Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsi Xarici dillər kafedrasının



Yüklə 22,97 Kb.
səhifə2/2
tarix25.03.2023
ölçüsü22,97 Kb.
#103137
1   2
Tezis-Modallıq kateqoriyasının öyrənilməsində nəzəri fikirlərin inkişafı-1

Ədəbiyyat siyahısı
1. Cahangirov F.F. İngilis və Azərbaycan dillərində modallığın struktur-semantik tədqiqi. Bakı, Elm, 2005, 281 s.
2. Балли Ш. Общая лингвистика и вопросы французского языка. М.: 2005, 246 c.
3. Виноградов В.В. Избранные труды. Исследования по русской грамматике. М.: 2007, 357 c.
4. Лекант П.А. Синтаксис простого предложения в современном русском языке. М.: 2006, 228 c.
5. Grepl M. About the essence of modality. Science Journal, 2003, 132 p.
6. Traugott E. Modality from a historical perspective. Language and Linguistics Compass, 2011, p.381-396.
060201-Filologiya ixtisası, Dilşünaslıq (ingilis dili) ixtisaslaşması üzrə təhsil alan
1-ci kurs magistrantı Mayisə Elşad qızı Qaraşovanın

“Modalliq kateqoriyasinin öyrənilməsində nəzəri fikirlərin inkişafi” adlı


konfrans materialına
RƏY

1-i kurs magistrantı Mayisə Elşad qızı Qaraşovanın adı qeyd olunan konfrans materialı modallığı bir linqvistik kateqoriya kimi öyrənən alimlərin nəzəri fikirlərinə həsr olunmuşdur.


Linqvistik terminlərin lüğətində modallıq nitqlə reallıq arasında müxtəlif münasibətləri ifadə edən funksional-semantik kateqoriya kimi müəyyən edilir. Funksional-semantik kateqoriya olaraq o, həmçinin informasiyanın mətnində əks olunan subyektiv qiymətləndirmənin növlərini açıqlayır. Modallığı öyrənən elm sahəsi genişdır və o, “Tropologiya” adlanır.
İngilis dilində modallığın öz dünyası var, lakin bu dünya ətrafda baş verən ancaq real hadisələri deyil, eyni zamanda qeyri-reallığı, zərurəti, gözləntiləri və s. təsvir edə bilər. İngilis dilində modallığı ifadə etmək üçün müxtəlif linqvistik vasitələr var, məs., feillər, zərflər, sifətlər, isimlər,sintaktik struktular, intonasiya. Modallıq problemi M. A. Blox, Palmer F. R., E. V. Qordon, İ. B. Morozova, N. M. Rayevska, İ. V. Korunets və başqa tədqiqatçılar tərəfindən araşdırılmışdır. Bunlardan məsələn, E.M.Qordon və İ.B.Morozova modallığın semantikasını, E.Moroxovska və L.Q.Verba modal feillərin əsas xüsusiyyətlərini, N.M.Rayevska modal feilin əsas funksiyalarını, İ.V.Korunets ingilis və ukrain dillərində modallığın ifadə üsullarını və vasitələrini tədqiq etmişlər. Frank Robert Palmerin əsərlərində modallıq feilin şəkilləri və modal işarələrlə bağlıdır. İngilis dilinin qrammatikasını geniş tədqiq edən Azərbaycan linqvistləri də bu sahədə öz sözünü demişlər. Onlardan, O.İ.Musayev, İ.Rəhimov, D.Yunusov, L.Xəlilova, L.Cəfərova və başqaları ingilis dilində modallığı qrammatik-funksional kateqoriya kimi öyrənmişlər. İngilis dilində modallığın tədqiqində semantik, praqmatik və psixo-linqvistik yanaşmalar isə fil.e.d. Fikrət Cahangirov tərəfindən öyrənilmişdir.
Magistrant modallıqla bağlı xeyli sayda elmi-tədqiqat əsəri araşdırıb, nəzərdən keçirib və onları emal etmişdir. Nəticədə o, sayıb-seçilən ingilis, rus və azərbaycanlı alimlərinin modallıqla bağlı nəzəri əsərlərinə müraciət etmiş, onları real-irreal kateqoriyalara görə sistemləşdirmiş və qiymətləndirmişdir. Hesab edirik ki, məqalə çap oluna bilər.


Magistr dissertasiyanın elmi rəhbəri: prof. N.V.İsgəndərova
Yüklə 22,97 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə