıza yaxmlaşıb  dedi:

Qızım,  nəyə baxırsan?

Qarışqalara baxıram,  baba.  Bunlarm içində  qanadlıları  da var.  Baba, bu nə

üçün?


Qızım,  onlarm  qanadları  həmişəlik  deyildir,  onlar  töküləcəklər.  Bu  gün 

qarışqalarm  toy  günüdür.  M aya  tutandan  sonra  onlarm  dişilərinin  qanadı  quruyub 

düşəcək.

Qaraca  qız babasmdan  qarışqa toyu  eşitcək,  əllərini  bir-birinə vıırub  şaqqıltı  ilə 

gülməyə başladı.  Piri kişi də ona qoşulub  gülməyə başladı.

Bəli,  qızım,  qarışqalarm  toyudur.  Get  qavalmı  gətir,  çal,  onlar  da  səndən 

razı  qalsmlar.

Piri  babanm  bu  fikri  Qaraca  qıza  xoş  gəldi.  O,  qaçaraq  komaya  gedib  qavalım 

gətirdi.  Çalıb,  oynamağa başladı.  Piri kişi bu işdən şad oldu.

Bu vaxt Ağca xanım mürəbbiyəsilə bağçada oturmuşdu.  M ariya İvanovna kitab 

oxuyurdu.  Ağca  xanım  da  evcik  tikirdi.  Çiçəkləri  dərib  onu  bəzəyirdi.  Bu  zaman 

onun  qulağma  Qaraca  qızm  nəğməsinin  səsi  gəldi.  Onu  görmək  üçün  çəpərin 

qırağma  gəldi.  Ağca  xanım,  Qaraca  qızm  çəpərin  yanmda  oxuduğu  mahnmı 

dinləyərkən,  qıvrılıb  özünü günəşə veren zəhərli bir ilan atılıb Ağca xanımm çılpaq 

qolundan  sancdı.  Ağca  xanım   qışqırıb  özünü  m ürəbbiyəsinin  üstünə  atdı.  Bunun 

qışqırığma  anası  və  xidm ətçilər  töküldülər.  M ariya  İvanovna  özünü  itirib,  Ağca 

xanımı  bağçada  tək  qoyub  evə  su  gətirməyə  qaçdı.  Ağca  xanım  da  qışqıra-qışqıra 

onun dalınca yüyürməyə başladı.

Qızım,  qavalmı  çalma,  görək  o  ağalıqdan  gələn  səs nədir,  -  deyə Piri baba 

Qaraca qızı dayandırdı.

Baba,  bu  səs  Pəricahan  xanımm  səsidir,  -  deyə  Qaraca  qız  ildırım  kimi 

götürüldü.  Həyətə  çatdıqda  gördü  ki,  Ağca  xanımm  biləyindən  qan  axır  və 

Pəricahan xanım da ağlayaraq xidmətçilərə yalvarır:



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə